🇮🇱 İsrailin 🇮🇷 Tehrana zərbəsinə dair görüntülər yayıldı 🚀💥🔥
İsrailin yayımladığı görüntülərdə Tehranın yaxınlığında döyüş mövqeyində yerləşən İranın S-300PMU-2 zenit-raket kompleksinin buraxılış qurğusuna, həmçinin digər hədəflərə zərbə endirildiyi göstərilir.
Görüntünün keyfiyyəti buraxılış qurğusunun həqiqi olub-olmadığını dəqiq müəyyən etməyə imkan vermir. Ola bilər ki, buradakı qurğu maskalanmış real obyekt olsun, ya da yüksək keyfiyyətli maket istifadə edilsin.
Qeyd olunur ki, həmin ərazi əvvəllər S-300 zenit-raket kompleksinin mövqeyi kimi tanınır. Bu görüntülər İsrailin yayımladığı ilk vizual məlumatlar arasında yer alır.
#İsrail #İran #Tehran #hücum
Kanala abunə olun

❤4👍4
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran rəsmisi: “🇺🇸 ABŞ şərtləri qəbul etməsə, razılaşma olmayacaq” 🗣📃
Bu gün İran parlamentinin sədrinin müavini Əli Nikzad bildirib ki, ABŞ İslam Respublikasının təqdim etdiyi 10 şərti qəbul etməsə, ölkənin ali lideri Müctəba Xameneyi Vaşinqtonla müqavilə imzalamağa icazə verməyəcək.
Nikzad vurğulayıb ki, İran öz prinsiplərinə sadiq qalır, lakin hücum olunan ərazilərdə silahlı qüvvələr sərt reaksiya göstəriblər: “Bu, bizim hüququmuzdur. ABŞ hərbi bazaları məhv edilməli idi və biz onlardan 17-dən çoxunu məhv etdik”.
Onun sözlərinə görə, ali rəhbərin müqaviləyə razılıq verməsi yalnız ABŞ-nin Tehranın şərtlərini qəbul edəcəyi halda mümkündür. (IRIB News)
#İran #atəşkəs #ABŞ #şərt #razılaşma

😁6🤮2❤1
🇮🇷 İran 🇺🇸 Trampın açıqlamasına vizual tənqidlə cavab verdi 🔥
İranın Tacikistandakı səfirliyi ABŞ prezidenti Donald Trampın son açıqlamalarına cavab olaraq “X” hesabında karikatura paylaşımı edib.
Karikaturada İran xəritəsinin Trampın boğazında ilişib qalması və boğulması təsvir edilib, paylaşımda isə “Trampın kobudluğunun səbəbi” ifadəsi yer alıb. Paylaşım İranın xəritə versiyasında göstərilərək, mesajın ironik və tənqidi xarakter daşıdığı vurğulanıb.
#İran #Tacikistan #səfirlik #ABŞ #Tramp #karikatura

😁2🤮2
Media is too big
VIEW IN TELEGRAM
🇦🇫 Əfqanıstanda daşqınlar: yüzlərlə ölən və yaralanan var 🌧️🌊😢
Əfqanıstanda güclü yağışlar nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri ciddi dağıntılara səbəb olub. Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi məlumat verir ki, iki həftə davam edən fəlakət nəticəsində 110 nəfər ölüb, 190 nəfər yaralanıb.
Yerli ərazilərdə ciddi ziyan dəyib: 5363 ev tamamilə və ya qismən dağılıb, təxminən 357 km yol yuyulub və ya zədələnib, 6000 hektara yaxın kənd təsərrüfatı sahəsi su altında qalıb və çoxsaylı mal-qara tələf olub.
Hakimiyyət orqanları zərər çəkmiş bölgələrə təcili yardım göndərib və sakinləri daşqınlara meylli ərazilərdən, çay sahillərindən uzaq durmağa çağırıb.
#Əfqanıstan #yağış #daşqın #faciə

❤1🔥1
🇮🇷 İran Qeşm adasında 🇺🇸 ABŞ dronlarını məhv etdi
Fars körfəzində yerləşən Qeşm adası üzərində İranın zenit-raket sistemləri tərəfindən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki MQ-9 Reaper kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) vurub.
İran rəsmiləri bildirib ki, bu hadisə ilə məhv edilmiş MQ-9 Reaperlərin sayı 19-a çatıb, baxmayaraq ki, vizual təsdiq yalnız 13 dronun vurulmasını göstərir.
#İran #Qeşmadası #ABŞ #dron #hücum

❤1🔥1🤮1
🇺🇸 MKİ 🇮🇷 İranda pilotu xilas etmək üçün gizli texnologiyadan istifadə edib ✈️📶
“The New York Post” qəzeti xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) "Ghost Murmur" adlı gizli texnologiyadan istifadə edərək İranda vurulan qırıcının pilotunu tapa bilib.
Nəşrin məlumatına görə, sistem kvant maqnitometriyası və süni intellektdən istifadə edərək insanın ürək döyüntüsünün elektromaqnit siqnalını aşkarlamağa və onu fon səs-küyündən ayırmağa imkan verir.
Texnologiyanın qırıcının qəzaya uğramasından sonra gizlənən pilotun yerini müəyyən etməyə kömək etdiyi deyilir.
#ABŞ #MKİ #gizlitexnologiya #pilot #İran

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 İranda daha bir körpünü partladıb 🌉🚀
Dünən İsrail tərəfindən Əlborz əyalətindəki Xərrazi magistralı üzərində yerləşən körpüsüyə zərbə endirildiyi bildirilir.
Yayılan görüntülərdə hücumdan sonra körpü ərazisində güclü partlayışın baş verdiyi anlar əks olunub. Məlumata görə, körpü qarnizon və dayanacaqdan ibarət hərbi bazanın yaxınlığında yerləşir və həmin obyektlə birləşir.
#İsrail #İran #körpü #hücum

❤6🔥1
Arif: “🇮🇷 İran dövrü başladı”
Bu gün ABŞ ilə atəşkəs elan olunmasından sonra İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif “X” hesabında paylaşım edərək atəşkəsi “qələbə” kimi dəyərləndirib.
Arif bildirib ki, dünya yeni bir güc mərkəzi ilə qarşılaşıb və “İran dövrü” başlayıb.
"Qələbəyə sabahınız xeyir! Bu gün tarix bir səhifə çevirdi: dünya yeni bir güc mərkəzini qarşıladı və İran dövrü başladı. Ey qəlbləri və gözləri dəyişdirən, ey gecəni və gündüzü idarə edən, ey zamanları və dövlətləri dəyişdirən, dövlətimizi daha yaxşıya doğru dəyişdir!", - deyə, Arif vurğulayıb.
#İran #vitseprezident #ABŞ #atəşkəs #qələbə

😁19👍2🤮2
🇮🇷 İran və 🇹🇷 Türkiyə regional prosesləri müzakirə edib
Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.
Məlumata görə, söhbət zamanı tərəflər son regional prosesləri müzakirə ediblər. (Əraqçının “Telegram” kanalı)
تماس تلفنی وزرای امور خارجه جمهوری اسلامی ایران و ترکیه
#İran #Türkiyə #XİN #regionalproseslər

🤮4
🇦🇿 Azərbaycan Prezidenti 🇮🇷 iranlı həmkarını təbrik etdi
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla telefon əlaqəsi saxlayıb. Bununla bağlı, Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı İran və ABŞ arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.
Məsud Pezeşkian bu təbriklərə və Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.
#Azərbaycan #İran #prezident #ABŞ #atəşkəs #təbrik

👎3🤮1
🇺🇸 ABŞ 🇮🇷 İranla əməkdaşlığa hazırlaşır: uranın zənginləşdirilməsi dayandırılacaq ☢️❌
Bu gün ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək, İranın atəşkəs üçün irəli sürdüyü 10 bəndlik şərtlərlə bağlı açıqlama verib.
Tramp bildirib ki, ABŞ İranla sıx əməkdaşlıq edəcək və Vaşinqton İran daxilində “müsbət mənada rejim dəyişikliyi” baş verdiyini müəyyən edib.
“ABŞ İranla sıx əməkdaşlıq edəcək. Biz İranın müsbət mənada bir rejim dəyişikliyindən keçdiyini müəyyən etdik.
Uranın zənginləşdirilməsi olmayacaq və ABŞ İranla birlikdə işləyərək, dərinlərə basdırılmış bütün nüvə "tozunu" qazıb təmizləyəcək.
Biz İranla tarif və sanksiyaların yüngülləşdirilməsi barədə müzakirələr aparırıq. 15 bəndin çoxu artıq razılaşdırılıb”, - deyə, Tramp vurğulayıb.
#ABŞ #Tramp #İran #atəşkəs #razılaşma

❤3🔥1
🇮🇱 İsrail 🇱🇧 Beyrutu vurdu 🚀🔥
Bu gün İsrail Müdafiə Qüvvələri bildirib ki, İran müharibəsi başlayandan bəri Livanda Hizbullahın hərbi infrastrukturlarına qarşı ən böyük hücum dalğası həyata keçirilib.
Məlumata görə, İsrail ordusu Beyrut da daxil olmaqla Livan ərazisində 100-dən çox hədəfi bombalayıb. Zərbələrin Hizbullahın hərbi obyektləri və logistika infrastrukturu istiqamətində endirildiyi qeyd olunub.
Xəbər agentlikləri bu hücumların ABŞ və İran arasındakı atəşkəs razılaşmasına zidd olduğu və atəşkəsin birbaşa pozulması kimi dəyərləndirildiyini vurğulayır.
#İsrail #Livan #Beyrut #hücum

👍6❤3
Azad İran
🇺🇸 ABŞ və 🇮🇷 İran arasında iki həftəlik atəşkəs əldə olunub Bununla bağlı, ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" platformasında yazıb: "Pakistanın baş naziri Şahbaz Şərif və feldmarşalı Asim Munir ilə danışıqlarıma əsasən, onlar bu gecə İrana…
🇮🇷 SEPAH atəşkəsi nəzərə almadı: “Əlimiz tətikdədir” ❗️
Bu gün SEPAH İran və ABŞ arasında iki həftəlik atəşkəs elan olunmasına baxmayaraq, rəsmi “Telegram” kanalında sərt bəyanat yayıb.
SEPAH bəyanatında bildirib ki, düşmənə etibar etmir və hər an cavab verməyə hazırdır: "Düşmən həmişə hiyləgər olub; biz ona etibar etmirik və əlimiz tətikdədir”.
Bəyanatda SEPAH özünü İran xalqının “sadiq davamçıları” adlandıraraq, ali lider Müctəba Xameneyinin əmrlərinə tabe olduqlarını vurğulayıb. SEPAH bildirib ki, ABŞ və İsrailin birgə cəbhəsinin növbəti səhvi daha böyük qarşıdurmaya səbəb ola bilər.
SEPAH bölgədəki ABŞ tərəfdaşlarına müraciət edərək onların Vaşinqton və İsrailin “acizliyini” gördüklərini iddia edib və “İslam düşmənləri” ilə əməkdaşlığa son qoymağa çağırıb. Bəyanatın sonunda SEPAH istənilən hücuma daha yüksək səviyyədə cavab veriləcəyini bildirib.
#İran #SEPAH #ABŞ #təhdid #təhdid

🤮6👍1
🚨SON DƏQİQƏ
🇮🇷 İranın neft emalı zavodu partladıldı 🏭🛢💥
Bu gün ABŞ ilə elan edilən atəşkəsdən sonra İranın Bəsrə körfəzindəki Lavan adasında yerləşən neft emalı zavodunda bir neçə partlayış baş verib.
Partlayışların səbəbi hələlik məlum deyil.
انفجار در پالایشگاه نفت جزیره لاوان پس از اعلام آتشبس
#İran #Lavan #neftemalızavodu #partlayış

👍7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Ərdəbildə 🇮🇷 Xameneyinin 40 mərasimi keçirildi 👳♂🏴
Bu gün Ərdəbil şəhərində İranın mərhum ali lideri Əli Xameneyinin ölümünün 40-cı günü ilə bağlı anım tədbiri keçirildiyi bildirilir.
Məlumata görə, şəhər sakinləri mərasim təşkil edərək Xameneyinin xatirəsini yad edib, tədbir zamanı ali rəhbərlə bağlı müxtəlif şüarlar səsləndiriblər.
Xatırladaq ki, Əli Xameneyi fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücum nəticəsində öldürülüb. Hadisə zamanı onun kürəkəni, gəlini və nəvəsi də həlak olub.
#İran #ƏliXameneyi #40mərasimi

🤮8😁4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Heqset: “Xarq adasına hücum 🇮🇷 İrana siqnal idi” 🚀🔥
Bu gün ABŞ-nin müharibə naziri Pit Heqset İranla atəşkəs elan olunması və Xarq adasının hücumlara məruz qalması ilə bağlı açıqlama verib.
Heqset bildirib ki, Xarq adasına endirilən zərbələr müəyyən hərbi hədəflərə yönəlib və bu addım Tehran üçün açıq mesaj xarakteri daşıyıb.
Nazirin sözlərinə görə: "Xarqda bəzi hərbi hədəflərimiz var idi ki, bu da bir siqnal idi. Onlar onu müdafiə edə bilmirlər və buna görə də iranlılar sonda öz mövqelərini – gələcəklərini başa düşdülər”.
O, bildirib ki, prezident Donald Tramp açıq şəkildə Tehrana mesaj verib: "Biz hər şeyi sizdən ala bilərik. Enerji ixrac etmək qabiliyyətiniz əlinizdən alına bilər və ABŞ ordusu bu hədəfləri cəzasızlıqla vurmaq qabiliyyətinə malikdir”.
Heqset vurğulayıb ki, məhz bu təzyiq nəticəsində İran tərəfi razılaşmaya razı olub və atəşkəsə gedib.
#ABŞ #İran #Xarqadası #hücum #atəşkəs

❤3😁3🔥1
Azad İran
🇺🇸 ABŞ və 🇮🇷 İran arasında iki həftəlik atəşkəs əldə olunub Bununla bağlı, ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" platformasında yazıb: "Pakistanın baş naziri Şahbaz Şərif və feldmarşalı Asim Munir ilə danışıqlarıma əsasən, onlar bu gecə İrana…
🇦🇲 Ermənistan 🇺🇸 ABŞ-🇮🇷 İran atəşkəsini alqışlayır
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ və İran arasında bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunan atəşkəs razılaşmasını alqışlayıb.
Bununla bağlı, Paşinyan “X” hesabında paylaşım edərək bildirib: “Biz, habelə, Pakistanın da vasitəçilik səylərini yüksək qiymətləndiririk və qətiyyətlə inanırıq ki, bütün həll olunmamış məsələləri aradan qaldırmaq və Yaxın Şərqdə sülhü qorumaq üçün diplomatiya üstünlük təşkil etməlidir”.
#Ermənistan #Paşinyan #İran #ABŞ #atəşkəs

❤3👎1