Azad İran
5.93K subscribers
35.1K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Etnik kürd Nizar Amidi 🇮🇶 İraqın yeni prezidenti seçilib

Onun namizədliyi seçkilərə Kürdüstan Vətənpərvər Birliyi Partiyası tərəfindən irəli sürülüb.

İraqın hazırkı prezidenti Əbdüllətif Rəşid seçkilərdə iştirakdan imtina edib.

#İraq #prezidentseçkisi

Kanala abunə olun
👎32👍2
🇮🇷 SEPAH Hörmüz Boğazı ilə bağlı xəbərdarlıq etdi 🌊

"Hərbi gəmilərin Hörmüz boğazından keçmək cəhdi sərt müqavimətlə qarşılaşacaq".

Qeyd olunur ki, boğazdan yalnız mülki gəmilərin gəmilərin müəyyən şərtlər daxilində keçməsinə icazə verilir.

🇺🇸 Amerika gəmilərinin boğazdan keçməsi ilə bağlı xəbərlər təkzib olunur və hərbi gəmilərin bu boğazdan keçmək cəhdinə qarşı qətiyyətlə cavab veriləcək.

💠 اطلاعیه شماره ۵۸/
هرگونه تلاش برای عبور شناورهای نظامی از تنگه هرمز با برخورد سخت مواجه خواهد شد

#İran #SEPAH #HörmüzBoğazı #xəbərdarlıq #ABŞgəmiləri #keçid #təkzib

Kanala abunə olun
3🤮3🔥1👏1
🇵🇰 İslamabadda 🇮🇷 İran və 🇺🇸 ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb

Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

دور جدیدی از مذاکره سه جانبه ایران، آمریکا و پاکستان آغاز شد

#İran #ABŞ #danışıqlar #İslamabad

Kanala abunə olun
2👎1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 SON DƏQİQƏ

"🇺🇸 ABŞ və 🇮🇷 İran danışıqlarda razılığa gələ bilmədi" 🗣

Bu barədə ABŞ-nin vitse-prezidenti J.D. Vens mətbuat konfransında jurnalistlərə bildirib.

Onun sözlərimə görə, ABŞ hesab edir ki, İran hələ nüvə proqramından imtina etməyə hazır deyil.

İki ölkənin nümayəndələri İslamabadda üç dəfə görüşsələr də, ortaq bir razılığa gələ bilməyiblər. Medianın məlumatına görə, tərəflər Hörmüz boğazını, nüvə peoblemi, kompensasiyalar, sanksiyaların ləğvi və regiondakı münaqişəyə yekun son qoymaq kimi məsələləri müzakirə ediblər.

"Pis xəbər odur ki, biz razılığa gələ bilmədik. Və düşünürəm ki, bu, ABŞ-dan daha çox İran üçün pis xəbərdir", - deyə vitse-prezident Vens vurğulayıb.

Görünür, Hörmüz boğazı Fars körfəzində gözləyən minlərlə neft tabkeri üçün bağlı qalacaq. Tramp əvvəllər İran boğazı gəmilərə açmasa, onu "pis şeylərlə" hədələmişdi.

#ABŞ #Vens #İran #razılaşma #açıqlama

Kanala abunə olun
3👍2🔥2😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Vens 🇵🇰 İslamabadı tərk edib ✈️

ABŞ-nin vitse-prezidenti J.D Vens danışıqlarda 🇮🇷 İranla heç bir razılaşma olmadığını elan etdikdən sonra İslamabaddan Vaşinqtona yola düşüb.

معاون ترامپ رفت

جی دی ونس معاون تول رئیس جمهور آمریکا پس از اعلام عدم توافق با ایران در مذاکرات، اسلام آباد را به مقصد واشنگتن ترک کرد.

#ABŞ #Vens #İran #danışıqlar #İslamabad

Kanala abunə olun
👍3🔥1🤮1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran nümayəndə heyəti İslamabadı tərk edib

🎥 هیأت ایرانی پاکستان را ترک کرد

#İran #ABŞ #danışıqlar #İslamabad

Kanala abunə olun
👏2🔥1
🇮🇷 İran XİN sözçüsü İsmayıl Bəqayi: 🗣

"İran və ABŞ bəzi məsələlərdə anlaşma əldə ediblər, lakin iki və ya üç vacib mövzuda fikir ayrılığına düşüblər".

O, qeyd edib ki, "bu danışıqlara bəzi yeni mövzular, məsələn, Hörmüz boğazı əlavə edilib və hər birinin özünəməxsus mürəkkəbliyi var".

Bəqayinin sözlərinə görə, danışıqlar "inamsızlıq və şübhə atmosferində keçib". İran XİN rəsmisi bildirib ki, bu danışıqlar raundu bu ilin ən uzun raundu olub və ümumilikdə 24 və ya 25 saat davam edib.
(TasnimNews)

#İran #Bəqayi #ABŞ #danışıqlar #razılaşma #İslamabad

Kanala abunə olun
🔥21😁1
🇵🇰 Pakistan 🇺🇸ABŞ-🇮🇷İran dialoqunda vasitəçilik etməyə davam edəcək

Bununla bağlı Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

"Ümid edirik ki, hər iki tərəf davamlı sülhə nail olmaq üçün müsbət hərəkət etməyə davam edəcək... Bütün tərəflərin atəşkəs öhdəliklərini yerinə yetirməsi vacibdir", - deyə, açıqlamada vurğulanır.

#Pakistan #İran #ABŞ #danışıqlar

Kanala abunə olun
🤮21
🇺🇸 Tramp 🇮🇷 İrana qarşı dəniz blokadasından danışıb 🌊

O, İrana qarşı dəniz blokadası tətbiq etmək seçiminin olduğuna dair məqalə paylaşıb: "İran geri çəkilməsə, prezidentin əsas kozırı: dəniz blokadası".

#ABŞ #Tramp #dənizblokadası #İran

Kanala abunə olun
👍4🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇫🇷 Fransa helikopterləri 🇮🇷 İran dronlarını belə vurdu 🚁💥✈️🔥
🔥1
Azad İran
🇫🇷 Fransa helikopterləri 🇮🇷 İran dronlarını belə vurdu 🚁💥✈️🔥
Fransanın Eurocopter Tiger zərbə helikopterləri və Rafale qırıcıları müharibə zamanı Yaxın Şərqdə Shahed-136 və Shahed-107 kamikadze dronlarını məhv edir.
1🔥1
Azad İran
Photo
Helikopterlər 30 mm-lik Giat AM-30781 topundan atəş açır, qırıcılar isə qısa mənzilli “hava-hava” tipli MICA-IR raketlərindən istifadə edir. Bu raketlər oxşar şəkildə Ukrayna tərəfindən də tətbiq olunur.

#Frans #helikopter #qırıcı #zərbə #İran #dron #Shahed

Kanala abunə olun
🔥1
🇪🇺 Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas: 🗣

"Körfəz dövlətləri 🇷🇺 Rusiya ilə müharibədə bizə dəstək olmadılar. Biz niyə onlara dəstək olmalıyıq? Bu bizim müharibə deyil".


کایا کالاس، نماینده عالی اتحادیه اروپا در امور خارجه و سیاست امنیتی:

«کشورهای خلیج فارس در جنگ با روسیه از ما حمایت نکردند. چرا ما باید از آنها حمایت کنیم؟ این, جنگ ما نیست»

#AvropaBirliyi #KayaKallas #Körfəz #müharibə #İran

Kanala abunə olun
👎4👍21🔥1
🇮🇷 Bəqayi: "Bir raund danışıqlardan razılaşma gözləmirdik" 🗣

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İslamabadda keçirilən nəticəsiz danışıqlardan sonra bildirib ki, Tehran əvvəlcədən ABŞ ilə bir görüşdə razılığa gələcəyini gözləmirdi.

Onun sözlərinə görə, "bir raund danışıqlarda razılaşma gözləməmək təbii idi".

Bəqayi habelə Pakistan və regiondakı digər ölkələrlə əlaqələrin davam edəcəyini vurğulayıb.

#İran #ABŞ #danışıqlar #İslamabad

Kanala abunə olun
🤮7👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇨🇳 Çinə 🇮🇷 İrana silah tədarük etməmək barədə xəbərdarlıq etdi 🗣

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin İrana silah tədarük etməyə başlasa, Pekin "böyük problemlə üzləşə bilər".

TASS-ın məlumatına görə, o, bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib.

CNN əvvəllər Çinin İrana silah tədarükü ilə bağlı məlumat vermişdi, lakin Vaşinqtondakı Çin səfirliyi bu məlumatı təkzib edərək Pekinin münaqişə tərəflərinə heç vaxt silah tədarük etmədiyini bildirmiş və əsassız iddiaların yayılmamasına çağırmışdı.

#ABŞ #Tramp #xəbərdarlıq #Çin #silahlar #İran

Kanala abunə olun
👍6👏1
🇮🇷 Qalibaf: "🇺🇸 ABŞ İranın etimadını qazana bilmədi" 🗣

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-nin danışıqlar zamanı İran tərəfini inandıra bilmədiyini bildirib.

O, qeyd edib ki, İran əvvəlcə xoşməramlılıq və dialoqa hazırlıq nümayiş etdirib, lakin "əvvəlki iki müharibə"nin təcrübəsi səbəbindən qarşı tərəfə inamı yoxdur.

Qalibafın sözlərinə görə, İran nümayəndə heyəti "qabaqcıl təşəbbüslər" təqdim edib, amma nəticədə ABŞ hazırkı danışıqlar mərhələsində Tehranın etimadını qazana bilməyib.

Spiker habelə danışıqlar prosesinin təşkilində göstərdiyi köməyə görə Pakistana təşəkkür edib və Pakistan xalqına hörmətini ifadə edib.

O, İranın "bir millət kimi birləşdiyini" də vurğulayıb.

#İran #Qalibaf #ABŞ #danışıqlar #İslamabad

Kanala abunə olun
🤮8👏32
🇮🇷 Vilayəti: "Hörmüz boğazının açarı bizim əlimizdədir" 🗣🌊

İranın keçmiş liderinin müşaviri Əli Əkbər Vilayəti, İslamabad görüşünün nəticəsiz qalmasına münasibət bildirərək, "X" hesabındakı paylaşımında, İslamabad görüşünün nəticəsiz qalmasına cavab olaraq, "İranı qorumaq"ın İslam Respublikasının xarici siyasətində həmişə sabit bir prinsip olduğunu iddia edib.

O, qeyd edib: "Ərzneh əl-Rumdan İslamabad danışıqlarına qədər İran diplomatiyasının tarixinin tək bir prinsipi var; əziz İranı qorumaq".

Vilayəti Hörmüz boğazı vasitəsilə regional və beynəlxalq ölkələrə təzyiqi vurğulayaraq, bu su yolunu "Əbul Həyat" adlandırıb və əlavə edib: "Hörmüz boğazı tarix boyu torpaqlarımızın mərkəzində əcnəbilər üçün yolu bağlamağın simvolu olduğu kimi, bu gün də Hörmüz boğazının açarı bizim güclü əllərimizdədir".

#İran #Vilayəti #Hörmüzboğazı

Kanala abunə olun
🤮7🤬1
🚨TƏCİLİ

🇦🇿 Azərbaycan 🇮🇷 İrandakı səfirliyini bərpa edib

Azərbaycan Xarici İşlər Nazirliyi aprelin 12-də İrandakı səfirliyinin fəaliyyətini bərpa etdiyini açıqlayıb. Rəsmi açıqlamaya görə, səfirlik əvvəlcə məhdud heyətlə - səfirlə yanaşı az sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək. Lakin təhlükəsizlik və təşkilati narahatlıqlar nəzərə alınmaqla, mərhələli şəkildə daha da genişləndirilməsi planlaşdırılır.

XİN səfirliyin fəaliyyətinin bərpasının hərbi əməliyyatların dayandırılmasından və iki həftəlik atəşkəs elan edilməsindən qısa müddət sonra baş verdiyini vurğulayıb. Bu addım Azərbaycanın qonşu və dost İranla münasibətlərə verdiyi xüsusi əhəmiyyətin sübutu kimi qəbul edilir.

Azərbaycan həm də bölgədə davamlı sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş təşəbbüslərə dəstəyini bir daha təsdiqləyib.

Azərbaycan Tehrandakı səfirliyindən və Təbrizdəki konsulluğundan diplomatik heyətini geri çağırmağa başlayıb.

#Azərbaycan #səfirlik #İran #fəaliyyətinbərpası

Kanala abunə olun
👎31🤮1