🇮🇷 İran Hörmüz boğazından keçən gəmilərin sayını məhdudlaşdırmaq istəyir 🌊🚢
İran Hörmüz boğazından gündə təxminən 10 gəminin keçməsinə icazə vermək niyyətindədir. Bununla bağlı, “The Wall Street Journal” qəzeti xəbər verib.
Məlumata görə, müharibədən əvvəl boğazdan gündə 100-dən çox gəmi keçirdi. Hazırda Tehran bu şərti vasitəçilərə çatdırıb və regionda ilişib qalmış gəmilərin keçməsi üçün ondan əvvəlcədən icazə alınmasını tələb edir.
Bildirilib ki, atəşkəsdən sonra boğazdan yalnız dörd gəmi keçib ki, bu da aprel ayının ən az keçidi hesab olunur.
Hörmüz boğazında keçid gözləyən gəmilər arasında 425 neft və neft məhsulları daşıyan tanker və təxminən 20 mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi var.
#İran #Hörmüzboğazı #gəmi #keçid #məhdudiyyət
Kanala abunə olun

😁3🤮2🔥1
🇮🇱 İsrail gecə boyunca 🇱🇧 Livanı hədəfə alıb 🚀
“Əl-Məyadin” qəzetinin məlumatına görə, İsrail ordusu gecə ərzində Livanın müxtəlif bölgələrinə 20-dən çox hava zərbəsi endirib.
Hücumların hədəfləri arasında Beyrutun Dahiya məhəlləsi və Litani çayı üzərindəki Əl-Qəsəmiyyə körpüsü də var.
Məlumata görə, dünənki hücumlar nəticəsində 254 nəfər həlak olub, 1165 nəfər yaralanıb.
حملات هوایی اسرائیل به بیروت و پل القاسمیه در لبنان
#İsrail #Livan #hücum

👍7❤1
Azad İran
🇮🇷 İran nümayəndə heyəti 🇺🇸 ABŞ ilə danışıqlar üçün 🇵🇰 İslamabada yollanacaq Bu gün İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm bildirib ki, İran nümayəndə heyəti bu axşam ABŞ ilə danışıqlar aparmaq məqsədi ilə Pakistanın paytaxtı İslamabada səfər edəcək.…
🇮🇷 İran səfiri 🇺🇸 Vaşinqton-Tehran danışıqları ilə bağlı paylaşımını sildi ❌
Bu gün İranın 🇵🇰 Pakistandakı səfiri Rza Əmir Müqəddəm, İran nümayəndə heyətinin ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gəlməsi barədə “X” hesabındakı paylaşımı silib.
Bununla bağlı, “Tasnim News” agentliyi xəbər verib. Paylaşımın silinməsinin səbəbləri hələlik açıqlanmayıb.
Xatırladaq ki, diplomat öz “X” hesabında qeyd etmişdi ki, İran nümayəndə heyəti bu axşam ABŞ ilə qarşıdan gələn danışıqları “İranın təklif etdiyi 10 bəndə əsasən” aparmaq üçün İslamabada yola düşəcək.
#İran #səfir #Pakistan #ABŞ #danışıqlar #paylaşım

😁4❤1🔥1
🇮🇷 İranın bir neçə şəhərində partlayışlar baş verib 💥🔥
Bu gün səhər saatlarında Kərəc, Əhvaz və Şiraz da daxil olmaqla, İranın bir neçə şəhərində partlayışlar və hərbi əməliyyatlar qeydə alınıb.
Kərəc, Əlborz əyaləti: Sakinlər səhər tezdən partlayış səsi eşitdiklərini bildiriblər. Partlayışlar Mehrşəhr və Məhəmmədşəhrdə də hiss olunub.
Əhvaz, Xuzistan əyaləti: Şahidlər neftlə zəngin cənub-qərb əyalətinin əsas şəhərində səhər saatlarında iki nisbətən güclü partlayış səsi eşitdiklərini deyiblər.
Şiraz, Fars əyaləti: Səhər saat 5 radələrində ardıcıl bir neçə partlayış baş verib, sakinlər hadisəni narahatlıqla izləyiblər. (Iranintl)
مناطقی از ایران از کرج تا استانهای جنوبی هدف حمله قرار گرفتند
#İran #partlayışlar

👍3🔥1😁1
Kepler: Atəşkəsin ilk günündə Hörmüz boğazından dörd gəmi keçib 🌊🚢
Dünən “Kepler” kommersiya məlumat analitik platformasının gəmi izləmə sistemləri göstərib ki, avtomatik identifikasiya sistemləri (AIS) aktiv olan dörd gəmi İran və ABŞ arasında atəşkəsin ilk günü Hörmüz boğazından keçib.
Bununla bağlı, Associated Press agentliyi məlumat yayıb. Ancaq bu rəqəmə, izləmə sistemlərini söndürən və “kölgə donanması” adlanan gəmilər daxil deyil.
Məlumatda bildirilir ki, bu gizli gəmilərin çoxu sanksiyaya məruz qalmış İran xam neftini açıq bazarlara daşıyır. (Independent Persian)
کپلر: در روز نخست آتشبس چهار کشتی قابل شناسایی از تنگه هرمز عبور کردند
#İran #ABŞ #atəşkəs #Hörmüzboğazı #gəmi

❤1🔥1
🇦🇪 BƏƏ 🇮🇷 İrandan atılan raket və dronları zərərsizləşdirib 🚀❌
Dünən BƏƏ Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, İrandan atılan 17 ballistik raket və 35 dron uğurla məhv edilib.
Bəyanatda qeyd olunub ki, müharibənin başlanğıcından bəri BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri tərəfindən ümumilikdə:
• 537 ballistik raket;
• 26 qanadlı raket;
• 2256 pilotsuz uçan aparat (PUA) vurulub.
Eyni zamanda, hücumlar nəticəsində müxtəlif millətlərdən 224 nəfər yaralanıb.
#BƏƏ #İran #raket #dron #hücum #müharibə

👍3
🇪🇸 İspaniyanın 🇮🇷 Tehrandakı səfirliyi fəaliyyətini yenidən bərpa edir
Bu gün İspaniyanın xarici işlər naziri Xose Manuel Alvarez bildirib ki, İspaniya Tehrandakı səfirliyinin fəaliyyətini atəşkəs dövründə Yaxın Şərqdə sülh səylərini dəstəkləmək məqsədi ilə yenidən bərpa edir.
Nazirin sözlərinə görə, səfirə tapşırılıb ki, Tehrana qayıtsın və səfirliyi dərhal yenidən fəaliyyətə başlatsın. Bu qərar mövcud vəziyyəti və qarşıdakı iki həftəni nəzərə alaraq qəbul olunub.
Qeyd edək ki, Tehrandakı İspaniya səfirliyi 7 mart tarixindən ABŞ və İsrailin hava hücumları səbəbilə müvəqqəti olaraq bağlanmışdı.
#İspaniya #səfirlik #İran #Tehran #fəaliyyət

🤮2❤1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 SEPAH bazasına hücum zamanı mülki əhali təhlükə altında qalıb 🚀😱
Bir neçə gün öncə İsrail və ABŞ qüvvələrinin SEPAH-ın hərbi bazasına hücumu zamanı bir ailənin yaşadığı dəhşətli anlar görüntülənib.
Hücum zamanı yayımlanan görüntülər göstərir ki, İslam Respublikası mülki yaşayış məntəqələrinin yaxınlığında hərbi bazalar, təhlükəsizlik və tədqiqat mərkəzləri tikməklə, eləcə də məmurlar üçün evlərin arasında təhlükəsiz mərkəzlər yaradaraq mülki şəxsləri “canlı qalxan” kimi istifadə edib.
لحظات دلهره آور در پی حمله به مقر سپاه
#ABŞ #İsrail #SEPAH #hərbibaza #mülkiəhali #hücum #təhlükə

🤩2👎1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda qeyri-adi səhnə: öldürülmüş komandanların xatirəsinə masa açılıb 🍽
Sosial mediada yayılan görüntülərdə, Tehrandakı İslam Respublikasının hərbi qüvvələrinin kiçik bir masa açaraq, öldürülmüş komandirlərin şəkillərini nümayiş etdirdikləri və ətrafdakı şəxslərə yemək payladıqları görünür.
Görüntülərdə geyimlərində İraq bayrağı olan həmin şəxslərin sevinc və coşqu ilə davrandığı diqqət çəkir.
شادی نیروهای خارجی در تهران
#İran #Tehran #komandanlar #hərbiqüvvələr

😁4🤮2
🇺🇸🇮🇷🇮🇱 ABŞ-nin Yaxın Şərqdəki qüvvələrinə əlavə hərbi texnika göndərilir 🛤️
Dünən ABŞ-İran-İsrail müharibəsi fonunda San Dieqoda şimala doğru hərəkət edən və çoxlu sayda hərbi texnika daşıyan yük qatarı videoya çəkilib. Kadrlarda zirehli maşınlar və digər hərbi nəqliyyat vasitələrinin uzun bir növbəsi görünür.
Videoya əlavə edilmiş səsli mesaj daha sonra məxfilik və təhlükəsizlik səbəbləri ilə silinib. Mesajda deyilir ki, qatar təxminən 15 dəqiqədir keçib və əvvəllər belə bir şey görülməyib.
Silinmiş mətndə qeyd olunub: "Bunun Yaxın Şərq müharibəsi ilə əlaqəli olub-olmadığını bilmirəm. Onların əksəriyyəti nəqliyyat və zirehli maşınlar kimi görünür”.
Daha öncə “Reuters” agentliyi xəbər vermişdi ki, ABŞ-nin Yaxın Şərqdə 50.000-dən çox əsgəri var və onların sayı artmaqda davam edir. San Dieqodan minlərlə dəniz piyadasının bölgəyə yerləşdirilməsi hazırda davam edir.
#ABŞ #YaxınŞərq #hərbitexnika #İran

🔥4❤1
NATO: “🇺🇸 Tramp 🇮🇷 İran müharibəsində müttəfiqlərin dəstəyindən məyusdur” 🤔
Dünən NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün müharibədə ABŞ müttəfiqlərinin iştirak etmək istəməməsindən narazıdır.
CNN telekanalına müsahibəsində Mark Rutte bildirib ki, aprelin 8-də qapalı qapılar arxasında keçirilən görüşdə müzakirələr çox səmimi və açıq şəraitdə aparılıb. Rutte əlavə edib ki, Tramp son həftələrdə baş verən proseslər barədə öz fikrini açıq şəkildə ifadə edib, ancaq detallara birbaşa toxunmayıb.
Baş katibin sözlərinə görə, bu müzakirələr Vaşinqtonun NATO-dakı gələcək rolu və ittifaqın İranla bağlı mövqeyi ilə bağlı fikir mübadiləsini də əhatə edib. (Iranintl)
#NATO #ABŞ #İran #müharibə #müttəfiqlər #dəstək

🔥2
🇮🇷 İranda daha bir etirazçı edam edilə bilər 😢😱
Məşhəd şəhərinin Vəkilabad həbsxanasında saxlanılan 30 yaşlı Məhbubə Şəbani dar ağacından asıla bilər. Bununla bağlı, HENGAW – İranda İnsan Haqları Təşkilatı xəbər verib.
Məlumata görə, Şəbani yanvar etirazları zamanı həbs olunub və onun barəsində “müharibə” (hakimiyyətə qarşı silahlı üsyan) ittihamı irəli sürülüb.
Qeyd edək ki, İranın Məhkəmə-Ədliyyə Sistemi bu ittihamla günahlandırılan şəxslərə tez-tez ölüm hökmü verir. Son 20 gün ərzində isə İranda bu ittihama görə 14 məhbusun edam cəzası həyata keçirilib.
زندان مشهد؛ محبوبه شعبانی از بازداشت شدگان اعتراضات دیماه با اتهام «محاربه» در خطر صدور حکم اعدام قرار دارد
#İran #etirazçı #məhbus #edam #təhlükə

🤬6
🇮🇷 İranda Xameneyinin 40 mərasimi tədbirləri davam edir 🏴
Bu gün İranın müxtəlif şəhərlərində mərhum ali rəhbər Əli Xameneyinin ölümündən 40 gün ötməsi ilə bağlı matəm mərasimləri keçirilir.
Məlumata görə, hələlik Əli Xameneyinin cənazəsi hələ də torpağa tapşırılmayıb. Hələlik dəfn tarixi açıqlanmayıb. (IRNA)
#İran #ƏliXameneyi #40mərasimi #təbdir

🤮8😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranın erməni kilsəsində Xameneyinin 40 mərasimi keçirildi ⛪️🏴
Dünən Tehrandakı erməni kilsələrindən birində İranın mərhum ali lideri Əli Xameneyinin ABŞ və İsrail tərəfindən öldürülməsinin 40-cı günü münasibəti ilə anım mərasimi keçirildiyi bildirilir.
Bununla bağlı, “Əl-Cəzirə” telekanalı görüntülər paylaşıb.
Tədbirdə İran parlamentinin erməni millət vəkili Ara Şahverdiyan, İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi, habelə, ölkənin keçmiş təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT) və hazırda İran prezidentinin dini və etnik məsələlər üzrə xüsusi köməkçisi olan Seyid Mahmud Ələvi, habelə digər rəsmilər iştirak edib.
#İran #ƏliXameneyi #ermənikilsəsi #40mərasimi

😁6🤮3
🇮🇷 İrana bağlı hakerlər 🇮🇱 İsrailin keçmiş rəsmisinə kiberhücum ediblər 👨💻
İranla əlaqəli olan “Handala” haker qrupu İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Herzi Halevinin elektron cihazlarını sındırdıqlarını iddia edib.
Hakerlər açıqlamalarında Halevinin “ən gizli görüşlərindən” 19 mindən çox məxfi foto və video topladıqlarını bildiriblər.
Qrupun yaydığı bəyanatda İsrailin yüksək təhlükəsizlik obyektləri və komanda mərkəzləri barədə də iddialar yer alıb: “Bütün yüksək təhlükəsizlik obyektləriniz, vəziyyət otaqlarınız, xəritələriniz və hətta komanda mərkəzlərinizin ən kiçik detalları belə çoxdan bizim üçün açıq olub”, – deyə hakerlər vurğulayıblar.
Handala qrupu Halevinin şəxsiyyət vəsiqəsini, hərbi bazalara səfərlərini, brifinqlər və görüşlər keçirməsini, habelə, ofisində təlimlər apardığını göstərən bir neçə foto və video material yayımlayıb. (Mehr News)
#İran #hakerlər #İsrail #ordurəhbəri #kiberhücum

🤮3❤1