Azad İran
5.82K subscribers
35.8K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: “🇮🇷 İranlılar qapalı qapılar arxasında başqa cür davranırlar” 🗣

ABŞ prezidenti Donald Tramp tanınmış siyasi şərhçi Hyu Hevitə müsahibəsində bildirib ki, İran nümayəndələri danışıqlar zamanı mediada və ictimai çıxışlarda istifadə etdikləri ritorikadan fərqli şəkildə davranırlar.

Onun sözlərinə görə, qapalı qapılar arxasında aparılan danışıqlarda Tehran nümayəndələrinin tonu və yanaşması açıq bəyanatlardan kəskin şəkildə fərqlənir.

Tramp, habelə, İranın növbəti liderlərini aradan qaldırmaqla bağlı suala cavab verərək, “Nə olacağını görəcəyik” ifadəsini işlədib. Tramp müsahibəsində İran rəsmilərinin razılaşma istədikləri, eyni zamanda bunu inkar etdiklərini xüsusilə vurğulayıb. Tramp hazırda İranın heç bir hərbi imkanının olmadığını da açıqlayıb.

#ABŞ #Tramp #İran

Kanala abunə olun
🇮🇷 İran 🇦🇪 BƏƏ-nin əsas neft ixrac kəmərini vurub 🛢🏭🚀

İran tərəfindən həyata keçirilən zərbələrin Birləşmiş Ərəb Əmirliklərinin Hörmüz boğazından yan keçmək üçün inşa etdiyi neft kəmərinin son nöqtəsinə yönəldiyi bildirilir.

Bu xətt ölkənin hazırda istifadə etdiyi əsas neft ixrac çıxışı hesab olunur. Məlumata görə, zərbənin infrastruktura vurduğu mümkün ziyanın miqyası hələ də dəqiq müəyyən edilməyib.

حملات ایران به زیرساخت‌های نفتی امارات در مسیر جایگزین تنگه هرمز

#İran #BƏƏ #neftinfrastrukturu #hücum

Kanala abunə olun
👎3👍1
Şəriətmədari: “🇪🇺 Avropa bazaları 🇮🇷 İranın qanuni hədəfinə çevrilə bilər” 🚀

İranın ali rəhbərinə bağlı radikal mövqeli “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Avropa ölkələrinə sərt mesaj verib.

Şəriətmədari qəzetdə dərc olunan yazısında bildirib ki, əgər “Reuters”in yaydığı məlumatlar doğrudursa, ABŞ-nin istifadəsində olan Avropa ölkələrindəki hərbi bazalar İran üçün “qanuni hədəflərə” çevrilə bilər.

O, bəzi ərəb ölkələrini də eyni kontekstdə qeyd edərək, onların da ABŞ və İsrailə dəstək verdiyi üçün mümkün hücumların hədəfi ola biləcəyini iddia edib.

“Avropa dövlətləri yaxşı bilir ki, biz zərbə endirə bilərik və bunu effektiv şəkildə edirik”, – deyə Şəriətmədari yazıb. O Avropanın mümkün hücumlara qarşı “zəif və kövrək” olduğunu bildirib.

Yazıda 1986-cı ildə Liviya tərəfindən ABŞ bazalarına qarşı həyata keçirilmiş raket hücumuna da istinad edilib və həmin hadisənin Avropada ciddi sosial və siyasi reaksiyalar doğurduğu qeyd olunub. (KhabarOnline)

#İran #ABŞ #Avropaölkələri #hərbibazalar
🤬2👍1
🇵🇰 Pakistan 🇮🇷 İranın 🇦🇪 BƏƏ-yə hücumlarını pislədi 🚀❗️

Bu gün Pakistanın baş naziri Şahbaz Şərif İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumlarını kəskin şəkildə pisləyib.

O, “X” hesabında etdiyi paylaşımda Pakistanın bu hücumları qətiyyətlə rədd etdiyini bildirib və BƏƏ prezidenti Məhəmməd bin Zayedlə həmrəy olduğunu vurğulayıb. Şərif BƏƏ hökumətinə və xalqına dəstəyini ifadə edib.

Baş nazir əlavə edib ki, Pakistan “qardaş BƏƏ-nin yanında möhkəm dayanır”.

Qeyd edək ki, Pakistan hazırda Tehran və Vaşinqton arasında aparılan atəşkəs danışıqlarında vasitəçi rolunu oynayır. BƏƏ ilə bağlı iqtisadi və diplomatik gərginlik fonunda regionda siyasi balans da həssas vəziyyətdə qalır.

#Pakistan #İran #BƏƏ #hücum

Kanala abunə olun
👍21
🇮🇷 İranda insan haqları hesabatı: Edamlar və kütləvi həbslər artıb 👨‍⚖️😢

İran İnsan Haqları Təşkilatının (HENGAW) məlumatına görə, aprel ayında İranın müxtəlif zindanlarında ümumilikdə 26 məhbus dar ağacından asılıb.

Hesabatda qeyd olunur ki, edam edilən 26 məhbusdan yalnız 15-i rəsmi İran mənbələrində və məhkəmə sistemi ilə əlaqəli saytlarda açıqlanıb. Digər hallarda edamların ictimaiyyətə elan edilmədiyi bildirilir.

Bildirilin ki, 14 məhbusun edamı ailələrinə xəbər verilmədən və son görüş hüququ təmin olunmadan həyata keçirilib. Edam edilənlər arasında bir qadının da olduğu qeyd olunub.

Eyni dövr ərzində ümumilikdə 1595 nəfərin həbs edildiyi bildirilir. Onlardan 1587 nəfərin siyasi fəaliyyət və etiraz aksiyalarında iştirak səbəbilə saxlanıldığı açıqlanıb.

#İran #məhbuslar #etirazçılar #edam

Kanala abunə olun
😢3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranla gərginlik artarkən 🇺🇸 ABŞ “Abraham Lincoln”nun fəaliyyətini göstərdi ✈️📹

Bu gün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranla artan gərginlik və Yaxın Şərqdə mümkün münaqişə ehtimalları fonunda yeni video yayımlayıb.

Kadrlarda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 Super Hornet qırıcılarının “Abraham Lincoln” təyyarədaşıyan gəmisinin göyərtəsindən gecə saatlarında havaya qalxdığı görünür.

Məlumata görə, “Abraham Lincoln” İran limanlarına qarşı həyata keçirilən dəniz əməliyyatlarında iştirak edən təyyarədaşıyan qruplardan biridir və “Azadlıq Əməliyyatı” adlanan missiyanı dəstəkləyir.

Video Hörmüz boğazı ətrafında gərginliyin və BƏƏ-yə qarşı hücumların ilk günlərində yayımlanıb.

#ABŞ #İran #Hörmüzboğazı #gərginlik

Kanala abunə olun
🇮🇷🇯🇵 İran səfirliyi: "Hörmüz boğazında təhlükəsizlik tədbirləri zəruridir" 🌊

Bu gün İranın Tokiodakı səfirliyi Hörmüz boğazı ilə bağlı açıqlama yayaraq, boğazdan İrana qarşı “sui-istifadənin” qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin zəruri olduğunu bildirib.

Bəyanatda qeyd olunur ki, İrana qarşı tətbiq edilən müharibədən əvvəl enerji və ticarət axını, o cümlədən Yaponiya gəmilərinin keçidi Hörmüz boğazı vasitəsilə normal şəkildə həyata keçirilirdi.

Səfirlik vurğulayıb ki, boğazı müharibə zonasına çevirən İran deyil, “təcavüzkar qüvvələr” olub. Açıqlamada həmin tərəflərin İranın suverenliyinə və təhlükəsizliyinə, eləcə də boğazın daxilindən hücum etdikləri iddia edilir. (ISNA)

#İran #səfirlik #Hörmüzboğazı #təhlükəsizliktədbirləri

Kanala abunə olun
👍1
🇮🇷 İran XİN rəhbəri 🇨🇳 Çinə səfər edəcək ✈️

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Pekinə yola düşəcək. Bununla bağlı, “Tasnim News” agentliyi xəbər verib.

Məlumata görə, səfər çərçivəsində Əraqçı çinli həmkarı ilə ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq proseslər barədə müzakirələr aparacaq.

عراقچی امروز عازم پکن می‌شود
🔹«سیدعباس عراقچی» وزیر امور خارجه در ادامه رایزنی‌های دیپلماتیک با کشورهای مختلف، امروز به پکن سفر می‌کند.

#İran #XİN #Çin #səfər

Kanala abunə olun
1
🇮🇷 Tehranda kövrək atəşkəs günləri: iranlıların səssiz müqaviməti

Yaxın Şərqdə geosiyasi gərginliyin artdığı, İranın iştirakı ilə yeni müharibə ehtimalının müzakirə olunduğu bir vaxtda Tehranda gündəlik həyat öz axarı ilə davam edir. Kövrək atəşkəs şəraitinə baxmayaraq, şəhər mərkəzindəki kafelərdə gənclərin vaxt keçirdiyi, ünsiyyət qurduğu və normal həyat hissini qorumağa çalışdığı müşahidə olunur.

Tehran sakinləri üçün böhran atmosferi yeni deyil. Onilliklərdir davam edən sanksiyalar, siyasi təzyiqlər və regional qeyri-sabitlik paytaxtda dözümlülük mədəniyyətini formalaşdırıb. Buna baxmayaraq, son günlərdəki vəziyyət daha fərqli və daha həssas görünür.

Siyasi gərginliklər və beynəlxalq diplomatiya müzakirələri fonunda milyonlarla iranlı gündəlik yaşamını davam etdirməyə çalışır: işləyir, şəhərdə hərəkət edir, sosiallaşır və gələcək barədə planlar qurur.

شب نشینی جوانان تهرانی در کافه های مرکز شهر در میان آتش بس شکننده

#İran #Tehran #kövrəkatəşkəs #xalq
1
Hörmüz boğazında elektron “qarışıqlıq”: gəmilərin siqnalları kəsilir 🌊🚢🖲

Bu gün Fuceyrə sahilləri və Hörmüz boğazında elektron maneələrin artdığı bildirilir.

“Tasnim News” agentliyi xəbər verib ki, BƏƏ-nin Fuceyrə limanına edilən hücumlardan sonra gəmilər tərəfindən Avtomatik İdentifikasiya Sisteminin (AIS) kəsilməsi hallarında əhəmiyyətli artım müşahidə olunur. Eyni zamanda kritik Qlobal Mövqeləndirmə Sistemində (GPS) maneələrin yenidən geri qayıtdığı qeyd edilir.

Məlumata görə, yayımlanan görüntülər son 48 saat ərzində mövqelərini ötürən gəmilərin sayının kəskin şəkildə azaldığını göstərir.

Tasnim əlavə edib ki, GPS maneələrinin üç yeni sahəsi müəyyən edilib və bu bölgələr xəritədə qırmızı rənglə işarələnib.

Agentliyin iddiasına görə, mövcud sübutlar Fuceyrə sahil sularında yüksək səviyyəli elektron müdaxilələrin olduğunu göstərir.

#Hörmüzboğazı #gəmilər #elektronmüdaxilə

Kanala abunə olun
1