🇵🇰 Pakistanda 🇮🇷İran-🇺🇸ABŞ danışıqlarına dair xəbər təkzib edildi
"The Wall Street Journal" qəzeti xarici işlər naziri Abbas Araqçı və parlament sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyətinin Pakistanın vasitəçiliyi ilə ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gəldiyini bildirib.
Ancaq İran mənbələri bu məlumatı təkzib edir. SEPAH-a bağlı Tasnim xəbər agentliyi məlumatlı mənbələrə istinadla məlumat yayıb ki, danışıqlar aparan İran nümayəndə heyətinin Pakistana gəlişi haqqında xəbərlər tamamilə yalandır.
Qalibafa yaxınlığı ilə tanınan siyasi şərhçi Səid Acorlu da Araqçı və Qalibafın Pakistana uçmadığını deyib.
Mənbələrə görə, danışıqlar ABŞ Livanda atəşkəs öhdəliklərini yerinə yetirənə və İsrail hücumları dayandırana qədər dayandırılıb.
#İran #ABŞ #Pakistan #danışıqlar #təkzib
Kanala abunə olun

❤1👎1
🇺🇸 Trampdan 🇮🇷 İranın Hörmüz boğazından keçidə görə ödəniş tələbinə SƏRT REAKSİYA 🌊🚢💵
ABŞ Prezidenti Donald Tramp İranı tankerlərin Hörmüz boğazından keçidi üçün ödəniş almamağa çağırıb.
Məəlumata görə, bu barədə o, "Truth Social" hesabında paylaşım edib.
"İranın Hörmüz boğazından keçən tankerlərdən ödəniş aldığına dair məlumatlar var. Ümid edirəm ki, bu belə deyil. Əgər doğrudursa, onlar bunu dərhal dayandırmalıdır", - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt aprelin 8-də ABŞ-nin İranın boğazdan keçən gəmilərdən ödəniş almasına qarşı olduğunu bildirmişdi. Bununla yanaşı, Vaşinqton və Tehranın bu məsələdə birgə fəaliyyət imkanının növbəti iki həftə ərzində müzakirə olunacağı qeyd olunub.
#Tramp #etiraz #İran #Hörmüzboğazı #ödəniş

👍2
Azad İran
🇺🇸 Trampdan 🇮🇷 İranın Hörmüz boğazından keçidə görə ödəniş tələbinə SƏRT REAKSİYA 🌊🚢💵 ABŞ Prezidenti Donald Tramp İranı tankerlərin Hörmüz boğazından keçidi üçün ödəniş almamağa çağırıb. Məəlumata görə, bu barədə o, "Truth Social" hesabında paylaşım edib.…
🇮🇷 İran təsdiqlədi: "Hörmüz boğazında tankerlərdən ödəniş alınır" 🌊🚢💵
İranlı siyasi analitik Seyid Məhəmməd Mərəndi Donald Trampın paylaşımına şərh verərək bildirib ki, Hörmüz boğazından keçid üçün rüsumlar barədə yayılan məlumatlar doğrudur.
Onun sözlərinə görə, dünən gecədən bəri məhdud sayda gəmi və neft tankerinin rüsum ödədikdən sonra boğazdan keçməsinə icazə verilib.
Donlad Tramp daha öncə sosial media hesabında İranın Hörmüz boğazından keçən neft tankerlərindən ödəniş aldığı barədə məlumatlar olduğunu yazmışdı.
#İran #Hörmüzboğazı #neft #keçid #rüsum #Tramp #reaksiya

❤2👎2
Media is too big
VIEW IN TELEGRAM
Con Kerri: "🇺🇸ABŞ-nin üç prezidenti İrana hücum etməkdən imtina etdi, yalnız Tramp razılaşdı" 🗣
Keçmiş ABŞ dövlət katibi Con Kerri bir neçə Amerika prezidentinin İrana zərbə endirmək ideyasını dəstəkləməkdən imtina etdiyini bildirib.
Onun sözlərinə görə, İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtona İrana zərbə endirməyi təklif edib və bunun üçün planlar təqdim edib.
"Netanyahu bizim İrana hücum etməyimizi istəyirdi. O, prezident Obamanın yanına gedib zərbə planlarını açıqladı. Obama isə imtina etdi. Prezident Bayden imtina etdi. Prezident Buş imtina edib. Bununla razılaşan yeganə prezident açıq-aydın prezident Trampdır", - deyə Kerri bildirib.
#ABŞ #Tramp #hücum #İran #Netanyahu

👍4🤔2❤1😁1
🇮🇷 İran 🇮🇱 İsrail gəmilərinin Hörmüz boğazından keçidini qadağan etməyi təklif edir 🌊🚢❌
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi millət vəkillərinin İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsini birdəfəlik qadağan edən qanun layihəsini nəzərdən keçirdiklərini açıqlayıb.
Onun sözlərinə görə, təşəbbüs İsrailə gedən bütün gəmiləri qadağan etməyi təklif edir.
Qanun layihəsi həm də düşmən sayılan və ya İranın təhlükəsizliyinə qarşı fəaliyyət göstərən dövlətlərlə əməkdaşlıq edən ölkələrdən gələn gəmilərə qadağa qoyulmasını tələb edir.
Əzizi əlavə edib ki, qanun layihəsi boğazdan keçid üçün İran valyutası ilə ödəniş təklif etməklə rüsum tətbiq edəcək.
#İran #Hörmüzboğazı #İsrail #gəmi #keçid #qadağa

👏2🤮2
⭕️ Gözlənilən danışıqlar öncəsi: 🇵🇰Pakistan nümayəndə heyətləri üçün viza prosedurunu sadələşdirir 🛂
Pakistanın xarici işlər naziri İshaq Dar, İslamabadda gözlənilən ABŞ-İran danışıqları ilə əlaqədar ölkəyə gələn iştirakçı ölkələrdən olan jurnalistlər də daxil olmaqla bütün nümayəndə heyətlərini salamlayıb.
Nazir bildirib ki, hakimiyyət orqanları aviaşirkətlərdən rəsmi olaraq iştirakçıların təyyarəyə vizasız minməsinə icazə vermələrini istəyiblər, hansı ki bu vizalar ölkəyə gəldikdən sonra miqrasiya orqanları tərəfindən veriləcək.
Danışıqların bu gün Pakistanın paytaxtında keçirilməsi planlaşdırılır. İran nümayəndə heyətinə Parlamentin sədri Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Vens rəhbərlik edəcək.
#Pakistan #viza #ABŞ #İran #danışıqlar

❤2😁1
🇺🇦 Zelenski Ukraynanın Yaxın Şərqdə İran 🇮🇷 dronlarını məhv etdiyini təsdiqlədi ✈️💥
"Hərbi mütəxəssislərimizi, xüsusən də tutucu dronlar üzrə ekspertləri və elektron müharibə mütəxəssislərini Yaxın Şərqə göndərdik. Bəzi ölkələrə tutucu dronları necə idarə edəcəyimizi nümayiş etdirdik. İran "Shahed"lərini məhv etdikmi? Bəli, məhv etdik. Onları bir ölkədə məhv etdikmi? Xeyr, bir neçə ölkədə. Və bu, mənim fikrimcə, bir uğurdur", - deyə prezident jurnalistlərə açıqlamasında bildirib.
Zelenski əlavə edib ki, vurulan hədəflər arasında reaktiv mühərrikli dronlar da var.
#Ukrayna #Zelenski #İran #YaxınŞərq #dron #Shahed

❤5👏3😁1🤮1
🇮🇷 Hanzala haker qrupu 🇺🇸 ABŞ -yə qarşı kiberhücumları dayandırdı 👨💻
İranın Kəşfiyyat və Təhlükəsizlik (ETTELAAT) Nazirliyi ilə əlaqəli Hanzala haker qrupu, elan edilmiş atəşkəs müddətində ABŞ-yə qarşı kiberhücumları müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
NBC News-un məlumatına görə, sözügedən qrup əvvəllər Miçiqanda yerləşən tibbi Stryker texnologiya şirkətinə qarşı dağıdıcı kiberhücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü. Bundan əlavə, hakerlər FTB direktoru Kaş Patelə məxsus olduğu iddia edilən oğurlanmış Gmail hesabından köhnə e-poçtları dərc ediblər.
FTB habelə bildirib ki, qruplaşma tez-tez faktiki imkanlarını və hücumlarının miqyasını şişirdir.
NBC-nin məlumatına görə, "Hanzala" çərşənbə günü bildirib:
"Müqavimət Oxunun yüksək rəhbərliyinin təlimatlarına əsasən, hazırda ABŞ ilə açıq qarşıdurmanı təxirə salırıq".
Lakin qruplaşma İsrailə qarşı kiberhücumların davam edəcəyini vurğulayıb. (Iranintl)
#İran #ABŞ #kiberhücumlar #hakerlər #İsrail

❤1🤮1
🇮🇷 "Müctəba Xameneyi ölkədəki vəziyyəti nəzarətdə saxlayır və atəşkəs qərarını şəxsən özü verib" 👳♂
Bunu İranın ali rəhbərinin Hindistandakı nümayəndəsi Əbdülməcid Həkim İlahi bildirib.
"O, özünü çox yaxşı hiss edir, hər şey onun nəzarəti altındadır. O, ofisinə gəlir, rəsmiləri, prezidenti, parlament nümayəndəsini qəbul edir və onlar görüşlər keçirirlər. Atəşkəs qərarını o verib", - İlahi əlavə edib.
#İran #MüctəbaXameneyi #atəşkəs #qərar

😁5🤮1
🇺🇸🇵🇰 Reuters: "ABŞ hərbi nəqliyyat təyyarəsi Pakistandakı aviabazaya eniş edib" ✈️
İslamabadda gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda Reuters agentliyi ABŞ hərbi nəqliyyat təyyarəsinin Nur Xan hərbi bazasına eniş etdiyini bildirib.
Mənbələrə görə, təyyarənin quyruğunda "Çarlston" adı yazılmışdı. Lakin təyyarədəkilərin kimliyi rəsmi olaraq təsdiqlənməyib.
Bir neçə ABŞ mediası iddia edir ki, ABŞ vitse-prezidenti J.D. Vens, Cared Kuşner və Stiv Vitkof İranla atəşkəs danışıqlarında iştirak edə bilərlər.
İslamabadda da sərt təhlükəsizlik tədbirləri, o cümlədən şəhərin iki günlük müvəqqəti bağlanması barədə zəbər verilib. Əvvəllər təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən danışıqların hərbi bazada keçirilə biləcəyi haqda məlumatlar yayılmışdı.
#ABŞ #Pakistan #İran #danışıqlar

🇮🇷 NetBlocks: İran internet məhdudiyyətləri ardıcıl 42 gündür davam edir 🌐🛜📶
NetBlocks yeni hesabatında bildirib ki, İranda internet əlaqəsində yaranmış fasilələr və məhdudiyyətlər artıq 984 saat və ya ardıcıl 42 gündür ki, davam edir.
Hesabata görə, ölkədə adi istifadəçilər üçün giriş faktiki olaraq milli informasiya şəbəkəsi (daxili internet) ilə məhdudlaşıb.
Eyni zamanda, pulsuz internetə və sosial mediaya girişin yalnız hakimiyyəti dəstəkləyən və xaricdə rəsmi fikirləri yaya bilən "seçilmiş istifadəçilərə" verildiyini iddia edir. (Əl Ərəbiyyə)
نت بلاکس: قطع اینترنت در ایران وارد ۴۲-مین روز شد
#İran #internet #NetBlocks #rabitə #senzura

🚨TƏCİLİ
🇱🇧 Livanda 🇮🇷 SEPAH zabitləri öldürüldü 👮♂️🔥
Livanın MTV kanalı çərşənbə günü Beyruta endirilən hava hücumlarında Hizbullah-ın əməliyyatlarına rəhbərlik edən bir sıra SEPAH komandirlərinin öldürüldüyünü bildirib.
Qeyd edək ki, İranla ABŞ arasında müvəqqəti atəşkəs elan edildikdən sonra İsrailin Livana hücumları son günlərdə daha geniş yayılıb.
#Livan #Sepah #zabitlər #havazərbələri

👍8👏3❤2
🇵🇰 İslamabadda 🇺🇲ABŞ-🇮🇷İran görüşünə hazırlıq gedir
مقدمات برگزاری نشست مقامات ایالات متحده آمریکا و جمهوری اسلامی ایران در اسلام آباد در حال انجام است.
#Pakistan #İslamabad #görüş #ABŞ #İran #danışıqlar

❤1
🇮🇷 SEPAH 🇱🇧 Livana edilən hücumlara görə cavab tədbirlərini təxirə saldı 🚀🔥
İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Livanda Hizbullahın mövqelərinə endirilən zərbələrə görə planlaşdırdığı cavab tədbirini təxirə salıb.
Bununla bağlı "X" sosial şəbəkəsindəki "Doğru vəd" hesabında məlumat paylaşılıb.
Sitat: "Livanda həyata keçirilən kütləvi qətliamlara qarşılıq olaraq SEPAH çərşənbə gününə keçən gecə irimiqyaslı və sərt cavab planı hazırlamışdı. Ancaq Pakistan tərəfinin müraciəti əsasında SEPAH sözügedən əməliyyatı müvəqqəti olaraq dayandırıb".
#Sepah #cavabtədbirləri #Livan #Hizbullah #havazərbələri

🤮5❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🇮🇷 Vens: "Danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, müsbət olacaq" 🗣
ABŞ-ın vitse-prezidenti Vens Pakistana yola düşməzdən öncə jurnalistlərə açıqlamasında deyib: "Əgər İran vicdanla danışıqlar apararsa, ABŞ mütləq müsbət cavab verəcək.
Amma onlar bizimlə oyun oynamağa çalışsalar, böyük güzəştlərə getməyə hazır olmayan bir komanda görəcəklər. Prezident bizə çox aydın təlimatlar verib və nə olacağını görəcəyik".
#ABŞ #vitseprezident #Vens #İran #danışıqlar

😁2
🚨 SON DƏQİQƏ
Əfqanıstanda silahlılar mülki əhalini gülləbaran etdi ölənlər və yaralananlar var 😱😭
Yerli mənbələrə görə, Əfqanıstanın qərbindəki Heratın İncil bölgəsində mülki şəxslərə qarşı silahlı hücum törədilib və nəticədə ən azı 12 nəfər ölüb, onlarla insan yaralanıb. Hadisə əsasən şiələrin yaşadığı bildirilən Dehmehri kəndində baş verib. Naməlum silahlı şəxslər atəş açarkən insanlar Seyid Məhəmməd Ağa ziyarətgahının yaxınlığında toplaşmışdılar.
Şahidlər çox sayda itki olduğunu bildirirlər, yerli həkimlər xəstəxanaya ən azı on cəsədin çatdırıldığını təsdiqləyirlər və bu da ölənlərin sayının arta biləcəyi ehtimalını artırır. Şahidlərdən biri hadisə yerində təxminən 20 cəsəd gördüyünü bildirib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. (Afghanistan International)
تیراندازی به غیرنظامیان در هرات؛ منابع از کشته و زخمی شدن دهها نفر خبر دادند
#Əfqanıstan #silahlıhücum #mülkiəhali #yaralılar #ölənlər

🤬2
🇮🇷 Əraqçı cümə axşamı 🇵🇰 İslamabada gedib 🛬
İndependent Urdu nəşrinin mənbələrinə istinadla xəbər verilir ki, İranın xarici işlər naziri Abbas Əraqçı cümə axşamı İslamabada yollanıb.
Lakin İran XİN hələlik məlumatı rəsmi şəkildə təsdiqləməyib. Həmçinin qeyd olunur ki, Tehran danışıqlar başlamazdan əvvəl Livanda atəşkəsin zəruriliyində israr edir.
Bu arada, ABŞ ilə danışıqlarda Tehranın nümayəndə heyətinə rəhbərlik edə biləcəyi iddia edilən İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın mümkün iştirakı ilə bağlı təsdiqlənməmiş məlumatlar yayılır.
ABŞ-ın vitse-prezidenti J.D. Vens artıq Vaşinqtondan İslamabada yola düşüb və danışıqlarda "müsbət nəticə" əldə olunacağına ümid etdiyini bildirib, eyni zamanda "danışıqlar zamanı çirkli oyun oynamaq cəhdlərinin qəbuledilməz olacağı" barədə xəbərdarlıq edib.
#İran #Əraqçı #ABŞ #danışıqlar #diplomatiya #Pakistan

❤2🤮2