Azad İran
5.94K subscribers
35K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 Tehranda Mehrabad hava limanı yaxınlığında aviasiya sənayesi obyektləri bombalanıb 🚀✈️💥

بمباران صنایع هوایی کنار فرودگاه مهرآباد تهران

#İran #Mehrabad #havalimanı #bombalanma #İsrail #ABŞ
2👍1
🇺🇸 ABŞ və 🇮🇷 İran arasında iki həftəlik atəşkəs əldə olunub

Bununla bağlı, ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" platformasında yazıb: "Pakistanın baş naziri Şahbaz Şərif və feldmarşalı Asim Munir ilə danışıqlarıma əsasən, onlar bu gecə İrana göndərilən dağıdıcı qüvvəni təxirə salmağımı istədilər və İran İslam Respublikasının Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına razılıq verməsi şərtilə, İranın bombalanmasını və hücumları iki həftə müddətinə dayandırmağa razıyam.

Bu, ikitərəfli atəşkəs olacaq!

Bunun səbəbi odur ki, biz artıq bütün hərbi məqsədlərə çatmışıq və onları aşmışıq və İranla uzunmüddətli sülh və Yaxın Şərqdə sülh üçün yekun razılaşmaya doğru böyük irəliləyiş əldə edirik.

İrandan 10 bəndlik təklif almışıq və biz bunun danışıqlar üçün etibarlı əsas olduğunu düşünürük.
👇👇👇
2🔥1
Azad İran
🇺🇸 ABŞ və 🇮🇷 İran arasında iki həftəlik atəşkəs əldə olunub Bununla bağlı, ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" platformasında yazıb: "Pakistanın baş naziri Şahbaz Şərif və feldmarşalı Asim Munir ilə danışıqlarıma əsasən, onlar bu gecə İrana…
Keçmişdən bəri mübahisəli olan demək olar ki, bütün məqamlar artıq ABŞ və İran arasında razılaşdırılıb, lakin iki həftəlik müddət razılaşmanın tamamlanmasına və həyata keçirilməsinə imkan verəcək.

Amerika Birləşmiş Ştatları adından, Prezident və Yaxın Şərq ölkələrinin nümayəndəsi olaraq, uzun müddətdir davam edən bu problemin həllinə yaxınlaşdığını görmək mənim üçün şərəfdir.
Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"


#ABŞ #İran #atəşkəs

Kanala abunə olun
🔥1
🇮🇷 İranın Tasnim ajansı "🇺🇸 Tramp geri çəkildi" yazıb

Qeyd olunur ki, atəşkəslə bağlı daha ətraflı məlumat İran tərəfindən açıqlanacaq.

"İran və onun "Amerika-sionist" düşmənləri arasında konkret şərtlərlə iki həftəlik atəşkəs elan edilib; Tramp da bunu açıqlayıb və bu iki həftəlik müddətin razılaşmanın yekunlaşdırılması və tamamlanması üçün kifayət edəcəyini bildirib", - agentlik qeyd edib

تسنیم: ترامپ عقب‌نشینی کرد و در پستی نوشت: پیشنهاد ۱۰ بندی از ناحیه ایران دریافت کرده‌ایم و معتقدم که می‌تواند مبنای قابل اتکایی برای مذاکره باشد.
جزئیات دقیق‌تر درباره توقف آتش صورت گرفته از سوی ایران اعلام خواهد شد

#İran #Tasnim #atəşkəs #ABŞ #İsrail

Kanala abunə olun
1🤮1
Azad İran pinned a photo
🇮🇷 Əraqçı ölkənin Ali Milli Təhlükəsizlik Şurası adından bəyanat paylaşdı

"Əziz qardaşım, 🇵🇰 Pakistanın hörmətli Baş naziri cənab Şahbaz Şərifə və Pakistan Ordusunun hörmətli komandanı cənab Feldmarşal Asim Munirə bölgədəki müharibəyə son qoymaq üçün yorulmaz səylərinə görə təşəkkür etmək və minnətdarlıq etmək istəyirəm.

Pakistan Baş nazirinin tvitindəki qardaşlıq xahişinə cavab olaraq, 🇺🇸 ABŞ-nin həmin ölkənin 15 maddəlik təklifləri üzrə danışıqlar aparmaq istəyini və ABŞ prezidentinin İranın 10 maddəlik təkliflərinin hamısını danışıqların əsası kimi qəbul etdiyini elan etməsini nəzərə alaraq, İran Ali Milli Təhlükəsizlik Şurası adından bəyan edirəm:
1. İran İslam Respublikasına hücumlar dayandırılarsa, güclü silahlı qüvvələrimiz də müdafiə hücumlarını dayandıracaq.

2. İran silahlı qüvvələri ilə koordinasiyalı şəkildə və mövcud texniki məhdudiyyətlər nəzərə alınmaqla iki həftə ərzində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq".
🤮31
Azad İran
Photo
🇺🇸 Tramp 🇮🇷 Əraqçının paylaşımını öz profilində bölüşdü

ترامپ پست عراقچی را بازنشر کرد

#Tramp #Əraqçı

Kanala abunə olun
🔥1
🇺🇸 ABŞ-🇮🇷 İran danışıqlarının aprelin 10-da 🇵🇰 Pakistanda baş tutacağı gözlənilir

Pakistan Baş naziri Şahbaz Şərif bu haqda açıqlama verib: "Ən böyük təvazökarlıqla elan etməkdən məmnunluq duyuram ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları, müttəfiqləri ilə birlikdə, Livan və digər yerlər daxil olmaqla, hər yerdə dərhal atəşkəsə razılıq veriblər, Qərar DƏRHAL QÜVVƏYƏ MİNİR.

Mən bu uzaqgörən addımı səmimiyyətlə alqışlayıram və hər iki ölkənin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
Bütün mübahisələri həll etmək üçün yekun razılaşma ətrafında növbəti danışıqlar aparmaq məqsədilə onların nümayəndə heyətlərini 10 aprel 2026-cı il, Cümə günü İslamabada dəvət edirəm.
👇👇👇
🔥1
Azad İran
🇺🇸 ABŞ-🇮🇷 İran danışıqlarının aprelin 10-da 🇵🇰 Pakistanda baş tutacağı gözlənilir Pakistan Baş naziri Şahbaz Şərif bu haqda açıqlama verib: "Ən böyük təvazökarlıqla elan etməkdən məmnunluq duyuram ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları…
Hər iki tərəf diqqətəlayiq müdriklik və anlayış nümayiş etdirmiş, sülh və sabitlik naminə konstruktiv şəkildə fəaliyyətlərini davam etdirmişlər.
Biz səmimiyyətlə ümid edirik ki, "İslamabad Danışıqları" davamlı sülhün əldə olunmasında uğurlu olacaq və yaxın günlərdə daha çox şad xəbərlər paylaşmağı arzulayırıq!"

دعوت نخست وزیر پاکستان از هیات های ایران و امریکا برای حضور در اسلام آباد
1🔥1
AP: 🇺🇸 ABŞ və 🇮🇷 İran arasında atəşkəs gözlənilməz vasitəçilərlə əldə edilib 🤔

“Associated Press” (AP) agentliyi xəbər verib ki, ABŞ və İran arasında atəşkəs razılaşması son anda iki “gözlənilməz oyunçu”nun iştirakı ilə əldə olunub. Məlumata əsasən, razılaşmanın formalaşmasında ABŞ vitse-prezidenti C.D. Vens və Çin mühüm rol oynayıb.

Agentlik vasitəçi ölkələrdən birinin mənbəyinə istinadən yazır ki, Vens dünən danışıqlara qoşulub. Bu, Donald Trampın İranın həyati əhəmiyyətli infrastrukturuna və körpülərə mümkün zərbələr endirmək üçün müəyyən etdiyi son tarix yaxınlaşdığı vaxt baş verib.

AP-nin məlumatında qeyd olunur ki, Çin rəsmiləri də iranlı həmkarları ilə əlaqə saxlayaraq Tehranı atəşkəs razılaşmasına razı salmağa çalışıblar.

Bildirilir ki, Pekin bu prosesdə əsasən Pakistan, Türkiyə və Misir kimi vasitəçi ölkələr üzərindən təsir imkanlarından istifadə edib. (Iranintl)

#ABŞ #İran #atəşkəs #vasitəçilər

Kanala abunə olun
👍1👎1🔥1😁1
🇺🇸 Tramp: “Yaxın Şərqdə qızıl dövr başlaya bilər”

Bu gün ABŞ prezidenti Donald Tramp 🇮🇷 İranla iki həftəlik atəşkəs barədə razılığa gəldikdən bir neçə saat sonra Yaxın Şərqdə “qızıl dövr”ün başlaya biləcəyini və İranın yenidən qurulmasına ümid etdiyini bildirib.

Bununla bağlı, o, özünün “Truth Social” platformasında paylaşım edərək yazıb:

“Dünya sülhü üçün əla bir gün! İran bunun baş verməsini istəyir, kifayətdir! Hamı da belə edir! ABŞ Hörmüz boğazında nəqliyyatın artmasına kömək edəcək. Çoxlu müsbət addımlar atılacaq! Çoxlu pul olacaq. İran yenidənqurma prosesinə başlaya bilər. Hər cür təchizatı təmin edəcəyik və hər şeyin uğurlu getməsini təmin etmək üçün sadəcə gözləyib görəcəyik. Əminəm ki, bu baş verəcək. ABŞ-də yaşadığımız kimi, bu da Yaxın Şərqdə qızıl dövr ola bilər!”

Bu arada, müvəqqəti iki həftəlik atəşkəs elan olunduqdan sonra Pakistan cümə günündən etibarən sülhə nail olmaq məqsədilə Tehran və Vaşinqton arasında danışıqlara ev sahibliyi edəcəyini açıqlayıb.

#ABŞ #Tramp #İran #atəşkəs
👍2🔥1😁1
🇺🇸 Tramp CNN-i 🇮🇷 “İranın qələbəsi” xəbəri ilə bağlı tənqid edib

Bu gün ABŞ prezidenti Donald Tramp İranın “qələbəsi” ilə bağlı yayılan yazıdan sonra CNN telekanalını sərt tənqid edib.

Tramp “Truth Social” platformasında paylaşım edərək bildirib ki, CNN etibarlı mənbə kimi təqdim etdiyi bir xəbərdə Nigeriyadan olan saxta xəbər saytına istinad edib və bu məlumat “fırıldaq” xarakteri daşıyır.

ABŞ prezidenti qeyd edib ki, İranın rəsmi mövqeyi və bəyanatı onun öz “Truth Social” hesabında yerləşdirilib.

Tramp habelə, bu cür məlumatların yayılmasında cinayət tərkibi olub-olmadığını müəyyən etmək üçün araşdırmanın başladıldığını açıqlayıb.

#ABŞ #Tramp #İran #atəşkəs #telekanal #xəbər #tənqid

Kanala abunə olun
👍2🔥1😁1
Azad İran
🇮🇶 Bağdadda 🇺🇸 amerikalı jurnalist qaçırıldı İraqın paytaxtı Bağdadda amerikalı qadın jurnalistin qaçırıldığı bildirilir. CNN telekanalının milli təhlükəsizlik üzrə analitiki bildirib ki, dostu Şelli Kitlsonun qaçırıldığını və hazırda Bağdadda girov saxlanıla…
🇺🇸 Rubio amerikalı jurnalistin azadlığa buraxıldığını təsdiqlədi

Bu gün ABŞ-nin dövlət katibi Marko Rubio bir həftə öncə İraqda qaçırılan amerikalı jurnalist Şelli Kitlsonun azadlığa buraxıldığını təsdiqləyib.

Rubio “X” hesabında bildirib ki, jurnalist İranın dəstəklədiyi “Kətaib Hizbullahı” silahlıları tərəfindən qaçırılmışdı.

Dövlət katibi açıqlamasında jurnalistin azadlığa buraxılmasına göstərilən dəstəyə görə FTB-yə, ABŞ Müdafiə Nazirliyinə, ABŞ agentliklərinə, İraq Ali Məhkəmə Şurasına və iraqlı tərəfdaşlara təşəkkür edib.

Rubio qeyd edib ki, bu hadisə Tramp administrasiyasının ABŞ vətəndaşlarının harada olmalarından asılı olmayaraq təhlükəsizliyini təmin etmək öhdəliyini göstərir.

Hazırda Şelli Kitlsonun İraqdan təhlükəsiz şəkildə çıxarılması üçün tədbirlərin davam etdiyi bildirilib. (Independent Persian)

#ABŞ #jurnalist #İran #qaçırılma #azadlıq

Kanala abunə olun
3🔥1😁1
🇮🇷 İranda saxlanılan 🇫🇷 fransalı cütlük azad edildi ✌️

Dünən aylarla İranda həbsdə saxlanılan iki Fransa vətəndaşı Sesil Kohler və Jak Parisin şərti olaraq azadlığa buraxıldığı açıqlanıb. Bununla bağlı, Fransa prezidenti Emmanuel Makron və xarici işlər naziri Jan-Noel Barro “X” hesablarında məlumat veriblər.

Makron bildirib ki, “Sesil Kohler və Jak Paris İranı tərk edib və indi əbədi olaraq azaddırlar”.

IRNA rəsmi xəbər agentliyi isə iddia edib ki, fransalı cütlüyün sərbəst buraxılması Fransanın Lion şəhərində yaşayan iranlı tələbə Mehdiyə İsfəndiarinin azadlığa buraxılması və Fransanın Beynəlxalq Ədalət Məhkəməsində İran rejiminə qarşı şikayətini geri götürməsi ilə əlaqəli ola bilər.

Fransalı cütlük əvvəllər “Fransa kəşfiyyatının xeyrinə casusluq etmək” ittihamı ilə tutularaq 30 ildən artıq həbs cəzasına məhkum olunmuşdu. (Iranintl)

#İran #Fransa #cütlük #həbs #azadlıq

Kanala abunə olun
🔥1😁1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran raketlər üzərində 🇺🇸 ABŞ-yə mesaj verir 🚀

Dünən SEPAH İsrailə qarşı həyata keçirilən son raket hücumlarında ilk dəfə “Xeybər” raketlərini atəşləmək üçün ikili buraxılış platformasından istifadə etdiyini açıqlayıb.

Məlumata görə, bu texnologiya eyni anda iki raketin buraxılmasına imkan verir və hava hücumundan müdafiə sistemlərində raketlərdən ən azı birinin hədəfə çatmaq ehtimalını artırır.

SEPAH-ın açıqlamasına paralel olaraq "Fars News" agentliyi raket buraxılışlarına dair video yayıb. Videoda raketlərin üzərində müxtəlif siyasi mesajların yazıldığı görünür.

Görüntülərdə raketlərin üzərində “Ağ Evdə alçaq olmaq təhqir deyil, bu, iş üçün tələb olunan bir şərtdir”“Amerikanı Tramp özü məhv edəcək” kimi ifadələrin yer aldığı bildirilir.

سپاه برای اولین بار از سکوهای پرتاب موشک دوگانه استفاده کرد

#İran #SEPAH #raket #ABŞ #İsrail #hücum #mesaj

Kanala abunə olun
🔥1
🇮🇷 İran televiziyası Xameneyinin atəşkəs bəyanatını yayımladı 👳‍♂️📺

Dünən İran dövlət televiziyası ABŞ prezidenti Donald Trampın mümkün atəşkəs elanından təxminən iki saat sonra İranın yeni ali lideri Müctəba Xameneyinin atəşkəs əmri verdiyini bildirib.

Yayımlanan bəyanatda qeyd olunub ki, atəşkəs əmri ölkənin bütün hərbi hissələrinə göndərilib və hərbi strukturların əmrlərə tam şəkildə tabe olması tələb olunur.

Bəyanatda vurğulanıb: "Bu, müharibənin sonu deyil, ancaq bütün hərbi strukturlar əmrə tabe olmalı və atəşi dayandırmalıdır”.

Qeyd edək ki, Müctəba Xameneyi son 40 gündür ictimaiyyət qarşısına çıxmayıb. Daha öncə “The Times” qəzeti kəşfiyyat məlumatlarına istinadən onun Qum şəhərində ağır vəziyyətdə müalicə olunduğunu, komada qaldığını və qərar qəbul etmək imkanının məhdud olduğunu yazmışdı.

#İran #MüctəbaXameneyi #bəyanat #ABŞ #atəşkəs

Kanala abunə olun
🤮52😁1