Azad İran
5.95K subscribers
34.9K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 Pezeşkian: “Əlimiz tətikdədir” ❗️

Bu gün İran prezidenti Məsud Pezeşkian İsrailin Livana qarşı davam edən hücumlarını sərt tənqid edib və bunun atəşkəs razılaşmasının açıq şəkildə pozulması olduğunu bildirib.

Bununla bağlı, o, özünün “X” hesabında paylaşım edib.

“Sionist rejimin Livana qarşı təkrarlanan təcavüzü ilkin atəşkəs razılaşmasının kobud şəkildə pozulması, aldatmanın və potensial razılaşmalara sadiqliyin olmamasının təhlükəli göstəricisidir.

Bu təcavüzlərin davam etməsi danışıqları mənasız edəcək; əllərimiz tətikdə qalacaq və İran heç vaxt livanlı qardaş və bacılarını tərk etməyəcək”,
- deyə, Pezeşkian vurğulayıb.

#İran #Pezeşkian #İsrail #Livan #hücum

Kanala abunə olun
🤮52
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Pezeşkian Xameneyinin 40 mərasiminə qatıldı 🏴

Bu gün Tehranda İranın mərhum ali lideri Əli Xameneyinin vəfatının 40-cı günü münasibəti ilə mərasimlərin keçirilməsi davam edir.

40 mərasimində İran prezidenti Məsud Pezeşkianın da iştirak etdiyi bildirilib. Pezeşkian yürüşlərə qatılaraq xalqın arasında olub və iştirakçılarla səmimi anlar yaşayıb. (IRIB News)

#İran #Xameneyi #40mərasimi #Pezeşkian #prezident

Kanala abunə olun
😁5🤮3
🚨TƏCİLİ

🇮🇷 İranda daha bir hərbçi öldürüldü 👮‍♂️🔥


Bu gün Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində bir hərbçi silahlı şəxslər tərəfindən güllələnib.

Məlumata görə, hərbçi silahlı hücum nəticəsində həlak olub. Hələlik onun kimliyi ilə bağlı heç bir açıqlama verilməyib. (“Halvsh” Teleqram kanalı)

کشته شدن یک نیروی نظامی در ایرانشهر در پی تیراندازی افراد مسلح

#İran #İranşəhr #hərbçi #silahlışəxslər #hücum #ölüm

Kanala abunə olun
3👍2🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Xətibzadə: “Kritik gecədən sonra da sülh danışıqlarına hazırıq” 🕊️

Bu gün İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə gecə ərzində baş verən intensiv hərbi eskalasiyaya baxmayaraq, Tehranın sülh danışıqlarını davam etdirməyə ehtiyatla hazır olduğunu bildirib.

Xarici mediaya müsahibə verən İran rəsmisinin sözlərinə görə, Pakistanın vasitəçiliyi ilə aparılan diplomatik təmaslar vəziyyətin qismən sabitləşməsinə kömək edib.

O, İsraili cilovlamaq məsuliyyətinin ABŞ-nin üzərində olduğunu vurğulayıb. Xətibzadə eyni zamanda yüksək səviyyəli danışıqlar planlarının qüvvədə qaldığını açıqlayıb və yaxın zamanda Pakistanda görüşün mümkünlüyünü istisna etməyib.

Xətibzadə ABŞ tərəfinin də eyni istiqamətdə işlədiyini bildirib və Yaxın Şərqdə uzunmüddətli sülhün əldə olunmasının vacibliyini vurğulayıb.

O, Livanın mümkün sülh razılaşmasına daxil edilməsinin yalnız İranın tələbi olmadığını deyərək, bunu beynəlxalq məsuliyyət kimi təqdim edib.

#İran #ABŞ #atəşkəs #Pakistan #vasitəçilik

Kanala abunə olun
😁2🔥1
Azad İran
🇺🇸🇮🇷🇮🇱 ABŞ-nin Yaxın Şərqdəki qüvvələrinə əlavə hərbi texnika göndərilir 🛤️ Dünən ABŞ-İran-İsrail müharibəsi fonunda San Dieqoda şimala doğru hərəkət edən və çoxlu sayda hərbi texnika daşıyan yük qatarı videoya çəkilib. Kadrlarda zirehli maşınlar və digər…
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ Yaxın Şərqdə qüvvələrini artırır: minlərlə əsgər göndərilir ✈️🔥

ABŞ indiyə qədər Yaxın Şərqin müxtəlif bölgələrinə 50.000-dən çox əsgər göndərib, və onların sayı artmaqda davam edir. Minlərlə dəniz piyadası San Dieqodan bölgəyə sürətlə daşınır, bununla bağlı, hərbi mənbələr məlumat verib.

Yayılan görüntülər göstərir ki, göndərilən qüvvələr əvvəlcə Amerika ordusunun hərbi təlimlərində iştirak edirlər. Təlimlər, Yaxın Şərqdəki yerləşdirmələrdən əvvəl personalın hazırlığını artırmaq məqsədilə həyata keçirilir.

#ABŞ #YaxınŞərq #hərbiqüvvələr #əsgər

Kanala abunə olun
🔥63
🇺🇸 ABŞ və 🇮🇱 İsrailin hücumları nəticəsində İranda ölənlərin SAYI AÇIQLANDI 🔥

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlarda İranda 3 mindən çox insan həyatını itirib.

Bu barədə ölkənin Məhkəmə Tibbi Ekspertizası Təşkilatının rəhbəri Abbas Məscedi "Mizan" agentliyinə verdiyi müsahibədə bildirib.

"Biz ölkə miqyasında düşmən zərbələri nəticəsində həlak olan 3 000-dən artıq şəxsin meyitini ailələrə təhvil vermişik.
Meyitlərin təqribən 40 faizini tanımaq qeyri-mümkün idi, lakin məhkəmə-tibbi ekspertiza qurumunun imkanları və ehtiyatlarından istifadə edilərək onların şəxsiyyəti müəyyənləşdirildi və mərhumların ailələrinə verildilər"
, - deyə o bildirib. (HRANA)

#İran #ölü #ABŞ #İsrail #hücum

Kanala abunə olun
👍4
🇮🇷 İran mediası: "Lavana hücum 🇦🇪 BƏƏ-nin "Mirage" qırıcı təyyarələri tərəfindən həyata keçirilib" ✈️

İranın Məhkəmə Sisteminin mətbu orqanı olan "Mizan" xəbər agentliyi çərşənbə axşamı Lavana adasına hücumun Birləşmiş Ərəb Əmirliklərinə məxsus Mirage qırıcı təyyarələri tərəfindən həyata keçirildiyini açıqlayıb.

Bu gün İran Milli Neft Emalı və Paylama Şirkəti çərşənbə günü səhər saat 10 radələrində Lavan adasında yerləşən eyniadlı neft emalı zavodunun hədəfə alındığını açıqlayıb.

حمله به لاوان با جنگنده های «میراژ» امارات متحده عربی انجام شده است

#İran #Lavan #hücum #BƏƏ

Kanala abunə olun
🔥31
🇮🇷 İranın xarici işlər naziri 🇷🇺Rusiya, 🇪🇬 Misir və 🇫🇷 Fransadan olan həmkarları ilə telefon danışıqları aparıb 📞

Abbas Əraqçı Sergey Lavrov, Bədr Əbdüləta və Jan Noel Barro ilə son regional və beynəlxalq prosesləri müzakirə edib və elan edilmiş atəşkəslə bağlı vəziyyət barədə fikir mübadiləsi aparıb.

#İran #XİN #Rusiya #Misir #Fransa

Kanala abunə olun
👎4
🇮🇷 Qalibaf: "🇱🇧 Livan və müttəfiqləri atəşkəsə sadiqdirlər" 🗣

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Livan və onun İrana bağlı proksi qruplarının rəsmi olaraq atəşkəs razılaşmasına daxil olduğunu bildirib.

🇵🇰 Pakistanın Baş naziri Şahbaz Şərif bu məlumatı təsdiqləyib.

Qalibafın sözlərinə görə, atəşkəsin pozulması sərt cavabla nəticələnəcək.

#İran #Qlibaf #Livan #atəşkəs

Kanala abunə olun
🤮2🔥1
🇮🇱 İsrail 🇱🇧 Hizbullah peycerlərini partlatdıqdan sonra 🇭🇺 Macarıstan 🇮🇷 İrana yardım təklif edib

İsrailin 2024-cü ilin sentyabr ayında Livan və Suriyada peycer əməliyyatından qısa müddət sonra Orban hökuməti 🇺🇸 ABŞ-nin terror təşkilatı hesab etdiyi Hizbullahın əsas sponsoru olan İrana yardım təklif edib.

Macarıstanın xarici işlər naziri Sijjarto iranlı həmkarı Abbas Əraqçıya deyub: "Kəşfiyyat xidmətimiz artıq sizin xidmətlərinizlə əlaqə saxlayıb və istintaq zamanı toplanan bütün məlumatları paylaşacağıq. Bütün mümkün sənədlər sizin xidmətlərinizə ötürüləcək".

Bunu Qərb kəşfiyyatı tərəfindən əldə edilən və "The Washington Post" qəzeti tərəfindən nəzərdən keçirilən 30 sentyabr 2024-cü il tarixli zəngin transkripti sübut edir.👇👇👇
👎3🤮1
Azad İran
🇮🇱 İsrail 🇱🇧 Hizbullah peycerlərini partlatdıqdan sonra 🇭🇺 Macarıstan 🇮🇷 İrana yardım təklif edib İsrailin 2024-cü ilin sentyabr ayında Livan və Suriyada peycer əməliyyatından qısa müddət sonra Orban hökuməti 🇺🇸 ABŞ-nin terror təşkilatı hesab etdiyi Hizbullahın…
Məsələ burasındadır ki, peycer brendinə sahib olan Tayvan şirkəti partlayan cihazların Macarıstan şirkəti tərəfindən lisenziya əsasında istehsal edildiyini bildirib.

Sijjarto Macarıstanın hücumda iştirak etmədiyini və peycerlərin yerli istehsal olmadığını vurğulamağa çalışıb.

Lakin bu çağırış və Sijjartonun İranın rəğbətini qazanmaq istəyi Tramp administrasiyasının Tehranla kəskin münaqişədə olduğu bir vaxta təsadüf edir.

#İran #İsrail #Hizbullah #Macarıstan #peycer
🤮21🔥1
🇮🇱 İsrail bu gün də 🇱🇧 Livanı bombaladı 🚀💥🔥

NBC-nin 🇺🇸 Amerika rəsmisinə istinadən verdiyi məlumata görə, Tramp Netanyahudan İranla danışıqları pozmamaq üçün Livanın bombalanmasını azaltmağı istəyib.

#İsrail #Livan #bombalanma #Tramp #İran #Netanyahu

Kanala abunə olun
👏7👍1
Media is too big
VIEW IN TELEGRAM
🇹🇷 Türkiyənin xarici işlər naziri 🇮🇱 İsrail haqda kəskin danışdı

Hakan Fidan deyib: "İsrailin xarici müdaxilələr yolu ilə regiona geosiyasi ambisiyalarını tətbiq etməsinin qarşısı alınmalıdır.

İndi İsrail Qəzzada etdiklərini 🇱🇧 Livanda da həyata keçirir.
İsrailin Livanda davam edən hücumları yüzlərlə insanın ölümünə səbəb olur və regionu daha dərin humanitar böhrana sürükləyir.

Livanda İsrail işğalına son qoymaq və mülki şəxsləri qorumaq təcili və müzakirə olunmayan bir prioritetə ​​çevrilib".


#Türkiyə #XİN #İsrail

Kanala abunə olun
🤮4
🇮🇷 Əraqçı 🇮🇱 Netanyahu haqqında:

"Benyamin Netanyahunun cinayət məhkəməsi bazar günü yenidən başlayacaq.
Livan da daxil olmaqla regional atəşkəs onun həbsini sürətləndirəcək.

Əgər ABŞ Netanyahunun diplomatiyanı öldürməsinə icazə verməklə iqtisadiyyatını məhv etmək istəyirsə, bu, onların seçimidir.
Biz bunu axmaqlıq hesab edirik, amma buna hazırıq".


#İran #Əraqçı #İsrail #Netanyahu

Kanala abunə olun
😁43🤮2
🚨TƏCİLİ

🇮🇷 Müctəba Xameneyi: "İran müharibə istəmir, amma eyni zamanda öz hüquqlarından imtina etmək niyyətində deyil" 👳‍♂

"İran bu gün böyük bir gücə çevrilmək astanasındadır", - deyə İranın ali rəhbəri Müctəba Xameneyi əlavə edib. (İRİB News)
مجتبی خامنه ای: ما طلب جنگ نبوده و نیستیم ولی به هیچ‌وجه از حقوق حقّه خود دست نمی‌کشیم و در این جهت همه جبهه مقاومت را به‌طور یکپارچه در نظر داریم

#İran #MüctəbaXameneyi #müharibə

Kanala abunə olun
🤮53
Azad İran pinned a photo