🇮🇷 İran xaricdə yaşayan müxalif iranlıların əmlak hüquqlarını məhdudlaşdırır ❌
İranın Baş Prokuroru Məhəmmədkazım Movəhhed Azad xaricdə yaşayan və İslam Respublikasına qarşı fəaliyyət göstərməkdə ittiham olunan İran vətəndaşlarının əmlakının köçürülməsi üçün verilən etibarnamələrin dayandırılması barədə göstəriş verib.
Məlumata görə, bu barədə Xarici İşlər Nazirliyinə məhkəmə qərarı göndərilib. Qərara əsasən, məhdudiyyətlər xaricdə yaşayan iranlıların ölkə daxilindəki əmlaklarını uzaqdan idarə etmək üçün istifadə etdiyi “Mihak” elektron sisteminə də təsir göstərəcək.
Bildirilir ki, bu addım həmin şəxslərin İran daxilindəki əmlaklarını satmaq və ya başqa şəxslərə köçürmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
Azad əlavə edib ki, “casusluğa görə cəzaların sərtləşdirilməsi haqqında qanun”a əsasən və hüquqi şərtlər formalaşarsa, bu şəxslərin əmlakı dövlət xeyrinə tam şəkildə müsadirə edilə bilər. (Iranintl)
#İran #müxalif #əmlak #məhdudiyyət

👎1🔥1
“Məni susdurmaq istədilər” – 🇮🇷 iranlı analitikdən şok açıqlama 😱
#İranlı siyasi analitik Cabir Rəcəbi “Sky News Arabia” telekanalına verdiyi müsahibədə arsenlə zəhərləndiyini və bu hadisənin İslam Respublikası ilə əlaqəli şəxslər tərəfindən həyata keçirildiyini açıqlayın.
#SEPAH-ın Qüds qanadı ilə əlaqəli keçmiş şəxs və “Əsaib Əhli əl-Haq” qrupunun kommunikasiya direktoru kimi tanınan Rəcəbi yayımlanan videoda fiziki vəziyyətini nümayiş etdirərək zəhərlənmənin nəticəsində bütün dişlərini itirdiyini, daxili orqanlarında ciddi zədələr yarandığını və bir neçə ağır əməliyyata ehtiyac duyduğunu bildirib.
Rəcəbi #zəhərlənməni onu susdurmaq məqsədi daşıyan “bioloji aradan qaldırma” kimi qiymətləndirib və bu təsirlərin ömrünün sonuna qədər davam edəcəyini vurğulayıb.
Məlumatlara görə, hadisə zamanı o, Tehranda təcili tibbi müdaxilə nəticəsində ölümdən xilas olub. Rəcəbi bu hadisəni “bioloji terrorçuluq” adlandıraraq, fikir ayrılığı yarandıqda keçmiş yaxın şəxslərin belə hədəfə çevrildiyini bildirib.

😢2🔥1
🇺🇸 ABŞ və 🇮🇷 İran nümayəndə heyətləri 🇵🇰 İslamabadda yenidən görüşə bilər
Bu gün “Reuters” xəbər agentliyi dörd məlumatlı mənbəyə istinadən bildirib ki, ABŞ və İranın danışıqlar qrupları bu həftə Pakistanın paytaxtı İslamabadda yenidən danışıqlar masasına qayıda bilər.
Agentlik yazır ki, bu ehtimal bir neçə gün əvvəl Pakistan paytaxtında keçirilən və 1979-cu ildən bəri tərəflər arasında ən yüksək səviyyəli təmaslar kimi qiymətləndirilən danışıqların irəliləyiş əldə olunmadan başa çatmasından sonra ortaya çıxıb.
Reuters İranın İslamabaddakı səfirliyində adının açıqlanmasını istəməyən bir məmura istinadən qeyd edib ki, növbəti görüş bu həftə və ya gələn həftənin əvvəlində baş tuta bilər.
ABŞ rəsmiləri xəbərlə bağlı hələlik açıqlama verməyib. ABŞ prezidenti Donald Tramp isə bazar ertəsi günü İranın razılaşmaya hazır olduğunu bildirərək, İran hökumətindəki “müvafiq şəxslərin” onunla əlaqə saxladığını qeyd edib. (Amerikanən Səsi)
#ABŞ #İran #Pakistan #danışıqlar

🔥1
Azad İran
Reuters: 🇺🇸 ABŞ blokadasına baxmayaraq 🇨🇳 Çin tankeri Hörmüzdən keçib 🌊🚢 ABŞ tərəfindən Hörmüz boğazında blokada elan edildikdən sonra ilk dəfə olaraq sanksiyaya məruz qalmış Çin tankeri bu ərazidən keçib. Reuters agentliyinin qlobal LSEG məlumatlarına istinadən…
Hörmüz boğazında diqqətçəkən hərəkət: 🇮🇷 İran gəmiləri blokadanı yarıb 🌊🚢
🇺🇸 ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi blokadaya baxmayaraq, iki İran gəmisinin boğazdan keçdiyi bildirilir.
Bu barədə Kpler kommersiya məlumat və gəmi izləmə platformasının kəşfiyyat məlumatlarında qeyd olunub.
Məlumata görə, İran gəmiləri boğazdan keçidi həyata keçirərək marşrutunu davam etdirib. Bu keçid blokada şəraitində qeydə alınan növbəti diqqətçəkən hadisə kimi dəyərləndirilir.
#ABŞ #Hörmüzboğazı #blokada #İran #gəmi
Kanala abunə olun

❤2🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇶🇦 Qətər 🇮🇷 İranla maliyyə razılaşması barədə iddiaları təkzib edib 💸❌
Bu gün Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bu gün keçirdiyi mətbuat konfransında Qətərə qarşı hücumların dayandırılması üçün Tehranla pul və vəsait ödəmək barədə aparıldığı iddia olunan danışıqları təkzib edib.
Əl-Ənsari bildirib ki, Doha ilə Tehran arasında bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmayıb və yayılan məlumatlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, Qətər Pakistan və ABŞ ilə yüksək səviyyəli koordinasiya aparır və bütün mövqelərini bu diplomatik kanallar vasitəsilə irəli sürür.
Qeyd edək ki, son günlərdə Tehran və Doha arasında gərginliyin artması fonunda Qətərin İran hücumlarının dayandırılması üçün maliyyə razılaşmasına gedə biləcəyi barədə təsdiqlənməmiş məlumatlar yayılmışdı.
#Qətər #İran #maliyyərazılaşması #iddia #təkzib

🇮🇱 İsrailin zərbələri 🇱🇧 Əl-Xiyamı yerlə-yeksan etdi 🚀
İsrail ordusu son bir ay ərzində Livanın cənubunda yerləşən Əl-Xiyam şəhərinə endirilən intensiv zərbələr nəticəsində yaşayış məntəqəsini demək olar ki, tamamilə məhv edib.
Bildirilir ki, hücumlar zamanı şəhərdə genişmiqyaslı dağıntılar baş verib, yaşayış evləri, yollar və mülki infrastruktura ciddi ziyan dəyib. Peyk görüntülərində Əl-Xiyamın böyük hissəsinin xarabalığa çevrildiyi görünür.
#İsrail #Livan #hücum

🔥4😁1🤬1
🇮🇷 Bloomberg: "🇮🇷 İran üzən xam neft saxlama donanmasını başqa yerə köçürüb" 🛢🚢
Tankerlər İran limanlarına daxil olmağa və ixrac marşrutlarına yola düşməyə davam etsə də, Oman körfəzində hər zaman təxminən 23 milyon barel xam neft saxlayır.
Eyni zamanda, Tehran ixrac həcmlərini kifayət qədər sabit saxlaya bilib ki, bu da sanksiya təzyiqinə kortəbii reaksiya deyil, əvvəlcədən planlaşdırılmış logistika planını göstərir.
Bu manevrdə əsas məqsəd, terminal infrastrukturuna ciddi bir ziyan dəyəcəyi təqdirdə, İran yüklərinin əsas hissəsinin keçdiyi Xarq adasından ehtiyatları mümkün qədər uzaqlaşdırmaqdır.
Oman körfəzindəki üzən saxlama qurğusu Fars körfəzinin özündə və Hörmüz boğazında baş verən hadisələrdən asılı olmayaraq yük daşımalarının tənzimlənməsinə imkan verir.
İran davam edən danışıqları pozmamaq üçün Hörmüzdən gəmi daşımalarını müvəqqəti olaraq dayandırmağı da nəzərdən keçirir.
#İran #ABŞ #Hörmüzboğazı

❤1🔥1
BEA: "🇮🇷 İranla müharibə pandemiyadan bəri neft tələbatının ən kəskin azalmasına səbəb olacaq" 🛢
Beynəlxalq Enerji Agentliyi (BEA) İrandakı müharibənin 2020-ci il pandemiyasından bəri ilk dəfə olaraq neft tələbatının illik azalmasına səbəb olacağını təxmin edir. Neft tələbatının 2026-cı ildə orta hesabla gündə 80.000 barel azalacağı gözlənilir ki, bu da müharibədən əvvəl proqnozlaşdırılan gündə 850.000 barel artımdan kəskin şəkildə geriləmə deməkdir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, mart ayında tələbatın azalması enerji infrastrukturuna edilən hücumlar və Hörmüz boğazının bağlanması səbəbindən xüsusilə kəskin olub.
Cari rübdə daha 1,5 milyon barel tələbatın azalacağı gözlənilir.
#İran #ABŞ #müharibə #enerji #neft #tələbat #azalma

🛑 TƏCİLİ
🇮🇷 İran XİN 🇦🇿 Azərbaycana təşəkkür edib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu çətin dövrdə İranla həmrəy olduqlarına görə Azərbaycana və bir sıra digər ölkələrə minnətdarlığını bildirib.
Bu barədə İran XİN sözçüsü özünün "X" hesabında paylaşım edib.
#İran #XİN #Azərbaycan #minnətdarlıq

🤮4
🇮🇷🇨🇳🇷🇺 Bu gün daha iki yük gəmisi Xəzər dənizində Həştərxan limanından Ənzəli limanına doğru hərəkət edir 🌊🚢
Gəminin biri Rusiyaya aid Volga-Don, digəri isə Omskiy 103 yük gəmiləridir.
Gəmilər Rusiya bayrağı ilə hərəkət edir və gəmiləri Rusiya Xəzər donanması müşayiət edir.
Məlumatı 🇮🇱 İsrail mediası təqdim edib.
#İran #Rusiya #gəmi

👍2❤1🔥1
🇺🇸 Tramp: "ABŞ-🇮🇷 İran danışıqları yaxın iki gün ərzində keçirilə bilər" 🗣
ABŞ Prezidenti Donald Tramp "The New York Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ və İran arasında əlavə sülh danışıqları "növbəti iki gün ərzində 🇵🇰 Pakistanın paytaxtında baş tuta bilər".
O, danışıqların "bir az yavaş getdiyini" qeyd edib və yeddi həftəlik müharibəyə son qoymaq üçün birbaşa danışıqların ikinci mərhələsinin Avropanın müəyyən bir yerində keçiriləcəyinə işarə edib.
#ABŞ #Tramp #İran #danışıqlar

Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Vens: "🇮🇷 İranın nüvə silahı əldə etməsi dünya üçün qəbuledilməzdir" 🗣☢️
ABŞ-nin vitse-prezidenti Ceymz Devid Vens deyib: "Mən İranın nüvə silahına sahib olmaması faktı ilə bağlı prezident Trampla 100 faiz razıyam.
Son bir neçə gündə apardığımız danışıqlarda gördüm ki, onlar çətin müzakirəçilərdir.
Lakin onlar mahiyyət etibarilə elə insanlardır ki, nüvə silahına sahib olmaları bütün dünya üçün dəhşətli nəticələrə səbəb olar.
Əgər onlar hazırda bütün dünyaya qarşı iqtisadi terrorizmlə məşğul olmaqda istəklidirlərsə, Tehranda nüvə bombasına sahib olmaları nə demək olar?
Bu halda hansı rıçaqlara sahib olarlar?
Bu, nə bizim üçün, nə də başqası üçün qəbulolunmaz bir nəticədir.
Ona görə də mən prezident Trampın buradakı məqsədlərini 100 faiz dəstəkləyirəm: yəni İranın nüvə silahına sahib olmasının qarşısını almaq və müharibənin ən qorxulu silahlarını iranlıların əlindən uzaq tutmaq!"
#ABŞ #Vens #İran #nüvəsilahı #müharibə

❤5👍2🔥1😁1
🇺🇸 ABŞ "Kataib Hizbullah"-ın Baş katibi haqqında məlumat verənə 10 milyon dollar mükafat vəd edib 💵
ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir: "Günahsız mülki şəxslər öldürülüb, Amerika vətəndaşları qaçırılıb və obyektlərə hücum edilib.
Buna görə də, əl-Həmidavi haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edirik".
"Kətaib Hizbullah" ABŞ-nin 🇮🇶 İraqa hücumundan sonra 2003-cü ildə yaradılan İraq şiə yaraqlı təşkilatıdır.
O, 🇱🇧 Livanın "Hizbullah" təşkilatı modeli üzərində fəaliyyət göstərir və birbaşa 🇮🇷 İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı qüvvələri olan "Sepah-e-Quds"ə hesabat verir.
#ABŞ #Hizbullah #Kataib #mükafat

❤5👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda raket buraxılış qurğuları məktəbdə gizlədilir 🚀🏬
Sistan və Bəluçistan əyalətində hərbçilər Qrad qurğusunu məktəbin ərazisində gizlədiblər.
پنهان کردن پرتابگر موشک داخل مدرسه
#İran #raket #məktəb

🤬8
🚨TƏCİLİ
🇮🇷🇵🇰🇺🇲 Pakistanda danışıqlar zamanı İran nümayəndə heyətinə sui-qəsd cəhdi olub 😱🔥
Bu barədə Livanın AlMayadeen kanalı məlumat yayıb.
#İran #nümayəndəheyəti #ABŞ #danışıqlar #Pakistan #suiqəsd

👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tasnim News 🇵🇰 İslamabadda keçirilən İran-🇺🇸 ABŞ danışıqları haqqında anime videosu yayımlayıb
Videoda hər iki tərəfin hərbi gücü, qətiyyəti və qarşılıqlı təhdidləri ön plana çıxarılır.
İki ölkənin rəsmi nümayəndələrinin masa arxasında bir-birinə silah tuşlaması ilə başlayır.
ABŞ tərəfi İranın təslim olmasını tələb edir ("Ya diz çökürsünüz, ya da məhv olursunuz").
İran tərəfi isə bu təhdidlərə soyuqqanlılıqla və qətiyyətlə cavab verir.
Hadisələr dənizə keçir. ABŞ hərbi gəmilərinin Hörmüz boğazına yaxınlaşdığı bildirilir.
İran hərbçiləri xəbərdarlıq edərək bölgənin onların "evi" olduğunu və bir addım belə irəli gəlsələr, dənizi onlar üçün cəhənnəmə çevirəcəklərini deyirlər.
ABŞ tərəfi xəbərdarlıqlara məhəl qoymur.
Bunun ardınca İran tərəfi raket zərbələri endirir və dəniz minaları işə düşür. ABŞ hərbi gəmiləri ciddi itkilər verir və partlayışlar baş verir.
Videonun sonunda ABŞ hərbçilərinin panika içində geri çəkilmək əmri verdiyi və məğlubiyyət görüntüləri əks olunur.

🤮1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranda 🇺🇸 ABŞ təyyarəsinin qalıqları müşahidə olunur 🛰✈️🚁💥
Şəhre-Reza şəhəri yaxınlığında torpaqlı uçuş-eniş zolağında məhv edilmiş iki ədəd ABŞ C-130 xüsusi təyinatlı təyyarəsi və bir neçə helikopterin peyk görüntüləri yayımlanıb.
Uçuş-eniş zolağı boyunca bir neçə zərbə və zədələnmə yeri görünür.
#İran #ABŞ #müharibə #təyyarə #helikopter #zərbə