Azad İran
5.94K subscribers
35K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İran xarici işlər naziri Əraqçı 🇶🇦 Qətər və 🇯🇵 Yaponiyadan olan həmkarları Al-Tani və Motegi ilə ayrı-ayrılıqda telefon danışığı aparıb ☎️

Diplomatlar ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq hadisələri müzakirə ediblər.

#İran #Qətər #Yaponiya #XİN

Kanala abunə olun
🤮3👎1
🇮🇱 İsrail 🇮🇷 İranın ən böyük neft-kimya kompleksinə zərbə endirib 🚀🏭💥

İsrail Hərbi Hava Qüvvələri İranın cənubundakı böyük bir neft-kimya kompleksinə hücum edib.

Ordunun məlumatına görə, SEPAH və nüvə qurumu ilə əlaqəli olan kompleks ballistik raketlər üçün reaktiv yanacaq da daxil olmaqla, silah dərəcəli materiallar istehsal edirdi.

Bu, İranın ixracının 85%-dən çoxunu həyata keçirən ikinci böyük neft-kimya müəssisəsidir.

#İsrail #hücum #İran #neftkimyakompleksi

Kanala abunə olun
10👍4
🇮🇷 İranın ali rəhbəri Müctəba Xameneyi: 🗣

"Qətllər və cinayətlər İran silahlı qüvvələrini sarsıda bilməyəcək".


#İran #MüctəbaXameneyi #silahlıqüvvələr

Kanala abunə olun
🤮19👍31🤔1
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸🇮🇷 Jurnalist: "Cənab prezident, İranın körpülərinə və elektrik stansiyalarına hücumlar nə üçün müharibə cinayəti hesab edilmir?"

Tramp: "Çünki onlar son bir ayda 45 min insanı öldürüblər, bəlkə də daha çox...
Hətta bu rəqəm 60 minə qədər ola bilər. Onlar etirazçıları öldürürlər, onlar heyvandırlar.
Biz onları dayandırmalıyıq və onların nüvə silahına sahib olmasına imkan verə bilmərik, bu qədər sadə.
Onlar nüvə silahı istəyirlər və uzun müddətdir buna cəhd edirlər.
Mən onları Obamanın o dəhşətli İran nüvə sazişi ilə dayandırdım.
Onları bir çox fərqli yollarla dayandırmışam".


#Tramp #İran #müharibəcinayəti #etirazçılar

Kanala abunə olun
7👍5👏2👎1
🇺🇸 Tramp 🇮🇷 İranla 45 günlük atəşkəs təklifini rədd etdi - CNN

Sənədlə tanış olan mənbə bildirib ki, İrandakı münaqişəyə son qoymaq üçün çalışan ölkələr ABŞ prezidenti Donald Trampın kəskin eskalasiya təhdidləri fonunda 45 günlük atəşkəs və Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan plan hazırlayıblar.

Plan bazar günü axşam ABŞ və İrana göndərilib və Trampın boğaz bağlı qalacağı təqdirdə baş verə biləcək İran elektrik stansiyalarına və digər infrastrukturuna kütləvi hücumların qarşısını almaq üçün son cəhd kimi qiymətləndirilir.

Ağ Ev sözçüsü prezidentin hələ təklifi təsdiqləmədiyini açıqlayıb.

"Bu, bir çox ideyalardan yalnız biridir", - deyə rəsmi əlavə edib ki, ABŞ-nin İrandakı hərbi əməliyyatları sürətlə davam edir.

#ABŞ #Tramp #atəşkəs #İran

Kanala abunə olun
👍7
🇮🇷 İran atdığı raketlərin üzərinə mesajlar yazmağa davam edir

"Axmaq Tramp 🇺🇸 Amerikanın səhiyyə problemlərinə xərclənə biləcək pulları müharibəyə sərf edib".

#İran #raket #mesaj #Tramp

Kanala abunə olun
😁112🤮2
Bu gün 🇧🇭 Qətər tankeri Hörmüz boğazında möcüzəvi şəkildə geri dönüb 🚢🌊

Gəmi hərəkətdə olarkən 🇺🇸 ABŞ mediası Hörmüz boğazının açıq olması ilə bağlı xəbərlər yayaraq səhmləri yüksəldirdi.

Heç kim 🇮🇷 İranın planlaşdırılan geri dönüş etdiyini bildirməyib.

Onlar fond bazarında oynayarkən gəmi boğazdan keçməyə başlayıb və İranın xəbərdarlığı ilə geri çəkilib.

#Qətər #Hörmüzboğazı #İran
🔥1
🛰 Peyk görüntüləri 🇮🇷 İsfahanda 🇺🇸 ABŞ hərbçisinin xilas edildiyi ərazi yaxınlığındakı yollarda təxminən 28 kraterin yarandığını göstərir 👨‍✈️

Hər bir kraterin diametri təxminən 9 metrdir və onların bir xətt üzrə yerləşdirildiyi görünür.
Bu da yol girişlərini məqsədli şəkildə bağlamaq üçün edildiyini göstərir.

Bu nöqtələr ABŞ qüvvələrinin istifadə etdiyi uçuş zolağından təxminən 20 km məsafədə yerləşir.

Zərbələrin güman ki, xilasetmə əməliyyatı zamanı İran qüvvələrinin əraziyə çatmasının qarşısını almaq məqsədilə endirildiyi düşünülür.

#İran #İsfahan #ABŞpilotu #xilasetmə #krater #yol

Kanala abunə olun
1🔥1
🚨Təbrizdə 🇺🇸 ABŞ-🇮🇱 İsrail dronu vurulub ✈️💥

Bir saat əvvəl Amerika-İsrail qüvvələrinə məxsus "Orbiter" pilotsuz təyyarəsi Təbrizdə Hava Hücumundan Müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. (SNN)

سقوط پهپاد آمریکایی-اسرائیلی در آسمان تبریز توسط پدافند هوایی

#Təbriz #ABŞ #İsrail #dron #zərbə

Kanala abunə olun
1🔥1
🇮🇷 İran xarici işlər naziri Şərif Universitetinə edilən hücuma belə reaksiya verdi: 🗣

"İşğalçı İsrail-Amerika Şərif Texniki Universitetini bombaladılar.
Bu, digər universitetlərə edilən hücumların davamıdır.

1400 il əvvəl Məhəmməd Peyğəmbər (s) demişdi ki, əgər elm uzaq ölkərlərdə olsa belə, iranlılar ona çata biləcəklər.

İşğalçılar tezliklə bizim gücümüzü görəcəklər".


#İran #Əraqçı #ŞərifUniversiteti #bombalama #ABŞ #İsrail

Kanala abunə olun
👍2🤮21😁1
🇮🇷 Eslami: "Buşehr Atom Elektrik Stansiyasına edilən hücumların nəticələri qonşu ölkələrə təsir edəcək" ☢️🔥

İranın Buşehr Atom Elektrik Stansiyasının fəaliyyətdə olan reaktoruna zərbələr birbaşa radioaktiv yayılma təhlükəsi yaradır ki, bu da bütün regionun əhalisi və ətraf mühiti üçün "bərpası mümkün olmayan nəticələrə" səbəb ola bilər. Bu sözləri İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib.👇👇👇
🤮2
Azad İran
🇮🇷 Eslami: "Buşehr Atom Elektrik Stansiyasına edilən hücumların nəticələri qonşu ölkələrə təsir edəcək" ☢️🔥 İranın Buşehr Atom Elektrik Stansiyasının fəaliyyətdə olan reaktoruna zərbələr birbaşa radioaktiv yayılma təhlükəsi yaradır ki, bu da bütün regionun…
"Fəaliyyətdə olan nüvə obyektinə bu cür hücumlar radioaktiv materialların sızmasına səbəb ola bilər. Belə bir ssenarinin nəticələri yalnız İranla məhdudlaşmayacaq, həm də ətraf mühitə və qonşu ölkələrə təsir edəcək", - deyə o vurğulayıb.

İranın nüvə agentliyinin rəhbəri qeyd edib ki, müharibə başlayandan bəri Buşehr Atom Elektrik Stansiyasına artıq dörd dəfə hücum edilib.

O, beynəlxalq ictimaiyyəti və AEBA-nı radiasiya risklərinin miqyasını qəbul etməyə çağırıb və vurğulayıb ki, "agentliyin hərəkətsizliyi yalnız mülki nüvə obyektlərinə qarşı təcavüzü alovlandırır" və regionu fəlakət həddinə çatdırır. (Reuters)

#İran #Buşehr #radiasiya #ABŞ
🤮3
🇮🇷 Sentinel-2 FCIR peyki tərəfindən çəkilmiş fərqli tarixlərdəki izlərə uyğun olaraq 🇺🇸 F-15E təyyarəsinin qəza kordinatları çıxarılıb

#İran #ABŞ #qırıcıtəyyarə

Kanala abunə olun
🔥1
🇺🇸 ABŞ-nin 🇮🇷 İranla müharibədə itirdiyi təyyarələrin sayı açıqlandı ✈️

İran ətrafında münaqişə başlayandan bəri ABŞ ən azı yeddi hərbi təyyarəsini itirib.

Məlumata görə, cümə günü vurulan "F-15" qırıcısı və həmin gün qəzaya uğrayan "A-10" hücum təyyarəsi ilə yanaşı, daha beş təyyarənin itkisi məlumdur.

Martın 2-də üç ədəd "F-15" qırıcısı Küveyt HHM qüvvələrinin "dost atəşi" nəticəsində Küveyt üzərində vurulub.
Martın 12-də İraqda "KC-135" yanacaq təyyarəsi qəzaya uğrayıb, altı amerikalı hərbçi həlak olub.

Martın 27-də Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasında İran hücumu nəticəsində "E-3 Sentry" erkən xəbərdarlıq təyyarəsi yerdə ikən məhv edilib.
Qeyd olunur ki, ən azı 10 ABŞ hərbçisi yaralanıb, ölən olmayıb.

Bundan əlavə, telekanalın məlumatına görə, keçən ay "F-35" qırıcısı Yaxın Şərqdəki ABŞ bazasında təcili eniş edib. (Middle East Monitor)
🔥1
🇺🇸 ABŞ 🇮🇷 İran ərazisindəki pilotunun axtarışlarına elit hərbi dəstələri cəlb edib 🚨👨‍✈️

ABŞ İran üzərində vurulan "F-15E" qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilasetmə əməliyyatına elit hərbi xüsusi təyinatlı qüvvələrini cəlb edib.

Bildirilib ki, prosesdə yüzlərlə hərbçi və kəşfiyyatçı, o cümlədən "Delta Force" və "Navy Seals" qüvvələri iştirak edib.

Xatırladaq ki, ikinəfərlik "F-15E" qırıcısı aprelin 3-də İranın hava məkanında vurulub.
"Axios" portalının məlumatına əsasən, katapult etdikdən sonra hər iki heyət üzvü — pilot və şturman operatorla uğurla əlaqəyə girə bilib.
Portalın mənbələri bildirib ki, təyyarənin qəzaya uğramasından bir neçə saat sonra pilot xilas edilib.
Axtarış-xilasetmə tədbirləri zamanı İran tərəfi əməliyyatda iştirak edən ABŞ-yə məxsus "Black Hawk" helikopterlərindən birini də vurub - heyət üzvləri yaralansalar da, vertolyot ərazidən uzaqlaşa bilib.
5🔥1
🇮🇷 İran diplomatları 🇺🇸 Trampı ələ saldılar

İranın Zimbabvedəki səfirliyi ABŞ prezidenti Donald Trampın ölkəsinin onun ultimatumuna əməl etmədiyi təqdirdə İrana "cəhənnəm gecəsi" yaşadacağı ilə bağlı təhdidinə istehza ilə cavab verib.

"Saat 20:00 çox əlverişli deyil. Zəhmət olmasa, bunu saat 13:00 ilə 14:00 arasında, yaxud bəlkə də 1:00 ilə 2:00 arasında təxirə sala bilərsinizmi?
Bu vacib məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik", -
səfirliyin "X" hesabında dərc etdiyi açıqlamada deyilir.

#İransəfirliyi #Zimbabve #ABŞ #Tramp

Kanala abunə olun
😁2🤮1
🇺🇸 ABŞ-nin 🇮🇷 İranda əməliyyatı: İslam Respublikasının zəif nöqtələri açıqlandı

Hudson İnstitutu yayımladığı analitik hesabatda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotun İran ərazisində xilas edilməsi əməliyyatını dəyərləndirərək, bu hadisənin üç mühüm məqama aydınlıq gətirdiyini bildirib.

Hesabatda qeyd olunub ki, pilotun İran daxilində xilas edilməsi aşağıdakı nəticələri ortaya çıxarıb:

• ABŞ-nin İran ərazisində İslam Respublikası üzərində tam hərbi üstünlüyə malik olması və bu ölkədə yüksək riskli əməliyyatlar həyata keçirə bilməsi;
• Çinin illərdir İran rejiminə təqdim etdiyi müşahidə və nəzarət sistemlərinin arxitekturasının ciddi şəkildə sıradan çıxması, İranın buna baxmayaraq milyardlarla dollar vəsait xərcləməsi;
• SEPAH-ın hərbi qurum kimi fəaliyyətini davam etdirmək qabiliyyətinin kritik mərhələyə yaxınlaşması, yəni təşkilatın hərbi imkanlarının tükənmək üzrə olduğu qənaətinin güclənməsi. (Independent Persian)

#ABŞ #pilot #İran #xilasetməəməliyyatı

Kanala abunə olun
8🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇸🇦 Səudiyyə Ərəbistanındakı ən böyük sənaye mərkəzini vurdu 🚀🏭🔥

Dünən İranın Səudiyyə Ərəbistanının Əl-Cübeyl şəhərinə raket zərbəsi endirdiyi bildirilib.

Məlumata görə, raketlərin düşməsi şəhərdə yerləşən sənaye obyektlərinin yaxınlığında güclü yanğına səbəb olub.

Qeyd edək ki, Əl-Cübeyl Yaxın Şərqin ən böyük sənaye mərkəzlərindən biri hesab olunur. Şəhər Səudiyyə Ərəbistanının əsas neft-kimya və enerji müəssisələrinə ev sahibliyi edir və ölkənin strateji iqtisadi infrastrukturunun mühüm hissəsini təşkil edir.

#İran #SəudiyyəƏrəbistanı #sənayemərkəzi #hücum

Kanala abunə olun
👎43