🇮🇷 İran və 🇨🇳 Çin XİN rəhbərləri görüşüblər
Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Pekində çinli həmkarı Vanq Yi ilə görüş keçirib. Bu, Əraqçının müharibənin başlanmasından bəri Çinə ilk səfəridir.
Bununla bağlı, “Tasnim News” agentliyi xəbər verib. Məlumata görə, atəşkəsdən əvvəlki həftələrdə və müharibə dövründə Çin Yaxın Şərqdə regional təhlükəsizliyi gücləndirmək məqsədilə yeni təşəbbüs irəli sürdüyünü açıqlamışdı. Pekin həmin planın bölgə ölkələrinin suverenliyinə hörmət və Hörmüz boğazında gəmiçiliyin azadlığı prinsipi əsasında hazırlandığını bildirmişdi.
Qeyd olunur ki, Çin İran neftinin ən böyük alıcılarından biridir. Son aylarda isə Çinlə əlaqəli bir neçə neft emalı zavodu İslam Respublikasının “kölgə donanması” vasitəsilə neft alışını davam etdirdiyi üçün ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyalara məruz qalıb.
#İran #Çin #XİN #görüş
Kanala abunə olun

👎1
🇮🇷 İranda zəlzələ olub ⚡️🆘
Bu gün səhər saatlarında Kermanşah əyalətinin Gilanqərb şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Məlumata görə, zəlzələ saat 00:23-də 9 kilometr dərinlikdə baş verib. Yeraltı təkanlar Kermanşah şəhərində də hiss olunub.
Hələlik dağıntı və insan itkisi barədə məlumat verilməyib. (Mehr News)
زلزله ۵ ریشتری گیلانغرب در کرمانشاه را لرزاند
#İran #Kermanşah #zəlzələ

❤2
🇮🇷 İran 🇦🇪 BƏƏ-yə xəbərdarlıq etdi
Bu gün İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İranın bu ölkəyə raket və pilotsuz təyyarələr atdığına dair iddialarını rədd edib.
Bəyanatda bildirilib ki, İran Silahlı Qüvvələrinin son mərhələdə həyata keçirdiyi müdafiə tədbirləri yalnız “Amerika şərini dəf etməyə” yönəlib və BƏƏ-yə qarşı heç bir hücum həyata keçirilməyib.
Məlumata görə, bəyanatda Əbu-Dabi rəhbərliyi “düşmən tərəflərlə İran əleyhinə sövdələşmədə” ittiham olunub. BƏƏ-nin hərbi bazalar və avadanlıqlar yerləşdirməyə davam etməsini pisləyən İran XİN bunun regional sülh və sabitlik üçün təhlükəli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Açıqlamada qeyd olunub ki, son günlər ABŞ ordusunun bölgədə “qanunsuz və təxribatçı” fəaliyyətləri artdığı bir vaxtda, Əbu-Dabi rəsmilərinin Vaşinqtonla açıq əməkdaşlıq etməsi mehriban qonşuluq prinsiplərinə ziddir.
#İran #XİN #BƏƏ #xəbərdarlıq

🤬2
Azad İran
🇮🇷 Tehranda ticarət mərkəzi yanıb🏤🔥🧯 Tehran şəhərinin Əndişe bölgəsində yerləşən Ərğəvan ticarət mərkəzində güclü yanğın baş verib. تصاویری دیگر از حریق پاساژ ارغوان در اندیشه #İran #Tehran #ticarətmərkəzi #Ərğəvan #yanğın Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 YENİLƏNİB
🇮🇷 Tehranda ticarət mərkəzi yandı: ölənlər və yaralananlar var 🏬🔥
Dünən Tehranın Əndişe bölgəsində yerləşən Ərğəvan ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, daha 36 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, yanğınla bağlı araşdırmalara başlanılıb. Prokurorluq tikinti şirkətinin sahibinin həbs olunması və hadisəyə görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi üçün müvafiq göstəriş verib. (IRIB News)
۸ فوتی و ۳۶ مصدوم در حادثه آتشسوزی مجتمع ارغوان اندیشه
#İran #Tehran #ticarətmərkəzi #yanğın #ölüm

❤2🔥1
🆘 SON DƏQİQƏ
🇮🇷 İran sahilləri yaxınlığında yük gəmisinə hücum olub 🌊🚢🚀
Bu gün Hörmüz boğazında hərəkət edən yük gəmisi mərmi zərbəsinə məruz qalıb.
Bununla bağlı, Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) “X” hesabında məlumat yayıb.
Təsdiqlənmiş mənbədən alınan məlumata əsasən, naməlum mərmi yük gəmisinə dəyib.
Hadisənin hansı fəsadlara və dağıntılara səbəb olduğu barədə əlavə təfərrüat açıqlanmayıb.
#İran #Hörmüzboğazı #yükgəmisi #hücum

🇮🇷 İran 🇦🇪 BƏƏ sahilləri yaxınlığında yeni dəniz zonasına nəzarət elan edib 🌊
İran BƏƏ-nin sahil xəttinin Hörmüz boğazından kənarda yerləşən hissələrində yeni dəniz zonası üzərində nəzarət elan edib. Məlumata görə, bu zona xüsusilə Fuceyrə və Xor Fakkan limanları ətrafını da əhatə edir.
Qeyd olunur ki, həmin limanlar Hörmüz boğazının bağlanması fonunda BƏƏ tərəfindən alternativ marşrut kimi istifadə olunur. Bundan əlavə, BƏƏ-nin əsas neft boru kəməri də Fuceyrə limanı istiqamətində uzanır.
Bildirilib ki, əgər İran bu ərazi üzərində faktiki nəzarəti təmin edə bilsə, bu addım BƏƏ üçün dəniz blokadası yaratmaq anlamına gələ bilər.
#İran #BƏƏ #sahil #dənizzonası #nəzarət

😁1
🇺🇸 Tramp “Azadlıq Layihəsi” əməliyyatını müvəqqəti dayandırdı
ABŞ prezidenti Donald Tramp 🇮🇷 İranla danışıqlar prosesini davam etdirmək məqsədi ilə Hörmüz boğazından gəmilərin müşayiət olunmasına yönəlmiş ABŞ missiyası – “Azadlıq Layihəsi” əməliyyatının müvəqqəti olaraq dayandırıldığını elan edib.
Bununla bağlı “Truth Social” platformasında paylaşım edən Tramp bildirib ki, qərar Pakistanın və digər ölkələrin müraciətləri fonunda qəbul olunub.
ABŞ prezidenti qeyd edib ki, İranla aparılan müharibə zamanı əldə edilən “böyük hərbi uğur” və Tehran nümayəndələri ilə “tam və yekun razılaşma istiqamətində ciddi irəliləyişin” əldə olunması bu addımın əsas səbəblərindən biridir.
Trampın sözlərinə görə, blokada tam qüvvədə qaldığı halda razılaşmanın yekunlaşdırılıb imzalanacağına əmin olmaq üçün tərəflər “Azadlıq Layihəsi”nin qısa müddətə dayandırılması barədə qarşılıqlı razılığa gəliblər.
#ABŞ #AzadlıqLayihəsi #İran #danışıqlar

😁2
Azad İran
🇮🇷 İranda ticarət barjaları yanıb 🛥🔥 Bu gün Buşehr əyalətinin Bəndər-e Dir liman şəhərində bir neçə ticarət barjasında yanğın baş verib. Bununla bağlı, “Mehr News” agentliyi məlumat yayıb. Bildirilib ki, yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub…
🇮🇷 İran limanında barjaları 🇺🇸 ABŞ vurub? 🚀⛴🔥
Dünən İran mediası Bușehr əyalətinin Bəndər-e Dir liman şəhərində bir neçə ticarət barjasında yanğın baş verdiyini bildirib.
Məlumata görə, yanğın nəticəsində iki ticarət barjası tamamilə yanıb. Alovun güclənməsi nəticəsində yaxınlıqda olan iki taxta barja da yanğına məruz qalaraq alovlanıb.
Hadisənin səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, yayılan məlumatlardan sonra sosial mediada və bəzi mənbələrdə barjaların ABŞ tərəfindən gizli şəkildə vurulduğu açıqlanıb.
#İran #ticarətbarjası #ABŞ #gizlihücum

❤3🔥1
🇮🇷 İran səfiri 🇦🇿 Azərbaycan Milli Məclisinin sədr müavini ilə görüşüb
Bu gün İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu Azərbaycan Milli Məclis sədrinin müavini və Azərbaycan–İran Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Ziyafət Əsgərov ilə görüşüb.
Görüş zamanı tərəflər ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər. İran tərəfi xüsusilə ABŞ və İsrailin İrana qarşı hərbi fəaliyyəti və bunun bölgəyə təsiri məsələsini gündəmə gətirib.
Səfir Dəmirçilu bildirib ki, belə addımlar beynəlxalq qaydaları pozur və onların qarşısının alınması üçün beynəlxalq ictimaiyyət daha ciddi mövqe sərgiləməlidir.
Azərbaycan tərəfi isə iki ölkə münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayaraq, əlaqələrin regional gərginliklərdən asılı olmadan inkişaf etməsinin vacibliyini qeyd edib. (Tasnim News)
#Azərbaycan #MilliMəclis #sədrmüavini #İran #səfir #görüş

🛑 YENİLƏNİB 🇮🇷 Tehranda ticarət mərkəzi yandı: ölənlər və yaralananlar var 🏬🔥 Dünən Tehranın Əndişe bölgəsində yerləşən Ərğəvan ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, daha 36 nəfər isə müxtəlif dərəcəli…
🇮🇷 İranda ticarət mərkəzində faciə: ölənlərin sayı artmaqdadır 🏬🔥
Tehranda yerləşən Ərğəvan ticarət mərkəzində baş verən böyük yanğın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Rəsmi məlumatlara görə, hadisə zamanı 41 nəfər yaralanıb. Yanğının səbəbləri hələlik müəyyən edilməyib və araşdırma aparılır.
Tehran əyalətinin məhkəmə orqanları hadisə ilə bağlı təhlükəsizlik qaydalarının pozulub-pozulmadığını yoxlayır. Bildirilib ki, ticarət mərkəzinin sahibi saxlanılıb və istintaq davam edir.
تعداد کشتههای آتشسوزی مجتمع ارغوان شهریار به ۱۱ نفر رسید
#İran #Tehran #ticarətmərkəzi #yanğın #ölüm
Kanala abunə olun
Tehranda yerləşən Ərğəvan ticarət mərkəzində baş verən böyük yanğın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Rəsmi məlumatlara görə, hadisə zamanı 41 nəfər yaralanıb. Yanğının səbəbləri hələlik müəyyən edilməyib və araşdırma aparılır.
Tehran əyalətinin məhkəmə orqanları hadisə ilə bağlı təhlükəsizlik qaydalarının pozulub-pozulmadığını yoxlayır. Bildirilib ki, ticarət mərkəzinin sahibi saxlanılıb və istintaq davam edir.
تعداد کشتههای آتشسوزی مجتمع ارغوان شهریار به ۱۱ نفر رسید
#İran #Tehran #ticarətmərkəzi #yanğın #ölüm
Kanala abunə olun
🔥1😱1
Azad İran
🚨TƏCİLİ 🇮🇷 Pezeşkian SEPAH-dan narazıdır: “Qonşu ölkələrə zərbələr geri dönməz nəticələr doğura bilər”🗣 İran prezidenti Məsud Pezeşkian BƏƏ-yə endirilən zərbələrlə bağlı SEPAH-ın addımlarından kəskin narazılığını ifadə edib. Bu barədə “Iran International”…
🇮🇷 İranda Pezeşkian və SEPAH arasında gərginlik xəbərləri təkzib edildi 🤔
Dünən İran prezidenti Məsud Pezeşkian və SEPAH arasında hər hansı ziddiyyətin olmadığı açıqlanıb.
Bununla bağlı, İran Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzəyi məlumat verib. O, bildirib ki, ölkə daxilində bütün mühüm qərarlar birgə razılaşma ilə qəbul olunur.
Mirzəyinin sözlərinə görə, prezident və SEPAH-ın iştirak etdiyi iclaslarda qərarlar yekdilliklə verilir və tərəflər arasında fikir ayrılıqları mövcud deyil. (Asr Iran)
#İran #Pezeşkian #SEPAH #fikirayrılıqları #ziddiyyət #gərginlik

😁4🤮1
🆘 TƏCİLİ
Fars körfəzində ticarət gəmisinə hücum edilib 🌊🚢🚀💥
CBS News telekanalı xəbər verir ki, Fars körfəzinin şərq hissəsində “CGM San Antonio” ticarət gəmisi hücuma məruz qalıb.
Məlumata əsasən, gəminin qurudan atılan raketlə vurulduğu bildirilir. Hadisə nəticəsində Filippin vətəndaşlarından ibarət heyətin bir neçə üzvü yaralanıb.
Gəminin sahibi olan Fransa şirkəti CMA CGM də insidenti təsdiqləyib. Şirkətin açıqlamasına görə, gəmi Hörmüz boğazı yaxınlığında hərəkət edərkən zədələnib və ekipaj üzvləri arasında xəsarət alanlar var. (Iranintl)
حمله به کشتی سان آنتونیو در تنگه هرمز؛ شماری از خدمه زخمی شدند
#Farskörfəzi #ticarətgəmisi #hücum

🇮🇷 İran və 🇨🇳 Çin XİN rəhbərləri görüşüblər Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Pekində çinli həmkarı Vanq Yi ilə görüş keçirib. Bu, Əraqçının müharibənin başlanmasından bəri Çinə ilk səfəridir. Bununla bağlı, “Tasnim News” agentliyi xəbər verib.…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran və 🇨🇳Çin strateji tərəfdaşlığı müzakirə edib
Bu gün Pekində İran və Çin xarici işlər nazirləri Abbas Əraqçı və Vanq Yi arasında görüş baş tutub. XİN rəhbərləri ikitərəfli münasibətlərin inkişafı, iqtisadi əməkdaşlıq və regional vəziyyəti müzakirə ediblər.
İran xarici işlər naziri Çini “yaxın dost və strateji tərəfdaş” adlandıraraq, Tehran–Pekin hərtərəfli strateji əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Çin tərəfi isə İranın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib, güc tətbiqinə qarşı çıxdığını bildirib və regionda münaqişələrin diplomatik yollarla həllini dəstəklədiyini qeyd edib.
#İran #Əraqçı #Çin #Vanİ #strtatejitərəfdaşlıq

🇮🇷 İran 🇺🇸 ABŞ ilə “hərtərəfli və ədalətli saziş” istəyir
İran Yaxın Şərqdəki gərginliyin azaldılması ilə bağlı danışıqlar çərçivəsində ABŞ ilə “ədalətli və hərtərəfli razılaşma” əldə etməyə hazır olduğunu açıqlayıb.
Reuters agentliyinin məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı Pekində Çin XİN rəhbəri Vanq Yi ilə görüşdən sonra bildirib.
Əraqçş vurğulayıb ki, İran yalnız ədalətli və hərtərəfli razılaşmanı qəbul edəcək və danışıqlarda öz qanuni hüquq və maraqlarını müdafiə edəcək. O, Hörmüz boğazı ilə bağlı mümkün dəyişikliklər barədə detallı şərh verməyib.
ایران میگوید خواهان یک «توافق جامع و منصفانه» با آمریکا است
#İran #XİN #ABŞ #saziş

❤1
Axios: 🇺🇸 ABŞ və 🇮🇷 İran müharibəyə son qoya biləcək razılaşmaya yaxınlaşır
“Axios”un məlumatına görə, ABŞ və İran müharibəyə son qoymaq məqsədilə tək səhifəlik razılaşma sənədinə yaxınlaşır. Sənəd gələcəkdə nüvə proqramı üzrə daha geniş danışıqlar üçün əsas çərçivə rolunu oynaya bilər.
Məlumata əsasən, Vaşinqton Tehrandan qarşıdakı 48 saat ərzində sənədin əsas bəndləri ilə bağlı cavab gözləyir.
Təklif edilən razılaşmaya görə, hər iki tərəfin Hörmüz boğazı ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur. Eyni zamanda İranın uranın zənginləşdirilməsini dayandırması, ABŞ-nin isə sanksiyaları yumşaldaraq İranın dondurulmuş maliyyə vəsaitlərini sərbəst buraxması planlaşdırılır.
اکسیوس: آمریکا و ایران به توافقی نزدیک شدهاند که میتواند به جنگ پایان دهد
#ABŞ #İran #müharibə #razılaşma

🇮🇷 İran və 🇸🇦 Səudiyyə Ərəbistanı regional vəziyyəti müzakirə edib
Bu gün Çində səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçı Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan ilə telefon danışığı aparıb.
Söhbət zamanı tərəflər bölgədəki son prosesləri müzakirə edib və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Hər iki tərəf regional gərginliyin artmasının qarşısının alınması üçün diplomatik səylərin davam etdirilməsinin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. (Əraqçının “Telegram” kanalı)
گفتگوی تلفنی وزرای امور خارجه ایران و عربستان
#İran #SəudiyyəƏrəbistanı #XİN #regionalvəziyyət

🇺🇸 ABŞ 🇮🇶 İraqda 🇮🇷 İrana bağlı qrup lideri ilə bağlı məlumat üçün mükafat təyin etdi 💸
ABŞ Dövlət Departamentinin “Ədalət üçün mükafatlar” proqramı İraqda fəaliyyət göstərən İrana bağlı “Hərəkat ən-Nücəba” silahlı qruplaşmasının qurucusu və lideri Əkrəm Abbas əl-Kabi barədə məlumat verənlər üçün 10 milyon dollara qədər mükafat təyin edib.
Bəyanatda bildirilir ki, qrup ABŞ diplomatik nümayəndəliklərinə və İraq və Suriyadakı hərbi bazalara hücumlarda iştirak edib, habelə, amerikalı podratçının öldürülməsi və bir hərbçinin yaralanması ilə bağlı ittiham olunur.
ABŞ tərəfi Əl-Kabini bölgədə Amerika qüvvələrinə qarşı hücumların təşkili və koordinasiyasında uzunmüddətli rol oynamaqda günahlandırır və onun fəaliyyətinin dayandırılmasına yardım çağırışı edib. (Middle East News)
#ABŞ #İraq #İran #silahlıqruplaşma #məlumat #mükafat

🛑 Nərgiz Məhəmmədinin sağlamlıq durumu ağırlaşdı: ölüm-dirim arasındadır 😢
2023-cü il Nobel Sülh Mükafatının qalibi, güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin ailəsi və yaxınları onun sağlamlıq durumunun son dərəcə ağırlaşdığını bildiriblər.
Məlumata görə, zindandan xəstəxanaya köçürüldükdən sonra onun səhhəti daha da pisləşib və ailəsi onun durumunu “ölümlə həyat arasında” kimi xarakterizə edir.
Parisdə fəaliyyət göstərən Nərgiz Məhəmmədiyə Dəstək Komitəsi də onun vəziyyətinin kritik olduğunu açıqlayıb.
Bildirilir ki, Məhammaədi son dövrlərdə uzunmüddətli aclıq aksiyası səbəbindən qan təzyiqinin kəskin düşməsi, sinə ağrıları və ürək problemləri yaşayıb, bir neçə dəfə huşunu itirdikdən sonra təcili xəstəxanaya yerləşdirilib. (Euronews)
#NərgizMəhəmmədi #hüquqmüdafiəçisi #sağlamlıqdurumu #xəbərdarlıq