Azad İran
5.95K subscribers
34.9K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ və 🇮🇱 İsraillə müharibə bitdikdən sonra 🇮🇷 İran Hörmüz boğazını açacaq

Bunu İranın ali rəhbərinin Hindistandakı nümayəndəsi Əbdülməcid Həkim Elahi "TASS" informasiya agentliyinə bildirib.

O, eləcə də qeyd edib ki, bu su yolundan keçən gəmilər üçün rüsum barədə məlumatlar təsdiqlənməyib və hələlik sadəcə "söhbət"dir.

Elahi deyib: "Bu müharibədən əvvəl Hörmüz boğazı açıq idi.
Hər bir ölkə bu boğazdan faydalanırdı və heç kimin problemi yox idi.
Biz Hörmüz boğazının təhlükəsizliyini təmin edir, gəmilərin boğazdan keçidini təşkil edirdik.
Lakin indi təkcə biz yox, bütün dünya Hörmüz boğazı ilə bağlı böyük bir problemlə və böhranla üz-üzədir.
Bu münaqişəni və qlobal böhranı kim yaratdı?
Bu müharibəni başladanlar. Beləliklə, bu müharibə səbəbindən bir çox ölkə Hörmüz boğazındakı vəziyyətdən zərər gördü.
👇👇👇
🤮9
Azad İran
🇺🇸 ABŞ və 🇮🇱 İsraillə müharibə bitdikdən sonra 🇮🇷 İran Hörmüz boğazını açacaq Bunu İranın ali rəhbərinin Hindistandakı nümayəndəsi Əbdülməcid Həkim Elahi "TASS" informasiya agentliyinə bildirib. O, eləcə də qeyd edib ki, bu su yolundan keçən gəmilər üçün…
Hazırda Hörmüz boğazı İranın nəzarəti altındadır və İran bütün ölkələrin Hörmüz boğazından faydalanmasını istədiyi üçün öz nəzarətini bərqərar etmək niyyətindədir.
İran Hörmüz boğazı vasitəsilə dünyada hər hansı bir münaqişə və ya böhran yaratmaq istəmir.
Biz bütün ölkələrlə yaxşı münasibətlər, hətta dostluq əlaqələri qurmaq istəyirik.
Lakin biz Hörmüz boğazı üzərində nəzarətimizi də saxlamalıyıq.
Hələlik boğaz üzərindəki nəzarətin təfərrüatları ilə bağlı yekun qərar yoxdur.
Hesab edirəm ki, müharibə hələ bitmədiyi üçün İran orada güclü nəzarətə malikdir.
Amma əminəm ki, müharibədən sonra boğaz yenidən açıq olacaq və ölkələr bundan faydalanacaqlar.”
🤮1
🇮🇷 Qalibaf: "Danışıqlara başlamaq üçün şərt 🇺🇸 ABŞ və 🇮🇱 İsrail tərəfindən yerinə yetirilmədiyib" 🗣

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" hesabında yazıb: "Tərəflərin razılaşdırdığı iki şərt hələ də yerinə yetirilməyib: 🇱🇧 Livanda atəşkəs və danışıqlar başlamazdan əvvəl İran aktivlərinin blokdan çıxarılması.

Danışıqlar başlamazdan əvvəl bu iki şərt yerinə yetirilməlidir".


#İran #Qalibaf #danışıqlar #ABŞ #İsrail

Kanala abunə olun
😁5🤮21
🇺🇲🇮🇷 "Hörmüz boğazı faktiki olaraq SEPAH-ın tam nəzarəti altındadır" 🗣🌊

Bunu amerikalı jurnalist Trey Yinqs Yaxın Şərqdəki proseslərlə bağlı reportajında deyib.

O, qeyd edib ki, Hörmüz boğazından kimin keçəcəyinə, daha da əhəmiyyətlisi isə kimin keçməyəcəyinə onlar (SEPAH) qərar verirlər. (Fox News)

#HörmüzBoğazı #SEPAH

Kanala abunə olun
👎53🔥1
🇺🇸🇮🇷 C-17 Globemaster III və C-5M Super Galaxy nəqliyyat təyyarələri Yaxın Şərqə və geriyə aktiv uçuşlara başlayıb 🛩

Amerikalılar İranla atəşkəsdən istifadə edərək bölgəyə aktiv şəkildə sursat ehtiyatı göndərir və əlavə qüvvələr yerləşdirirlər.

#ABŞ #İran #YaxınŞərq

Kanala abunə olun
🔥61
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇪 Gürcüstanda 🇮🇷 Xameneyinin anım mərasimi keçirilib 👳‍♂

Bu gün Gürcüstanın Marneuli şəhərində Mərkəzi İmam Əli (ə) Məscidində İranın keçmiş ali rəhbəri Ayətullah Əli Xameneyinin ölümünün 40-cı günü münasibətilə anım mərasimi keçirilib və ehsan süfrəsi açılıb.

#Gürcüstan #Marneuli #Xameneyi #anımmərasimi

Kanala abunə olun
👎11🤮93
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ senatoru Makkormik: "🇮🇷 İrana olduğu kimi yanaşmalıyıq" 🗣

"Biz daim yalan danışan bir rejimlə qarşılaşırıq.

Buna görə də onların dediklərinə son dərəcə şübhə ilə yanaşmalıyıq
", - deyə senator əlavə edib.

#ABŞ #senator #İran

Kanala abunə olun
👍7🔥1
🇺🇸 Tramp 🇮🇷 İranın "kozırları"nın olmadığını bildirib

ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb: "İranlılar beynəlxalq su yollarından istifadə edərək dünyadan qısamüddətli pul qoparmaqdan başqa heç bir kozırlarının olmadığını başa düşmürlər.

Onların bu gün sağ qalmasının yeganə səbəbi danışıqlar aparmalarıdır!".


O, eləcə də əlavə edib ki, iranlılar mediada və "ictimaiyyətlə əlaqələrdə" saxta xəbərlərə qarşı mübarizə aparmaqdan daha yaxşı mübarizə aparırlar.

#ABŞ #Tramp #İran

Kanala abunə olun
5🔥1
🇮🇷 SEPAH generalı 🇵🇰 İslamabada İran nümayəndə heyətinin üzvü kimi gedib

"The Independent Urdu" qəzeti öz mənbələrinə istinadən bildirib ki, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı və Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zulqədr İslam Respublikası tərəfindən İslamabada göndərilən danışıqlar qrupunun üzvlərindən biridir.

İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançinin də danışıqlarda iştirak edəcəyi bildirilir.

Buna uyğun olaraq, İslam Respublikasının əvvəlki danışıqlar qrupundan Abbas Əraqçı və Məcid Təxt-Rəvançi İslamabad danışıqlarında iştirak edəcəklər, İslam Respublikası strukturunun iki yüksək vəzifəli üzvü və hər ikisi hərbi təcrübəyə malik Məhəmməd Baqer Qalibaf və Məhəmməd Baqer Zulqədr isə komandanın yeni üzvləridir.

🇺🇸 Amerika tərəfdən əvvəlki danışıqlarda iştirak edən ABŞ nümayəndələri Stiv Uitkof və Cared Kuşner iştirak edəcək və bu dəfə komandaya ABŞ-nin vitse-prezidenti JD Vens rəhbərlik edəcək.

#İran #ABŞ #danışıqlar #İslamabad
🤮81
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Nyu-York meri Zohran Mamdani 🇮🇷 İranla müharibə haqqında:

"İnsanlıqdan məhrum etmə istənilən müharibənin mərkəzindədir və bu, heç vaxt müharibənin özü ilə məhdudlaşmır. Xaricdə zorakılıq normallaşdıqda, qəddarlıq ölkə daxilində də məqbul hala gəlir.

Bu, bu gün cəmiyyətimizdə yayılmasına icazə verdiyimiz insanlıqdan kənarlaşdırmadır.

Gənc müsəlman qadın metro platformasında hücuma məruz qalıb.

Hücum edən şəxs deyir: "Maraqlıdır, bu gün nə qədər iranlı öldürdük."


#ABŞ.#İran #müharibə #ZohranMamdani

Kanala abunə olun
🤮2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📍Bu da qumarbaz molla 😱

🇮🇷 İran mollası Əmir Fərşad Ebrahimi 🇺🇸 ABŞ prezidenti Donald Trampa xitabən deyib: "Həm xalqa deyim, həm də Trampa.
Əgər siz qumarbazsınızsa, biz axundların bəziləri də qumarı yaxşı bacarırıq.
Oyunun ası (tuzu) bizdədir, şah bizdədir, bibi (xanım) bizdədir, sərbaz (vadi) bizdədir. 10, 9, 8, 7, 6, 5, 4, 3 və 2 də bizdədir.

Səni "hakim-kut" etmək (oyunda tam məğlub etmək) istəyirik.

Camaat, Amerikanı 'hakim-kut' etmək istəyirik. 3-0 öndəyik!"


امیرفرشاد ابراهیمی: کری خوانی رئیس کازینوی  قم برای ترامپ

#İran #qumarbazmolla #ABŞ #Tramp

Kanala abunə olun
😁9🤮2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇰🇮🇷 İran nümayəndə heyəti Pakistandadır

İranlı rəsmilər sülh danışıqlarından əvvəl Pakistan Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin müşayiəti ilə İslamabaddakı Nur Xan Hərbi Hava Bazasına eniş ediblər.

#İran #danışıqlar #ABŞ #Pakistan

Kanala abunə olun
🔥1
🇵🇰 Şahbaz Şərif: "🇺🇸 ABŞ və 🇮🇷 İran rəsmiləri arasında danışıqlar aprelin 11-də keçiriləcək"

Pakistanın Baş naziri qeyd edib ki, Pakistan ABŞ və İran arasında danışıqların uğurla başa çatmasını təmin etmək üçün bütün səylər səfərbər olunub.

#Pakistan #ŞahbazŞərif #danışıqlar #ABŞ #İran

Kanala abunə olun
👎1
🇺🇸 Tramp "dünyanı ən güclü şəkildə sıfırladığını" elan etdi 🗺

#ABŞ #Tramp #İran

Kanala abunə olun
🤮41🔥1
Danışıqlar üçün 🇵🇰 İslamabada gedən 🇮🇷 İran nümayəndə heyətinə Qalibaf rəhbərlik edir

Bildirilib ki, nümayəndə heyətinə təhlükəsizlik, siyasi, hərbi, iqtisadi və hüquq komitələrinin üzvləri daxildir.

Qeyd olunub ki, parlament sədri Məhəmmədbaqer Qalibafı İranın xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian, Mərkəzi Bankın sədri Əbdünnaser Hemməti də müşayiət edirlər.

Məlumata görə, 🇺🇸 ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof da İslamabad şəhərinə çatıblar.

"Qarşı tərəf danışıqların başlaması üçün İranın ilkin şərtlərini qəbul edərsə, bu danışıqlar başlayacaq", -məlumatda bildirilib. (Tabnak)

#İran #Qalibaf #ABŞ #Pakistan

Kanala abunə olun
🤮3
🇺🇸 ABŞ-nin hava zərbələrindən sonra 🇮🇷 İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinə məxsus məhv edilmiş “Şəhid Məhdəvi” üzən baza gəmisi 🚢

#İran #gəmi #baza #ABŞ #zərbə

Kanala abunə olun
😁6👍1
🇱🇧 Hizbullah lideri: "Müqavimət son nəfəsinə qədər davam edəcək"

🇮🇱 İsrail ordusu ilə Hizbullah arasında döyüşlər və Livanla İsrail arasında yaxınlaşan atəşkəs danışıqları fonunda Hizbullahın baş katibi Nəim Qasem yazılı açıqlama verib.

O, "müqavimətin son nəfəsinə qədər davam edəcəyini" bildirib və hər kəsi, xüsusən də Livan hakimiyyətini "ödənilməmiş güzəştlərə getməməyə" çağırıb.

Bəyanatda deyilir: "Birlikdə, bir dövlət, bir ordu, bir xalq və bir müqavimət olaraq, ölkəmizi müdafiə edəcəyik, suverenliyini bərpa edəcəyik və işğalçıları qovacağıq.
Nə onların təhdidləri, nə də silahları bizi qorxuda bilməz.
Biz bu torpağın ağasıyıq və onların məqsədlərinə çatmasının qarşısını almaq üçün inamımız, iradəmiz və qabiliyyətimiz var"
.

#Hizbullah #İsrail
🤮6🔥1
🇮🇷 İran nümayəndə heyətinin rəhbərini 🇵🇰 Pakistan SQ-nin ordu komandanı Asim Munir qarşılayıb

İran nümayəndə heyətinin rəhbəri, parlament sədri Məhəmmədbaqer Qalibaf Pakistana səfərini "Minab 168" adlandıraraq "X" hesabında İranda ABŞ və İsrail raketi ilə öldürülən məktəblilərin şəklinin altında yazıb:
"Səfərdə məni müşayiət edənlər.."

فیلم ورود هیئت ایرانی میناب ۱۶۸ به اسلام آباد و استقبال عاصم منیر از دکتر محمدباقرقالیباف

#İran #Qalibaf #Minab168  #Pakistan #ABŞ #danışıqlar

Kanala abunə olun
👎1