Azad İran
5.94K subscribers
35K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇨🇳 Çinə 🇮🇷 İrana silah tədarük etməmək barədə xəbərdarlıq etdi 🗣

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin İrana silah tədarük etməyə başlasa, Pekin "böyük problemlə üzləşə bilər".

TASS-ın məlumatına görə, o, bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib.

CNN əvvəllər Çinin İrana silah tədarükü ilə bağlı məlumat vermişdi, lakin Vaşinqtondakı Çin səfirliyi bu məlumatı təkzib edərək Pekinin münaqişə tərəflərinə heç vaxt silah tədarük etmədiyini bildirmiş və əsassız iddiaların yayılmamasına çağırmışdı.

#ABŞ #Tramp #xəbərdarlıq #Çin #silahlar #İran

Kanala abunə olun
👍6👏1
🇮🇷 Qalibaf: "🇺🇸 ABŞ İranın etimadını qazana bilmədi" 🗣

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-nin danışıqlar zamanı İran tərəfini inandıra bilmədiyini bildirib.

O, qeyd edib ki, İran əvvəlcə xoşməramlılıq və dialoqa hazırlıq nümayiş etdirib, lakin "əvvəlki iki müharibə"nin təcrübəsi səbəbindən qarşı tərəfə inamı yoxdur.

Qalibafın sözlərinə görə, İran nümayəndə heyəti "qabaqcıl təşəbbüslər" təqdim edib, amma nəticədə ABŞ hazırkı danışıqlar mərhələsində Tehranın etimadını qazana bilməyib.

Spiker habelə danışıqlar prosesinin təşkilində göstərdiyi köməyə görə Pakistana təşəkkür edib və Pakistan xalqına hörmətini ifadə edib.

O, İranın "bir millət kimi birləşdiyini" də vurğulayıb.

#İran #Qalibaf #ABŞ #danışıqlar #İslamabad

Kanala abunə olun
🤮8👏32
🇮🇷 Vilayəti: "Hörmüz boğazının açarı bizim əlimizdədir" 🗣🌊

İranın keçmiş liderinin müşaviri Əli Əkbər Vilayəti, İslamabad görüşünün nəticəsiz qalmasına münasibət bildirərək, "X" hesabındakı paylaşımında, İslamabad görüşünün nəticəsiz qalmasına cavab olaraq, "İranı qorumaq"ın İslam Respublikasının xarici siyasətində həmişə sabit bir prinsip olduğunu iddia edib.

O, qeyd edib: "Ərzneh əl-Rumdan İslamabad danışıqlarına qədər İran diplomatiyasının tarixinin tək bir prinsipi var; əziz İranı qorumaq".

Vilayəti Hörmüz boğazı vasitəsilə regional və beynəlxalq ölkələrə təzyiqi vurğulayaraq, bu su yolunu "Əbul Həyat" adlandırıb və əlavə edib: "Hörmüz boğazı tarix boyu torpaqlarımızın mərkəzində əcnəbilər üçün yolu bağlamağın simvolu olduğu kimi, bu gün də Hörmüz boğazının açarı bizim güclü əllərimizdədir".

#İran #Vilayəti #Hörmüzboğazı

Kanala abunə olun
🤮7🤬1
🚨TƏCİLİ

🇦🇿 Azərbaycan 🇮🇷 İrandakı səfirliyini bərpa edib

Azərbaycan Xarici İşlər Nazirliyi aprelin 12-də İrandakı səfirliyinin fəaliyyətini bərpa etdiyini açıqlayıb. Rəsmi açıqlamaya görə, səfirlik əvvəlcə məhdud heyətlə - səfirlə yanaşı az sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək. Lakin təhlükəsizlik və təşkilati narahatlıqlar nəzərə alınmaqla, mərhələli şəkildə daha da genişləndirilməsi planlaşdırılır.

XİN səfirliyin fəaliyyətinin bərpasının hərbi əməliyyatların dayandırılmasından və iki həftəlik atəşkəs elan edilməsindən qısa müddət sonra baş verdiyini vurğulayıb. Bu addım Azərbaycanın qonşu və dost İranla münasibətlərə verdiyi xüsusi əhəmiyyətin sübutu kimi qəbul edilir.

Azərbaycan həm də bölgədə davamlı sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş təşəbbüslərə dəstəyini bir daha təsdiqləyib.

Azərbaycan Tehrandakı səfirliyindən və Təbrizdəki konsulluğundan diplomatik heyətini geri çağırmağa başlayıb.

#Azərbaycan #səfirlik #İran #fəaliyyətinbərpası

Kanala abunə olun
👎31🤮1
🇷🇺🇮🇷 Kreml: Putin Pezeşkianla telefon danışığı aparıb ☎️

Kremlin məlumatına görə, bu gün keçirilən telefon danışığı zamanı Vladimir Putin və Məsud Pezeşkian Pakistanda keçirilən danışıqların nəticələrini müzakirə ediblər.

Putin İran məsələsinin siyasi və diplomatik həllinin axtarışına kömək etməyə hazır olduğunu bildirib.

Pezeşkian Rusiyaya prinsipial mövqeyi və humanitar yardımlarına görə təşəkkür edib.

O, habelə Putini və Rusiyadakı pravoslav xristianları Pasxa bayramı münasibətilə təbrik edib.

Tərəflər Rusiya və İran arasında hərtərəfli mehriban qonşuluq münasibətlərinin gücləndirilməsinə qarşılıqlı sadiqliklərini bir daha təsdiqləyiblər. (Fars News)

گفت‌وگوی تلفنی پوتین با پزشکیان

#Rusiya #Putin #İran #Pezeşkian

Kanala abunə olun
🤮5
Media is too big
VIEW IN TELEGRAM
🇺🇲🇮🇷 SEPAH ABŞ Hərbi Dəniz Qüvvələrinin Arleigh Burke sinifli USS Michael Murphy (DDG 112) və USS Frank E. Peterson (DDG 121) esmineslərini dünən Hörmüz boğazından geri çəkilmələri barədə xəbərdarlıq etdiyinə dair görüntüləri yayımlayıb, əks halda hədəfə alınmaq riski ilə üzləşəcəklərini bildirib. (Press TV) 🔥

#İran #Sepah #Hörmüzboğazı #xəbərdarlıq #ABŞ #esmines

Kanala abunə olun
🔥3😁3👏1🤮1
🇺🇸🇮🇷 ABŞ və İran nümayəndə heyətləri artıq İslamabadı tərk ediblər

Bu barədə Reuters agentliyi Pakistan mənbələrinə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, ABŞ və İran bazar günü Pakistanın paytaxtı İslamabadda başa çatan danışıqlara baxmayaraq, müharibəyə son qoymaq üçün razılığa gələ bilməyiblər və bu da kövrək atəşkəsi təhlükə altına alıb.

Tərəflər minlərlə insanın həyatına son qoyan, qlobal iqtisadiyyatı sarsıdan və altı həftədən çox əvvəl başlayan neft qiymətlərinin kəskin bahalaşmasına səbəb olan döyüşlərə son qoymaq üçün 21 saatlıq danışıqların uğursuzluğuna görə bir-birini günahlandırıblar.

#ABŞ #İran #danışıqlar #İslamabad

Kanala abunə olun
🔥5
🇺🇸 Tramp Hörmüz boğazını güc yolu ilə blokadaya almaq istəyir 🌊🔥

ABŞ prezidenti Donald Tramp Truth Social sosial media hesabında yazıb: "Bu andanı etibarən dünyanın ən yaxşısı olan ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri blokadaya salmağa başlayacaq.

Mən həmçinin Hərbi Dəniz Qüvvələrimizə beynəlxalq sularda İrana rüsum ödəyən hər bir gəmini müəyyən etməyi və ələ keçirməyi tapşırdım. Qanunsuz rüsum ödəyən heç kimin açıq dənizlərdə təhlükəsiz keçidi olmayacaq. Biz habelə iranlıların boğaza qoyduğu minaları məhv etməyə başlayacağıq".


#ABŞ #Tramp #Hörmüzboğazı #blokada #gücyolu #İran #xəbərdarlıq

Kanala abunə olun
👍8🔥1
🇮🇷🇵🇰🇺🇲 NYT: "Əraqçı son İslamabad görüşündə olduqca gərgin və əsəbi olub"

Nəşrin bildirdiyinə görə, İran XİN başçısı Abbas Əraqçı ABŞ prezidentinin xüsusi elçisi Uitkofla əlbəyaxa davaya çıxmaq həddində olub.

O, Uitkofa nifrətlə baxırmış. Buna baxmayaraq o, diplomatik etiketi qoruyub.
Ancaq iranlı təcrübəli diplomat Hörmüz məsələsinə görə Uitkofla açıq söz duelinə çıxıb.

#İran #Əraqçı #ABŞ #Uitkof

Kanala abunə olun
6🔥2😁1🤮1
🇮🇷 İranda nüvə obyektinin yaxınlığında dövlətə xəyanət ittihamı ilə 26 nəfər saxlanılıb 😱

İran polisi Nətənzdə (İsfahan əyaləti) 26 nəfəri internetdə ictimai təhlükəsizliyi pozmaq və dövlətə xəyanət ittihamları ilə həbs edib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar xarici düşmənlərin xeyrinə təbliğat aparmaqda, iğtişaşlara təhrik etməkdə və ölkənin kibertəhlükəsizliyinə xələl gətirən hərəkətlər təşkil etməkdə ittiham olunurlar.

Nətənz İranın nüvə proqramının əsas və ən təhlükəsiz mərkəzlərindən biridir.

#İran #nüvəobyekti #həbs #ittiham

Kanala abunə olun
🤬31🔥1😁1
🇮🇷 "Dəniz blokadası heç nəyi dəyişməyəcək" 👮‍♂🌊

Bunu İran SQ-nin baş komandanının köməkçisi general Yəhya Rəhim Səfəvi deyib.

"İran Hörmüz boğazına nəzarət edir və bunu davam etdirəcək.
Nefti də ixrac etməyə davam edəcək.
Şübhəsiz ki, 🇺🇸 ABŞ bizim tankerləri vurarsa biz də onların ticarət gəmilərini regionun bütün istiqamətlərində məhv edəcəyik",-
Səfəvi əlavə edib.

#İran #Səfəvi #ABŞ #Hörmüzboğazı

Kanala abunə olun
🤮61🔥1
🚨 TƏCİLİ

🇮🇷🇵🇰 İki gəmi Hörmüz Boğazından geri qayıtdı 🌊🚢

Bir neçə saat əvvəl Hörmüz boğazına doğru hərəkət etdiyi bildirilən Pakistan bayrağı altında üzən "Xeyrpur" və "Şalamar" adlı iki neft tankeri indi boğazdan 180 dərəcə dönüşlə geri qayıdır. (Fars News)

۲ نفتکش دیگر از تنگه هرمز برگشت خوردند

#İran #HörmüzBoğazı #Pakistan #tanker

Kanala abunə olun
🔥31
Pezeşkian: "🇮🇷 İran 🇺🇸 ABŞ ilə razılığa gələ bilər" 🗣

İran prezidenti Məsud Pezeşkian deyib:
🔹"Əgər Vaşinqton beynəlxalq normalara riayət edərsə və Tehranın qırmızı xətlərini nəzərə alsa, İran ABŞ ilə ədalətli bir razılığa gələ biləcək;
🔹Bizim qırmızı xəttimiz İran xalqının milli maraqları və hüquqlarıdır;
🔹İran bölgədə sülhü və davamlı təhlükəsizliyi təmin edəcək balanslı və ədalətli razılıq əldə etməyə tam hazırdır"
.

#İran #Pezeşkian #ABŞ

Kanala abunə olun
🤮71👎1
🇺🇸 Tramp: "🇮🇷 İranı bir gündə məhv edə bilərəm" 🗣

ABŞ prezidenti Donald Tramp deyib:
🔹"Mən onların bütün enerji sistemini, bütün elektrik stansiyalarını bir saata söndürə bilərəm. Amma bu, çox ciddi məsələdir;
🔹Onlar danışıqlar masasından uzaqlaşmayıblar;
🔹Mən onların geri qayıdıb bizə istədiyimiz hər şeyi verəcəklərini gözləyirəm;
🔹Mən xalqıma dedim: Mən hər şeyi istəyirəm. Mən 90% istəmirəm, 95% istəmirəm;
🔹Onlara dedim: Mən hər şeyi istəyirəm və İranın heç bir sövdələşmə imkanı yoxdur".


#Tramp #təhdid #İran

Kanala abunə olun
6👍3😁2🤮2🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨SON DƏQİQƏ

Danışıqlar getdiyi bir vaxtda və hazırda 🇺🇸 ABŞ ordusu Yaxın Şərqə ordu cəmləyir, silah-sursat daşıyır ✈️🚢🌊🔥

#ABŞ #İran #danışıqlar #YaxınŞərq #ordu #cəmləşmə #silahsursat

Kanala abunə olun
👍7🔥1
🇹🇷 Türkiyə və 🇵🇰 Pakistan XİN başçıları telefon danışığı aparıblar ☎️

Hakan Fidan və İshaq Dar İslamabadda keçirilən 🇺🇸 ABŞ-🇮🇷 İran danışıqlarını müzakirə ediblər. (Anadolu Ajansı)

#Türkiyə #Pakistan #İran #ABŞ #danışıqlar

Kanala abunə olun
🤮31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 TƏCİLİ

🇮🇷 SEPAH: "Hər hansı bir səhv Hörmüz boğazında düşmənin ölümünə səbəb olacaq" 🌊🚢✈️

İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının tam nəzarət altında olduğunu bildirib və boğazı izləyən pilotsuz təyyarənin canlı video görüntülərini yayımlayıb.

#SEPAH #HörmüzBoğazı #xəbərdarlıq

Kanala abunə olun
😁74🤮2🔥1
🇸🇦 Səudiyyə Ərəbistanı 🇮🇶 İraq səfirini ölkə ərazisindən uçan dronlarla bağlı çağırıb

Ər-Riyadın sözlərinə görə, bu dronlar əmirlik və digər körfəz ölkələri üçün təhlükə yaradır.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi açıqlamasında İraqın bu hadisələrə və hücumlara qarşı məsuliyyətli reaksiyasının vacibliyini vurğulayıb və regional təhlükəsizliyə potensial nəticələrlə bağlı narahatlığını bildirib.

#SəudiyyəƏrəbistanı #İraq #səfir

Kanala abunə olun
🔥2
🇺🇸 ABŞ rəsmisi: "🇮🇷 İran Vaşinqtonun tələblərini rədd edir" 🗣

ABŞ-nin yüksək vəzifəli rəsmisi Reuters agentliyinə bildirib ki, İslam Respublikası uranın zənginləşdirilməsinə son qoymaq və əsas zənginləşdirmə müəssisələrini sökmək tələblərini rədd edib.

O, əlavə edib ki, İran eləcə də HƏMAS, Hizbullah və Husilərə maliyyə dəstəyini dayandırmaq və Hörmüz boğazını tamamilə açmaq tələblərindən də imtina edib.

یک مقام ارشد آمریکایی به خبرگزاری رویترز گفت که جمهوری اسلامی درخواست پایان غنی‌سازی اورانیوم و برچیدن تاسیسات اصلی غنی‌سازی را رد کرده است.

#İran #ABŞ #tələb #rədd

Kanala abunə olun
🤮4🔥2
🇷🇺🇨🇳🇮🇷 Rusiya Xəzər donanmasının müşayiəti ilə daha bir yük gəmisi İrana doğru hərəkət edir 🌊

Bu haqda İsrail mediası məlumat yayıb.

Mənbələr gəmidə yüklərin Çinə aid olduğunu bildirir.

Rusiya və Çin İrana hərbi tədarükə davam edir.
Xəzər isə burada əsas artilleriyaya çevrilir.

#Çin #Rusiya #İran #Xəzərdənizi #hərbiyük

Kanala abunə olun
👎8👍5