Azad İran
5.82K subscribers
35.8K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: "🇺🇸 ABŞ-nin davranışından asılı olmayaraq maraqlarımızı müdafiə edəcəyik" 🗣

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Tehran diplomatik proseslərdə milli maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə etməyə davam edəcək.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi ölkənin diplomatik siyasətinin icraçısı və qoruyucusu kimi müxtəlif kanallar vasitəsilə İranın maraqlarını müdafiə etmək öhdəliyini daşıyır.

Bəqayi vurğulayıb ki, qarşı tərəf danışıqlarda qeyri-ənənəvi və gözlənilməz davranış sərgiləsə belə, bu vəziyyət İranın mövqeyini zəiflətmir, əksinə daha da gücləndirir.

Sitat: "Bu vəziyyət müharibə şəraitində qeyri-ənənəvi üsullarla üzləşən bir müdafiəçinin daha da möhkəm dayanmasına bənzəyir". O əlavə edib ki, ABŞ ilə diplomatik münasibətlərdə də eyni prinsip keçərlidir və İran öz mövqeyini “tam güc və diqqətlə” qoruyacaq. (Snn.ir)

#İran #XİN #ABŞ #danışıqlar

Kanala abunə olun
1
🇮🇷 İran və 🇵🇰 Pakistan regionda sülh səylərini müzakirə edib ☎️

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı və pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. Tərəflər Yaxın Şərqdə mövcud vəziyyəti və bölgədə sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımları müzakirə ediblər.

Danışıq zamanı Əraqçı Pakistanın bölgədə vasitəçilik səylərini və İran-ABŞ danışıqlarında oynadığı konstruktiv rolu yüksək qiymətləndirib. Tərəflər diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. (Əraqçının “Telegram” kanalı)

گفتگوی تلفنی وزرای امور خارجه ایران و پاکستان

🔹 سید عباس عراقچی و محمد اسحاق دار وزرای امور خارجه جمهوری اسلامی ایران و پاکستان شب گذشته به صورت تلفنی گفتگو کردند.

#İran #Pakistan #XİN

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: 🇺🇸 ABŞ-nin bölgədəki hərbi mövcudluğu bəzi hallarda təhlükəsizliyi artırıb

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bölgədəki təhlükəsizlik vəziyyətinə dair açıqlama verib.

O bildirib ki, bəzi regional ölkələr ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunu həm təhlükəsizlik amili kimi, həm də ölkələr arasında bölünmələr yaradan faktor kimi dəyərləndirirlər.

Bəqayi vurğulayıb ki, İran uzun müddətdir region ölkələri arasında etimad mexanizmlərinin yaradılmasını dəstəkləyir və təhlükəsizliyin xarici müdaxilələrdən asılı olmadan, regional əməkdaşlıq əsasında formalaşmalı olduğunu düşünür.

Onun sözlərinə görə, Tehran bu yanaşmanı diplomatik platformalarda və beynəlxalq təmaslarda davamlı şəkildə gündəmdə saxlayacaq. (Snn.ir)

#İran #XİN #ABŞ #hərbimövcudluq #təhlükəsizlik

Kanala abunə olun
😁1
TƏCİLİ 🚨

🇮🇷 SEPAH Hörmüz boğazında yeni nəzarət zonasını elan edib 🌊🗺️

SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı ilə bağlı yeni “nəzarət sərhədləri” müəyyənləşdirdiyini açıqlayıb. Bəyanatda qeyd olunur ki, İran Silahlı Qüvvələri boğazda genişləndirilmiş dəniz zonasını özünün nəzarət və idarəçiliyi altında hesab edir.

SEPAH-ın açıqlamasına görə, yeni müəyyən edilən cənub sərhədi İranda yerləşən Mübarək dağı ilə BƏƏ-nin Fuceyrə şəhərinin cənub hissəsi arasındakı xətt boyunca keçir.

Bildirilib ki, qərb sərhədi isə İranın Qeşm adası ilə BƏƏ-nin Ümm əl-Küveyn əmirliyi arasındakı xətt boyunca müəyyənləşdirilib.

Beləliklə, Tehran Hörmüz boğazında əməliyyat nəzarətində hesab etdiyi dəniz zonasını faktiki olaraq genişləndirdiyini elan edib. (Fars News)

#İran #SEPAH #Hörmüzboğazı #xəritə #nəzarətzonası

Kanala abunə olun
👎2
🇮🇷 İranda SEPAH komandanı silahlı hücumda yaralandı 👮‍♂🔥

Sistan və Bəluçistan əyalətinin Rask şəhərində hərbi karvan silahlı şəxslərin hücumuna məruz qalıb. Hadisə nəticəsində SEPAH-ın yerli komandanı Mahmud Bağbani yaralanıb və hazırda Zahedandakı xəstəxanada müalicə olunur.

Məlumata görə, üç nəqliyyat vasitəsindən ibarət hərbi karvan Cakiqur kəndi yaxınlığında hərəkətdə olarkən naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub. Hücum zamanı Bağbani ilə yanaşı, digər təhlükəsizlik qüvvələrinin də yaralandığı bildirilir.

Yerli mənbələr bölgədə təhlükəsizlik vəziyyətinin gərgin olduğunu qeyd edir. Ötən ilə dair statistik məlumatlara əsasən, Sistan və Bəluçistan və ətraf ərazilərdə 95 hərbçi silahlı hücuma məruz qalıb. Onlardan 60-ı həlak olub, 35-i isə yaralanıb.

#İran #SEPAH #komandan #silahlıhücum #yaralanma

Kanala abunə olun
1👎1
🇯🇵 Yaponiya: “Hörmüz boğazının faktiki bağlanması regiona böyük təsir göstərib🌊

Avstraliyada səfərdə olan Yaponiyanın baş naziri Takaiçi bildirib ki, Tokio və Kanberra Hörmüz boğazının faktiki bağlanması ilə bağlı yaranmış vəziyyətə tez bir zamanda reaksiya vermək üçün sıx əməkdaşlıq edəcəklər.

Takaiçinin sözlərinə görə, bu hadisə Hind-Sakit okean bölgəsinə ciddi təsir göstərib və enerji təhlükəsizliyi baxımından yeni risklər yaradıb.

Məlumata görə, Yaponiya baş naziri avstraliyalı həmkarı Entoni Albaneze ilə görüş zamanı enerji təhlükəsizliyi, müdafiə və strateji əhəmiyyətli mineral ehtiyatlar sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəlib.

Tərəflər Çin, Cənub-Şərqi Asiya, Sakit okean ada ölkələri və nüvə məsələləri ilə bağlı strateji müzakirələr aparıblar. (Əl-Cəzirə)

#Yaponiya #Hörmüzboğazı

Kanala abunə olun
🚨SON DƏQİQƏ

🇮🇷 İran 🇺🇸 ABŞ gəmisini vurduğunu iddia edir 🌊🚢🚀

Bu gün İranın dövlət mediası ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəminin İranın cənubundakı Cask şəhəri yaxınlığında vurulduğunu iddia edib.

“Fars” agentliyinin məlumatına görə, ABŞ-nin hərbi gəmisi bölgədə “naviqasiya təhlükəsizliyi”ni pozub və Hörmüz boğazı istiqamətində hərəkət edib. İran tərəfi bildirib ki, gəmiyə İran Hərbi Dəniz Qüvvələri tərəfindən xəbərdarlıq edilib, ancaq gəmi kursunu dəyişməyib.

Qeyd olunur ki, xəbərdarlıqlara məhəl qoyulmadıqdan sonra gəmiyə iki raket atılıb və raketlərin hədəfə dəydiyi açıqlanıb.

#İran #ABŞ #gəmi #raküthücumu

Kanala abunə olun
😱4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
TƏCİLİ 📣

🇮🇷 SEPAH-dan Hörmüzdə sərt xəbərdarlıq: “İcazəsiz girən gəmilər məhv ediləcək” 🌊🚢🚀


Hörmüz boğazında ABŞ və İran arasında artan gərginlik fonunda SEPAH-ın Hərbi Dəniz Qüvvələri dənizçilərə VHF radio yayımı vasitəsilə sərt xəbərdarlıq edib.

Yayılan mesajda bütün gəmilərə müraciət olunaraq bildirilib: “Diqqət bütün gəmilər, diqqət bütün gəmilər! İran İslam Respublikasının icazəsi olmadan Hörmüz boğazına daxil olsanız, hədəf alınacaq və məhv ediləcəksiniz”.

VHF radio yayımı dənizdə gəmilər arasında və sahil mühafizəsi ilə əlaqə saxlamaq üçün istifadə olunan qısa məsafəli rabitə sistemidir. Bu radio vasitəsilə gəmilərə xəbərdarlıqlar, təhlükəsizlik məlumatları və təcili çağırışlar operativ şəkildə ötürülür.

#İran #SEPAH #Hörmüzboğazı #gəmilər #xəbərdarlıq #zərbə

Kanala abunə olun
😱1
Azad İran
🚨SON DƏQİQƏ 🇮🇷 İran 🇺🇸 ABŞ gəmisini vurduğunu iddia edir 🌊🚢🚀 Bu gün İranın dövlət mediası ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəminin İranın cənubundakı Cask şəhəri yaxınlığında vurulduğunu iddia edib. “Fars” agentliyinin məlumatına görə, ABŞ-nin hərbi…
🇺🇸 ABŞ 🇮🇷 İran sahillərində gəmisinə hücum iddialarını rədd edib 🌊🚢🚀

ABŞ rəsmiləri İranın Cask şəhəri yaxınlığında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin raketlə vurulduğu barədə yayılan xəbərləri təkzib edib.

Bununla bağlı, Axios nəşrinin müxbiri Barak Ravid “X” hesabında paylaşım edərək bildirib ki, ABŞ rəsmiləri İran raketlərinin Amerika gəmisinə dəydiyi iddiasını yalanlayıblar.

Qeyd edək ki, daha öncə SEPAH-a bağlı “Fars News” agentliyi İran Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayan ABŞ-nin hərbi gəmisinə iki raket atıldığını açıqlamışdı.

#ABŞ #gəmi #İran #hücum #təkzib

Kanala abunə olun
Azad İran
🚨SON DƏQİQƏ 🇮🇷 İran 🇺🇸 ABŞ gəmisini vurduğunu iddia edir 🌊🚢🚀 Bu gün İranın dövlət mediası ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəminin İranın cənubundakı Cask şəhəri yaxınlığında vurulduğunu iddia edib. “Fars” agentliyinin məlumatına görə, ABŞ-nin hərbi…
🇮🇷 İran 🇺🇸 ABŞ gəmisinə xəbərdarlıq atəşi açıb? 🚢🚀🔥

Bu gün “Reuters” xəbər agentliyi adının açıqlanmasını istəməyən yüksək vəzifəli İran rəsmisinə istinadən bildirib ki, İran qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus freqatın (hərbi dəniz gəmisinin bir növü) Hörmüz boğazına daxil olmasının qarşısını almaq üçün xəbərdarlıq atəşi açıb.

İran rəsmisinin sözlərinə görə, xəbərdarlıq atəşinin ABŞ gəmisinə zərər vurub-vurmadığı hələlik məlum deyil.

Xəbərin yayımlanmasından bir neçə dəqiqə öncə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkə paylaşımında bölgədəki ABŞ hərbi gəmilərinə raketlərin dəydiyi barədə məlumatları təkzib edib.

#İran #ABŞ #gəmi #xəbərdarlıqatəşi

Kanala abunə olun
Azad İran
🚨SON DƏQİQƏ 🇮🇷 İran 🇺🇸 ABŞ gəmisini vurduğunu iddia edir 🌊🚢🚀 Bu gün İranın dövlət mediası ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəminin İranın cənubundakı Cask şəhəri yaxınlığında vurulduğunu iddia edib. “Fars” agentliyinin məlumatına görə, ABŞ-nin hərbi…
🇺🇸 ABŞ rəsmisi: “🇮🇷 İranın hərbi gəmiyə hücum iddiası doğru deyil” 🚢🚀

ABŞ-nin yüksək vəzifəli rəsmisi “Əl-Cəzirə” telekanalına açıqlamasında İranın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə hücum etdiyi barədə yayılan xəbərləri təkzib edib.

Rəsminin sözlərinə görə, SEPAH-ın ABŞ hərbi gəmisinə iki raketlə zərbə endirməsi barədə iddialar “uydurmadır”.

“Əl-Cəzirə” telekanalı da məsələ ilə bağlı “X” hesabında paylaşım edərək bildirib ki, ABŞ rəsmisi İranın Amerika donanmasına raket zərbəsi endirdiyi barədə məlumatların doğru olmadığını açıqlayıb.

#ABŞ #İran #gəmi #hücum #iddia #təkzib

Kanala abunə olun
1
🚨 SON DƏQİQƏ

🇺🇸 ABŞ Hörmüz boğazında 🇮🇷 SEPAH qayıqlarına zərbə icazəsi verdi 🌊🚤🚀

ABŞ ordusuna Hörmüz boğazında SEPAH-ın hərbi katerlərinə və raket buraxılış məntəqələrinə zərbə endirmək üçün icazə verilib.

Bununla bağlı, “Axios” nəşrinin müxbiri Barak Ravid “X” hesabında paylaşım edib.

“Yüksək vəzifəli bir Amerika rəsmisi, bölgədəki ABŞ qüvvələrinin döyüş qaydalarında dəyişiklik edildiyini və onlara boğazı keçən gəmilərə, eləcə də, SEPAH-ın sürətlı qayıqlarına və ya İranın raket buraxılış mövqelərinə hücum etmək səlahiyyəti verildiyini açıqlayıb", - deyə, Ravid bildirib.

#ABŞ #Hörmüzboğazı #İran #SEPAH #hərbikaterlər #hücum #icazə

Kanala abunə olun
👍3
🇮🇷 İran gəmisi 🇺🇸 ABŞ blokadasını yardı? 🌊🚢🤔

İranın mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankeri ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki nəzarət tədbirlərinə baxmayaraq maneəsiz şəkildə hərəkət edib. Bununla bağlı, dəniz izləmə xidmətləri üzrə ixtisaslaşan “Tanker Trackers” platforması məlumat yayıb.

Bildirilib ki, XAVIA adlı gəmi bir neçə həftə öncə İranın Əsəluyə limanında yüklənmə zamanı müşahidə olunub və iki gün əvvəl Omanın Sohar sahilləri yaxınlığında görünüb. (Fars News)

#İran #tanker #ABŞ #blokada

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Gəmilər Hörmüzdə 🇺🇸 ABŞ-nin “Azadlıq Layihəsi”ni görməzdən gəlir 🌊🚢

ABŞ prezidenti Donald Trampın elan etdiyi “Azadlıq Layihəsi” fonunda Hörmüz boğazında gəmiçilik hərəkətinin zəif qaldığı bildirilir.

Məlumata görə, bölgədən keçən gəmilərin böyük hissəsi ABŞ tərəfindən təqdim olunan təhlükəsiz keçid dəhlizi əvəzinə, İranın tətbiq etdiyi trafik ayırma sistemindən istifadə edir və Oman sahillərinə daha yaxın marşrutları seçir.

Bu vəziyyət Hörmüz boğazında nəzarət və təhlükəsizlik mexanizmləri ilə bağlı fərqli yanaşmaların hələ də təsirli olduğunu göstərir.

#ABŞ #İran #Hörmüzboğazı #gəmilər #keçid

Kanala abunə olun
🇺🇸 ABŞ gəmiləri Hörmüz boğazını keçdi 🌊⛴️

Bu gün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında “Azadlıq Layihəsi” əməliyyatının ilk günündə iki Amerika bayrağı altında olan yük gəmisinin uğurla keçdiyini bildirib.

Bəyanata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus idarə olunan raket esminesləri bölgədə fəaliyyət göstərir və kommersiya gəmiçiliyinin təhlükəsiz şəkildə bərpasına dəstək verir.

CENTCOM qeyd edib ki, ilkin mərhələdə iki ticarət gəmisi Hörmüz boğazından problemsiz keçərək səyahətlərini Fars körfəzində davam etdirir.

#ABŞ #Hörmüzboğazı #gəmi

Kanala abunə olun
🚨TƏCİLİ

🇮🇷 İran Hörmüz boğazını keçməyə çalışan 🇰🇷 Cənubi Koreya gəmisini vurdu 🌊🚀💥🚢

Bu gün Cənubi Koreya mətbuatında Hörmüz boğazı yaxınlığında ölkəyə məxsus bir gəmiyə hücum edildiyi barədə məlumat yayılıb.

Ancaq İranın rəsmi və yarırəsmi xəbər agentlikləri bu iddiaları təkzib edərək xəbəri “əsassız” adlandırıblar.

SEPAH-a bağlı “Tasnim News” agentliyi Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinə istinadla yayılan məlumatı qeyd etsə də, İran tərəfi hadisənin baş verdiyini təsdiqləməyib və iddiaların real vəziyyəti əks etdirmədiyini bildirib.

#İran #hücum #gəmi #CənubiKoreya #Hörmüzboğazı

Kanala abunə olun
📢 Beynəlxalq Əfv Təşkilatı 🇮🇷 İranda edamlarla bağlı həyəcan təbili çalır 🚨

Beynəlxalq Əfv Təşkilatı İranda ölüm hökmlərinin artması ilə bağlı narahatlığını ifadə edib.

Təşkilatın yaydığı bəyanata görə, İran məhkəmələri 13 etirazçı və müxalifin edam cəzalarının icrasına hazırlaşır və bu prosesdə irəli sürülən ittihamların əsaslandırılmasına çalışılır.

Təşkilat bildirir ki, İran hakimiyyəti siyasi müxaliflərə qarşı özbaşına ölüm hökmlərini gücləndirir və işgəncə, eləcə də ədalətsiz məhkəmə proseslərindən sonra verilmiş cəzalardan istifadə edir.

Təşkilatın fikrincə, bu tendensiya cəmiyyətdə qorxu yaratmaq və etiraz səslərini susdurmaq məqsədi daşıyan sistemli siyasətin bir hissəsidir. (İran İnsan Haqları Mərkəzi)

#İran #məhbuslar #etirazçılar #edam

Kanala abunə olun
3
🇺🇸 ABŞ maliyyə naziri 🇨🇳 Çini Hörmüz boğazının açılmasına qoşulmağa çağırıb

ABŞ maliyyə naziri Skot Bessent Fox News-a verdiyi müsahibədə ABŞ-nin Hörmüz boğazını açmaq təşəbbüsünü irəli sürdüyünü bildirib və 🇮🇷 İranın bu həyati əhəmiyyətli su yoluna nəzarət etmədiyini vurğulayıb.
O qeyd edib ki, İran hərbçilərə atəş açmasa, ABŞ atəş açmayacaq.

Bessent eləcə də qeyd edib ki, indi İrana qarşı beynəlxalq təzyiqi artırmaq üçün ən uyğun zamandır.
Nazir bildirib ki, ABŞ prezidenti Tramp və Çin prezidenti Si Cinpin telefon danışıqları zamanı İran məsələsini artıq müzakirə ediblər.
Bu baxımdan, Bessent qeyd edib ki, Vaşinqton Pekinin Hörmüz boğazını açmaq üçün səylərini birləşdirəcəyinə və Tehrana diplomatik təzyiq göstərəcəyinə ümid edir.

#ABŞ #Çin #Hörmüzboğazı

Kanala abunə olun
🇦🇪 BƏƏ mümkün raket təhlükəsi ilə bağlı xəbərdarlıq etdi 🆘

BƏƏ Daxili İşlər Nazirliyi 🇺🇸 ABŞ-🇮🇷 İran atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri vətəndaşlara ilk dəfə raket hücumu xəbərdarlığı edib.

BƏƏ-dəki telefonlara göndərilən mesajda sakinlər təhlükəsiz ərazilərdə sığınacaq axtarmağa, pəncərələrdən, qapılardan və açıq məkanlardan çəkinməyə və rəsmi təlimatları gözləməyə çağırılıb.

Xəbərdarlıq İranın BƏƏ-yə məxsus ADNOC neft tankerinə hücum etməsindən sonra verilib.
Hadisəyə cavab olaraq BƏƏ hücumu və İranın hərəkətlərini kəskin şəkildə pisləyib.

امارات متحده عربی درباره احتمال حمله موشکی هشدار داد

#BƏƏ #xəbərdarlıq #rakethücumu #İran #ABŞ #atəşkəs

Kanala abunə olun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇺🇸 ABŞ gəmisinə xəbərdarlıq atəşi açıb 🚀💥🚢

Xəbərdarlıq üçün raketlərdən istifadə olunub.

Fars xəbər agentliyinin məlumatında deyilir: "ABŞ esmineləri bir neçə saat əvvəl Oman dənizində radarlarını söndürərək Hörmüz boğazına yaxınlaşmağa cəhd ediblər.
Lakin radarlarını işə saldıqdan dərhal sonra İran ordusunun Hərbi Dəniz Qüvvələri tərəfindən aşkar ediliblər.
Onlara atəşkəsin pozulması riskləri ilə bağlı radio vasitəsilə xəbərdarlıq edilib.
ABŞ gəmilərinin bu xəbərdarlığa məhəl qoymamasından sonra, ordu qüvvələri yenidən və kəskin şəkildə bəyan ediblər ki, Hörmüz boğazına daxil olmaq üçün istənilən cəhd atəşkəsin pozulması kimi qiymətləndiriləcək və dəniz qüvvələrinin reaksiyası ilə üzləşəcək.
Gəminin xəbərdarlığa etinasızlığından sonra, İran Hərbi Dəniz Qüvvələri təcavüzkar düşmən gəmilərinin yaxınlığına kreyser raketləri, raketlər və döyüş dronları ilə xəbərdarlıq atəşi açıb".


تصاویر شلیک اخطار نیروی دریایی ایران به ناوشکن‌های آمریکایی

#İran #Hörmüzboğazı #ABŞ #gəmi #hücum

Kanala abunə olun
👎2🔥1