Azad İran
5.82K subscribers
35.8K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷🇯🇵 İran səfirliyi: "Hörmüz boğazında təhlükəsizlik tədbirləri zəruridir" 🌊

Bu gün İranın Tokiodakı səfirliyi Hörmüz boğazı ilə bağlı açıqlama yayaraq, boğazdan İrana qarşı “sui-istifadənin” qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin zəruri olduğunu bildirib.

Bəyanatda qeyd olunur ki, İrana qarşı tətbiq edilən müharibədən əvvəl enerji və ticarət axını, o cümlədən Yaponiya gəmilərinin keçidi Hörmüz boğazı vasitəsilə normal şəkildə həyata keçirilirdi.

Səfirlik vurğulayıb ki, boğazı müharibə zonasına çevirən İran deyil, “təcavüzkar qüvvələr” olub. Açıqlamada həmin tərəflərin İranın suverenliyinə və təhlükəsizliyinə, eləcə də boğazın daxilindən hücum etdikləri iddia edilir. (ISNA)

#İran #səfirlik #Hörmüzboğazı #təhlükəsizliktədbirləri

Kanala abunə olun
👍1
🇮🇷 İran XİN rəhbəri 🇨🇳 Çinə səfər edəcək ✈️

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Pekinə yola düşəcək. Bununla bağlı, “Tasnim News” agentliyi xəbər verib.

Məlumata görə, səfər çərçivəsində Əraqçı çinli həmkarı ilə ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq proseslər barədə müzakirələr aparacaq.

عراقچی امروز عازم پکن می‌شود
🔹«سیدعباس عراقچی» وزیر امور خارجه در ادامه رایزنی‌های دیپلماتیک با کشورهای مختلف، امروز به پکن سفر می‌کند.

#İran #XİN #Çin #səfər

Kanala abunə olun
1
🇮🇷 Tehranda kövrək atəşkəs günləri: iranlıların səssiz müqaviməti

Yaxın Şərqdə geosiyasi gərginliyin artdığı, İranın iştirakı ilə yeni müharibə ehtimalının müzakirə olunduğu bir vaxtda Tehranda gündəlik həyat öz axarı ilə davam edir. Kövrək atəşkəs şəraitinə baxmayaraq, şəhər mərkəzindəki kafelərdə gənclərin vaxt keçirdiyi, ünsiyyət qurduğu və normal həyat hissini qorumağa çalışdığı müşahidə olunur.

Tehran sakinləri üçün böhran atmosferi yeni deyil. Onilliklərdir davam edən sanksiyalar, siyasi təzyiqlər və regional qeyri-sabitlik paytaxtda dözümlülük mədəniyyətini formalaşdırıb. Buna baxmayaraq, son günlərdəki vəziyyət daha fərqli və daha həssas görünür.

Siyasi gərginliklər və beynəlxalq diplomatiya müzakirələri fonunda milyonlarla iranlı gündəlik yaşamını davam etdirməyə çalışır: işləyir, şəhərdə hərəkət edir, sosiallaşır və gələcək barədə planlar qurur.

شب نشینی جوانان تهرانی در کافه های مرکز شهر در میان آتش بس شکننده

#İran #Tehran #kövrəkatəşkəs #xalq
1
Hörmüz boğazında elektron “qarışıqlıq”: gəmilərin siqnalları kəsilir 🌊🚢🖲

Bu gün Fuceyrə sahilləri və Hörmüz boğazında elektron maneələrin artdığı bildirilir.

“Tasnim News” agentliyi xəbər verib ki, BƏƏ-nin Fuceyrə limanına edilən hücumlardan sonra gəmilər tərəfindən Avtomatik İdentifikasiya Sisteminin (AIS) kəsilməsi hallarında əhəmiyyətli artım müşahidə olunur. Eyni zamanda kritik Qlobal Mövqeləndirmə Sistemində (GPS) maneələrin yenidən geri qayıtdığı qeyd edilir.

Məlumata görə, yayımlanan görüntülər son 48 saat ərzində mövqelərini ötürən gəmilərin sayının kəskin şəkildə azaldığını göstərir.

Tasnim əlavə edib ki, GPS maneələrinin üç yeni sahəsi müəyyən edilib və bu bölgələr xəritədə qırmızı rənglə işarələnib.

Agentliyin iddiasına görə, mövcud sübutlar Fuceyrə sahil sularında yüksək səviyyəli elektron müdaxilələrin olduğunu göstərir.

#Hörmüzboğazı #gəmilər #elektronmüdaxilə

Kanala abunə olun
1
🇮🇷 İranda şübhəli partlayışlar olub? 💥🤔

Bu gün sosial mediada Qeşm adası və Bəndər Abbas şəhərindən “partlayış səsləri” eşidildiyi barədə vətəndaşların paylaşdığı çoxsaylı mesajlar yayılıb.

Paylaşımlarda bildirilir ki, partlayış səsləri bu gün səhər saat 04:00 radələrində qeydə alınıb. Bəzi şahidlər səslərin “müharibə bombaları kimi” olduğunu qeyd edir.

Yayılan məlumatlardan birində deyilir: “Bəndər Abbasda səhər saat 04:18-də müharibə bombaları kimi iki partlayış oldu və pəncərələr titrəyirdi”.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib. (Iran Global)

گزارش‌های شهروندان از شنیدن «صدای انفجار» در قشم و بندرعباس

#İran #Qeşmadası #BəndərAbbas #partlayış

Kanala abunə olun
🇬🇧 Britaniya: “🇮🇷 İranın ölkəmizdəki sabitliyi pozan addımlarına səssiz qalmayacağıq” ❗️

İranın antisemitizmi alovlandırmaqda mümkün rolu ilə bağlı narahatlıqlar fonunda Britaniyanın baş naziri Kir Starmer Tehrana sərt xəbərdarlıq edib.

Starmer bildirib ki, İslam Respublikasının Britaniyada daxili sabitliyi pozmaq cəhdlərinə dözülməyəcək. O, Britaniya hökumətinin xarici dövlətlərin ölkədəki yəhudi icmasına qarşı son hücumlarda iştirak edib-etmədiyini araşdırdığını açıqlayıb.

Baş nazir əlavə edib ki, İranın bu hücumlarda rolunun sübut olunacağı təqdirdə, Tehran nəticələrlə üzləşəcək.

“İrana və ya zorakılığı, nifrəti və cəmiyyətdə qeyri-sabitliyi qızışdırmağa çalışan istənilən digər ölkəyə mesajımız budur: bu davranışa səssiz qalmayacağıq”, – deyə Starmer vurğulayıb. (Iranintl)

#Britaniy #İran #xəbərdarlıq

Kanala abunə olun
4😁1
🇺🇦 Ukrayna 🇮🇷 İranın 🇦🇪 BƏƏ-yə hücumlarını pislədi ❗️

Bu gün Ukrayna İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı həyata keçirdiyi raket və dron hücumlarını pisləyib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında paylaşım edərək bildirib ki, Kiyev İranın BƏƏ-də mülki infrastrukturu hədəf alan son hücumlarını qətiyyətlə qınayır və BƏƏ xalqı ilə həmrəydir.

Sibiqa vurğulayıb ki, bu cür hücumlar qəbuledilməzdir və həm regional, həm də qlobal təhlükəsizliyə ciddi zərbə vurur.

Ukrayna XİN rəhbəri gərginliyin azaldılmasına və diplomatik həll yollarına çağıraraq qeyd edib ki, Ukrayna bütün təcavüz aktlarına qarşı çıxır və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsini dəstəkləyir.

#Ukrayna #XİN #İran #BƏƏ #hücum

Kanala abunə olun
👍1
🇮🇷 İran mediası: “🇺🇸 ABŞ gəmiləri boğazı keçmək əvəzinə ilişib qalıb” 🌊🚢🤔

İran ABŞ bayrağı altında üzən iki ticarət gəmisinin Hörmüz boğazından keçməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

“Fars News” agentliyi məlumatlı mənbəyə istinadən bildirib ki, sözügedən iki gəmi Hörmüz boğazının cənub hissəsində qayalı ərazidə “ilişib qalıb” və Oman sahilləri yaxınlığında yerləşən həmin su yolundan çıxa bilmir.

Mənbənin sözlərinə görə, gəmilərin hərəkət edə bilməməsinə səbəb boğazın bu hissəsinin qayalı və təhlükəli relyefidir.

Fars News BƏƏ-nin Fuceyrə bölgəsində baş verən yanğınla bağlı diqqətçəkən iddia səsləndirib. Mənbə həmin hadisəni ABŞ ordusunun məqsədli şəkildə həyata keçirdiyi “sərgüzəşt” adlandıraraq, bunun guya gəmilərin Hörmüz boğazının “qadağan olunmuş ərazilərindən” qanunsuz keçidi üçün şərait yaratmağa yönəldiyini irəli sürüb.

#İran #ABŞ #gəmi #Hörmüzboğazı

Kanala abunə olun
🚨SON DƏQİQƏ

🇺🇸 ABŞ öz vətəndaşlarını 🇮🇶 İraqı dərhal tərk etməyə çağırdı
📢

Bu gün ABŞ hökuməti öz vətəndaşlarını dərhal İraq ərazisini tərk etməyə çağırıb.

ABŞ-nin Bağdaddakı səfirliyi təhlükəsizlik riskini 4-cü səviyyəyə qaldıraraq ən yüksək xəbərdarlıq elan edib. Səfirliyin açıqlamasında bildirilib ki, İraq hava məkanı yenidən açılsa da, hazırda yalnız məhdud sayda kommersiya uçuşları həyata keçirilir.

Açıqlamada qeyd olunub ki, İraq səmasında raketlər və dronlarla bağlı davam edən təhlükə mövcuddur və ölkə daxilində səyahət etməyi planlaşdıran şəxslər bu risklərdən xəbərdar olmalıdır.

Səfirlik bir daha ABŞ vətəndaşlarına 4-cü səviyyəli xəbərdarlığın qüvvədə qaldığını xatırladaraq vurğulayıb: “İraqa səyahət etməyin. Əgər İraqdasınızsa, dərhal oranı tərk edin”.

#ABŞ #vətəndaşlar #İraq #xəbərdarlıq #təxliyə #hücum #İran

Kanala abunə olun
1