Azad İran
5.94K subscribers
34.9K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇺🇸🇮🇷🇮🇱 ABŞ-nin Yaxın Şərqdəki qüvvələrinə əlavə hərbi texnika göndərilir 🛤️

Dünən ABŞ-İran-İsrail müharibəsi fonunda San Dieqoda şimala doğru hərəkət edən və çoxlu sayda hərbi texnika daşıyan yük qatarı videoya çəkilib. Kadrlarda zirehli maşınlar və digər hərbi nəqliyyat vasitələrinin uzun bir növbəsi görünür.

Videoya əlavə edilmiş səsli mesaj daha sonra məxfilik və təhlükəsizlik səbəbləri ilə silinib. Mesajda deyilir ki, qatar təxminən 15 dəqiqədir keçib və əvvəllər belə bir şey görülməyib.

Silinmiş mətndə qeyd olunub: "Bunun Yaxın Şərq müharibəsi ilə əlaqəli olub-olmadığını bilmirəm. Onların əksəriyyəti nəqliyyat və zirehli maşınlar kimi görünür”.

Daha öncə “Reuters” agentliyi xəbər vermişdi ki, ABŞ-nin Yaxın Şərqdə 50.000-dən çox əsgəri var və onların sayı artmaqda davam edir. San Dieqodan minlərlə dəniz piyadasının bölgəyə yerləşdirilməsi hazırda davam edir.

#ABŞ #YaxınŞərq #hərbitexnika #İran

Kanala abunə olun
🔥41
NATO: “🇺🇸 Tramp 🇮🇷 İran müharibəsində müttəfiqlərin dəstəyindən məyusdur” 🤔

Dünən NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün müharibədə ABŞ müttəfiqlərinin iştirak etmək istəməməsindən narazıdır.

CNN telekanalına müsahibəsində Mark Rutte bildirib ki, aprelin 8-də qapalı qapılar arxasında keçirilən görüşdə müzakirələr çox səmimi və açıq şəraitdə aparılıb. Rutte əlavə edib ki, Tramp son həftələrdə baş verən proseslər barədə öz fikrini açıq şəkildə ifadə edib, ancaq detallara birbaşa toxunmayıb.

Baş katibin sözlərinə görə, bu müzakirələr Vaşinqtonun NATO-dakı gələcək rolu və ittifaqın İranla bağlı mövqeyi ilə bağlı fikir mübadiləsini də əhatə edib. (Iranintl)

#NATO #ABŞ #İran #müharibə #müttəfiqlər #dəstək

Kanala abunə olun
🔥2
🇮🇷 İranda daha bir etirazçı edam edilə bilər 😢😱

Məşhəd şəhərinin Vəkilabad həbsxanasında saxlanılan 30 yaşlı Məhbubə Şəbani dar ağacından asıla bilər. Bununla bağlı, HENGAW – İranda İnsan Haqları Təşkilatı xəbər verib.

Məlumata görə, Şəbani yanvar etirazları zamanı həbs olunub və onun barəsində “müharibə” (hakimiyyətə qarşı silahlı üsyan) ittihamı irəli sürülüb.

Qeyd edək ki, İranın Məhkəmə-Ədliyyə Sistemi bu ittihamla günahlandırılan şəxslərə tez-tez ölüm hökmü verir. Son 20 gün ərzində isə İranda bu ittihama görə 14 məhbusun edam cəzası həyata keçirilib.

زندان مشهد؛ محبوبه شعبانی از بازداشت شدگان اعتراضات دی‌ماه با اتهام «محاربه» در خطر صدور حکم اعدام قرار دارد

#İran #etirazçı #məhbus #edam #təhlükə

Kanala abunə olun
🤬6
🇮🇷 İranda Xameneyinin 40 mərasimi tədbirləri davam edir 🏴

Bu gün İranın müxtəlif şəhərlərində mərhum ali rəhbər Əli Xameneyinin ölümündən 40 gün ötməsi ilə bağlı matəm mərasimləri keçirilir.

Məlumata görə, hələlik Əli Xameneyinin cənazəsi hələ də torpağa tapşırılmayıb. Hələlik dəfn tarixi açıqlanmayıb. (IRNA)

#İran #ƏliXameneyi #40mərasimi #təbdir

Kanala abunə olun
🤮8😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranın erməni kilsəsində Xameneyinin 40 mərasimi keçirildi ⛪️🏴

Dünən Tehrandakı erməni kilsələrindən birində İranın mərhum ali lideri Əli Xameneyinin ABŞ və İsrail tərəfindən öldürülməsinin 40-cı günü münasibəti ilə anım mərasimi keçirildiyi bildirilir.

Bununla bağlı, “Əl-Cəzirə” telekanalı görüntülər paylaşıb.

Tədbirdə İran parlamentinin erməni millət vəkili Ara Şahverdiyan, İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi, habelə, ölkənin keçmiş təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT) və hazırda İran prezidentinin dini və etnik məsələlər üzrə xüsusi köməkçisi olan Seyid Mahmud Ələvi, habelə digər rəsmilər iştirak edib.

#İran #ƏliXameneyi #ermənikilsəsi #40mərasimi

Kanala abunə olun
😁6🤮3
🇮🇷 İrana bağlı hakerlər 🇮🇱 İsrailin keçmiş rəsmisinə kiberhücum ediblər 👨‍💻

İranla əlaqəli olan “Handala” haker qrupu İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Herzi Halevinin elektron cihazlarını sındırdıqlarını iddia edib.

Hakerlər açıqlamalarında Halevinin “ən gizli görüşlərindən” 19 mindən çox məxfi foto və video topladıqlarını bildiriblər.

Qrupun yaydığı bəyanatda İsrailin yüksək təhlükəsizlik obyektləri və komanda mərkəzləri barədə də iddialar yer alıb: “Bütün yüksək təhlükəsizlik obyektləriniz, vəziyyət otaqlarınız, xəritələriniz və hətta komanda mərkəzlərinizin ən kiçik detalları belə çoxdan bizim üçün açıq olub”, – deyə hakerlər vurğulayıblar.

Handala qrupu Halevinin şəxsiyyət vəsiqəsini, hərbi bazalara səfərlərini, brifinqlər və görüşlər keçirməsini, habelə, ofisində təlimlər apardığını göstərən bir neçə foto və video material yayımlayıb. (Mehr News)

#İran #hakerlər #İsrail #ordurəhbəri #kiberhücum

Kanala abunə olun
🤮31
Azad İran
🇮🇷 İranda Xameneyinin 40 mərasimi tədbirləri davam edir 🏴 Bu gün İranın müxtəlif şəhərlərində mərhum ali rəhbər Əli Xameneyinin ölümündən 40 gün ötməsi ilə bağlı matəm mərasimləri keçirilir. Məlumata görə, hələlik Əli Xameneyinin cənazəsi hələ də torpağa…
🇮🇷 Tehranda Xameneyinin 40 mərasimi keçirilir 🏴

Bu gün Tehranda İranın ali liderinin vəfatının 40-cı günü münasibətilə genişmiqyaslı matəm mərasimlərinin keçirildiyi bildirilir.

Mərhum liderin xatirəsini yad etmək məqsədilə İranın müxtəlif şəhərlərində yürüşlər və mitinqlər təşkil olunub. Bildirilir ki, tədbirlərdə minlərlə insan iştirak edib və ölkə üzrə geniş anım proqramları həyata keçirilir. (IRNA)

Xameneyinin 40 mərasimi İran və ABŞ arasında iki həftəlik atəşkəsin başlaması ilə eyni tarixə təsadüf edir.

#İran #Tehran #ƏliXameneyi #40mərasimi

Kanala abunə olun
🤮61
Azad İran
🚨 SON DƏQİQƏ Çeçen qüvvələri 🇮🇷 İranı dəstəkləmək üçün səfərbər ola bilər 🤔🔥 İranın “Press TV” telekanalı xəbər verib ki, Çeçenistanın rəhbəri Ramzan Kadırova sadiq hərbi bölmələr ABŞ və İsrailin İrana qarşı mümkün quru əməliyyatı həyata keçirməsi halında…
🛑 Kadırov Çeçenistan bölmələrinin 🇮🇷 İrana göndərilməsi ehtimalını inkar etdi 🗣❗️

Bu gün Çeçenistan rəhbəri Ramzan Kadırov İran Silahlı Qüvvələrini dəstəkləmək məqsədi ilə Çeçenistan bölmələrinin İrana göndərilməsi ehtimalını rədd edib.

Kadırov “Telegram” kanalında bildirib ki, belə bir addım yalnız İranın münaqişədə yalnız ABŞ və İsrailə qarşı döyüşməsi halında mümkün ola bilərdi.

“Əgər İran yalnız ABŞ və İsrailə qarşı döyüşsəydi, bu, çox yaxşı baş verə bilərdi. Amma onlar həm də qardaşlarımıza hücum edirlər”, – deyə, o, qeyd edib.

“Şübhəsiz ki, mən şəxsən İranı dəstəkləyirəm, ancaq bir “amma” ilə: İranın Körfəz ölkələrindəki mülki hədəflərə və infrastrukturlara zərbələrini dəstəkləmirəm. Münaqişədə üçüncü ölkələrdəki mülki şəxslərin günahsız qurbanlara çevrilməsini görməkdən narazıyam”, – deyə Kadırov bildirib.

#Çeçenistan #Kadırov #İran #dəstək #müharibə #inkar

Kanala abunə olun
😁52🤮2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇫 Əfqanıstan raketləri müharibəni “kölgədə qoydu” 🚀🔥

ABŞ-İran müharibəsi fonunda sosial mediada Əfqanıstana aid olan və “əldəqayırma raketlər”in görüntüləri yayılıb.

Məlumata görə, sosial şəbəkələrdə qabaqcıl raket sistemləri və müasir silahların müzakirə edildiyi bir vaxtda bu görüntülər istifadəçilər arasında maraq və gülüş doğurub.

Paylaşılan kadrlarda primitiv şəkildə hazırlanmış raketlər nümayiş etdirilir. Sosial media istifadəçilərinin diqqətini çəkən məqamlardan biri isə əl ilə yandırılan ilk raketin ən sonda atəşlənməsi olub.

#Əfqanıstan #Taıiban #raket #Azadİran

Kanala abunə olun
😁10
🇮🇷 İran və 🇷🇺 Rusiya regional prosesləri müzakirə edib ☎️

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Məlumata görə, söhbət zamanı son regional və beynəlxalq proseslərlə bağlı müzakirə aparılıb. (Əraqçının “Telegram” kanalı)

تماس تلفنی وزرای امور خارجه جمهوری اسلامی ایران و روسیه

#Azadİran #İran #Rusiya #XİN #regionalproseslər #müzakirə

Kanala abunə olun
🤮6
🇮🇷 Pezeşkian: “Əlimiz tətikdədir” ❗️

Bu gün İran prezidenti Məsud Pezeşkian İsrailin Livana qarşı davam edən hücumlarını sərt tənqid edib və bunun atəşkəs razılaşmasının açıq şəkildə pozulması olduğunu bildirib.

Bununla bağlı, o, özünün “X” hesabında paylaşım edib.

“Sionist rejimin Livana qarşı təkrarlanan təcavüzü ilkin atəşkəs razılaşmasının kobud şəkildə pozulması, aldatmanın və potensial razılaşmalara sadiqliyin olmamasının təhlükəli göstəricisidir.

Bu təcavüzlərin davam etməsi danışıqları mənasız edəcək; əllərimiz tətikdə qalacaq və İran heç vaxt livanlı qardaş və bacılarını tərk etməyəcək”,
- deyə, Pezeşkian vurğulayıb.

#İran #Pezeşkian #İsrail #Livan #hücum

Kanala abunə olun
🤮52