Azad İran
5.93K subscribers
35.1K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 Tehranda qorxu atmosferi: xüsusi təyinatlı zirehli maşınlar nümayiş etdirilir 🚓👮‍♂️🚔

ABŞ–İsrail–İran müharibəsi fonunda Tehranda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.

Məlumata görə, İran Polis Komandanlığı (FƏRACA) paytaxt küçələrində NOPO (Xüsusi Əməliyyatlar Bölməsi) kimi tanınan terrorçuluğa qarşı mübarizə qüvvələrinə məxsus zirehli avtomobilləri nümayiş etdirməyə başlayıb.

Ağır zirehli texnika şəhərin müxtəlif küçələrində görünür və bu addımın məqsədi paytaxtda nəzarəti gücləndirmək, eyni zamanda əhali arasında qorxu və vahimə yaratmaq kimi dəyərləndirilir.

خودروهای غول‌پیکر نوپو در خیابان‌ها برای ایجاد رعب و وحشت علیه مردم تهران

#İran #Tehran #zirehlimaşınlar #qorxu #vahimə

Kanala abunə olun
😁32🔥2🤬2
🇺🇸 ABŞ-də 🇮🇷 İranın keçmiş rəsmisinin oğlu saxlanıldı

ABŞ hakimiyyəti İranın Qadın və Ailə Məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtekarın oğlunu həbs edib.

Məlumata görə, ABŞ rəsmiləri Ebtekarın oğlu İsa Haşeminin daimi yaşayış icazəsini (“Green card”) ləğv edib və onu həbs edib. Bununla bağlı, ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunub ki, Haşeminin həyat yoldaşı və oğlu da saxlanılıb. Hazırda onların deportasiya olunmağı gözlədiyi bildirilir.

Həmin şəxslər ABŞ-yə 2014-cü ildə gəlib, 2016-cı ildə isə “Green card” qazanıblar. (Radio Farda)

Qeyd edək ki, bundan əvvəl də ABŞ hakimiyyəti oxşar addım ataraq 2020-ci ildə ABŞ qüvvələri tərəfindən öldürülən SEPAH-ın Qüds qanadının komandanı general Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin “Green card”larını saxlamış və ləğv etmişdi.

#ABŞ #İran #keçmişrəsmi #Greencard #həbs
6👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran rəsmisi: “🇺🇸 ABŞ qüvvələri pilotu xilas etməyə gəlməmişdi” 🤔

Bu gün İran parlamentinin sədr müavini Əli Nikzad İran ərazisində vurulduğu iddia edilən qırıcıların pilotlarının axtarışı ilə bağlı açıqlama verib.

Nikzad televiziya kanallarından birinə qonaq olarkən ABŞ Hərbi Qüvvələrinin İranda pilot axtarışına münasibət bildirib.

Onun sözlərinə görə, ABŞ qüvvələrinin məqsədi pilotu xilas etmək olmayıb.
Onlar pilotu xilas etməyə gəlməmişdilər. Onlar başqa bir şeyi götürüb sonra nümayiş etdirməyə gəlmişdilər”, – deyə Nikzad iddia edib.

#İran #ABŞ #pilot #axtarış

Kanala abunə olun
😁9🔥2
🇺🇸 ABŞ: “🇮🇷 İran neftini alan və ya satan hər kəs məhkəməyə veriləcək” 🛢️👨‍⚖️

Bu gün ABŞ-nin Baş prokuroru vəzifəsini icra edən Todd Blanş bildirib ki, ABŞ Ədliyyə Nazirliyi sanksiyalı İran neftini alan bütün şəxslərə və şirkətlərə qarşı hüquqi tədbirlər görəcək.

Blanş bununla bağlı, “X” hesabında paylaşım edib.

“Ədliyyə Nazirliyi sanksiya tətbiq edilmiş İran neftini alan və ya satan hər kəsi qətiyyətlə məhkəməyə verəcək”, - deyə, Blanş vurğulayıb.

#ABŞ #başprokuror #İran #neft #sanksiya

Kanala abunə olun
👍72😁2🤮2
🇮🇷 İranla bağlı şok statistika: ötən il iki minə yaxın insan asılıb 😱😥

İki insan haqları təşkilatı bildirib ki, İranda 2025-ci ildə ən azı 1639 nəfər edam edilib. Bu göstərici son 36 ildə qeydə alınan ən yüksək rəqəm kimi dəyərləndirilir.

Bu barədə İran İnsan Haqları Təşkilatı və Birlikdə Ölüm Cəzasına Qarşı Təşkilat tərəfindən hazırlanan birgə illik hesabatda məlumat verilib.
Hesabata əsasən, edam olunanlar arasında 48 qadın da var.

Məlumata görə, 2025-ci ildə İranda edamların sayı 2024-cü illə müqayisədə 68% artıb. Belə ki, 2024-cü ildə ölkədə ən azı 975 nəfərin edam edildiyi qeyd olunub.

Hesabatda vurğulanır ki, bu rəqəmlər 2025-ci ildə gündə orta hesabla 4 nəfərdən çox insanın edam edildiyini göstərir.

İran İnsan Haqları Təşkilatı bildirib ki, açıqlanan göstərici edamların “ən aşağı qəti rəqəmi” hesab olunur. Çünki edamların böyük hissəsi İranın rəsmi mediasında açıqlanmır və faktiki rəqəmlərin daha yüksək ola biləcəyi istisna edilmir. (Iranintl)

#İran #məhbus #edam

Kanala abunə olun
4🤬4🤔1😱1😢1
🇮🇷 SEPAH: “Liman təhlükəsizliyi ya hamı üçündür, ya da heç kim üçün deyil” 🌊

SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfiqari bildirib ki, Fars körfəzi və Oman dənizindəki limanların təhlükəsizliyi “ya hamı üçün təmin olunmalıdır, ya da heç kim üçün olmayacaq”.

İran Silahlı Qüvvələrinin yaydığı bəyanatda qeyd olunur ki, Tehran Hörmüz boğazını təhlükəsiz saxlamağa davam edəcək və “düşmənlə əlaqəli gəmilərin” boğazdan keçmək hüququnun “olmadığı və olmayacağı” vurğulanıb.

Bildirilib ki, digər gəmilərin isə İran Silahlı Qüvvələrinin müəyyən etdiyi qaydalara uyğun şəkildə boğazdan keçməsinə icazə veriləcək.

İran tərəfi habelə xəbərdarlıq edib ki, əgər İranın Fars körfəzi və Oman dənizi sularındakı limanlarının təhlükəsizliyi təhdid altına düşərsə, həmin regionda heç bir liman təhlükəsiz sayılmayacaq.

Açıqlamada ABŞ-nin beynəlxalq sularda gəmilərin hərəkətinə qoyduğu məhdudiyyətlər “qanunsuz addım və piratçılığın əlaməti” kimi dəyərləndirilib. (Euronews)

#İran #Sepah #Hörmüzboğazı #təhlükəsizlik
🤮4🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Türkiyə XİN: “🇺🇸 ABŞ və 🇮🇷 İranın atəşkəsə səmimi ehtiyacı var” 🕊️

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında aparılan danışıqların uğursuz olduğunu və nəticəsiz qaldığını bildirib.

Fidan qeyd edib ki, hazırda həm Vaşinqton, həm də Tehran tərəfi atəşkəsə ehtiyac duyur. “Gördüyüm qədəri ilə, hazırda hər iki tərəfdə atəşkəsə səmimi ehtiyac var”, – deyə nazir vurğulayıb.

Türkiyə XİN rəhbəri danışıqlarda İsrail faktorunun da mühüm rol oynadığını bildirib və İsrailin prosesdə pozucu rolunun nəzərə alınmalı olduğunu qeyd edib.

Fidanın sözlərinə görə, hazırda həm amerikalılar, həm də iranlılar öz ölkələrinə qayıdıblar. O, əlavə edib ki, İran tərəfi ABŞ-nin təqdim etdiyi təklifi qiymətləndirəcək və cavab verəcək.

#Türkiyə #XİN #İran #ABŞ #danışıqlar

Kanala abunə olun
🤮51😁1
Azad İran
🇹🇷 Türkiyə XİN: “🇺🇸 ABŞ və 🇮🇷 İranın atəşkəsə səmimi ehtiyacı var” 🕊️ Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında aparılan danışıqların uğursuz olduğunu və nəticəsiz qaldığını bildirib. Fidan qeyd edib ki, hazırda həm Vaşinqton…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Hakan Fidan: “🇺🇸 ABŞ-🇮🇷 İran razılaşması 15 günə mümkün deyil”

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-İran danışıqlarının gedişinə dair açıqlama verib.

Fidan bildirib ki, hazırda müzakirə olunan mövzular nəzərə alındıqda, 15 gün ərzində hərtərəfli razılaşmanın əldə olunması texniki baxımdan real görünmür.

Onun sözlərinə görə, tərəflər müəyyən irəliləyiş əldə edərsə, danışıqların davam etdirilməsi üçün əlavə atəşkəs müddətinin gündəmə gəlməsi mümkündür.

“Əgər tərəflər yaxşı irəliləyiş əldə etsələr, bu müddət 45 gün, hətta 60 günədək uzana bilər”, – deyə Fidan qeyd edib.

#Türkiyə #XİN #İran #ABŞ #danışıqlar

Kanala abunə olun
🤮3🔥2😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇩🇪 Almaniya kansleri: “🇮🇷 İran müharibəsinin təsirləri uzun müddət davam edəcək” 🗣

Bu gün Almaniya kansleri Fridrix Merz İran müharibəsinin nəticələrinin təkcə bölgədə deyil, Avropada da uzun müddət hiss olunacağını bildirib.

Merz qeyd edib ki, İslamabadda aparılan danışıqların dayandırılması onun üçün gözlənilməz olmayıb və prosesin əvvəlcədən yaxşı hazırlanmadığı təəssüratını yaratdığını deyib.

Onun sözlərinə görə, İrandakı müharibə Almaniyada və digər ölkələrdə yaşanan bir sıra iqtisadi problemlərin əsas səbəblərindən biridir.

“İrandakı müharibənin nəticələrini, hətta bitdikdən sonra belə, uzun müddət hiss edəcəyik”, – deyə kansler bildirib.

#Almaniya #kansler #İran #ABŞ #müharibə

Kanala abunə olun
🔥3😁1
🇺🇸 CENTCOM: “ABŞ qüvvələri 🇮🇷 İran limanlarına giriş-çıxışı bloklayacaq” 🌊🚢

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayaraq bildirib ki, bazar ertəsi Tehran vaxtı ilə saat 17:30-dan etibarən İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatı bloklanacaq.

CENTCOM-un məlumatına görə, blokada İranın Fars körfəzi və Oman körfəzində yerləşən limanları da daxil olmaqla, bütün sahil ərazilərinə şamil ediləcək və İran limanlarına gedən və ya oradan çıxan bütün ölkələrin gəmilərinə qarşı qərəzsiz şəkildə tətbiq olunacaq.

Eyni zamanda qeyd olunub ki, ABŞ qüvvələri Hörmüz boğazından İran xaricindəki limanlara hərəkət edən gəmilərin naviqasiya azadlığına mane olmayacaq.

#ABŞ #CENTCOM #İran #sahillimanları

Kanala abunə olun
3👍3🔥1
Media is too big
VIEW IN TELEGRAM
Başında sarğı, evində dağıntı: 🇮🇷 İranlı qocanın davranışı sosial mediada gündəm oldu 😥📹

İranda ABŞ və İsrail qüvvələrinin hücumları nəticəsində evi dağılan yaşlı bir kişinin jurnalistlərə göstərdiyi davranış sosial mediada və yerli mətbuatda diqqət çəkib.

Məlumata görə, başı sarıqlı olan qoca kişi evinə gələn jurnalistləri dağıntılar altında qalan mətbəxinə apararaq soyuducudan meyvə çıxarıb və onlara təklif edib.

Dağıdılmış ev şəraitinə baxmayaraq, yaşlı kişinin qonaqpərvərliyindən imtina etməməsi müşahidəçilər tərəfindən “müharibə fonunda insanlığın simvolu” kimi dəyərləndirilib.

#İran #müharibə #qoca #faciə #dağıntılar

Kanala abunə olun
8😁3😢1
🇪🇸 İspaniya 🇨🇳 Çini 🇷🇺 Rusiya və 🇮🇷 İrana təsir göstərməyə çağırdı 🗣️

İspaniyanın baş naziri Pedro Sançes Çinin Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələrin dayandırılmasında daha fəal rol oynaya biləcəyini bildirib.

Çinə səfəri zamanı Pekində çıxış edən Sançes Çin rəhbərliyini qlobal münaqişələrə son qoymaq üçün Rusiya və İrana təsir imkanlarından istifadə etməyə çağırıb.

“Çin daha çox şey edə bilər – məsələn, artıq etdiyi kimi, beynəlxalq hüquqa hörmət və Livan, İran, Qəzza, Qərb Şəriyəsi və Ukraynadakı münaqişələrə son qoymaqda israr edə bilər”, – deyə nazir vurğulayıb.

#İspaniya #Çin #İran #Rusiya #müharibə #çağırış

Kanala abunə olun
🔥21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
TƏCİLİ 🚨

🇮🇷 İran 🇺🇸 ABŞ gəmisinin batırıldığını iddia edib 🌊🚢
🔥

İran Silahlı Qüvvələrinə yaxın mənbələrin yaydığı məlumata görə, İran donanması Bəndər Abbas limanına yaxınlaşmağa çalışan bir Amerika gəmisini batırıb.

İddia edilir ki, hadisə ABŞ prezidenti Donald Trampın İranın dəniz gücünün “tamamilə məhv edilməsi” barədə danışdığı anlarda baş verib.

Məlumatda qeyd olunur ki, ABŞ gəmisi İranın cənub sahillərinə yaxınlaşmağa çalışarkən İran donanması tərəfindən hədəfə alınıb və nəticədə batırılıb.

Hadisə ilə bağlı ABŞ tərəfi hələlik rəsmi açıqlama verməyib. Məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.

#İran #BəndərAbbas #ABŞ #gəmi #hücum #iddia

Kanala abunə olun
🔥5😁32
WP: 🇺🇸 ABŞ Qalibafı 🇮🇷 İranın potensial lideri kimi görür 🤔

The Washington Post qəzetinin yazdığına görə, İslamabadda keçirilən ABŞ–İran danışıqları zamanı ABŞ vitse-prezidenti C.D. Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilkin mərhələdə sərt mövqe nümayiş etdiriblər.

Nəşrin məlumatına əsasən, uzun və gərgin müzakirələrdən sonra Qalibaf ABŞ nümayəndə heyətini “təcrübəli və peşəkar danışıqçı” kimi heyran etməyi bacarıb. Qəzet qeyd edir ki, iranlı siyasətçi Vaşinqton tərəfindən “yeni İranın potensial lideri” kimi də qəbul olunur.

Washington Post-un yazarı David İqnatius danışıqlarla bağlı təhlilində bildirib ki, görüşlər 21 saatdan çox davam edib. Onun sözlərinə görə, Qalibaf uzun müzakirələrdən sonra danışıqlarda üstün performans göstərərək ABŞ tərəfinin diqqətini çəkib.

#ABŞ #İran #Qalibaf #parlamentsədri #yenilider

Kanala abunə olun
😁2🔥1
🇪🇸 İspaniya 🇮🇷 Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edib

İspaniya Tehrandakı səfirliyinin fəaliyyətini yenidən bərpa edib.

Səfirliyin yaydığı açıqlamada bildirilib ki, diplomatik missiya səfirin rəhbərliyi altında diplomatik heyət və yerli işçilərlə birlikdə fəaliyyətini davam etdirəcək.

“Səfir diplomatik heyət və yerli işçilərlə birlikdə sülhü dəstəkləmək öhdəliyi ilə fəaliyyətlərini bərpa edir”, – deyə səfirliyin bəyanatında qeyd olunub.

#İspaniya #İran #səfirlik
🔥21
🇮🇷 İranda hakimiyyətyönlü qadınlar hərbi avtomobildə küçələrdə yürüşə çıxıblar 🧕🥷🚓🚔

#İran #qadınlar #yürüş #mollarejimi #dəstək
🤮121
🇺🇸 ABŞ-nin 🇮🇷 İran limanlarını blokadaya alması 🇾🇪 Husilərin hərəkətləri səbəbindən Bab əl-Məndəb boğazında gərginliyin artmasına səbəb ola bilər 🆘🌊🚢

Bu haqda Associated Press Beynəlxalq Böhran Qrupunun ekspertlərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu, qlobal gəmiçilik sənayesinə əlavə təzyiq yaradacaq.

#ABŞ #İran #liman #blokada #BabəlMəndəb #Husilər

Kanala abunə olun
👍4🔥2😁2