Azad İran
5.94K subscribers
35K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Azad İran
TƏCİLİ 🚨 🇮🇱 İsrail 🇮🇷 İran vətəndaşlarına xəbərdarlıq etdi 🗣🚉 Bu gün İsrail İran vətəndaşlarına qatarlarda səyahətdən çəkinməyi tövsiyə edib. Bununla bağlı, İsrail Müdafiə Qüvvələri özünün farsdilli "X" hesabında məlumat yayıb. İsrail Müdafiə Qüvvələri…
🇮🇱 İsrail 🇮🇷 İranda dəmir yolu xətlərinə hücum etdi 🛤️🚀

Bu gün İsrail ordusu Kərəc şəhərində dəmir yolu xəttinə raket zərbəsi endirib.

Eyni zamanda, İsfahan əyalətinin Kərəc şəhərindəki Yəhya Abad dəmir yolu körpüsü hücuma məruz qalıb.

Məlumata görə, hücum nəticəsində yaralananlar olub. Hazırda təcili yardım xidməti zərərçəkmişlərə müdaxilə edib.

Xatırladaq ki, bu gün İsrail Müdafiə Qüvvələri İran vətəndaşlarını qatarlarda səyahətdən çəkinməyə çağırıb.

#İsrail #İran #dəmiryolu #hücum

Kanala abunə olun
👍7
🇮🇷 SEPAH 🇺🇸 ABŞ-ni tədələdi 🔥

Bu gün SEPAH mediası yaydığı bəyanatda ABŞ ordusunu “terrorçu” adlandıraraq, Vaşinqtona sərt xəbərdarlıq edib.

SEPAH açıqlamasında qeyd edib: "Əgər Amerika qoşunları qırmızı xətləri keçərsə, cavab tədbirləri regiondan kənara çıxacaq”.

SEPAH eyni zamanda ABŞ və müttəfiqlərinin infrastrukturuna ağır zərbələr endirəcəyi ilə hədələyib: "Biz ABŞ və müttəfiqlərinin infrastrukturuna elə zərbələr endirəcəyik ki, onlar uzun illər bölgədə neft və qazdan məhrum qalacaqlar”.

Bəyanatda ABŞ-nin regional tərəfdaşlarına da mesaj verilib. SEPAH bildirib ki, indiyə qədər “mehriban qonşuluq münasibətləri” səbəbindən müəyyən təmkin nümayiş etdirilib, lakin bundan sonra cavab tədbirləri üçün hədəf seçərkən əvvəlki məhdudiyyətlər nəzərə alınmayacaq.

#İran #SEPAH #ABŞ #bəyanat #təhdid

Kanala abunə olun
🤮5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇶 İraqda 🇮🇷 İranın sərhəd-keçid məntəqəsi bombalandı 💣

Bu gün İraqın Bəsrə şəhəri ilə üzbəüz sərhəd xəttində yerləşən sərhəd-keçid məntəqəsinin hücuma məruz qaldığı bildirilir.

Məlumata görə, hücum nəticəsində sərhəd məntəqəsi hədəfə alınıb və ərazidə partlayışlar qeydə alınıb. Zərbələr ABŞ-İsrail qüvvələri tərəfindən həyata keçirilib.

#ABŞ #İsrail #İran #İraq #sərhədməntəqəsi #hücum

Kanala abunə olun
🔥32👍1
Hücumdan sonra Həştrud-Təbriz körpüsü 🌉🚀

Bu gün 🇮🇱 İsrail ordusu Həştrud-Təbriz körpüsünə zərbə endirib. Hücum nəticəsində körpüyə ciddi zərər dəyib.

حمله اسرائیل به پل هشترود-تبریز

#İsrail #Təbriz #körpü #hücum

Kanala abunə olun
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🗣 Hörmüz boğazını bağlamaq 🇮🇷 İrana baha başa gələ bilər 🌊🚢

Bu gün 🇺🇸 ABŞ-nin vitse-prezidenti C.D. Vens İranın Hörmüz boğazını bağlaması ilə bağlı açıqlama verib.

Vensin sözlərinə görə, İran Hörmüz boğazı vasitəsilə ABŞ-yə iqtisadi ziyan vurmağa çalışır, ancaq bu İrana baha başa gələ bilər.

“İran Hörmüz boğazı vasitəsilə ABŞ-yə və dostlarına iqtisadi ziyan vurmağa çalışsa da, Amerikanın İrana vuracağı iqtisadi təsir bundan qat-qat böyük olacaq. Ümid edirəm ki, onlar bu reallığı anlayırlar”, - deyə, vitse-prezident vurğulayıb.

#İran #Hörmüzboğazı #ABŞ #iqtisadiziyan

Kanala abunə olun
🔥5
🇮🇱 İsrail Zəncan dəmir yolu körpüsünü də partladı 🛤💣

Bu gün İsrail ordusu Güney Azərbaycanın Zəncan əyalətinin Əminabad bölgəsi yaxınlığındakı dəmir yolu körpüsünə hava hücumu həyata keçirib.

Zərbə nəticəsində körpü partladılıb və ərazidə yerləşən dəmir yolu stansiyası hücumdan təsirlənib.

#İsrail #Zəncan #dəmiryolu #körpü #hücum

Kanala abunə olun
4👍2
🇺🇸 Trampdan 🇮🇷 İranla bağlı sərt mesaj: “Bu gecə bütöv bir sivilizasiya öləcək” ❗️

Bu gün ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” platformasında paylaşım edərək, Tehranla razılaşma üçün son vaxtın bitdiyini bildirib.

“Bu gecə bütöv bir sivilizasiya öləcək və bir daha geri qayıtmayacaq. Mən bunun baş verməsini istəmirəm, ancaq yəqin ki, baş verəcək. Bununla belə, artıq bizdə tam və qətiyyətli rejim dəyişikliyi baş verdiyi üçün — hansı ki, burada fərqli, daha ağıllı və daha az radikallaşmış beyinlər üstünlük təşkil edir — bəlkə də inqilabi dərəcədə gözəl bir şey baş verə bilər, kim bilir?

Biz bunu bu gecə öyrənəcəyik. Dünyanın uzun və mürəkkəb tarixinin ən vacib anlarından biri. 47 illik qəsb, korrupsiya və ölüm nəhayət sona çatacaq. Tanrı böyük İran xalqını qorusun!”,
- deyə, Tramp paylaşımında vurğulayıb.

#ABŞ #Tramp #İran

Kanala abunə olun
9👍2
🇺🇸 ABŞ senatoru: “Briqadamız Yaxın Şərqə yola düşür”

Bu gün ABŞ-İsrail-İran müharibəsi fonunda Arkanzas ştatının senatoru Tom Kotton özünün “X” hesabında paylaşım edərək bildirib ki, 142-ci Sahə Artilleriya Briqadası Yaxın Şərqə göndərilir.

Kotton qeyd edib: "Bu gün Arkanzasdan olan 142-ci Sahə Artilleriya Briqadasının cəsur kişi və qadınları Yaxın Şərqə gedir”.

Qeyd edək ki, 142-ci Sahə Artilleriya Briqadası ABŞ ordusunun uzaq məsafədən atəş və dəstək təmin edən əsas artilleriya qüvvəsidir.

#ABŞ #senator #briqada #YaxınŞərq

Kanala abunə olun
3🔥3
Azad İran
🇮🇶 Bağdadda 🇺🇸 amerikalı jurnalist qaçırıldı İraqın paytaxtı Bağdadda amerikalı qadın jurnalistin qaçırıldığı bildirilir. CNN telekanalının milli təhlükəsizlik üzrə analitiki bildirib ki, dostu Şelli Kitlsonun qaçırıldığını və hazırda Bağdadda girov saxlanıla…
🇮🇶 İraq kəşfiyyatı: “Qaçırılan 🇺🇸 ABŞ jurnalisti Bağdad yaxınlığında saxlanılır”

İraqın kəşfiyyat orqanları hesab edir ki, martın sonunda qaçırılan amerikalı jurnalist Şelli Kitlson sağdır və Bağdaddan 40 mil aralıda, “Kətaib Hizbullahı” tərəfindən tutulur.

“The Washington Post” qəzetinin məlumatına görə, jurnalist Curf əl-Səxr şəhərində İrana bağlı “Kətaib Hizbullahı” proksu qrupunun hərbi obyektlərindən birində saxlanılır.

İraq hakimiyyəti bu qaçırılmanın ABŞ-nin hava hücumlarından qorunmaq məqsədi ilə edilə biləcəyini bildirir.

Bundan əlavə, ABŞ hakimiyyəti jurnalistin xilas edilməsi üçün İraq rəhbərliyinə təzyiq göstərir.

#ABŞ #jurnalist #İraq #Bağdad #KətaibHizbullahı

Kanala abunə olun
2🔥2👎1
🇮🇷 SEPAH-ın yeraltı obyektləri vuruldu 🚀💥🔥

Bir neçə gün öncə 🇺🇸 ABŞ-nin B-2A Spirit strateji qırıcıları tərəfindən Tehranın şimalında, Camaran bölgəsinin dağlarında yerləşən SEPAH-ın yeraltı qərargahı hədəfə alınıb.

Məlumata görə, dağlıq ərazidə yerləşən hərbi obyektin peyk görüntülərində rabitə qovşağı və yeraltı tunellərə bir neçə giriş görünür. Hücumun dəqiq nəticələri barədə hələ rəsmi açıqlama verilməyib.

#ABŞ #İran #SEPAH #yeraltıobyekt #hücum

Kanala abunə olun
🔥83
🇮🇱 İsrail ordusu 🇮🇷 İranda silah daşımaq üçün istifadə edilən səkkiz körpüyə zərbə endirib 🚀🌉

İsrail Hərbi Hava Qüvvələri İranda ölkənin silahlı qüvvələri tərəfindən silah və hərbi texnikanın daşınması üçün istifadə edilən səkkiz körpüyə havadan hücumlar həyata keçirib.
Hücumlar Tehran, Kərəc, Təbriz, Kaşan və Qum şəhərlərində baş tutub.

Ordunun bəyanatında deyulir: "Hücumdan əvvəl mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün tədbirlər görülüb, o cümlədən dəqiq idarə olunan sursatlardan və hava fotoqrafiyasından istifadə edilib".

حملات هوایی اسرائیل به پلهایی در ایران

#İsrail #İran #körpü #hücum

Kanala abunə olun
5👍4🔥1🤬1
🇺🇸 ABŞ və 🇮🇱 İsrail 🇮🇷 Tehrandakı sinaqoqlardan birini dağıdıb 🕍🚀💥

İran mediasının məlumatına görə, ABŞ və İsrailin hava hücumları nəticəsində İran paytaxtının mərkəzi rayonlarından birində sinaqoq dağıdılıb.

آمریکا و اسرائیل یکی از کنیسه‌های یهودیان در تهران را تخریب کردند

#İran #Tehran #sinaqoq #ABŞ #İsrail

Kanala abunə olun
😁52🔥2🤬1