Azad İran
5.94K subscribers
34.9K photos
21.6K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Atəşkəs mübahisəsi böyüdü: 🇮🇱 İsrail 🇱🇧 Livanı bombaladı 🚀🔥

İsrail ordusu son 24 saat ərzində Livanın müxtəlif bölgələrinə genişmiqyaslı hava zərbələri endirib. Məlumatlara görə, hücumlar nəticəsində 300-dən çox insanın öldüyü və yaralandığı bildirilir.

Yerinə yetirilən zərbələrin xüsusilə ölkənin cənub bölgələri ilə yanaşı, digər yaşayış məntəqələrini də əhatə etdiyi qeyd olunur. Hücumlar nəticəsində mülki infrastruktura ciddi ziyan dəydiyi, yaşayış binalarının dağıldığı və bölgədə humanitar vəziyyətin ağırlaşdığı bildirilir.

Hadisələr fonunda İsrail tərəfi İranla əldə olunmuş atəşkəs razılaşmasının Livanda Hizbullaha qarşı aparılan hərbi əməliyyatlara aid olmadığını yenidən bəyan edib. İsrail rəsmiləri bildirir ki, bu razılaşma yalnız İranla bağlı məsələləri əhatə edir və Livan istiqamətindəki əməliyyatlar davam etdiriləcək.

#İsrail #Livan #Hizbullah #hücum

Kanala abunə olun
👍7
🇮🇷 İranda Xameneyinin 40 mərasimi keçirildi 👳‍♂️🏴

Dünən İranda mərhum ali lider Əli Xameneyinin ölümünün 40-cı günü münasibəti ilə anım mərasimlərinin keçirildiyi bildirilib.

Məlumata görə, mərasimlər ölkənin müxtəlif bölgələrində təşkil olunub və tədbirlərdə İran cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri iştirak edib. (IRNA)

#İran #Xameneyi #40mərasimi

Kanala abunə olun
🤮52😁1
🇮🇷 İran Hörmüz boğazından keçən gəmilərin sayını məhdudlaşdırmaq istəyir 🌊🚢

İran Hörmüz boğazından gündə təxminən 10 gəminin keçməsinə icazə vermək niyyətindədir. Bununla bağlı, “The Wall Street Journal” qəzeti xəbər verib.

Məlumata görə, müharibədən əvvəl boğazdan gündə 100-dən çox gəmi keçirdi. Hazırda Tehran bu şərti vasitəçilərə çatdırıb və regionda ilişib qalmış gəmilərin keçməsi üçün ondan əvvəlcədən icazə alınmasını tələb edir.

Bildirilib ki, atəşkəsdən sonra boğazdan yalnız dörd gəmi keçib ki, bu da aprel ayının ən az keçidi hesab olunur.

Hörmüz boğazında keçid gözləyən gəmilər arasında 425 neft və neft məhsulları daşıyan tanker və təxminən 20 mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi var.

#İran #Hörmüzboğazı #gəmi #keçid #məhdudiyyət

Kanala abunə olun
😁3🤮2🔥1
🇮🇱 İsrail gecə boyunca 🇱🇧 Livanı hədəfə alıb 🚀

“Əl-Məyadin” qəzetinin məlumatına görə, İsrail ordusu gecə ərzində Livanın müxtəlif bölgələrinə 20-dən çox hava zərbəsi endirib.

Hücumların hədəfləri arasında Beyrutun Dahiya məhəlləsi və Litani çayı üzərindəki Əl-Qəsəmiyyə körpüsü də var.

Məlumata görə, dünənki hücumlar nəticəsində 254 nəfər həlak olub, 1165 nəfər yaralanıb.

حملات هوایی اسرائیل به بیروت و پل القاسمیه در لبنان

#İsrail #Livan #hücum

Kanala abunə olun
👍71
Azad İran
🇮🇷 İran nümayəndə heyəti 🇺🇸 ABŞ ilə danışıqlar üçün 🇵🇰 İslamabada yollanacaq Bu gün İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm bildirib ki, İran nümayəndə heyəti bu axşam ABŞ ilə danışıqlar aparmaq məqsədi ilə Pakistanın paytaxtı İslamabada səfər edəcək.…
🇮🇷 İran səfiri 🇺🇸 Vaşinqton-Tehran danışıqları ilə bağlı paylaşımını sildi

Bu gün İranın 🇵🇰 Pakistandakı səfiri Rza Əmir Müqəddəm, İran nümayəndə heyətinin ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada gəlməsi barədə “X” hesabındakı paylaşımı silib.

Bununla bağlı, “Tasnim News” agentliyi xəbər verib. Paylaşımın silinməsinin səbəbləri hələlik açıqlanmayıb.

Xatırladaq ki, diplomat öz “X” hesabında qeyd etmişdi ki, İran nümayəndə heyəti bu axşam ABŞ ilə qarşıdan gələn danışıqları “İranın təklif etdiyi 10 bəndə əsasən” aparmaq üçün İslamabada yola düşəcək.

#İran #səfir #Pakistan #ABŞ #danışıqlar #paylaşım

Kanala abunə olun
😁41🔥1
🇮🇷 İranın bir neçə şəhərində partlayışlar baş verib 💥🔥

Bu gün səhər saatlarında Kərəc, Əhvaz və Şiraz da daxil olmaqla, İranın bir neçə şəhərində partlayışlar və hərbi əməliyyatlar qeydə alınıb.

Kərəc, Əlborz əyaləti: Sakinlər səhər tezdən partlayış səsi eşitdiklərini bildiriblər. Partlayışlar Mehrşəhr və Məhəmmədşəhrdə də hiss olunub.

Əhvaz, Xuzistan əyaləti: Şahidlər neftlə zəngin cənub-qərb əyalətinin əsas şəhərində səhər saatlarında iki nisbətən güclü partlayış səsi eşitdiklərini deyiblər.

Şiraz, Fars əyaləti: Səhər saat 5 radələrində ardıcıl bir neçə partlayış baş verib, sakinlər hadisəni narahatlıqla izləyiblər. (Iranintl)

مناطقی از ایران از کرج تا استان‌های جنوبی هدف حمله قرار گرفتند

#İran #partlayışlar

Kanala abunə olun
👍3🔥1😁1