🇮🇷 Tehranda gecə partlayışı: binalara və avtomobillərə ziyan dəyib 💣🚗🏢💥
Bu gecə Tehranın İmam Xomeyni küçəsində yerləşən təhlükəsizlik məntəqəsinin yaxınlığında baş verən partlayışların avtomobil bombası deyil, iki ədəd əldəqayırma maye qaz bombası olduğu bildirilib.
Dövlətə bağlı Fars Xəbər Agentliyinin məlumatına görə, hadisə nəticəsində üç nəfər yüngül yaralanıb, bir neçə binaya və nəqliyyat vasitəsinə ziyan dəyib.
IRIB News dövlət televiziyası isə partlayışları təxribatçılar tərəfindən partladılmış “ev istehsalı səs cihazları” ilə əlaqələndirib.
#İran #Tehran #partlayış
Kanala abunə olun

🔥4👍1
Bloomberg: “🇺🇸 ABŞ Hörmüz boğazı uğrunda mübarizədə qalib gələ bilməz”
Bloomberg agentliyi yayımladığı strateji təhlildə bildirib ki, ABŞ Hörmüz boğazı uğrunda mümkün qarşıdurmada üstünlük əldə edə bilməz və İran bu kritik bölgəyə nəzarəti saxlamaq qabiliyyətini artıq sübut edib.
Təhlildə qeyd olunur ki, Tehran coğrafi üstünlük və hərbi vasitələr hesabına bu vacib boğucu nöqtədə nəzarəti qoruyaraq istənilən xarici müdaxilənin dəyərini artırmağa qadirdir.
Bloomberg müəlliflərindən birinin yazdığı analitik yazıda ABŞ prezidenti Donald Trampın İranın Hörmüz boğazı üzərindən ixracını tam bloklamaq təhdidinin Tehranı təslim olmağa məcbur etməyəcəyi vurğulanır. (Fars News)
#İran #ABŞ #Hörmüzboğazı #mübarizə #qələbə

🔥1🤔1
🇫🇷 Fransada saxlanılan 🇮🇷 iranlı qadın ölkəsinə qaytarılıb 🧕
İran və Fransa arasında həyata keçirilən məhbus mübadiləsi razılaşmasından sonra Fransada saxlanılan İran vətəndaşı Mehdiyə Esfəndiyari ölkəsinə geri qayıdıb.
Məlumata görə, tələbə olan Esfəndiyari Fransada “terrorçuluğu təbliğ etmək” ittihamı ilə həbs edilmişdi. Fransa məhkəməsi onu martın əvvəlində bu ittihamla bir il həbs cəzasına məhkum etmişdi.
BBC yazır ki, Esfəndiyarinin işi 2022-ci ilin may ayında İranda saxlanılan iki Fransa vətəndaşı – Sesil Kohler və Jak Paris ilə əlaqələndirilirdi. Onlar İran tərəfindən “İsrailə casusluq” ittihamı ilə saxlanılmışdı.
Həmin şəxslərin daha əvvəl Fransaya qaytarılmasından sonra, İran mediasının yaydığı məlumatlara əsasən, Esfəndiyari də razılaşma çərçivəsində İrana gətirilib.
#Fransa #İran #vətəndaş #məhkum

👎3❤1
🇷🇺 Lavrov: Uranın zənginləşdirilməsi 🇮🇷 İranın ayrılmaz hüququdur 🗣☢️
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, uranın zənginləşdirilməsi İranın “ayrılmaz hüququdur” və Moskva bu məsələ ilə bağlı İranı qane edən istənilən qərarı alqışlayacaq.
Lavrovun sözlərinə görə, Rusiya zənginləşdirilmiş uran məsələsində İranın qanuni hüquqları çərçivəsində qəbul ediləcək hər hansı razılaşmanı dəstəkləməyə hazırdır.
Rusiya XİN rəhbəri çıxışında Qərbi də tənqid edərək bildirib ki, Qərb artıq Orta Asiya və Cənubi Qafqaz ölkələrinə belə münasibətlərini necə tənzimləməli olduqlarını diktə etməyə çalışır.
Lavrov qeyd edib ki, Yaxın Şərqdəki böhranın yaxın zamanda həll olunması real görünmür və münaqişəni “həll etmək” istiqamətində aparılan səylər indiyə qədər demək olar ki, nəticə verməyib. (Fars News)
#Rusiya #XİN #İran #uran

🤮6❤2😁1
🇮🇹 İtaliya mətbuatından sərt mesaj: “Sui-istifadə” üz qabığında 📰
İtaliyanın nüfuzlu “L'Espresso” jurnalının yeni sayının üz qabığında silahlı bir 🇮🇱 İsrail əsgərinin İordan Çayının Qərb Sahilində çətin vəziyyətdə olan fələstinli qadını lentə aldığı foto yayımlanıb.
Jurnal sözügedən görüntünü “L'abuso” (“Sui-istifadə”) başlığı ilə təqdim edib.
Yayımlanan üz qabığı sosial mediada və ictimai müzakirələrdə geniş rezonans doğurub. Bir çox istifadəçi bunu Qərb Sahilində fələstinlilərin üzləşdiyi vəziyyətə dair sərt mesaj kimi dəyərləndirib.
Qeyd edək ki, İordan Çayının Qərb Sahilində İsrail-Fələstin qarşıdurması fonunda insan hüquqlarının pozulması ilə bağlı beynəlxalq tənqidlər son aylarda daha da artıb.
#İsrail #silahlıəsgər #fələstinliqadın #foto

👎2🔥1
🇮🇷 İran atəşkəsdən istifadə edərək yeraltı tunellərdə qalan raket buraxılış qurğularını sökür 🚀
Bu barədə CNN kanalı xəbər verib. Məlumata görə, bir aylıq döyüşlərdən sonra İranın raket buraxılış qurğularının təxminən yarısı hələ də yerindədir, sadəcə tunel girişlərinə hava hücumları nəticəsində basdırılıb.
Bildirilir ki, hazırda İran onları yerin səthinə çıxarmaq üçün avadanlıqdan istifadə edir.
#İran #atəşkəs #raketqurğuları

🔥4🤬1
🇵🇰 Pakistanlı general: “🇮🇷 İran 🇺🇸 ABŞ və 🇮🇱 İsraillə uzunmüddətli müharibəyə hazır deyil”
Pakistanın keçmiş yüksək vəzifəli rəsmisi, təqaüddə olan general-leytenant Məhəmməd Səid bildirib ki, ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadası Tehran üçün ən həssas nöqtələrdən birini hədəfə alıb və bu addım İranı sülh təkliflərinə cavab verməyə məcbur edə bilər.
General Səid New York Post qəzetinə açıqlamasında qeyd edib ki, İran hakimiyyəti ölkədəki iqtisadi çətinliklərin, yüksək inflyasiyanın və milli valyutanın dəyər itkisinin fərqindədir. Onun fikrincə, bu səbəbdən Tehran Vaşinqtonla danışıqları bərpa etməyə can atacaq.
Keçmiş rəsmi İranın hərbi imkanlarının məhdud olduğunu vurğulayaraq bildirib: “Onlar daha bir neçə gün dron və raket hücumlarını davam etdirə bilsələr də, ABŞ və İsraillə qarşılaşmaq üçün real hərbi gücə malik deyillər və etibar edə biləcəkləri səmərəli seçimləri yoxdur”. (Independent Persian)
#Pakistan #general #İran #ABŞ #müharibə

❤4👍2
🇺🇸 ABŞ 🇮🇷 İran müharibəsinə milyardlarla dollar xərcləyib 💰💸
ABŞ-nin İranda həyata keçirdiyi hərbi əməliyyatların ümumi xərci 51 milyard dolları keçib.
Bununla bağlı, “İran Müharibəsi Xərcləri İzləyicisi” adlı monitorinq platforması məlumat yayıb.
Hesabatda bildirilir ki, bu məbləğə hərbi texnikanın daşınması, əməliyyatların logistika təminatı, silah-sursat xərcləri, hava hücumları, dəniz qüvvələrinin fəaliyyəti və bölgədə yerləşdirilən qüvvələrin saxlanılması daxil edilib.
Yekun rəqəm əməliyyatların davam etməsi fonunda daha da yüksələ bilər.
#ABŞ #İran #müharibə #xərclər

❤2🔥1🤬1
Pezeşkian: 🇮🇷 İran müharibə istəmir, amma təslim olmayacaq ❗️
Dünən İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran müharibə etmək niyyətində deyil və digər ölkələrlə dialoq və konstruktiv qarşılıqlı fəaliyyətə üstünlük verir.
O, bu açıqlamanı Tehranda fövqəladə xidmətlər mərkəzinə baş çəkərkən verib. Pezeşkian vurğulayıb ki, İran xalqına öz iradəsini qəbul etdirmək üçün edilən istənilən cəhd uğursuzluğa məhkumdur.
İran prezidenti qeyd edib ki, Tehran ABŞ ilə konstruktiv dialoqu dəstəkləyir, lakin heç bir halda “təslim olmağa” razı olmayacaq.
Pezeşkianın sözlərinə görə, İran problemlərin həllini yalnız diplomatik yollarla mümkün hesab edir və gərginliyin artmasında maraqlı deyil. (Mehr News)
#İran #Pezeşkian #ABŞ #müharibə

🤮4👍1😁1
🇺🇸 ABŞ rəsmisi: “🇮🇷 İran hansı yolu seçsə də, Amerika qalib gəlir”
Bu gün Ağ Evin müşaviri Stiven Miller ABŞ-nin Hörmüz boğazında İran limanlarına qarşı tətbiq etdiyi blokadanın qlobal güc balansını “yüz il” üçün yenidən müəyyənləşdirdiyini bildirib.
Fox News telekanalına müsahibəsində Miller İranın artıq çətin vəziyyətdə olduğunu qeyd edərək, “İran hansı yolu seçsə də, Amerika qalib gəlir”, – deyə vurğulayıb.
Bu açıqlamalar ABŞ prezidenti Donald Trampın müharibənin sona yaxınlaşdığı barədə verdiyi bəyanatlardan sonra səsləndirilib. Tramp bildirib ki, “Düşünürəm ki, sona yaxınlaşır. Bəli, mən onun sona çox yaxın olduğunu görürəm”.
Tramp əlavə edib ki, ABŞ indi prosesdən geri çəkilərsə, İranın gücünü yenidən bərpa etməsi üçün təxminən 20 il lazım olacaq. ABŞ prezidenti eyni zamanda Tehranın razılığa gəlməyə hazır olduğunu da qeyd edib.
#ABŞ #İran #Hörmüzboğazı #seçim #qələbə

🛑 Güney Azərbaycanın incisi yenidən nəfəs alır 🌊🌧️
Son günlər yağan yağışlardan sonra Urmu gölündə su səviyyəsinin artdığı və gölün yenidən canlandığı bildirilir.
Bununla bağlı, “Tasnim News” agentliyi görüntülər paylaşıb.
Güney Azərbaycanın incisi sayılan Urmu gölü hazırda həm yerli əhali, həm də İranın müxtəlif bölgələrindən gələn turistlər üçün cəlbedici məkana çevrilib.
Görüntülərdə göldə canlanmanın artdığı, təbiətin əvvəlki gözəlliyini qismən geri qazandığı diqqət çəkir.
Qeyd edək ki, Urmu gölü uzun illərdir quruma təhlükəsi ilə üz-üzədir və son yağışlar bölgədə ümidverici dəyişiklik kimi dəyərləndirilir.
دریاچه ارومیه بالاخره جان گرفت
#GüneyAzərbaycan #Urmugölü #təbiət #canlanma

❤10🎉1
🇮🇷 İran 🇺🇸 ABŞ-dən qovulan öyrənci və müəllimləri universitetlərinə dəvət edir 🧑🎓👨🏫
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf bildirib ki, ABŞ universitetlərindən xaric edilən və işdən çıxarılan iranlı tələbələr və müəllimlər İranın təhsil müəssisələrinə qəbul ediləcəklər.
Nazir ABŞ hakimiyyətinin bəzi iranlı tələbələri “hüquqi və etik normalara zidd şəkildə” universitetlərdən uzaqlaşdırdığını deyərək buna reaksiya verib.
“ABŞ universitetlərindən qovulmuş bütün şəxslər məmnuniyyətlə İrandakı ekvivalent təhsil müəssisələrinə qəbul ediləcəklər”, – deyə Sərraf bildirib.
Nazir eyni zamanda tələbə və müəllimləri işlərini və təhsil yerlərini itirməkdən narahat olmamağa çağırıb və İranın onları dəstəkləməyə hazır olduğunu vurğulayıb. (Snn.ir)
#ABŞ #İran #tələbə #müəllim #universitet

👎2❤1😁1
🇮🇷 SEPAH hədələyir: 🇺🇸 ABŞ blokadası davam etsə, İran üç dənizi bağlayacaq 🌊🚢❌
İran ABŞ-nin dəniz blokadasını davam etdirəcəyi təqdirdə Fars körfəzi, Oman körfəzi və Qırmızı dənizdə beynəlxalq ticarəti dayandıra biləcəyi barədə xəbərdarlıq edib.
Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahı yayımladığı bəyanatda bildirib ki, ABŞ bölgədə “qanunsuz dəniz blokadasını” davam etdirərsə və İranın ticarət gəmiləri ilə neft tankerlərinin təhlükəsizliyini təhdid edərsə, İran Silahlı Qüvvələri sərt addımlar atacaq.
Bəyanatda vurğulanıb ki, belə bir vəziyyətdə İran Fars körfəzində, Oman körfəzində və Qırmızı dənizdə heç bir ixrac və ya idxalın davam etməsinə icazə verməyəcək.
SEPAH ABŞ-ni “təcavüzkar və terrorçu” adlandıraraq, mümkün eskalasiyanın məsuliyyətinin Vaşinqtonun üzərinə düşəcəyini bildirib.
#İran #SEPAH #ABŞ #dənizblokadası #təhdid

❤2😁2🔥1
Hörmüz boğazından ilk 🇮🇶 İraq tankeri keçdi 🌊🚢
ABŞ-nin tətbiq etdiyi blokada başladıqdan sonra İraq bayrağı altında üzən "Agios Fanourios I" supertankeri Hörmüz boğazını aşaraq Fars körfəzi sularına daxil olub.
Bununla bağlı, "Bloomberg" məlumat yayıb.
Sözügedən gəmi məhdudiyyətlər qüvvəyə mindikdən bəri bu su yolu ilə şimal-qərbə doğru irəliləyən ilk neft daşıyıcısıdır.
"Agios Fanourios I" gəmisi ABŞ-nin sanksiyalar siyahısında yer almır və onun marşrutu İranla bağlı deyil. Naviqasiya izləmə sistemlərinin göstəricilərinə görə, tankerin son təyinat məntəqəsi İraqın Bəsrə limanıdır.
#ABŞ #Hörmüzboğazı #İraq #tanker

❤1🔥1