Azad İran
5.94K subscribers
34.9K photos
21.6K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇺🇸 ABŞ 🇮🇷 İranla əməkdaşlığa hazırlaşır: uranın zənginləşdirilməsi dayandırılacaq ☢️

Bu gün ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək, İranın atəşkəs üçün irəli sürdüyü 10 bəndlik şərtlərlə bağlı açıqlama verib.

Tramp bildirib ki, ABŞ İranla sıx əməkdaşlıq edəcək və Vaşinqton İran daxilində “müsbət mənada rejim dəyişikliyi” baş verdiyini müəyyən edib.

“ABŞ İranla sıx əməkdaşlıq edəcək. Biz İranın müsbət mənada bir rejim dəyişikliyindən keçdiyini müəyyən etdik.

Uranın zənginləşdirilməsi olmayacaq və ABŞ İranla birlikdə işləyərək, dərinlərə basdırılmış bütün nüvə "tozunu" qazıb təmizləyəcək.

Biz İranla tarif və sanksiyaların yüngülləşdirilməsi barədə müzakirələr aparırıq. 15 bəndin çoxu artıq razılaşdırılıb”,
- deyə, Tramp vurğulayıb.

#ABŞ #Tramp #İran #atəşkəs #razılaşma

Kanala abunə olun
3🔥1
🇮🇱 İsrail 🇱🇧 Beyrutu vurdu 🚀🔥

Bu gün İsrail Müdafiə Qüvvələri bildirib ki, İran müharibəsi başlayandan bəri Livanda Hizbullahın hərbi infrastrukturlarına qarşı ən böyük hücum dalğası həyata keçirilib.

Məlumata görə, İsrail ordusu Beyrut da daxil olmaqla Livan ərazisində 100-dən çox hədəfi bombalayıb. Zərbələrin Hizbullahın hərbi obyektləri və logistika infrastrukturu istiqamətində endirildiyi qeyd olunub.

Xəbər agentlikləri bu hücumların ABŞ və İran arasındakı atəşkəs razılaşmasına zidd olduğu və atəşkəsin birbaşa pozulması kimi dəyərləndirildiyini vurğulayır.

#İsrail #Livan #Beyrut #hücum

Kanala abunə olun
👍63
Azad İran
🇺🇸 ABŞ və 🇮🇷 İran arasında iki həftəlik atəşkəs əldə olunub Bununla bağlı, ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" platformasında yazıb: "Pakistanın baş naziri Şahbaz Şərif və feldmarşalı Asim Munir ilə danışıqlarıma əsasən, onlar bu gecə İrana…
🇮🇷 SEPAH atəşkəsi nəzərə almadı: “Əlimiz tətikdədir” ❗️

Bu gün SEPAH İran və ABŞ arasında iki həftəlik atəşkəs elan olunmasına baxmayaraq, rəsmi “Telegram” kanalında sərt bəyanat yayıb.

SEPAH bəyanatında bildirib ki, düşmənə etibar etmir və hər an cavab verməyə hazırdır: "Düşmən həmişə hiyləgər olub; biz ona etibar etmirik və əlimiz tətikdədir”.

Bəyanatda SEPAH özünü İran xalqının “sadiq davamçıları” adlandıraraq, ali lider Müctəba Xameneyinin əmrlərinə tabe olduqlarını vurğulayıb. SEPAH bildirib ki, ABŞ və İsrailin birgə cəbhəsinin növbəti səhvi daha böyük qarşıdurmaya səbəb ola bilər.

SEPAH bölgədəki ABŞ tərəfdaşlarına müraciət edərək onların Vaşinqton və İsrailin “acizliyini” gördüklərini iddia edib və “İslam düşmənləri” ilə əməkdaşlığa son qoymağa çağırıb. Bəyanatın sonunda SEPAH istənilən hücuma daha yüksək səviyyədə cavab veriləcəyini bildirib.

#İran #SEPAH #ABŞ #təhdid #təhdid

Kanala abunə olun
🤮6👍1
🚨SON DƏQİQƏ

🇮🇷 İranın neft emalı zavodu partladıldı 🏭🛢💥


Bu gün ABŞ ilə elan edilən atəşkəsdən sonra İranın Bəsrə körfəzindəki Lavan adasında yerləşən neft emalı zavodunda bir neçə partlayış baş verib.

Partlayışların səbəbi hələlik məlum deyil.

انفجار در پالایشگاه نفت جزیره لاوان پس از اعلام آتش‌بس

#İran #Lavan #neftemalızavodu #partlayış

Kanala abunə olun
👍7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Ərdəbildə 🇮🇷 Xameneyinin 40 mərasimi keçirildi 👳‍♂🏴

Bu gün Ərdəbil şəhərində İranın mərhum ali lideri Əli Xameneyinin ölümünün 40-cı günü ilə bağlı anım tədbiri keçirildiyi bildirilir.

Məlumata görə, şəhər sakinləri mərasim təşkil edərək Xameneyinin xatirəsini yad edib, tədbir zamanı ali rəhbərlə bağlı müxtəlif şüarlar səsləndiriblər.

Xatırladaq ki, Əli Xameneyi fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücum nəticəsində öldürülüb. Hadisə zamanı onun kürəkəni, gəlini və nəvəsi də həlak olub.

#İran #ƏliXameneyi #40mərasimi

Kanala abunə olun
🤮8😁4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Heqset: “Xarq adasına hücum 🇮🇷 İrana siqnal idi” 🚀🔥

Bu gün ABŞ-nin müharibə naziri Pit Heqset İranla atəşkəs elan olunması və Xarq adasının hücumlara məruz qalması ilə bağlı açıqlama verib.

Heqset bildirib ki, Xarq adasına endirilən zərbələr müəyyən hərbi hədəflərə yönəlib və bu addım Tehran üçün açıq mesaj xarakteri daşıyıb.

Nazirin sözlərinə görə: "Xarqda bəzi hərbi hədəflərimiz var idi ki, bu da bir siqnal idi. Onlar onu müdafiə edə bilmirlər və buna görə də iranlılar sonda öz mövqelərini – gələcəklərini başa düşdülər”.

O, bildirib ki, prezident Donald Tramp açıq şəkildə Tehrana mesaj verib: "Biz hər şeyi sizdən ala bilərik. Enerji ixrac etmək qabiliyyətiniz əlinizdən alına bilər və ABŞ ordusu bu hədəfləri cəzasızlıqla vurmaq qabiliyyətinə malikdir”.

Heqset vurğulayıb ki, məhz bu təzyiq nəticəsində İran tərəfi razılaşmaya razı olub və atəşkəsə gedib.

#ABŞ #İran #Xarqadası #hücum #atəşkəs

Kanala abunə olun
3😁3🔥1
Azad İran
🇺🇸 ABŞ və 🇮🇷 İran arasında iki həftəlik atəşkəs əldə olunub Bununla bağlı, ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" platformasında yazıb: "Pakistanın baş naziri Şahbaz Şərif və feldmarşalı Asim Munir ilə danışıqlarıma əsasən, onlar bu gecə İrana…
🇦🇲 Ermənistan 🇺🇸 ABŞ-🇮🇷 İran atəşkəsini alqışlayır

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ və İran arasında bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunan atəşkəs razılaşmasını alqışlayıb.

Bununla bağlı, Paşinyan “X” hesabında paylaşım edərək bildirib: “Biz, habelə, Pakistanın da vasitəçilik səylərini yüksək qiymətləndiririk və qətiyyətlə inanırıq ki, bütün həll olunmamış məsələləri aradan qaldırmaq və Yaxın Şərqdə sülhü qorumaq üçün diplomatiya üstünlük təşkil etməlidir”.

#Ermənistan #Paşinyan #İran #ABŞ #atəşkəs

Kanala abunə olun
3👎1
TƏCİLİ 🚨

🇮🇷🇺🇸 İran-ABŞ atəşkəsindən sonra ilk tanker Hörmüz boğazından keçib 🚢🌊

Bu gün IRIB News-un yaydığı məlumata görə, İran və ABŞ arasında atəşkəs elan olunmasından sonra İranın icazəsi və müşayiəti ilə Hörmüz boğazından ilk tanker keçib.

Hələlik Hörmüz boğazından keçidinə icazə verilən tankerin hansı ölkəyə aid olduğu açıqlanmayıb.

Məlumata görə, İran Hərbi Dəniz Qüvvələri daha əvvəl gəmilərin yalnız İranın icazəsi ilə Hörmüz boğazından keçə biləcəyini bildirmişdi. Buna baxmayaraq, atəşkəsdən sonra ilk keçidin baş verdiyi və həmin tankerin boğazı təhlükəsiz şəkildə tərk etdiyi vurğulanıb.

#İran #ABŞ #atəşkəs #Hörmüzboğazı #tanker #keçid

Kanala abunə olun
😁42🔥1
Rza Pəhləvi 🇺🇸 Tramp və 🇮🇱 Netanyahunu sosial mediada izləmədən çıxardı 😁

Bu gün siyasi mühacirətdə yaşayan İran şahzadəsi Rza Pəhləvi, ABŞ və İran arasında atəşkəs elan olunmasından sonra sosial media hesabında ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunu izləmədən çıxarıb.

رضا پهلوی بعد از آتش بس، ترامپ و نتانیاهو را آنفالو کرد

#İran #ABŞ #atəşkəs #RzaPəhləvi

Kanala abunə olun
😁22🤮2
🇺🇸 Tramp 🇮🇷 İrana silah satan ölkələrə rüsum tətbiq edəcək 💵

Bu gün ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” platformasındakı paylaşımında bildirib ki, İrana silah satan ölkələrə rüsum tətbiq olunacaq.

"İrana silah və hərbi vasitələr tədarük həyata keçirən istənilən ölkənin ABŞ-yə ixrac etdiyi bütün məhsullara dərhal 50 faiz rüsum tətbiq ediləcək", - deyə, Tramp vurğulayıb.

Onun sözlərinə görə, həmin ölkələrə heç bir istisna və ya güzəşt olmayacaq.

#ABŞ #Tramp #İran #silah #tədarük #rüsum

Kanala abunə olun
4👎1🔥1
IRIB: "🇮🇷 İran Hörmüz boğazından keçən gəmilərdən 64 milyard dollar qazana bilər" 🌊🚢💵

İran dövlət televiziyasının sədr müavini Abedini deyib: "Hörmüz boğazı İranın müdrik idarəçiliyi altında bir dəhlizə çevrilib;

Ötən il boğazdan 32 min gəminin keçdiyini və hər bir gəmidən 2 milyon dollar vergi tutulduğunu nəzərə alsaq, İran təxminən 64 milyard dollar qazana bilər".


ایران ۴ دستاورد فوری در تقابل با آمریکا به دست آورد

#İran #ABŞ #Hörmüzboğazı #keçid #rüsum

Kanala abunə olun
👎3🤮21😁1
🇮🇷 Əraqçı 🇵🇰 Pakistanın ordu komandanı ilə regiondakı vəziyyəti müzakirə edib 📞

İranın xarici işlər naziri Abbas Əraqçı Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir ilə telefon danışığında Pakistana regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsindəki konstruktiv roluna görə təşəkkür edib.

Tərəflər Pakistanın Baş naziri Şahbaz Şərif və İran prezidenti Məsud Pezeşkian arasında bundan öncə əldə edilmiş razılaşmaların əlaqələndirilməsinin vacibliyini vurğulayıb və bölgədə atəşkəsin qorunması məsələlərini müzakirə ediblər. (İran Xarici İşlər Nazirliyi)

تماس تلفنی وزیر امور خارجه ایران با فرمانده ارتش پاکستان

#İran #XİN #Pakistan #sülh #təhlükəsizlik #Pezeşkian

Kanala abunə olun
🤮51
🇦🇿 Azərbaycan və 🇮🇷 İran XİN başçıları arasında telefon danışığı olub 📞

Ceyhun Bayramov və Abbas Əraqçı bölgədəki son hadisələri və ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.

☎️ گفتگوی تلفنی وزرای امور خارجه جمهوری آذربایجان و ایران

#Azərbaycan #İran #XİN

Kanala abunə olun
🤮4
🆘 TƏCİLİ

🇮🇱 İsrailin 🇱🇧 Livana hücumundan sonra Hörmüz boğazından neft tankerlərinin keçidi dayandırıldı
🚀🚢🌊

İran və 🇺🇸 ABŞ arasında müvəqqəti atəşkəsdən sonra iki neft tankerinin boğazdan təhlükəsiz keçidinə icazə verilib.

Bu haqda 🇮🇷 Fars xəbər agentliyi məlumat yayıb.

توقف عبور نفتکش‌ها از تنگه هرمز بعد حمله اسرائیل به لبنان

#İran #Hörmüzboğazı #tanker #İsrail #hücum #Livan

Kanala abunə olun
🔥1
🇮🇷 İran 🇱🇧 Livana hücumlara görə atəşkəsi dayandırmaqla hədələyir

İran 🇮🇱 İsrailin Livana hücumlarını davam etdirəcəyi təqdirdə iki həftəlik atəşkəsi pozacağını bildirib.

Mənbələrə görə, İran ordusu artıq bugünkü hücumlara cavab vermək üçün hədəfləri müəyyənləşdirir.

Bu arada, İsrail atəşkəsin Livan Hizbullahına qarşı əməliyyatlarına şamil edilmədiyini iddia edir. (Tasnim News)

در صورت نقض آتش‌بس توسط اسرائیل، ایران از توافق خارج می‌شود

#İran #Livan #atəşkəs #İsrail

Kanala abunə olun
😁3👎2🔥1
Atəşkəs razılaşmasına baxmayaraq 🇮🇷 İran hələ də 🇸🇦Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum edir 🚀🔥

Kamikadze dron Şərq-Qərb Neft Kəmərindəki bir nasos stansiyasını vurub.

Bu kəmər son həftələrdə Hörmüz boğazı bloklandığı üçün nefti Qırmızı Dəniz limanına çatdırmaq üçün istifadə olunurdu.

ادامه حملات پهبادی ایران به عربستان سعودی

#İran #SəudiyyəƏrəbistanı #dronhücumu

Kanala abunə olun
3👎1🔥1😁1