Azad İran
5.93K subscribers
35.1K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇺🇸 ABŞ-nin 🇮🇷 İran limanlarını blokadaya alması 🇾🇪 Husilərin hərəkətləri səbəbindən Bab əl-Məndəb boğazında gərginliyin artmasına səbəb ola bilər 🆘🌊🚢

Bu haqda Associated Press Beynəlxalq Böhran Qrupunun ekspertlərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu, qlobal gəmiçilik sənayesinə əlavə təzyiq yaradacaq.

#ABŞ #İran #liman #blokada #BabəlMəndəb #Husilər

Kanala abunə olun
👍4🔥2😁2
🇮🇷 İran xarici işlər naziri 🇸🇦 Səudiyyə Ərəbistanı və 🇶🇦 Qətərdən olan həmkarları ilə telefon danışıqları aparıb 📞

Tərəflər bölgədəki son hadisələr və İranla 🇺🇸 ABŞ arasında diplomatik əlaqələrin hazırkı vəziyyətini müzakirə ediblər. (İran Xarici İşlər Nazirliyinin Telegram kanalı)

گفتگوی تلفنی وزرای امور خارجه جمهوری اسلامی ایران و قطر و عربستان

#İran #XİN #Qətər #SəudiyyəƏrəbistanı

Kanala abunə olun
🤮61🔥1
🇺🇸 Tramp: "🇮🇷 İranın 158 gəmidən ibarət donanması dənizin dibindədir, tamamilə məhv edilib" 🌊🚢

"Zərbə endirmədiyimiz isə onların “sürətli hücum qayıqları” adlandırdıqları az sayda kiçik gəmilərdir, çünki onları ciddi təhlükə hesab etmədik.

Xəbərdarlıq: Bu gəmilərdən hər hansı biri bizim blokadaya yaxınlaşarsa, dənizdə narkotik daşıyan qayıqlara qarşı istifadə etdiyimiz eyni üsulla dərhal məhv ediləcək

Bu, sürətli və sərtdir. Qeyd: ABŞ-yə okean və dəniz yolu ilə daxil olan narkotiklərin 98,2%-i dayandırılıb.
Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm"
, - ABŞ prezidenti "Truth Social" hesabında yazıb.

#ABŞ #Tramp #xəbərdarlıq #blokada #İran #donanma

Kanala abunə olun
👍81🔥1
🇷🇺 Rusiya səfiri Aleksey Dedov və 🇮🇷 Tehran valisi Məhəmməd Sadeq Mötəmedian arasında görüş baş tutub

İki ölkınin rəsmiləri ikitərəfli ticarət və iqtisadi əməkdaşlıq məsələlərini, xüsusən də Tehran əyaləti ilə Rusiya bölgələri arasında əməkdaşlığın inkişafını müzakirə ediblər.

دیدار سفیر روسیه در ایران با استاندار تهران

#Rusiya səfir #İran #Tehran #vali

Kanala abunə oıun
😁4🤮31
🇬🇧 Starmer: "🇮🇷 İranın Hörmüz boğazındakı davranışı iqtisadiyyata böyük ziyan vurur"

Britaniya Baş naziri 🇱🇧 Livanın dərhal atəşkəs razılaşmasına daxil edilməsinə, Hizbullahın tərksilah edilməsinə və 🇮🇱 İsrailin hücumlarını dayandırmasına çağırış edib.

#Britaniya #İran #Hörmüzboğazı #Livan #Hizbullah

Kanala abunə olun
🔥2😁2👍1
🇮🇷 Pezeşkian 🇻🇦 Roma Papasına müraciət ünvanladı 🗣

İran prezidenti Məsud Pezeşkian yazıb: “Papa XIV Leo həzrətləri, mən böyük İran xalqı adından sizin təhqir edilmənizi pisləyirəm və bəyan edirəm ki, sülh və qardaşlıq peyğəmbəri - İsanın təhqir olunması istənilən azad insan üçün qəbuledilməzdir.
Allahdan sizə cansağlığı arzulayıram”.

#İran #Pezeşkian #RomaPapası

Kanala abunə olun
😁52🤬1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Donald Tramp 🇮🇷 Tehranın nüvə silahlarından imtina etmədiyini vurğulayaraq, ABŞ-nin İrandan nüvə materialı alacağını bildirib

#ABŞ #Tramp #İran #nüvəmaterialı

Kanala abunə olun
😁43🔥2🤔1
🇺🇸 Tramp Hörmüz boğazı ilə bağlı yazıb:

"Dünən Hörmüz boğazından 34 gəmi keçib ki, bu da bu ehtiyatsız bağlanmanın başlamasından bəri ən yüksək rəqəmdir".

#ABŞ #Tramp #Hörmüzboğazı

Kanala abunə olun
🔥2😁2
🇨🇳🗣️ "Çin Hörmüz boğazından istifadə etməyə davam edəcəyini, 🇮🇷 İranla enerji müqavilələrini yerinə yetirəcəyini və bölgədəki dəniz qüvvələrinin mövcudluğunu qoruyacağını bildirərək 🇺🇸 ABŞ-ni müdaxiləyə qarşı xəbərdar edir".

- Çin XIN sözçüsü Li Jian

#Çin #İran #Hörmüzboğazı #ABŞ

Kanala abunə olun
👍6🤮4🔥1😁1
🇱🇧 Hizbullahın baş katibi: "🇮🇱 İsrail 27 noyabr 2024-cü il tarixli müqavilənin bir bəndini də yerinə yetirmədiyi müddətdə 15 ay dözdük, amma gözlədik"

Nəim Qaesm deyib: "Diplomatiya bir addım belə irəliləmədi və İsrailin təcavüz tempi 🇺🇸 ABŞ-nin tam dəstəyi ilə davam etdirildi.

İsrail işğalçılarının məqsədləri aydındır və bu, Livandakı istənilən gücü məhv etməkdir
". (IRIB News)

دبیرکل حزب الله لبنان: ۱۵ ماه تحمل کردیم در حالی که «اسرائیل» حتی یک بند از توافق ۲۷ نوامبر ۲۰۲۴ را اجرا نکرد، با این حال ما صبر کردیم

#Hizbullah #NəimQasem #İsrail #ABŞ

Kanala abunə olun
🤮7🔥1👏1
🇺🇸 ABŞ rəsmiləri 🇮🇷 İranla mümkün görüş üçün plan hazırlayırlar

ABŞ rəsmisi CNN-ə bildirib ki, vəzifəlilər İranla görüş üçün mümkün tarix və məkanları nəzərdən keçirirlər, baxmayaraq ki, belə bir görüşün baş tutacağı hələ dəqiq deyil.

Məlumatlı mənbənin iddiasına görə, əgər yaxın günlərdə İran və regiondakı vasitəçilərlə davam edən danışıqlarda irəliləyiş olsa, bu araşdırmalar davam edəcək.
Lakin danışıqlar hələ ilkin mərhələdədir.

“Əgər vəziyyət görüşün keçirilməsinə doğru inkişaf etsə, biz bunun üçün sürətlə hazırlıq görməyə hazır olmalıyıq",- deyə mənbə vurğulayıb.

#ABŞ #İran #danışıqlar #araşdırma

Kanala abunə olun
🔥2😁2
🇮🇷 Əraqçı 🇺🇸 Trampı yalan danışmaqda ittiham etdi 🗣

İranın xarici işlər naziri Abbas Əraqçı sosial media hesabında yazıb: "Prezident Tramp özü özünü təkzib edir.
Bir tərəfdən deyir İran donanması məhv edilib, digər tərəfdən deyir ki, bizim gəmiləri vursanız pis olacaq.
Donanma yoxdursa niyə narahatsınız.
Cənab Tramp,
xahiş edirik bizə dəqiq məlumat verin, donanma məhv edilib ya yox?"

#İran #Əraqçı #ABŞ #Tramp

Kanala abunə olun
😁102🔥1🤮1
🇪🇺 Ursula fon der Leyen: "🇺🇸 ABŞ-🇮🇷 İran münaqişəsinin 44 günü ərzində Aİ-nin enerji xərcləri 22 milyard avro artıb"

Avropa Komissiyasının prezidenti deyib: "Hörmüz boğazının blokadası iqtisadiyyata ciddi ziyan vurur.

Xərclərdəki bu artıma baxmayaraq, idxalın fiziki həcmi "bir molekul belə artmayıb".

Avropa Komissiyası aprelin 23-də keçiriləcək zirvə toplantısında Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq Aİ-nin neft ehtiyatlarından istifadə etməyi təklif etmək niyyətindədir".

#Avropa #iqtisadiyyat #enerjixərcləri #ABŞ #İran
🔥3
🇮🇷 İranda inflyasiya 180%-ə yaxınlaşır

İran Mərkəzi Bank Pezeşkiana iqtisadi tənəzzül barədə məlumat verib.


“Iran International” agentliyinin aldığı məlumatlar göstərir ki, İslam Respublikası Mərkəzi Bankının rəsmiləri hökuməti mövcud vəziyyətin davam edəcəyi təqdirdə inflyasiya səviyyəsinin 180 faizə çatacağı və ölkədə işsizlik səviyyəsinə iki milyon nəfərin əlavə olunacağı barədə xəbərdar ediblər.

Mərkəzi Bank hökumətə ölkənin müharibədən sonrakı iqtisadi vəziyyətinin "çox ağır" olduğunu və "şərait normallaşsa belə", İranda iqtisadiyyatın yenidən qurulmasının 12 il çəkəcəyini bildirib.

Məlumatlı mənbələr bildirib ki, İran Mərkəzi Bankının sədri Əbdünnaser Hemməti  prezident Məsud Pezeşkiana ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün ABŞ ilə razılığa gəlməyin və internet məhdudiyyətlərini aradan qaldırmağın vacibliyini çatdırıb.

#İran #inflyasiya #işsizlik

Kanala abunə olun
🔥6
🇺🇸 ABŞ 🇮🇷 İrandan uranın zənginləşdirilməsini 20 il müddətinə dondurmasını istəyib

Bu barədə mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.

Tehran buna əks-təşəbbüslə cavab verib və uranın zənginləşdirilməsinin 10 ildən az müddətə dondurulmasını təklif edib..

#ABŞ #İran #uranzənginləşdirmə

Kanala abunə olun
🔥2👎1
Gərgin 🇵🇰 İslamabad danışıqlarından sonra 🇺🇸 ABŞ və 🇮🇷 İran dialoqa açıqdırlar 🤔

İslamabadda yuxusuz və gərgin bir gecədən sonra İran və ABŞ rəsmiləri onilliklər ərzində ən yüksək səviyyəli danışıqları heç bir irəliləyiş olmadan başa vurdular, lakin danışıqlarla tanış olan 11 mənbə dialoqun hələ də davam etdiyini bildirib.

Bazar ertəsi günü ABŞ prezidenti Donald Tramp İranın "bu səhər zəng etdiyini" və "razılaşma əldə etmək istədiklərini" söyləyib.

Reuters agentliyi iddianı dərhal təsdiqləyə bilməyib.

Trampın şərhinə istinad edən ABŞ rəsmisi, ABŞ ilə İran arasında davamlı əlaqələrin olduğunu və razılığa gəlmək üçün irəliləyişin olduğunu bildirib.

Ağ Evin sözçüsü Olivia Uels şərh istənildikdə, ABŞ-nin mövqeyinin İslamabad görüşündə heç vaxt dəyişmədiyini deyib.

"İran heç vaxt nüvə silahına sahib ola bilməz və Prezident Trampın danışıqlar qrupu bu qırmızı xəttə və bir çox digər məsələlərə sadiq qaldı.
Razılaşma istiqamətində əlaqələr davam edir"
, - deyə o əlavə edib.
🔥1
🇫🇷🇺🇸🇮🇷 Fransa Hörmüz boğazında çoxmillətli müdafiə qüvvələrinin yerləşdiriləcəyini açıqladı

Fransa prezidenti Emmanuel Makron ölkəsinin 🇬🇧 Böyük Britaniya ilə birlikdə Hörmüz boğazında çoxmillətli dəniz müdafiə qüvvələrinə rəhbərlik edəcəyini bildirib.

Makron "X" hesabında bu haqda yazıb: "Hörmüz boğazında, yaxın günlərdə, Birləşmiş Krallıqla birlikdə, boğazda naviqasiya azadlığını bərpa etməyə yönəlmiş dinc çoxmillətli missiyada bizə qoşulmağa hazır olan ölkələrlə konfrans keçirəcəyik.

Münaqişədə iştirak edən tərəflərdən ayrı olan bu sırf müdafiə missiyası şərtlər hazır olan kimi yerləşdirilməlidir."


#Fransa #Hörmüzboğazı #missiya
3🔥2🤔1
🇮🇷 İranda "Starlink" terminallarından istifadə edən 10 nəfər həbs edilib 🌐

İranda "Starlink" peyk interneti terminallarından istifadə etdiyinə görə on nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd olunur ki, İslam Respublikasında "Starlink" avadanlıqları təhlükəli mallar kateqoriyasına daxil edilib və bu cihazların sahibləri mövcud qanunvericiliyə uyğun olaraq sərt şəkildə cəzalandırılacaqlar. (Defapress.ir)

#İran #Starlink #həbs

Kanala abunə olun
🤬61
WSJ: 🇸🇦 Səudiyyə 🇺🇸 ABŞ-dən Hörmüz blokadasını ləğv etməyi istəyir 🌊

The Wall Street Journal qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanı ABŞ-dən Hörmüz boğazına tətbiq etdiyi blokadanı ləğv etməyi və danışıqlar masasına qayıtmağı istəyir.

Ərəb rəsmilərinin bildirdiyinə görə, Ər-Riyad Donald Trampın keçidi bağlamaq qərarının İranı gərginliyi daha da artırmağa vadar edəcəyindən narahatdır. Xüsusilə İranın cavab olaraq Bab əl-Məndəb boğazı kimi digər strateji marşrutlarda da təhlükəsizliyi pozacağı ehtimalı qeyd olunur.

Hesabatda vurğulanır ki, Qırmızı dənizdə yerləşən Bab əl-Məndəb boğazı Səudiyyə Ərəbistanının neft ixracı və Asiya ilə Avropa arasında ticarət üçün əsas marşrutlardan biri hesab olunur. Səudiyyə rəsmiləri həmin keçidin təhlükəsizliyinin pozulacağı halda ölkənin neft ixracının mühüm hissəsinin risk altına düşəcəyini bildirib. (Independent Persian)

#SəudiyyəƏrəbistanı #ABŞ #İran #Hörmüzboğazı

Kanala abunə olun
😁4🔥1
🇮🇷 İran ərəb ölkələrindən təzminat tələb edir 💸

İranın BMT-dəki səfiri Əmir Səid İrəvani təşkilatın baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İordaniyanın müharibə zamanı İrana dəyən ziyana görə kompensasiya ödəməli olduqlarını bildirib.

Məktubda qeyd olunur ki, sözügedən beş ölkə öz ərazilərinin İrana hücum üçün istifadəsinə icazə verməyə son qoymalıdır. İran səfiri onların “qanunsuz addımları” ilə İrana qarşı beynəlxalq öhdəliklərini pozduğunu və buna görə beynəlxalq məsuliyyət daşıdıqlarını vurğulayıb.

İrəvani məktubda bildirib ki, bu ölkələr İrana dəyən bütün maddi və mənəvi ziyana görə təzminat ödəməlidir.

Eyni zamanda qeyd olunub ki, İran Təhlükəsizlik Şurasına ABŞ və İsrailin İrana hücum etmək üçün adıçəkilən dövlətlərin ərazilərindən istifadə etdiyini göstərən dəlillər təqdim edib. (BBC)

#İran #ərəbölkələri #BMT #müharibə #təzminat
😁4🔥21