Azad İran
5.94K subscribers
35K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇺🇸 ABŞ-nin 🇮🇷 İranda əməliyyatı: İslam Respublikasının zəif nöqtələri açıqlandı

Hudson İnstitutu yayımladığı analitik hesabatda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotun İran ərazisində xilas edilməsi əməliyyatını dəyərləndirərək, bu hadisənin üç mühüm məqama aydınlıq gətirdiyini bildirib.

Hesabatda qeyd olunub ki, pilotun İran daxilində xilas edilməsi aşağıdakı nəticələri ortaya çıxarıb:

• ABŞ-nin İran ərazisində İslam Respublikası üzərində tam hərbi üstünlüyə malik olması və bu ölkədə yüksək riskli əməliyyatlar həyata keçirə bilməsi;
• Çinin illərdir İran rejiminə təqdim etdiyi müşahidə və nəzarət sistemlərinin arxitekturasının ciddi şəkildə sıradan çıxması, İranın buna baxmayaraq milyardlarla dollar vəsait xərcləməsi;
• SEPAH-ın hərbi qurum kimi fəaliyyətini davam etdirmək qabiliyyətinin kritik mərhələyə yaxınlaşması, yəni təşkilatın hərbi imkanlarının tükənmək üzrə olduğu qənaətinin güclənməsi. (Independent Persian)

#ABŞ #pilot #İran #xilasetməəməliyyatı

Kanala abunə olun
8🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇸🇦 Səudiyyə Ərəbistanındakı ən böyük sənaye mərkəzini vurdu 🚀🏭🔥

Dünən İranın Səudiyyə Ərəbistanının Əl-Cübeyl şəhərinə raket zərbəsi endirdiyi bildirilib.

Məlumata görə, raketlərin düşməsi şəhərdə yerləşən sənaye obyektlərinin yaxınlığında güclü yanğına səbəb olub.

Qeyd edək ki, Əl-Cübeyl Yaxın Şərqin ən böyük sənaye mərkəzlərindən biri hesab olunur. Şəhər Səudiyyə Ərəbistanının əsas neft-kimya və enerji müəssisələrinə ev sahibliyi edir və ölkənin strateji iqtisadi infrastrukturunun mühüm hissəsini təşkil edir.

#İran #SəudiyyəƏrəbistanı #sənayemərkəzi #hücum

Kanala abunə olun
👎43
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda sinaqoq vuruldu 🕍🚀

Dünən Tehranın mərkəzində yerləşən yəhudi sinaqoqunun raket zərbəsinə məruz qaldığı bildirilir.

Məlumata görə, zərbə nəticəsində sinaqoqun binası qismən dağılıb və ciddi zədələnib. Hücumun ABŞ-İsrail qüvvələri tərəfindən həyata keçirildiyini vurğulanıb. (Snn.ir)

آسیب و تخریب ساختمان کنیسه یهودیان در مرکز تهران

#İran #Tehran #sinaqoq #hücum

Kanala abunə olun
1🔥1
Azad İran
🇮🇷 İran bir 🇯🇵 Yaponiya vətəndaşını azad etdi: Digərinin taleyi gözlənilir İran həbsdə olan iki Yaponiya vətəndaşından birini azad edib. Bu barədə açıqlama verən Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib ki, azadlığa buraxılan şəxs yaxın…
🇮🇷 İranda saxlanılan 🇯🇵 yaponiyalı jurnalist azadlığa buraxıldı

Bu gün Yaponiyanın hökumət mənbələri İranda yanvar ayından bəri saxlanılan yapon jurnalistin azadlığa buraxıldığını açıqlayıb.

“Kyodo News” agentliyinin məlumatına görə, sözügedən şəxs NHK Yaponiya ictimai televiziyasının Tehran bürosunun rəhbəridir. Bildirilir ki, jurnalist sərbəst buraxılsa da, hələlik İranı tərk etməsinə icazə verilməyib və o, Tehranda qalmağa məcburdur.

Qeyd olunub ki, jurnalistin azadlığa buraxılması İran və Yaponiyanın xarici işlər nazirləri arasında bir gün öncə aparılan telefon danışığından sonra baş tutub.

Yaponiyanın xarici işlər naziri daha öncə İran tərəfinə müraciət edərək saxlanılan vətəndaşların azadlığa buraxılmasına çağırıb. (Iranintl)

#Yaponiya #jurnalist #İran #həbs #azadlıq

Kanala abunə olun
3🔥1
🇸🇾 Suriyada 🇺🇸 ABŞ-nin raket sisteminin komponenti tapıldı 🚀

ABŞ-İsrail-İran müharibəsi zamanı istifadə edildiyi bildirilən Amerikanın THAAD raketdən müdafiə sisteminə aid “öldürücü vasitə” komponentinin Suriyanın cənubunda tapıldığı bildirilib.

Sözügedən hissə Suriyanın Süveyda bölgəsində aşkar edilib. Məlumata görə, bu komponent THAAD-ın əsas zərbə hissəsi hesab olunur və hədəfləri partlayışla deyil, birbaşa yüksək sürətli toqquşma yolu ilə məhv edir. Bu sistem “vur-öldür” (hit-to-kill) prinsipi ilə işləyir.

Qeyd olunub ki, THAAD klassik döyüş başlığı olmadığı üçün, raket missiyasını yerinə yetirdikdən və ya hədəfi vura bilmədikdən sonra komponentin bütöv şəkildə yerə düşməsi mümkündür.

#ABŞ #THAAD #raketsistemi #Suriya

Kanala abunə olun
2🔥1
🇮🇷 İranın bir neçə şəhəri və hava limanı hədəfə alındı ✈️🚀🔥

Dünən gecə və bu gün səhər saatlarında ABŞ və İsrail qüvvələri tərəfindən İranın mərkəzi və cənub bölgələrində yerləşən bir sıra şəhərlər raket hücumlarına məruz qalıb.

Məlumata əsasən, hücumların Urmiya, Tehran, İsfahan, Qəzvin, Əhvaz, Xorrəmşəhr, Yəzd, Məşhəd və Təbriz də daxil olmaqla bir neçə şəhəri əhatə etdiyi bildirilir.

Urmiya hava limanının və Xoy şəhəri də daxil olmaqla bəzi ərazilərin raket hücumlarına məruz qaldığı açıqlanıb.

Bildirilib ki, hücum zamanı Tehranda Mehrabad və Bəhram hava limanları hədəfə alınıb və nəticədə onlarla təyyarə, helikopter və müxtəlif hərbi infrastrukturlar məhv edilib.

İsfahan əyalətində isə Kaşan hava limanına hücum edildiyini, eləcə də Nəcəfabadda və ətraf bölgələrdə bir neçə partlayışın qeydə alındığını vurğulanıb.

#ABŞ #İsrail #İran #havalimanları #hücum

Kanala abunə olun
🔥31
🇮🇱 İsrail 🇮🇷 İranda gəmiqayırma zavoduna zərbə endirdi 🚢🚀

Dünən İsrail qüvvələrinin Xorrəmşəhrdəki Şəhid Musəvi gəmiqayırma zavoduna hücum etdiyi bildirilib.

Məlumata görə, zərbə nəticəsində güclü partlayışlar baş verib.

وضعیت بحرانی صنایع دریایی شهید موسوی پس از حملات اسرائیل

#İsrail #İran #gəmiqayırmazavodu #hücum

Kanala abunə olun
👍31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu dəfə 🇮🇷 iranlı mollanın əmmaməsi 🇺🇸 Los-Ancelesdə başından getdi 👳‍♂️

Sosial mediada paylaşılan videoya əsasən, Los-Ancelesdə gənc qadın iranlı mollaya hücum edərək onun əmmaməsini başından çıxararaq yerə atıb.

Etirazçı qadın mollaya qarşı kəskin etirazını dilə gətirib. Bəzi sosial media istifadəçiləri hadisəyə şərh verərək bildiriblər ki, “Bu molla Los-Anceles küçələrində qorxmadan necə gəzə bilir?”

عمامه پرانی در لس‌آنجلس!

#LosAnceles #İran #molla #əmmamə #etiraz

Kanala abunə olun
😁7👍51👎1
WSJ: “🇺🇸 ABŞ 🇮🇷 İranın enerji obyektlərinə hücuma hazırlaşır” 🚀

“The Wall Street Journal” qəzeti yazıb ki, ABŞ ordusu İrandakı enerji obyektlərinə mümkün hücumlar üçün hazırlaşır.

Amerikalı rəsmilər qeyd ediblər ki, hərbi komandanlar prezident Donald Trampın əmri ilə enerji infrastrukturu hədəflərinə hücum etmək qərarına gəlsə, ona təqdim etmək üçün əvvəlcədən hazırlanmış hədəf siyahılarını nəzərdən keçirirlər.

Eyni zamanda, Tramp son günlərdə Tehran üzərində təzyiqi artırıb. O, bildirib ki, İran Hörmüz boğazını çərşənbə axşamına qədər açmasa, ABŞ onun bütün elektrik stansiyalarını məhv etməyə hazırdır.

وال‌استریت ژورنال: آماده‌باش ارتش آمریکا برای حمله به اهداف انرژی جمهوری اسلامی

#ABŞ #İran #enerjiobyektləri #hücum #təhdid #xəbərdarlıq #Tramp

Kanala abunə olun
🔥31
🇺🇸 ABŞ minlərlə 🇮🇷 iranlının vizasını ləğv etməyi düşünür

Ağ Evin keçmiş siyasi müşaviri və jurnalist Keti Miller bildirib ki, prezident Donald Tramp və dövlət katibi Marko Rubio İslam Respublikası ilə əlaqəli 3000-4000 iranlının ABŞ vizasını ləğv etməyi nəzərdən keçirirlər. Bununla bağlı, “Fox News” telekanalı xəbər verib.

Məlumat Həmidə Süleymani Əfşarın işinə istinad edilərək verilib. Həmidə Süleymani Əfşar SEPAH-ın öldürülmüş komandanı Qasım Süleymaninin qardaşı qızıdır. O, bir neçə gün öncə ABŞ-də həbs olunub. Miller ABŞ-nin əvvəlki administrasiyalarını ikili standart tətbiq etməkdə tənqid edib.

Qeyd olunub ki, Həmidə Süleymani Əfşar və qızının açıq geyimlərlə, əlində şampan qədəhləri olan görüntülərinin sosial mediada paylaşılması geniş reaksiyalara səbəb olub. (Independent Persian)

#ABŞ #İran #vətəndaşlar #viza #ləğv

Kanala abunə olun
👏4😁2
TƏCİLİ 🚨

🇮🇱 İsrail 🇮🇷 İran vətəndaşlarına xəbərdarlıq etdi 🗣🚉

Bu gün İsrail İran vətəndaşlarına qatarlarda səyahətdən çəkinməyi tövsiyə edib. Bununla bağlı, İsrail Müdafiə Qüvvələri özünün farsdilli "X" hesabında məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri (IDF) İran vətəndaşlarını təhlükəsizlik səbəbləri əsasında İran vaxtı ilə saat 21:00-a qədər qatarlarda səyahət etməkdən çəkinməyə çağırıb.

IDF-nin təqaüdçü sözçüsü Kamal Penhasi bildirib ki, dəmir yollarında və ya qatarlarda olmaq həyat üçün təhlükə yarada bilər. O, əlavə edib:

"Əziz vətəndaşlar, təhlükəsizliyiniz üçün sizdən bu axşama qədər qatarlarda səyahət etməkdən və ya dəmir yolu relslərinin yaxınlığında olmaqdan çəkinməyinizi xahiş edirik”.

#İsrail #İran #vətəndaşlar #xəbərdarlıq #çağırış #qatar #səyahət #imtina

Kanala abunə olun
🔥4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸Tramp: “🇮🇷 İran xalqına silah çatmalı idi, ancaq...”

Dünən ABŞ prezidenti Donald Tramp yenidən açıqlama verərək bildirib ki, ABŞ bu ilin yanvar ayında İranda baş verən kütləvi etirazlar zamanı etirazçılara hökumət qüvvələrinə müqavimət göstərmək üçün silah göndərib.

"İran əhalisinin silahı yoxdur. Biz onlara bir qədər silah göndərdik. Həmin silah İran xalqına çatmalı idi. Amma bilirsiniz, nə oldu? Həmin silahı çatdırmalı olan adamlar onu özlərinə götürdülər. Dedilər nə yaxşı silahdır! və özlərində saxladılar. Mən bəlli qrupdan olan bu insanlardan çox narazıyam və bu iş onlara baha başa gələcək”, - deyə, Tramp bildirib.

#ABŞ #Tramp #İran #xalq #silah

Kanala abunə olun
😁7👍1
NYP: “🇮🇷 İranın keçmiş rəsmisinin oğlu 🇺🇸 Kaliforniyada dəbdəbəli həyat sürür”

“The New York Post” qəzetinin məlumatına görə, İranın Ətraf Mühit Təşkilatının keçmiş rəhbəri və sabiq vitse-prezident Məsumə Ebtekarın oğlu İsa Haşemi Los-Ancelesdə varlı kaliforniyalı uşaqlara psixologiya dərsləri verir və dəbdəbəli həyat tərzi sürür.

Qəzet yazır ki, Haşemi, anasının 1979-cu ildə ABŞ-nin Tehrandakı səfirliyinin işğalı zamanı mühüm rol oynadığı üçün tənqid olunub. Dünən bir qrup vətəndaş cəmiyyəti fəalı və petisiya təşkilatçısı ABŞ hökumətini İsa Haşemini araşdırmağa və deportasiya etməyə çağırıb.

Qəzet bildirir ki, Haşemi bazar ertəsi günü idman etdiyi lüks klubdan çıxarkən jurnalistlərin suallarına cavab verməkdən imtina edib və anasının keçmişi ilə bağlı sualları “qulaqardına vurub”.

Ebtekar 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin işğalı zamanı qrupun üzvü olmuş və girov götürülmə zamanı ingilis dilində sərbəst danışaraq qrupun sözçüsü kimi çıxış etmişdi.

#İran #keçmişrəsmi #oğul #ABŞ #Kaliforniya
🤬42
🇮🇷 Süleymaninin qohumunun geyim tərzi diqqət çəkdi: yaşayış icazəsi ləğv edildi 💃

SEPAH-ın Qüds qanadının öldürülmüş komandanı Qasım Süleymaninin bacısının nəvəsi ABŞ-də daimi yaşayış icazəsindən məhrum edilib.

Süleymaninin bacısının nəvəsi, 25 yaşlı Sarina Sadat Hüseyni, anasının İran rejimini təbliğ etdiyi illərdə ABŞ-nin görməli yerlərinə səyahət edib və dəbdəbəli həyat tərzi sürüb. Onun geyim tərzi və İslam Respublikasının qaydalarına uyğun olmayan üslubu sosial mediada geniş müzakirələrə səbəb olub. Sadat Hüseyninin həbs edildiyi də açıqlanıb.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Sarina Sadat Hüseyninin qanuni daimi yaşayış icazəsi (Green card) ləğv edilib. Bu qərarın ABŞ-İran gərginliyi və İran rejimi ilə əlaqəli şəxslərin nəzarəti çərçivəsində verildiyi vurğulanır.

سارینا سادات حسینی نوه خواهر قاسم سلیمانی که در امریکا بازداشت شد

#İran #QasımSüleymani #qohum #ABŞ #yaşayışicazəsi #ləğv

Kanala abunə olun
6😁4👍1