Azad İran
5.94K subscribers
35K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Trampdan sərt mesaj: 🇺🇸 ABŞ qüvvələri 🇮🇷 İran sərhədlərində qalacaq ❗️

Bu gün ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika hərbi qüvvələri və texnikası razılaşmanın bütün şərtləri tam yerinə yetirilənə qədər İran sərhədlərində qalacaq.

Tramp bununla bağlı, “Truth Social” platformasında paylaşım edib. O, qeyd edib ki, ABŞ-nin gəmiləri, təyyarələri və hərbi personalı əlavə silah-sursatla birlikdə bölgədə mövqelərini qoruyacaq.

ABŞ prezidenti əlavə olaraq, Vaşinqton və Tehranın İranın nüvə proqramı və Hörmüz boğazının açıq saxlanılması ilə bağlı razılığa gəldiyini də açıqlayıb.

Tramp, habelə, xəbərdarlıq edib ki, atəşkəs razılaşması yerinə yetirilməzsə, ABŞ qüvvələri İrana yenidən hava zərbələri endirəcək.

#ABŞ #Tramp #İran #razılaşma

Kanala abunə olun
6🔥1🤮1
🇺🇸🇮🇷 ABŞ-İran danışıqları üçün 🇵🇰 Pakistanda hazırlıq işlər görülür

Bu gün İslamabaddakı Serena hoteli ABŞ və İranın nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır.

Bununla bağlı, hotel işçilərindən biri TASS xəbər agentliyinə açıqlamasında bildirib. Məlumata görə, ABŞ və İran arasında atəşkəs elan olunmasından sonra Vaşinqton və Tehran danışıqları Pakistanın paytaxtı İslamabadda keçirmək qərarına gəlib.

Eyni zamanda Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında da hazırlıq işlərinin aparıldığı qeyd olunur. Danışıqların hansı məkanda keçiriləcəyi ilə bağlı isə hələlik yekun qərarın verilmədiyi bildirilir.

TASS-ın əldə etdiyi hotel bildirişinə əsasən, Serena mehmanxanası ABŞ və İran nümayəndə heyətlərinin gəlişindən öncə bütün otaqları boşaltmaq üçün tədbirlər görür.

#ABŞ #İran #atəşkəs #danışıqlar #Pakistan #hotel #hazırlıqişləri

Kanala abunə olun
🤮5
🇮🇷 İran nümayəndə heyəti 🇺🇸 ABŞ ilə danışıqlar üçün 🇵🇰 İslamabada yollanacaq

Bu gün İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm bildirib ki, İran nümayəndə heyəti bu axşam ABŞ ilə danışıqlar aparmaq məqsədi ilə Pakistanın paytaxtı İslamabada səfər edəcək.

Bununla bağlı, diplomat “X” hesabında paylaşım edib. Səfirin sözlərinə görə, görüş zamanı danışıqlar İranın təklif etdiyi 10 bəndlik plan əsasında aparılacaq.

“İsrail rejiminin diplomatik təşəbbüsü pozmaq məqsədilə atəşkəsi dəfələrlə pozması İran ictimaiyyətində şübhələr yaratsa da, Pakistanın baş naziri Şahbaz Şərifin dəvəti ilə İran nümayəndə heyəti bu axşam ABŞ ilə ciddi danışıqlar aparmaq üçün İslamabada gəlir. Danışıqlar İranın irəli sürdüyü 10 bəndlik təklif əsasında keçiriləcək”, - deyə, səfir vurğulayıb.

#İran #ABŞ #Pakistan #danışıqlar

Kanala abunə olun
🤮21😁1
🇮🇷 Qalibaf 🇺🇸 ABŞ ilə atəşkəs planının pozulduğunu açıqladı 🗣

Dünən İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf bildirib ki, ABŞ ilə gələcək sülh sazişi ilə bağlı danışıqlar üçün əsas götürülən İran planının 10 bəndindən 3-ü pozulub.

O, bununla bağlı, “X” hesabındakı paylaşımında əsas pozuntu kimi ABŞ və İsrailin Livanda atəşkəsə riayət etməməsini göstərib.

İkinci pozuntu halı Fars əyalətinin Lar şəhərində məhv edilmiş pilotsuz uçuş aparatının İranın hava məkanına daxil olmasıdır.

Qalibaf vurğulayıb ki, İran Ağ Evin bəyanatlarının əksinə olaraq Tehranın təklif etdiyi plana daxil olunmuş uranın zənginləşdirilməsi hüququndan imtina etməyib.

"Danışıqlar üçün əsasın özü hələ onlar başlamazdan əvvəl açıq-aşkar şəkildə pozulub. Belə bir vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqlar məqsədəuyğun deyil", - deyə, Qalibaf vurğulayıb.

#İran #Qalibaf #parlamentsədri #ABŞ #atəşkəs

Kanala abunə olun
🤬21🔥1🤮1
Atəşkəs mübahisəsi böyüdü: 🇮🇱 İsrail 🇱🇧 Livanı bombaladı 🚀🔥

İsrail ordusu son 24 saat ərzində Livanın müxtəlif bölgələrinə genişmiqyaslı hava zərbələri endirib. Məlumatlara görə, hücumlar nəticəsində 300-dən çox insanın öldüyü və yaralandığı bildirilir.

Yerinə yetirilən zərbələrin xüsusilə ölkənin cənub bölgələri ilə yanaşı, digər yaşayış məntəqələrini də əhatə etdiyi qeyd olunur. Hücumlar nəticəsində mülki infrastruktura ciddi ziyan dəydiyi, yaşayış binalarının dağıldığı və bölgədə humanitar vəziyyətin ağırlaşdığı bildirilir.

Hadisələr fonunda İsrail tərəfi İranla əldə olunmuş atəşkəs razılaşmasının Livanda Hizbullaha qarşı aparılan hərbi əməliyyatlara aid olmadığını yenidən bəyan edib. İsrail rəsmiləri bildirir ki, bu razılaşma yalnız İranla bağlı məsələləri əhatə edir və Livan istiqamətindəki əməliyyatlar davam etdiriləcək.

#İsrail #Livan #Hizbullah #hücum

Kanala abunə olun
👍7
🇮🇷 İranda Xameneyinin 40 mərasimi keçirildi 👳‍♂️🏴

Dünən İranda mərhum ali lider Əli Xameneyinin ölümünün 40-cı günü münasibəti ilə anım mərasimlərinin keçirildiyi bildirilib.

Məlumata görə, mərasimlər ölkənin müxtəlif bölgələrində təşkil olunub və tədbirlərdə İran cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri iştirak edib. (IRNA)

#İran #Xameneyi #40mərasimi

Kanala abunə olun
🤮52😁1