Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇺🇸 ABŞ və 🇮🇱 İsraildən tələb etdiyi təzminatı açıqladı 🗣 💸
Dünən İran ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində ölkəyə dəymiş ziyanın ilkin olaraq təxminən 270 milyard dollar tğşkil etdiyini açıqlayıb.
Bununla bağlı, İran hökumətinin sözçüsü Fatimə Mühacirani “RİA Novosti”yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, müharibə dövründə müxtəlif bölgələrdə baş verən hücumlar nəticəsində infrastruktur, sənaye obyektləri və mülki yaşayış sahələri ciddi zərər görüb. Hazırda aidiyyəti qurumlar ziyanın dəqiq hesablanması üçün araşdırmaları davam etdirir.
Xanım Mühacirani bildirib ki, ilkin dəyərləndirmələrə əsasən ümumi təzminat məbləği 270 milyard dollar civarındadır və yekun rəqəm sonradan dəqiqləşdiriləcək.
O, əlavə edib ki, İran rəsmiləri, o cümlədən prezident Məsud Pezeşkian müxtəlif çıxışlarında zərərin kompensasiyası məsələsini əsas tələblərdən biri kimi gündəmə gətirib.
#İran #ABŞ #İsrail #müharibə #təzminat
Kanala abunə olun

😁10
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ Yaxın Şərqə hərbi daşımaları davam etdirir ✈️
ABŞ və 🇮🇷 İran arasında aparılan danışıqların nəticəsiz qalmasından sonra Vaşinqtonun Yaxın Şərqə hərbi daşımaları davam etdirdiyi bildirilir.
Bu barədə “FlightRadar24” platformasının yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, ABŞ-yə məxsus hərbi nəqliyyat təyyarələri son günlər region istiqamətində ardıcıl uçuşlar həyata keçirir və müxtəlif istiqamətlərə hərbi yüklər daşınır.
#ABŞ #İran #YaxınŞərq #gərginlik

👍3🔥3
🇮🇷 İranda dəmir yolu xidməti bərpa olunub 🛤️🚉
İran ABŞ-İsrail hücumları nəticəsində yaranan fasilələrdən sonra Tehran, Təbriz və Məşhəd arasında dəmir yolu xidmətini bərpa edib.
Məlumata görə, dörd-beş günlük fasilədən sonra qatarların hərəkəti bərpa edilib. Tehran-Təbriz-Van qatarı da relslərlə Türkiyəyə yola düşüb. (Khabarfoori)
بازگشت قطارهای تبریز به ریل پس از بازسازی بخشهای آسیبدیده در حمله اسرائیل
#İran #Təbriz #Tehran #Məşhəd #Türkiyə #dəmiryolu

🔥1
Azad İran
Reuters: 🇺🇸 ABŞ blokadasına baxmayaraq 🇨🇳 Çin tankeri Hörmüzdən keçib 🌊🚢 ABŞ tərəfindən Hörmüz boğazında blokada elan edildikdən sonra ilk dəfə olaraq sanksiyaya məruz qalmış Çin tankeri bu ərazidən keçib. Reuters agentliyinin qlobal LSEG məlumatlarına istinadən…
🛑 YENİLƏNİB
🇨🇳 Çin tankeri 🇺🇸 ABŞ blokadasına baxmayaraq Hörmüz boğazını keçib 🌊🚢
ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi “blokada” fonunda Çin şirkətinə məxsus “Rich Stary” adlı neft-kimya tankeri bu gün boğazdan maneəsiz şəkildə keçib.
Məlumata görə, tanker ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq marşrutunu dəyişmədən hərəkətini davam etdirib.
Hadisə Hörmüz boğazında gərginliyin artdığı bir vaxtda diqqət çəkir və blokadanın real tətbiq imkanları ilə bağlı suallar doğurur.
#ABŞ #Çin #Hörmüzboğazı #blokada #tanker

❤3👎3👍1
🇮🇷 İran millət vəkili: 🇺🇸 ABŞ ilə müvəqqəti atəşkəsin müddəti uzadıla bilməz
Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi ABŞ ilə mövcud müvəqqəti atəşkəs barədə sərt açıqlama verib.
O, “X” hesabındakı paylaşımında bildirib ki, atəşkəsin müddətinin bitməsi onun avtomatik şəkildə uzadılmasına səbəb olmamalıdır.
“(ABŞ ilə) atəşkəsin bitməsi onun müddətinin uzadılmasına səbəb olmamalıdır. Onlar ya İranın hüquqlarını, o cümlədən Hörmüz boğazı üzərində nəzarətimizi tanımalı, ya da müharibəyə qayıtmalıdırlar”, – deyə Rzayi qeyd edib.
Deputat əlavə edib ki, Tehran Vaşinqtonun mövcud fasilədən yeni hərbi addımlar üçün istifadə etməsinə və ya yenidən silahlanmasına imkan verməyəcək.
#İran #millətvəkili #ABŞ #danışıqlar #atəşkəs

😁2🔥1
🇮🇷 İranda Mi-28NE helikopterləri görüntüləndi – 🇺🇸 ABŞ zərbələrindən salamat qalıb? 🚁
Sosial mediada yayılan görüntülərin yaxın zamanda İranın hansısa bölgəsində çəkildiyi iddia olunur.
Paylaşılan kadrlarda Mi-28NE tipli döyüş helikopterlərinin görünməsi diqqət çəkib. Bildirilir ki, əgər görüntülər həqiqətən İranda çəkilibsə, bu, İrana verilmiş ən azı iki ədəd Mi-28NE helikopterinin ABŞ zərbələrindən salamat çıxaraq döyüş qabiliyyətini qoruduğunu göstərə bilər.
Hazırda görüntülərin harada və nə vaxt çəkildiyi rəsmi şəkildə təsdiqlənməyib. İran və ABŞ tərəfi də yayılan məlumatlarla bağlı açıqlama verməyib.
#İran #helikopter #ABŞ #müharibə

😁3🔥1
🇮🇷 Pezeşkian 🇫🇷 Makronla danışdı: “🇺🇸 ABŞ təzyiqi vəziyyəti yalnız gərginləşdirir” ☎️
İran prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı ABŞ-nin təhdid və təzyiqlərinin nəticə vermədiyini, əksinə vəziyyəti daha da gərginləşdirdiyini bildirib.
Pezeşkian qeyd edib ki, təhdidlərə və hərbi əməliyyatlara əsaslanan yanaşma effektiv deyil və problemlərin həlli üçün yalnız beynəlxalq normalara söykənən diplomatik dialoq zəruridir.
İran prezidenti vurğulayıb ki, İran öz xalqının hüquqlarını qorumaq üçün dialoqu davam etdirməyə hazırdır və bu proses yalnız hüquqi çərçivədə aparılmalıdır.
Onun sözlərinə görə, ekspert səviyyəsində müəyyən irəliləyişlər əldə olunsa da, yekun razılaşmaya ABŞ administrasiyasının həddindən artıq tələbləri və siyasi iradə çatışmazlığı mane olur. (President.ir)
#İran #Pezeşkian #Fransa #Makron #ABŞ #təzyiq #təhdid

❤2🤮2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇪🇸 İspaniya 🇨🇳 Çini müharibənin dayandırılmasında rol oynamağa çağırdı 🗣️
İspaniyanın baş naziri Pedro Sançez Pekində etdiyi açıqlamada Çini Yaxın Şərqdə davam edən müharibənin sona çatmasında daha fəal rol oynamağa çağırıb.
Sançes Çin prezidenti Si Cinpin ilə rəsmi görüş üçün Çinə səfər edib. O, ABŞ və İsrailin İran İslam Respublikasına qarşı həyata keçirdiyi hücumların əsas tənqidçilərindən biri kimi tanınır.
Məlumata görə, Sançes Pekindəki çıxışında münaqişənin dayandırılması üçün beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb və bu prosesdə Çinin təsir imkanlarından istifadə etməsinin önəmini qeyd edib.
Qeyd edək ki, Çin prezidenti Si Cinpin bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi ilə görüş zamanı Yaxın Şərqdə sülhün təmin olunması üçün dörd maddəlik plan təklif etmişdi.
#İspaniya #Çin #YaxınŞərq #ABŞ #İran #müharibə

👍1🔥1
🇮🇷 İran xaricdə yaşayan müxalif iranlıların əmlak hüquqlarını məhdudlaşdırır ❌
İranın Baş Prokuroru Məhəmmədkazım Movəhhed Azad xaricdə yaşayan və İslam Respublikasına qarşı fəaliyyət göstərməkdə ittiham olunan İran vətəndaşlarının əmlakının köçürülməsi üçün verilən etibarnamələrin dayandırılması barədə göstəriş verib.
Məlumata görə, bu barədə Xarici İşlər Nazirliyinə məhkəmə qərarı göndərilib. Qərara əsasən, məhdudiyyətlər xaricdə yaşayan iranlıların ölkə daxilindəki əmlaklarını uzaqdan idarə etmək üçün istifadə etdiyi “Mihak” elektron sisteminə də təsir göstərəcək.
Bildirilir ki, bu addım həmin şəxslərin İran daxilindəki əmlaklarını satmaq və ya başqa şəxslərə köçürmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
Azad əlavə edib ki, “casusluğa görə cəzaların sərtləşdirilməsi haqqında qanun”a əsasən və hüquqi şərtlər formalaşarsa, bu şəxslərin əmlakı dövlət xeyrinə tam şəkildə müsadirə edilə bilər. (Iranintl)
#İran #müxalif #əmlak #məhdudiyyət

👎1🔥1
“Məni susdurmaq istədilər” – 🇮🇷 iranlı analitikdən şok açıqlama 😱
#İranlı siyasi analitik Cabir Rəcəbi “Sky News Arabia” telekanalına verdiyi müsahibədə arsenlə zəhərləndiyini və bu hadisənin İslam Respublikası ilə əlaqəli şəxslər tərəfindən həyata keçirildiyini açıqlayın.
#SEPAH-ın Qüds qanadı ilə əlaqəli keçmiş şəxs və “Əsaib Əhli əl-Haq” qrupunun kommunikasiya direktoru kimi tanınan Rəcəbi yayımlanan videoda fiziki vəziyyətini nümayiş etdirərək zəhərlənmənin nəticəsində bütün dişlərini itirdiyini, daxili orqanlarında ciddi zədələr yarandığını və bir neçə ağır əməliyyata ehtiyac duyduğunu bildirib.
Rəcəbi #zəhərlənməni onu susdurmaq məqsədi daşıyan “bioloji aradan qaldırma” kimi qiymətləndirib və bu təsirlərin ömrünün sonuna qədər davam edəcəyini vurğulayıb.
Məlumatlara görə, hadisə zamanı o, Tehranda təcili tibbi müdaxilə nəticəsində ölümdən xilas olub. Rəcəbi bu hadisəni “bioloji terrorçuluq” adlandıraraq, fikir ayrılığı yarandıqda keçmiş yaxın şəxslərin belə hədəfə çevrildiyini bildirib.

😢2🔥1
🇺🇸 ABŞ və 🇮🇷 İran nümayəndə heyətləri 🇵🇰 İslamabadda yenidən görüşə bilər
Bu gün “Reuters” xəbər agentliyi dörd məlumatlı mənbəyə istinadən bildirib ki, ABŞ və İranın danışıqlar qrupları bu həftə Pakistanın paytaxtı İslamabadda yenidən danışıqlar masasına qayıda bilər.
Agentlik yazır ki, bu ehtimal bir neçə gün əvvəl Pakistan paytaxtında keçirilən və 1979-cu ildən bəri tərəflər arasında ən yüksək səviyyəli təmaslar kimi qiymətləndirilən danışıqların irəliləyiş əldə olunmadan başa çatmasından sonra ortaya çıxıb.
Reuters İranın İslamabaddakı səfirliyində adının açıqlanmasını istəməyən bir məmura istinadən qeyd edib ki, növbəti görüş bu həftə və ya gələn həftənin əvvəlində baş tuta bilər.
ABŞ rəsmiləri xəbərlə bağlı hələlik açıqlama verməyib. ABŞ prezidenti Donald Tramp isə bazar ertəsi günü İranın razılaşmaya hazır olduğunu bildirərək, İran hökumətindəki “müvafiq şəxslərin” onunla əlaqə saxladığını qeyd edib. (Amerikanən Səsi)
#ABŞ #İran #Pakistan #danışıqlar
Bu gün “Reuters” xəbər agentliyi dörd məlumatlı mənbəyə istinadən bildirib ki, ABŞ və İranın danışıqlar qrupları bu həftə Pakistanın paytaxtı İslamabadda yenidən danışıqlar masasına qayıda bilər.
Agentlik yazır ki, bu ehtimal bir neçə gün əvvəl Pakistan paytaxtında keçirilən və 1979-cu ildən bəri tərəflər arasında ən yüksək səviyyəli təmaslar kimi qiymətləndirilən danışıqların irəliləyiş əldə olunmadan başa çatmasından sonra ortaya çıxıb.
Reuters İranın İslamabaddakı səfirliyində adının açıqlanmasını istəməyən bir məmura istinadən qeyd edib ki, növbəti görüş bu həftə və ya gələn həftənin əvvəlində baş tuta bilər.
ABŞ rəsmiləri xəbərlə bağlı hələlik açıqlama verməyib. ABŞ prezidenti Donald Tramp isə bazar ertəsi günü İranın razılaşmaya hazır olduğunu bildirərək, İran hökumətindəki “müvafiq şəxslərin” onunla əlaqə saxladığını qeyd edib. (Amerikanən Səsi)
#ABŞ #İran #Pakistan #danışıqlar
🔥1
Azad İran
Reuters: 🇺🇸 ABŞ blokadasına baxmayaraq 🇨🇳 Çin tankeri Hörmüzdən keçib 🌊🚢 ABŞ tərəfindən Hörmüz boğazında blokada elan edildikdən sonra ilk dəfə olaraq sanksiyaya məruz qalmış Çin tankeri bu ərazidən keçib. Reuters agentliyinin qlobal LSEG məlumatlarına istinadən…
Hörmüz boğazında diqqətçəkən hərəkət: 🇮🇷 İran gəmiləri blokadanı yarıb 🌊🚢
🇺🇸 ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi blokadaya baxmayaraq, iki İran gəmisinin boğazdan keçdiyi bildirilir.
Bu barədə Kpler kommersiya məlumat və gəmi izləmə platformasının kəşfiyyat məlumatlarında qeyd olunub.
Məlumata görə, İran gəmiləri boğazdan keçidi həyata keçirərək marşrutunu davam etdirib. Bu keçid blokada şəraitində qeydə alınan növbəti diqqətçəkən hadisə kimi dəyərləndirilir.
#ABŞ #Hörmüzboğazı #blokada #İran #gəmi

❤2🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇶🇦 Qətər 🇮🇷 İranla maliyyə razılaşması barədə iddiaları təkzib edib 💸❌
Bu gün Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bu gün keçirdiyi mətbuat konfransında Qətərə qarşı hücumların dayandırılması üçün Tehranla pul və vəsait ödəmək barədə aparıldığı iddia olunan danışıqları təkzib edib.
Əl-Ənsari bildirib ki, Doha ilə Tehran arasında bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmayıb və yayılan məlumatlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, Qətər Pakistan və ABŞ ilə yüksək səviyyəli koordinasiya aparır və bütün mövqelərini bu diplomatik kanallar vasitəsilə irəli sürür.
Qeyd edək ki, son günlərdə Tehran və Doha arasında gərginliyin artması fonunda Qətərin İran hücumlarının dayandırılması üçün maliyyə razılaşmasına gedə biləcəyi barədə təsdiqlənməmiş məlumatlar yayılmışdı.
#Qətər #İran #maliyyərazılaşması #iddia #təkzib

🇮🇱 İsrailin zərbələri 🇱🇧 Əl-Xiyamı yerlə-yeksan etdi 🚀
İsrail ordusu son bir ay ərzində Livanın cənubunda yerləşən Əl-Xiyam şəhərinə endirilən intensiv zərbələr nəticəsində yaşayış məntəqəsini demək olar ki, tamamilə məhv edib.
Bildirilir ki, hücumlar zamanı şəhərdə genişmiqyaslı dağıntılar baş verib, yaşayış evləri, yollar və mülki infrastruktura ciddi ziyan dəyib. Peyk görüntülərində Əl-Xiyamın böyük hissəsinin xarabalığa çevrildiyi görünür.
#İsrail #Livan #hücum

🔥4😁1🤬1
🇮🇷 Bloomberg: "🇮🇷 İran üzən xam neft saxlama donanmasını başqa yerə köçürüb" 🛢🚢
Tankerlər İran limanlarına daxil olmağa və ixrac marşrutlarına yola düşməyə davam etsə də, Oman körfəzində hər zaman təxminən 23 milyon barel xam neft saxlayır.
Eyni zamanda, Tehran ixrac həcmlərini kifayət qədər sabit saxlaya bilib ki, bu da sanksiya təzyiqinə kortəbii reaksiya deyil, əvvəlcədən planlaşdırılmış logistika planını göstərir.
Bu manevrdə əsas məqsəd, terminal infrastrukturuna ciddi bir ziyan dəyəcəyi təqdirdə, İran yüklərinin əsas hissəsinin keçdiyi Xarq adasından ehtiyatları mümkün qədər uzaqlaşdırmaqdır.
Oman körfəzindəki üzən saxlama qurğusu Fars körfəzinin özündə və Hörmüz boğazında baş verən hadisələrdən asılı olmayaraq yük daşımalarının tənzimlənməsinə imkan verir.
İran davam edən danışıqları pozmamaq üçün Hörmüzdən gəmi daşımalarını müvəqqəti olaraq dayandırmağı da nəzərdən keçirir.
#İran #ABŞ #Hörmüzboğazı

❤1🔥1
BEA: "🇮🇷 İranla müharibə pandemiyadan bəri neft tələbatının ən kəskin azalmasına səbəb olacaq" 🛢
Beynəlxalq Enerji Agentliyi (BEA) İrandakı müharibənin 2020-ci il pandemiyasından bəri ilk dəfə olaraq neft tələbatının illik azalmasına səbəb olacağını təxmin edir. Neft tələbatının 2026-cı ildə orta hesabla gündə 80.000 barel azalacağı gözlənilir ki, bu da müharibədən əvvəl proqnozlaşdırılan gündə 850.000 barel artımdan kəskin şəkildə geriləmə deməkdir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, mart ayında tələbatın azalması enerji infrastrukturuna edilən hücumlar və Hörmüz boğazının bağlanması səbəbindən xüsusilə kəskin olub.
Cari rübdə daha 1,5 milyon barel tələbatın azalacağı gözlənilir.
#İran #ABŞ #müharibə #enerji #neft #tələbat #azalma