Azad İran
5.93K subscribers
35K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Sky News: "🇬🇧 Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq" 🌊🚢

Sky News-un məlumatına görə, Böyük Britaniya Hörmüz boğazının
🇺🇸 ABŞ tərəfindən blokadays salınmasında iştirak etməyəcək.

Britaniya hökumətinin sözçüsü bildirib ki, Hörmüz boğazından keçid üçün rüsum almaq qəbuledilməzdir.

O, eləcə də "gəmiçilik azadlığını qorumaq məqsədilə geniş koalisiya qurmaq üçün Fransa və digər tərəfdaşlarla təcili olaraq işlədiyini" açıqlayıb.

#Britaniya #ABŞ #HörmüzBoğazı #blokada

Kanala abunə olun
🤮3
🇬🇧 Britaniyanın "The Times" qəzeti 🇺🇸 ABŞ və 🇮🇷 İran arasında İslamabadda razılığa gəlinmədən başa çatan danışıqlarla bağlı karikatura dərc edib

ABŞ və müttəfiqləri əllərində kartlar tutaraq "Bizim bütün kartlarımız var" deyir.

İran tərəfi isə "Mat" deyir.

Masanın hər iki tərəfindən atılan oxlar vəziyyətin hər an hərbi münaqişəyə çevrilə biləcəyini və gərginliyin yüksək olduğunu göstərir.
Bu, diplomatiyadan kənar "atışmaların" davam etdiyinə işarədir.

#Britaniya #ABŞ #İran #danışıqlar #karikatura

Kanala abunə olun
😁52🤔2🔥1
🇮🇱 İsrailli hərbi ekspert: "Biz hazırda ciddi bir çağırışla üz-üzəyik"

İsrail hökümətinə yaxın hərbi ekspert  Amos Yadlin yazıb: "🇷🇺Rusiya və 🇨🇳 Çin Xəzər dənizi vasitəsilə 🇮🇷 İrana hərbi tədarükə davam edir.
Hələlik prezident Trampın tarif təhdidləri nəticə verməyib.

Qeyd edək ki, yüklər Çindən Trans-Sibir xətti vasitəsilə Rusiyanın Həştərxan limanına gətirilir oradan da gəmilərlə İranın Ənzəli limanına daşınır.
Bizim Xəzərdə Ənzəli limanından başqa vura biləcəyimiz yer yoxdur. Aydındır ki, Həştərxanı vurmaq mümkün deyil.
Son günlər Rusiya Xəzər donanması yük gəmilərini müşaiət edir".

#İsrail #İran #Rusiya #Çin

Kanala abunə olun
4😁3🔥2
🇮🇷 SEPAH: "Hərbi gəmilərin Hörmüz boğazına yaxınlaşması atəşkəsin pozulması kimi qiymətləndirəcək" 🌊

SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsinin 59 saylı bəyanatında deyilir: "İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri bəzi düşmən rəsmilərinin yalan iddialarının əksinə olaraq, Hörmüz boğazının ağıllı nəzarət və idarəetmə altında olduğunu, müəyyən qaydalara uyğun olaraq mülki gəmilərin zərərsiz keçidi üçün açıq olduğunu bildirir.

Hər hansı bir titul və ya bəhanə ilə Hörmüz boğazına yaxınlaşmaq niyyətində olan hər hansı bir hərbi gəmi atəşkəsin pozulması hesab ediləcək və sərt şəkildə cəzalandırılacaq".


اطلاعیه شماره ۵۹/
نزدیک شدن شناورهای نظامی به تنگه هرمز نقض آتش‌بس تلقی می‌شود

#İran #SEPAH #HörmüzBoğazı #atəşkəs

Kanala abunə olun
🤮4
🇮🇷 Qalibaf: "Benzinin hazırkı qiymətlərindən həzz alın" ⛽️

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf 🇺🇸 Ağ Evin coğrafi məkanını paylaşaraq yazıb:
"Yanacaqdoldurma məntəqələrindəki hazırkı qiymətlərdən həzz alın.
Bu 'blokada' dedikləri şeylə, tezliklə 4-5 dollarlıq benzin üçün burnunuzun ucu göynəyəcək (nostalji hiss edəcəksiniz).

ΔO_BSOH>0 ⇒ f(f(O))>f(O)

(Boğaz bağlansa, qiymət artımı sadəcə xətti olmayacaq, hər növbəti dalğa (rekursiya) əvvəlkindən daha şiddətli olacaq.
Qiymətlər eksponensial şəkildə yüksələcək.
)

#Qalibaf #təhdid #ABŞ #HörmüzBoğazı #benzinqiymətləri #bahalaşma

Kanala abunə olun
🤮31👍1
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇨🇳 Çini 🇮🇷 İrana silah təchizatına görə 50% əlavə rüsumla hədələdi 🗣

ABŞ prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə bildirib ki, Pekin İrana hərbi texnika tədarük etdiyi təqdirdə ABŞ Çinə əlavə 50% tarif tətbiq edəcək.

Tehranla münaqişəyə toxunan o, eləcə də İslam Respublikasının elektrik stansiyalarını məhv etməklə İranın elektrik enerjisini 10 il müddətinə kəsəcəyi ilə hədələyib.

Tramp qeyd edib ki, Böyük Britaniya və bir neçə başqa ölkə Hörmüz boğazındakı minaları təmizləmək üçün minaaxtaranlar göndərəcək.

#Tramp #Çin #İran #təhdid

Kanala abunə olun
👍4
🇦🇪 BƏƏ: "🇮🇷 İranın Hörmüz boğazında gəmiçiliyi bağlamaq və ya məhdudlaşdırmaq hüququ yoxdur" 🚢

BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar naziri Əl-Cabir bildirib ki, fevralın 28-dən bəri bölgədə ticarət gəmilərinə ən azı 22 hücum qeydə alınıb.

Onun sözlərinə görə, hadisələrdə 10 heyət üzvü həlak olub, təxminən 20.000 dənizçi batıb və zonadan təhlükəsiz şəkildə keçə bilməyib, təxminən 400 tanker də daxil olmaqla təxminən 800 ticarət gəmisi isə hələ də gözləmədədir.

O, deyib: "Hörmüz boğazı heç vaxt İrana məxsus olmayıb, ona görə də onu bağlaya və ya gəmiçiliyi məhdudlaşdıra bilməz".

Nazir əlavə edib ki, bu cür hərəkətlər təkcə regional sabitliyə deyil, həm də qlobal iqtisadiyyata təhlükə yaradır, enerji, ərzaq təchizatı və səhiyyəyə təsir göstərir.

#BƏƏ #HörmüzBoğazı #İran

Kanala abunə olun
👍62
🇺🇸 ABŞ və 🇮🇱 İsrailin 🇮🇷 İrana hücumları nəticəsində ən azı 278 uşaq həlak olub 🎒🏫😱

Bu haqda "SNN" xəbər mərkəzi İran Təhsil Nazirliyinə istinadən xəbər verib.

Qeyd olunur ki, həlak olan şagirdlərdən 161 nəfəri oğlan, 117 nəfəri isə qızdır.

شهادت ۲۷۸ دانش‌آموز در حملات آمریکایی ـ اسرائیلی به ایران

#İran #şagird #İsrailhücumu #ABŞ

Kanala abunə olun
🔥1
🇮🇷 İranda yeni həbs dalğası; daha 173 nəfər saxlanıldı 😱

İran öz vətəndaşlarına qarşı kütləvi təzyiq göstərməyə davam edir və təhlükəsizlik və kəşfiyyat qurumları ölkə daxilində daha onlarla insanın saxlanıldığını açıqlayıb.

Məlumatlara görə, ümumilikdə 173 nəfər saxlanılıb və onlara qarşı “düşmənlə əlaqə” və “casusluq” ittihamları irəli sürülüb.

İnsan haqları fəalları dəfələrlə qeyd edirlər ki, bu cür ittihamlar tez-tez nəzarəti gücləndirmək və müxalifəti yatırmaq səylərinin bir hissəsi kimi istifadə olunur. (Amerikanın Səsi)

موج تازه بازداشت‌ها و سرکوب قضایی؛ ادعای دستگیری ۱۷۳ شهروند دیگر

#İran #həbs #ittiham

Kanala abunə olun
🤬4👏1
🇮🇷 İran prezidentinin protokol idarəsinin rəisi, İranın 🇦🇿 Azərbaycandakı sabiq səfiri Seyid Abbas Musəvi "X" hesabında foto paylaşıb

O, iranlılar üçün danışıqlar masasının da döyüş meydanı sayıldığını qeyd edib.

#İran #səfir #danışıqlar #ABŞ

Kanala abunə olun
🤮61
🇮🇷 İran 🇵🇰 Pakistanda danışıqların pozulmasında 🇺🇸 ABŞ-ni günahlandırdı ❗️

İranın xarici işlər naziri Abbas Əraqçı İslamabadda danışıqların uğursuz başa çatmasına münasibət bildirərək,Tehranın münaqişəyə son qoymaq üçün səylərində "xoş niyyətlə" hərəkət etdiyini bildirib.

Əraqçı bununla bağlı, “X” hesabında paylaşım edib. Onun sözlərinə görə, tərəflər "İslabad razılaşmasından bir neçə addım aralıda" olduqda danışıqlar aşağıdakılarla qarşılayıb: həddindən artıq tələblər, daim dəyişən şərtlər, blokada təhdidləri.

"Heç bir dərs çıxarılmayıb. Xoş niyyət xoş niyyət doğurur; düşmənçilik düşmənçilik doğurur", - deyə, o, qeyd edib.

#İran #XİN #ABŞ #danışıqlar #Pakistan

Kanala abunə olun
🤮3😁21👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp: "🇮🇷 İran çox pis vəziyyətdədir" 🗣

Dünən ABŞ prezidenti Donald Tramp Pakistanda İranla keçirilən görüşlə bağlı açıqlama verib.

Danışıqların uğursuz keçdiyini vurğulayan Tramp deyib: “İran çox pis vəziyyətdədir. Məncə, onlar çox çarəsizdirlər”.

#ABŞ #Tramp #İran #ABŞ #danışıqlar #Pakistan

Kanala abunə olun
🔥4
🇮🇷 İran 🇺🇸 ABŞ-yə xəbərdarlıq edir: "İstənilən dəniz blokadası uğursuzluğa məhkumdur" 🌊

Dünən İranın ali liderinin hərbi müşaviri Möhsün Rzayi “X” hesabında bildirib ki, ABŞ Trampın Hörmüz boğazını bağlamaq təhdidləri qarşısında dəniz blokadası tətbiq edə bilməyəcək.

O, vurğulayıb ki, "İrana qarşı Hörmüz boğazının açılmasında tarixi uğursuzluq olduğu kimi, Amerika da dəniz blokadasında uğursuzluğa məhkumdur".

Rzayi əlavə edib ki, ölkənin silahlı qüvvələri "ABŞ-yə belə bir icazə verməyəcək" və hər hansı bir təhdidə qarşı durmaq üçün "böyük, istifadə olunmamış təsirə" malikdir. "İran tvitlər və fantastik planlarla bloklana biləcək bir yer deyil!", - deyə, o, fikrini tamamlayıb.

#İran #ABŞ #dənizblokadası #xəbərdarlıq

Kanala abunə olun
🤮61
🇨🇭İsveçrə: “🇺🇸 ABŞ və 🇮🇷 İran arasında vasitəçilik etməyə hazırıq”

İsveçrə ABŞ və İran arasında mümkün diplomatik təmaslarda vasitəçi rolunu oynamağa hazır olduğunu bəyan edib.

Bununla bağlı, İsveçrə Xarici İşlər Nazirliyinin media əlaqələri şöbəsinin müdiri Mixail Ştayner açıqlama verib. Onun sözlərinə görə, İsveçrə Xarici İşlər Nazirliyi vəziyyətlə bağlı bütün tərəflərlə əlaqə saxlayır.

Ştayner qeyd edib ki, İsveçrə “qoruyucu güc” mandatı çərçivəsində Vaşinqton və Tehran arasında ünsiyyət kanalını təmin etməyə davam edir.

“Bu kanal açıqdır və tərəflərin ixtiyarındadır”, - deyə İsveçrə XİN rəsmisi bildirib. (TASS)

#İsveçrə #İran #ABŞ #vasitəçilik

Kanala abunə olun
🔥3
🇺🇸 ABŞ bombardmançıları döyüş sursatı ilə hazır vəziyyətə gətirilib ✈️🚀

ABŞ-İran gərginliyi fonunda bu səhər Britaniyadakı Fairford aviabazasında çəkilmiş fotolarda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı təyyarələrin döyüş sursatı ilə yüklənmiş vəziyyətdə olduğu müşahidə edilib.

Kadrlarda B-1B Lancer və B-52H Stratofortress bombardmançılarının JDAM tipli aviasiya bombaları ilə təchiz olunduğu görünür.

Məlumata görə, həmin təyyarələr İrana qarşı mümkün hava zərbələri üçün uçuşa hazır vəziyyətdə gözləyir.

Eyni zamanda aviabazaya döyüş sursatları ilə yüklənmiş yeni nəqliyyat təyyarələrinin gəlməsinin davam etdiyi bildirilir.

#ABŞ #Britaniya #aviabaza #döyüşsursatı

Kanala abunə olun
🔥43
🇮🇷 Tehranda qorxu atmosferi: xüsusi təyinatlı zirehli maşınlar nümayiş etdirilir 🚓👮‍♂️🚔

ABŞ–İsrail–İran müharibəsi fonunda Tehranda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.

Məlumata görə, İran Polis Komandanlığı (FƏRACA) paytaxt küçələrində NOPO (Xüsusi Əməliyyatlar Bölməsi) kimi tanınan terrorçuluğa qarşı mübarizə qüvvələrinə məxsus zirehli avtomobilləri nümayiş etdirməyə başlayıb.

Ağır zirehli texnika şəhərin müxtəlif küçələrində görünür və bu addımın məqsədi paytaxtda nəzarəti gücləndirmək, eyni zamanda əhali arasında qorxu və vahimə yaratmaq kimi dəyərləndirilir.

خودروهای غول‌پیکر نوپو در خیابان‌ها برای ایجاد رعب و وحشت علیه مردم تهران

#İran #Tehran #zirehlimaşınlar #qorxu #vahimə

Kanala abunə olun
😁32🔥2🤬2