🇺🇸 Tramp 🇮🇷 İranın yeni təklifini rədd edib
"Mən İranın yeni təklifini araşdırdım və bu, mənim üçün qəbuledilməzdir".
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"İran uzunmüddətli sülh müqaviləsi və Hörmüz boğazının açılmasını, eləcə də uranın zənginləşdirilməsinin 15 illik dondurulmasını təklif etsə də, nüvə obyektlərinin məhv edilməsinə razı olmadı", - Tramp əlavə edib.
#ABŞ #Tramp #İran #təklif
Kanala abunə olun

❤1🔥1
Dünyanın müxtəlif yerlərindəki 🇮🇷 İran səfirlikləri 🇺🇸 ABŞ-ni lağa qoymaqda davam edirlər 🤔
İranın Hindistanın Heydərabad şəhərindəki səfirliyi ABŞ mediasının İranın Hörmüz boğazında ABŞ hərbi gəmilərinə hücum etmək üçün delfin esminesindən istifadə etməyi düşündüyü barədə xəbərlərinə cavab verib: "Axı onlar hər şeyi dağıtdılar".
"İran Hörmüz boğazında ABŞ hərbi gəmilərinə mina daşıyan delfinlərin hücum etməsini gözləyir", - deyə, bir müddət öncə ABŞ mediası yazmışdı.
#İran #Hindistan #səfirlik #ABŞ #delfin #bomba

👎2
🇮🇷 İran Hörmüz boğazı ilə bağlı addımlarını qonşu ölkələrlə əlaqələndirmək istəyir 🌊
İran Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:
"Hörmüz boğazındakı vəziyyətlə bağlı qonşu və sahilyanı dövlətlər ilə koordinasiya aparacağıq".
مشاور سخنگوی وزارت امور خارجه جمهوری اسلامی: با کشورهای همسایه و کشورهای ساحلی درباره وضعیت تنگه هرمز هماهنگی میکنیم
#İran #Hörmüzboğazı #sahilyanıdövlətlər #koordinasiya

🇮🇷🇺🇸 İran uranın zənginləşdirilməsini 3,5%-ə qədər məhdudlaşdırmağa hazırdır ☢️
Tehran mövcud uran ehtiyatlarını tədricən azaltmağa hazır olduğunu bildirib.
ABŞ artıq İranın razılaşma təklifinə cavab verib. Tehran hazırda bu cavabı nəzərdən keçirir. (Əl-Ərəbiyyə)
#ABŞ #İran #uranzənginləşdirmə

🇮🇷 Vilayəti: "🇺🇸 Tramp dünyanın iqtisadi və siyasi durumundan xəbərsizdir" 🗣
İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti ABŞ prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi təhdidlərə sərt reaksiya verib.
Vilayəti “X” hesabında paylaşım edərək Trampın dünyadakı real iqtisadi və siyasi durumdan xəbərsiz olduğunu bildirib. O qeyd edib ki, ABŞ prezidenti mövcud geosiyasi reallığı dəyişdirməkdə acizdir.
İran rəsmisi ABŞ qoşunlarının Almaniyadan çıxarılması ehtimalını, NATO-nun zəifləməsini və ABŞ hərbi gəmilərində təkrarlanan texniki problemləri “Ağ Evin illüziyalarının süqutunun əlamətləri” adlandırıb.
Trampın İranda mümkün aclıqla bağlı son təhdidlərinə də toxunan Vilayəti deyib ki, qlobal ərzaq təhlükəsizliyi və Hörmüz boğazından keçən kimyəvi gübrələrin təchizat zənciri Tehranın nəzarəti altındadır.
“Cənab Tramp! Siyasət dünyası Cek Sparrou filmi deyil. Dünyanın həyati arteriyası ilə oynayan hər kəs özünü çıxılmaz vəziyyətdə tapacaq”, – Vilayəti vurğulayıb.
#İran #Vilayəti #tənqid #ABŞ #təhdid

😁3
🇺🇸 Tramp Hörmüz boğazında “Azadlıq Layihəsi” əməliyyatının başladığını açıqlayıb 🌊🚢
ABŞ prezidenti Donald Tramp deyib ki, bazar ertəsindən etibarən ABŞ Hörmüz boğazında “Azadlıq Layihəsi” adlı humanitar əməliyyata başlayacaq.
Onun sözlərinə görə, əməliyyatın məqsədi boğazda tıxanmış xarici gəmilərin təhlükəsiz şəkildə çıxarılmasına yardım etməkdir. ABŞ prezidenti qeyd edib ki, Yaxın Şərq münaqişəsində iştirak etməyən onlarla ölkə Vaşinqtona müraciət edərək “neytral və günahsız” gəmilərinin təhlükəli sulardan çıxarılmasına dəstək istəyib.
Tramp bildirib ki, bölgədə qalan bir çox gəmi artıq heyət üçün qida və zəruri ləvazimat çatışmazlığı ilə üzləşir. Onun sözlərinə görə, ABŞ bu addımı “xoşməramlılığın humanitar jesti” kimi dəyərləndirir. ABŞ prezidenti eyni zamanda xəbərdarlıq edib ki, əməliyyata hər hansı müdaxilə olarsa, buna “zorla müqavimət göstəriləcək”.
Tramp əlavə edib ki, Vaşinqton paralel şəkildə İranla “çox müsbət danışıqlar” aparır.
#ABŞ #Tramp #Hörmüzboğazı #azadlıqlayihəsi

❤3👍1
🇮🇷 İranda daha üç məhbus edam edilib 👨⚖️😢
İranda yanvar etirazları ilə əlaqəli daha üç məhbus dar ağacından asılıb. “Fars” xəbər agentliyinin məlumatına görə, edamlar bu dəfə Məşhəd şəhərində həyata keçirilib.
Bildirilib ki, İbrahim Dövlətabadi, Mehdi Rəsuli və Məhəmmədrza Miri “təhlükəsizlik qüvvələrinin üzvü” kimi təqdim edilən Həmidrza Yusifnejadın qətlində birbaşa rol oynamaqda ittiham ediliblər. Eyni zamanda, həmin şəxslərin “Mossadla əməkdaşlıq”da günahlandırıldığı da vurğulanıb.
Bununla belə, vəkil Mərziyə Mohebbi qeyd edib ki, edam olunan şəxslər 21 və 25 yaşlarında fəhlə olublar və ölüm hökmləri ailələrinə əvvəlcədən xəbərdarlıq edilmədən icra edilib. Onun sözlərinə görə, cəsədlər bazar günü səhər saat 10:00 radələrində qəbiristanlıqda ailələrinə təhvil verilib.
İbrahim Dövlətabadinin edamı ilə bağlı hakimiyyət orqanları onun Məşhədin Təbərsi məhəlləsində baş verən “etirazların əsas liderlərindən biri” olduğunu iddia edir. (IndyPersian)
#İran #etirazçı #məhbus #edam

👎5❤1
TƏCİLİ 🚨
🇮🇷 SEPAH Hörmüz boğazında tankeri vurdu 🌊🚢🚀
İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) ABŞ-nin məlumatı ilə Hörmüz boğazını keçməyə çalışan və İranın xəbərdarlıqlarına məhəl qoymayan bir gəmiyə raket zərbələri endirdiyi bildirilir. Məlumata görə, hücumdan sonra tanker hərəkətini dayandırıb.
Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) isə bazar günü açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə limanından 78 dəniz mili (144 km) şimalda neft tankerinin naməlum mərmilərlə vurulduğunu təsdiqləyib.
UKMTO bildirib ki, bütün heyət üzvləri təhlükəsizdir və hadisə nəticəsində ətraf mühitin çirklənməsi barədə hər hansı məlumat daxil olmayıb.
#SEPAH #Hörmüzboğazı #tanker #hücum

🤯4
🇺🇸 ABŞ-nin 🇮🇷 İranla danışıqlar komandasına yeni sima qoşulub
CBS telekanalı xəbər verir ki, Donald Trampın prezidentliyinin ilk dövründə Dövlət Departamentində çalışmış Nik Stüart İran məsələləri üzrə ABŞ-nin danışıqlar komandasına daxil edilib.
Məlumata görə, bu addım Vaşinqtonla Tehran arasında diplomatik səylərin ciddi çətinliklərlə üzləşdiyi bir dövrdə atılıb.
Bildirilir ki, Nik Stüart Trampın kürəkəni Cared Kuşner və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkofun yer aldığı komandaya qoşulub. CBS qeyd edir ki, bu dəyişiklik İslamabad danışıqlarının dayandırılmasından az əvvəl baş verib.
Mənbələrin sözlərinə görə, Stüartın ixtisaslaşdığı sahələr nüvə silahlarının yayılmasının qarşısının alınması və İran siyasəti ilə bağlıdır.
Qeyd olunur ki, Stüart daha öncə Nyu-York ştatından respublikaçı konqresmen Klaudiya Teninin müşaviri kimi də fəaliyyət göstərib. Konqresmen Teni onu ABŞ-də İran siyasəti üzrə “ən qabaqcıl ekspertlərdən biri” kimi dəyərləndirib. (Fararu)
#ABŞ #İran #danışıqlarkomandası #yenisima

🇸🇾 Suriyada din xadiminin öldürülməsində 🇮🇷 İranla bağlı şübhələr artıb👳♂️
Suriyanın dövlət televiziyasının məlumatına görə, Dəməşqin cənubundakı Həzrət Zeynəb ziyarətgahının imamı Fərhan Həsən əl-Mənsur avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub. Hadisənin ötən həftənin cümə günü baş verdiyi bildirilir.
Suriya Daxili İşlər Nazirliyi açıqlamasında sui-qəsdin dini və ictimai xadimlərə qarşı yönəldiyini, məqsədin isə məzhəb qarşıdurması yaratmaq və ölkədə nifaq salmaq olduğunu bildirib.
Dünən “Əş-Şərq Əl-Əvsət” qəzeti isə Dəməşqdəki mənbəyə istinadən yazıb ki, öldürülən ruhani Suriya hökuməti ilə əməkdaşlıq edərək ölkədə şiə icması daxilində sabitliyin bərpasına çalışırdı.
Mənbənin dediklərinə görə, bu fəaliyyət onun bəzi dairələr tərəfindən İranla əlaqələndirilən və qeyri-sabitlikdən faydalanmağa çalışan qruplaşmaların hədəfinə çevrilməsinə səbəb olub. (Deutsche Welle)
#Suriya #dinxadimi #ölüm

😱1
🇺🇸 Trampın UNO paylaşımını 🇮🇷 İran səfirliyi ələ saldı 🃏
ABŞ prezidenti Donald Trampın əlində UNO kartları tutduğu və “Bütün kartlar məndədir” ifadəsi ilə etdiyi paylaşım sosial mediada diqqət çəkib.
Paylaşımda o, oyunun qaydalarına dair yanlış fikir səsləndirərək kartların çox olmasının üstünlük kimi təqdim olunduğu təəssüratı yaradıb.
Bu paylaşımın ardından İranın Hindistanın Heydərabad şəhərindəki səfirliyi ironik cavab verərək qısa şəkildə “Bəli, bizim kartlarımız daha azdır” ifadəsini paylaşıb. Bu cavab sosial mediada geniş müzakirələrə səbəb olub və paylaşım diplomatik zarafat tonunda şərh edilib.
#ABŞ #Tramp #İran #səfirlik

🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🇵🇰 İranlıların acınacaqlı mənzərəsi: dolanışıq üçün Pakistana yanacaq aparırlar 🛻⛽️
İran-Pakistan sərhədində yerləşən Pirkur şəhəri yaxınlığında genişmiqyaslı qanunsuz yanacaq daşınması müşahidə olunub. Şahidlərin sözlərinə görə, İrandan Pakistana doğru hərəkət edən minlərlə insanın qatıldığı böyük karvan sərhəd bölgəsində görüntülənib.
Məlumata əsasən, bu cür yanacaq daşımaları əvvəlki illərdə daha ciddi şəkildə nəzarət altına alınsa da, son dövrlərdə bu prosesin yumşaldığı bildirilir. Bəzi mənbələr bu vəziyyəti ölkə daxilində yanacaq ehtiyatlarının idarə olunması ilə əlaqələndirir.
Qeyri-rəsmi məlumatlara görə, artan qeyri-qanuni ixrac daxili anbarlarda yüklənmənin azalmasına da təsir göstərir.
#İran #çətindolanışıq #yanacaqdaşınma #Pakistan

Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: "🇺🇸 ABŞ-nin davranışından asılı olmayaraq maraqlarımızı müdafiə edəcəyik" 🗣
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Tehran diplomatik proseslərdə milli maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə etməyə davam edəcək.
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi ölkənin diplomatik siyasətinin icraçısı və qoruyucusu kimi müxtəlif kanallar vasitəsilə İranın maraqlarını müdafiə etmək öhdəliyini daşıyır.
Bəqayi vurğulayıb ki, qarşı tərəf danışıqlarda qeyri-ənənəvi və gözlənilməz davranış sərgiləsə belə, bu vəziyyət İranın mövqeyini zəiflətmir, əksinə daha da gücləndirir.
Sitat: "Bu vəziyyət müharibə şəraitində qeyri-ənənəvi üsullarla üzləşən bir müdafiəçinin daha da möhkəm dayanmasına bənzəyir". O əlavə edib ki, ABŞ ilə diplomatik münasibətlərdə də eyni prinsip keçərlidir və İran öz mövqeyini “tam güc və diqqətlə” qoruyacaq. (Snn.ir)
#İran #XİN #ABŞ #danışıqlar

❤1
🇮🇷 İran və 🇵🇰 Pakistan regionda sülh səylərini müzakirə edib ☎️
Dünən İranın xarici işlər naziri Abbas Əraqçı və pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. Tərəflər Yaxın Şərqdə mövcud vəziyyəti və bölgədə sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımları müzakirə ediblər.
Danışıq zamanı Əraqçı Pakistanın bölgədə vasitəçilik səylərini və İran-ABŞ danışıqlarında oynadığı konstruktiv rolu yüksək qiymətləndirib. Tərəflər diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. (Əraqçının “Telegram” kanalı)
گفتگوی تلفنی وزرای امور خارجه ایران و پاکستان
🔹 سید عباس عراقچی و محمد اسحاق دار وزرای امور خارجه جمهوری اسلامی ایران و پاکستان شب گذشته به صورت تلفنی گفتگو کردند.
#İran #Pakistan #XİN

🇮🇷 İran XİN: 🇺🇸 ABŞ-nin bölgədəki hərbi mövcudluğu bəzi hallarda təhlükəsizliyi artırıb
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bölgədəki təhlükəsizlik vəziyyətinə dair açıqlama verib.
O bildirib ki, bəzi regional ölkələr ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunu həm təhlükəsizlik amili kimi, həm də ölkələr arasında bölünmələr yaradan faktor kimi dəyərləndirirlər.
Bəqayi vurğulayıb ki, İran uzun müddətdir region ölkələri arasında etimad mexanizmlərinin yaradılmasını dəstəkləyir və təhlükəsizliyin xarici müdaxilələrdən asılı olmadan, regional əməkdaşlıq əsasında formalaşmalı olduğunu düşünür.
Onun sözlərinə görə, Tehran bu yanaşmanı diplomatik platformalarda və beynəlxalq təmaslarda davamlı şəkildə gündəmdə saxlayacaq. (Snn.ir)
#İran #XİN #ABŞ #hərbimövcudluq #təhlükəsizlik

😁1
TƏCİLİ 🚨
🇮🇷 SEPAH Hörmüz boğazında yeni nəzarət zonasını elan edib 🌊🗺️
SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı ilə bağlı yeni “nəzarət sərhədləri” müəyyənləşdirdiyini açıqlayıb. Bəyanatda qeyd olunur ki, İran Silahlı Qüvvələri boğazda genişləndirilmiş dəniz zonasını özünün nəzarət və idarəçiliyi altında hesab edir.
SEPAH-ın açıqlamasına görə, yeni müəyyən edilən cənub sərhədi İranda yerləşən Mübarək dağı ilə BƏƏ-nin Fuceyrə şəhərinin cənub hissəsi arasındakı xətt boyunca keçir.
Bildirilib ki, qərb sərhədi isə İranın Qeşm adası ilə BƏƏ-nin Ümm əl-Küveyn əmirliyi arasındakı xətt boyunca müəyyənləşdirilib.
Beləliklə, Tehran Hörmüz boğazında əməliyyat nəzarətində hesab etdiyi dəniz zonasını faktiki olaraq genişləndirdiyini elan edib. (Fars News)
#İran #SEPAH #Hörmüzboğazı #xəritə #nəzarətzonası

🇮🇷 İranda SEPAH komandanı silahlı hücumda yaralandı 👮♂🔥
Sistan və Bəluçistan əyalətinin Rask şəhərində hərbi karvan silahlı şəxslərin hücumuna məruz qalıb. Hadisə nəticəsində SEPAH-ın yerli komandanı Mahmud Bağbani yaralanıb və hazırda Zahedandakı xəstəxanada müalicə olunur.
Məlumata görə, üç nəqliyyat vasitəsindən ibarət hərbi karvan Cakiqur kəndi yaxınlığında hərəkətdə olarkən naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub. Hücum zamanı Bağbani ilə yanaşı, digər təhlükəsizlik qüvvələrinin də yaralandığı bildirilir.
Yerli mənbələr bölgədə təhlükəsizlik vəziyyətinin gərgin olduğunu qeyd edir. Ötən ilə dair statistik məlumatlara əsasən, Sistan və Bəluçistan və ətraf ərazilərdə 95 hərbçi silahlı hücuma məruz qalıb. Onlardan 60-ı həlak olub, 35-i isə yaralanıb.
#İran #SEPAH #komandan #silahlıhücum #yaralanma

❤1👎1
🇯🇵 Yaponiya: “Hörmüz boğazının faktiki bağlanması regiona böyük təsir göstərib” 🌊
Avstraliyada səfərdə olan Yaponiyanın baş naziri Takaiçi bildirib ki, Tokio və Kanberra Hörmüz boğazının faktiki bağlanması ilə bağlı yaranmış vəziyyətə tez bir zamanda reaksiya vermək üçün sıx əməkdaşlıq edəcəklər.
Takaiçinin sözlərinə görə, bu hadisə Hind-Sakit okean bölgəsinə ciddi təsir göstərib və enerji təhlükəsizliyi baxımından yeni risklər yaradıb.
Məlumata görə, Yaponiya baş naziri avstraliyalı həmkarı Entoni Albaneze ilə görüş zamanı enerji təhlükəsizliyi, müdafiə və strateji əhəmiyyətli mineral ehtiyatlar sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəlib.
Tərəflər Çin, Cənub-Şərqi Asiya, Sakit okean ada ölkələri və nüvə məsələləri ilə bağlı strateji müzakirələr aparıblar. (Əl-Cəzirə)
#Yaponiya #Hörmüzboğazı

🚨SON DƏQİQƏ
🇮🇷 İran 🇺🇸 ABŞ gəmisini vurduğunu iddia edir 🌊🚢🚀
Bu gün İranın dövlət mediası ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəminin İranın cənubundakı Cask şəhəri yaxınlığında vurulduğunu iddia edib.
“Fars” agentliyinin məlumatına görə, ABŞ-nin hərbi gəmisi bölgədə “naviqasiya təhlükəsizliyi”ni pozub və Hörmüz boğazı istiqamətində hərəkət edib. İran tərəfi bildirib ki, gəmiyə İran Hərbi Dəniz Qüvvələri tərəfindən xəbərdarlıq edilib, ancaq gəmi kursunu dəyişməyib.
Qeyd olunur ki, xəbərdarlıqlara məhəl qoyulmadıqdan sonra gəmiyə iki raket atılıb və raketlərin hədəfə dəydiyi açıqlanıb.
#İran #ABŞ #gəmi #raküthücumu

😱4