NYP: “🇮🇷 İranın keçmiş rəsmisinin oğlu 🇺🇸 Kaliforniyada dəbdəbəli həyat sürür”
“The New York Post” qəzetinin məlumatına görə, İranın Ətraf Mühit Təşkilatının keçmiş rəhbəri və sabiq vitse-prezident Məsumə Ebtekarın oğlu İsa Haşemi Los-Ancelesdə varlı kaliforniyalı uşaqlara psixologiya dərsləri verir və dəbdəbəli həyat tərzi sürür.
Qəzet yazır ki, Haşemi, anasının 1979-cu ildə ABŞ-nin Tehrandakı səfirliyinin işğalı zamanı mühüm rol oynadığı üçün tənqid olunub. Dünən bir qrup vətəndaş cəmiyyəti fəalı və petisiya təşkilatçısı ABŞ hökumətini İsa Haşemini araşdırmağa və deportasiya etməyə çağırıb.
Qəzet bildirir ki, Haşemi bazar ertəsi günü idman etdiyi lüks klubdan çıxarkən jurnalistlərin suallarına cavab verməkdən imtina edib və anasının keçmişi ilə bağlı sualları “qulaqardına vurub”.
Ebtekar 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin işğalı zamanı qrupun üzvü olmuş və girov götürülmə zamanı ingilis dilində sərbəst danışaraq qrupun sözçüsü kimi çıxış etmişdi.
#İran #keçmişrəsmi #oğul #ABŞ #Kaliforniya

🤬4❤2
🇮🇷 Süleymaninin qohumunun geyim tərzi diqqət çəkdi: yaşayış icazəsi ləğv edildi 💃❌
SEPAH-ın Qüds qanadının öldürülmüş komandanı Qasım Süleymaninin bacısının nəvəsi ABŞ-də daimi yaşayış icazəsindən məhrum edilib.
Süleymaninin bacısının nəvəsi, 25 yaşlı Sarina Sadat Hüseyni, anasının İran rejimini təbliğ etdiyi illərdə ABŞ-nin görməli yerlərinə səyahət edib və dəbdəbəli həyat tərzi sürüb. Onun geyim tərzi və İslam Respublikasının qaydalarına uyğun olmayan üslubu sosial mediada geniş müzakirələrə səbəb olub. Sadat Hüseyninin həbs edildiyi də açıqlanıb.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Sarina Sadat Hüseyninin qanuni daimi yaşayış icazəsi (Green card) ləğv edilib. Bu qərarın ABŞ-İran gərginliyi və İran rejimi ilə əlaqəli şəxslərin nəzarəti çərçivəsində verildiyi vurğulanır.
سارینا سادات حسینی نوه خواهر قاسم سلیمانی که در امریکا بازداشت شد
#İran #QasımSüleymani #qohum #ABŞ #yaşayışicazəsi #ləğv
Kanala abunə olun

❤6😁4👍1
Pezeşkian xalqa müraciət etdi: “🇮🇷 İranı müdafiə etməyə hazırıq”
Bu gün İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım edərək 14 milyondan çox iranlının ölkəsini müdafiə etmək üçün canlarını fəda etməyə hazır olduğunu bildirib.
"İndiyə qədər 14 milyondan çox cəsur iranlı ölkəsini müdafiə etmək üçün canlarından keçməyə hazır olduqlarını bəyan edib. Mən də İran üçün canımı fəda etməyə hazır olmuşam, hazıram və hazır olacağam”, - deyə, Pezeşkian vurğulayıb.
پزشکیان: بیش از ۱۴ میلیون ایرانی غیور تا این لحظه اعلام آمادگی کردهاند جان خود را برای دفاع از ایران فدا کنند. من نیز جانفدای ایران بودهام، هستم و خواهم بود.
#İran #Pezeşkian #xalq #müraciət #müdafiə

🤮9❤1
The Times: “🇮🇷 Müctəba Xameneyi Qumda müalicə alır” 👳♂️👨⚕️
İranın yeni ali lideri Müctəba Xameneyinin Qumda müalicə aldığı bildirilib. “The Times” qəzetinin məlumatına görə, bu dəyərləndirmə onun ölkəni idarə etmək iqtidarında olmadığını göstərir.
ABŞ və İsrail kəşfiyyatına əsaslandığı və Körfəz müttəfiqlərinə paylandığı iddia edilən diplomatik notada Müctəba Xameneyinin huşsuz olduğu bildirilir. Onun vəziyyətinin ağır olduğu iddia edilib.
“Müctəba Xameneyi Qumda ağır vəziyyətdə müalicə alır və qərarların qəbul edilməsi prosesində iştirak edə bilmir”, - nəşrin istinad etdiyi kəşfiyyat məlumatlarında deyilir. Qəzet qeyd edib ki, Xameneyinin yeri ilk dəfə açıqlanır.
#İran #MüctəbaXameneyi #alilider #Qum #müalicə

😁4🔥1🤮1
🇺🇸 Tramp və xanımı 🇮🇷 İranla bağlı danışdı 🗣️
Dünən ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Ağ Evdə keçirilən Pasxa mərasimində jurnalistlərin İranla bağlı suallarını cavablandırıblar.
Melaniya Tramp İranla müharibəni “onların gələcəyi və təhlükəsizliyi üçün” şərh edib. Prezident Tramp isə bildirib ki, ABŞ iranlı uşaqlar və vətəndaşların təhlükəsizliyini təmin etməyə çalışır, ancaq eyni zamanda İranın nüvə silahına malik olmaması üçün tədbirlər görür: "İran nüvə silahına sahib olmamalıdır. Onlar dəlidirlər və nüvə silahı əldə edə bilməzlər".
Tramp əlavə edib ki, İran xalqı hakimiyyətə qarşı müqavimət göstərmək istəyir, ancaq hal-hazırda silahları yoxdur və küçəyə çıxmaq təhlükəlidir. O, vurğulayıb ki, atəşkəs ehtimalı var, çünki İran qüvvələri tamamilə məhv edilirlər, ancaq ABŞ üçün hələ də çox sayda əməliyyat variantları mövcuddur. (Independent Persian)
#ABŞ #Tramp #İran #müharibə

❤6👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 İran helikopterlərinə zərbə endirdi 🚁🚀🔥
İsrail Hərbi Hava Qüvvələri Kərəcdə yerləşən “Fəth” helikopter meydançasını hədəf alaraq İranın Mi-17 və AH-1J Cobra helikopterlərini məhv edib.
Əməliyyat zamanı helikopterlərin vurulma anının görüntüləri yayılıb və hadisə İsrailin İran hərbi infrastrukturuna yönəlmiş əməliyyatları çərçivəsində baş verib.
#İsrail #İran #Kərəc #helikopter #hücum

👍7❤2
🚨SON DƏQİQƏ
🇹🇷 İstanbulda 🇮🇱 İsrail konsulluğuna silahlı hücum olub 🔥
Bu gün İstanbulda İsrail konsulluğunun binasına silahlı hücum edilib.
Məlumata görə, hadisə zamanı üç şübhəli şəxs zərərsizləşdirilib, iki polis isə yaralanıb.
#Türkiyə #İstanbul #İsrail #konsulluq #silahlıhücum

🤬6🔥1😁1
🇮🇷 İranın radikal siyasətçisi müharibə fonunda sərt mesaj verdi
İranda radikal siyasi qüvvələri təmsil edən tanınmış fiqurlardan biri, prezidentliyə keçmiş namizəd Səid Cəlili 🇺🇸 ABŞ-🇮🇱 İsrail-İran müharibəsi fonunda “X” hesabında paylaşım edib.
Cəlili paylaşımında ABŞ və İsraili nəzərdə tutaraq bildirib ki, “düşmən” beynəlxalq qanunlara riayət etmədiyini açıq şəkildə etiraf edir.
"Düşmənin özü etiraf edir ki, heç bir beynəlxalq qanuna riayət etmir. Belə bir düşmənin qarşısında romantik baxışların yeri yoxdur. Bu meydan reallıq və müqavimət meydanıdır”, - deyə, Cəlili vurğulayıb.
#İran #SəidCəlili #radikalsiyasətçi #ABŞ #İsrail #müharibə #müqavimətmeydanı

🤮6
👎6❤1