Azad İran
5.94K subscribers
35K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran raketi 🇮🇱 İsraildə yaşayış məntəqəsinə düşdü 🚀

Bu gün İsrailə edilən hücumla bağlı yeni görüntülər yayılıb.

Məlumata görə, İran tərəfindən atılan raket İsraildə mülki vətəndaşların yaşadığı əraziyə düşüb.

حمله موشکی ایران؛ اصابت مستقیم به منطقه غیرنظامی در اسرائیل

#İran #İsrail #hücum #müharibə

Kanala abunə olun
👎4👏3🔥1
🇺🇸 ABŞ “Epik Qəzəb” əməliyyatından yeni təlim görüntüləri paylaşdı

Bu gün ABŞ dəniz piyadalarının “Epik Qəzəb” əməliyyatı çərçivəsində M142 HIMARS çoxsaylı raket buraxılış sistemləri ilə keçirdiyi təlimin görüntüləri yayılıb.

Yayılan kadrlarda ABŞ dəniz piyadalarının yüksək dəqiqlikli raket sistemlərinin tətbiqini məşq etdiyi, HIMARS qurğularının döyüş mövqeyinə gətirildiyi və buraxılış hazırlıqlarının həyata keçirildiyi görünür.

Məlumata görə, təlimlər 🇮🇷 İran müharibəsində “Epik Qəzəb” əməliyyatı zamanı ABŞ qüvvələrinin döyüş hazırlığını artırmaq və mümkün hərbi ssenarilərə qarşı operativ cavab imkanlarını yoxlamaq məqsədi daşıyır.

#ABŞ #EpikQəzəb #təlimlər #İran #müharibə

Kanala abunə olun
👍6🔥21
Azad İran
🚨 TƏCİLİ 🇮🇷 SEPAH-ın kəşfiyyat rəisi öldürüldü 👮‍♂🔥 Bu gün SEPAH-ın Kəşfiyyat Təşkilatının rəisi general Seyid Məcid Xademi öldürülüb. Bununla bağlı, “Tasnim News” agentliyi məlumat yayıb. Bildirilib ki, o, səhər saatlarında َABŞ və İsrailin hava hücumları…
🚨TƏCİLİ

🇮🇱 İsrail daha bir 🇮🇷 SEPAH generalını öldürdü
👮‍♂️🔥

Bu gün SEPAH-ın Kəşfiyyat Təşkilatının rəisi, general Məcid Xademinin öldürülməsindən sonra SEPAH-ın Qüds qanadının 840-cı bölməsinin komandanı Əsğər Baqeri də zərərsizləşdirilib.

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu özünün “X” hesabında paylaşım edib. Onun sözlərinə görə, Əsğər Baqeri dünyanın müxtəlif yerlərində yəhudilərə və israillilərə qarşı həyata keçirilən hücumlara görə məsuliyyət daşıyıb.

“Biz qətiyyətlə hərəkət edirik. Bizə zərər verməyə çalışan günahkarı tapacağıq. Təhdid aradan qaldırılana və məqsədlərimizə çatana qədər bütün qüvvələrimizlə hər bir cəbhələrdə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə Netanyahu vurğulayıb.

SEPAH-ın Qüds qüvvələrinin 840-cı bölməsi əsasən Suriyada yerləşir və Avropa qitəsində, habelə qonşu ölkələrdə əməliyyatların koordinasiyası ilə məşğul olur. Bölmənin yerli tərəfdaşlarla əməkdaşlıq edərək İranın təsir dairəsini genişləndirməyə çalışdığı bildirilir.

#İsrail #hücum #İran #SEPAH #komandan
7👍3🔥1👏1
🇮🇷 İranda Əli Xameneyi üçün 40 mərasimi keçiriləcək 👳‍♂️

İranda keçmiş ali rəhbər Əli Xameneyinin ölümünün 40-cı günü münasibəti ilə 8-10 aprel tarixlərində genişmiqyaslı yas mərasimlərinin keçiriləcəyi açıqlanıb.

Bununla bağlı, İran İslami Təbliğat Təşkilatı və İslam Təbliğat Koordinasiya Şurası məlumat yayıb. Açıqlamaya əsasən, mərasimlər İranın əksər bölgələrində təşkil olunacaq.

Məlumata görə, şəhər meydanlarında matəm tədbirləri və sinə döymə mərasimləri keçiriləcək. Ardınca isə matəm qruplarının Tehranda Xaməneinin dağıdılmış iqamətgahına doğru yürüş edəcəyi bildirilir.

Şuranın yaydığı proqramda qeyd olunur ki, çərşənbə günü saat 20:00-dan etibarən ölkə üzrə əsas meydanlarda, məscidlərdə və müqəddəs məkanlarda matəm mərasimləri, dini mərsiyələr, Quran oxunuşu və anım tədbirləri keçiriləcək. (Tasnim News)

#İran #ƏliXameneyi #keçmişrəhbər #40mərasimi

Kanala abunə olun
😁11🤮4😢2🔥1
🇮🇱 İsrail 🇮🇷 İranın əsas neft-kimya zavodlarına zərbə endirdi 🛢🏭🚀

Bu gün İsrail ordusu İranın ən böyük neft-kimya zavoduna güclü zərbə endirib. İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, zərbələr nəticəsində İranın neft-kimya ixracatının təxminən 85%-ni təşkil edən iki zavod tamamilə sıradan çıxarılıb.

Katz əlavə edib ki, bu əməliyyat İslam Respublikasına milyardlarla dollar dəyərində iqtisadi zərbə vurub. Nazir qeyd edib ki, o və İsrailin baş naziri orduya İranın milli infrastrukturuna qarşı yüksək intensivlikli zərbələri davam etdirməyi tapşırıblar.

Eyni zamanda, İran mənbələri ölkənin cənubundakı Şiraz şəhərində yerləşən müdafiə zavoduna və elektrik stansiyasına da zərbələr endirildiyini bildirirlər.

#İsrail #İran #neftkimyazavodları #hücum

Kanala abunə olun
👍9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran yenidən 🇺🇸 ABŞ bazasını hədəfə aldı 🚀🔥

Dünən İran ABŞ-nin 🇮🇶 Bağdad beynəlxalq hava limanı yaxınlığındakı “Viktoriya” hərbi bazasına hücum edib.

Məlumata görə, zərbələr nəticəsində ərazidə yanğın baş verib. Bildirilir ki, hərbi obyektə zərbələr qısamənzilli raketlər və kamikadze PUA-lar vasitəsilə endirilib.

Gecə saatlarında baş tutan əməliyyat zamanı bir neçə raket və minimum üç dron hava hücumundan müdafiə (HHM) sistemlərini aşaraq bazaya daxil ola bilib. (ISNA)

#İran #Bağdad #ABŞ #hərbibaza #hücum

Kanala abunə olun
👎3👍1
🚨SON DƏQİQƏ

🇧🇭 Bəhreyndə 🇮🇷 İranın casus şəbəkəsi saxlanıldı 🕵️‍♂️🔎


Bu gün Bəhreynin Dövlət Prokurorluğu İranın kəşfiyyat orqanları və SEPAH-ın xeyrinə casusluq etməkdə şübhəli bilinən bir qrup şəxsin həbs olunduğunu açıqlayıb.

Prokurorluqdan bildirilib ki, saxlanılan şəxslər “ölkəyə düşmən olan terror təşkilatlarına, qruplara və qurumlara sadiq” şəxslər olaraq müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, şübhəlilər İranın kəşfiyyat orqanlarından Bəhreyn Krallığındakı həssas hədəfləri izləmək, məlumat toplamaq və daha sonra mümkün hücumlar üçün informasiya ötürmək tapşırıqları alıblar.

Həbs edilən şəxslər digər potensial casusları müəyyən etmək üçün dindirilir və istintaq hələ də davam edir. (Sky News)

#Bəhreyn #İran #SEPAH #casusşəbəkəsi #həbs

Kanala abunə olun
👏8🤬2
🇮🇷 Vilayəti 🇺🇸 Trampı tənqid etdi: “Fars körfəzi mərc yeri deyil”

Bu gün İranın keçmiş ali rəhbəri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ABŞ prezidentini Donald Trampı sərt tənqid edib.

Bununla bağlı, Vilayəti “X” hesabında paylaşım edərək yazıb: "Axmaq ABŞ prezidenti İranı onun elektrik şəbəkəsinə zərbə vurmaqla hədələyib. Ərəb ölkələrinin liderləri bölgənin qaranlığa qərq olmasının qarşısını almaq üçün Trampa Fars körfəzinin mərc yeri olmadığını aydın şəkildə bildirməlidirlər”.

#İran #Vilayəti #müşavir #ABŞ #Tramp #tənqid

Kanala abunə olun
😁4🤮2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: “🇦🇿 Naxçıvana hücumla bağlı anlaşılmazlıq aradan qaldırılıb” 🗣

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumları ilə bağlı anlaşılmazlıqlar artıq həllini tapıb.

Bəqayi bu hadisələri “saxta bayraq əməliyyatı” adlandıraraq deyib ki, İran tərəfi Azərbaycan və Türkiyə ərazilərinə heç bir raket və ya artilleriya zərbəsi endirməyib.

O, əlavə edib ki, yaranan hər hansı anlaşılmazlıq İran və Azərbaycan prezidentləri, habelə xarici işlər nazirləri arasında aparılan dialoqlar vasitəsilə aradan qaldırılıb.

Sözçü vurğulayıb ki, Tehran bu istiqamətdə hər hansı bir atəş açmadığını rəsmi şəkildə təsdiqləyib və iki ölkə arasında artıq tam anlaşma mövcuddur.

Bəqayi, habelə, qeyd edib ki, 🇹🇷 Türkiyə ilə yaranan oxşar vəziyyət də dialoq yolu ilə nizamlanıb. (Snn.ir)

#İran #XİN #Azərbaycan #Naxçıvan #hücum #dialoq

Kanala abunə olun
🤮3👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨TƏCİLİ

🇮🇱 İsrail 🇮🇷 İranın hərbi bazasına hücum etdi 🚀💥


Bu gün İsrail Hərbi Hava Qüvvələri Buşehr şəhərindəki hərbi bazaya aviazərbələr endirib.

Məlumatlara görə, zərbələr bazanın strateji obyektlərini hədəf alıb. Hücum nəticəsində güclü partlayış baş verib.

حمله هوایی اسرائیل به مناطق حساس نظامی ایران در بوشهر

#İsrail #İran #Buşehr #hərbibaza #hücum

Kanala abunə olun
👍73👏2
🇮🇷 İran Hörmüz boğazından ikinci 🇹🇷 Türkiyə gəmisinin keçidinə icazə verdi 🌊🚢

Bu gün İran ikinci Türkiyə gəmisinin Hörmüz boğazından keçməsinə icazə verib. Bununla bağlı, İranın Türkiyədəki səfirliyinin “X” hesabında paylaşım edilib.

“Təhlükəsiz keçid üçün İranın müvafiq orqanları ilə aparılan koordinasiyaya əsasən, ikinci Türkiyə gəmisi Hörmüz boğazından keçərək son təyinat yerinə doğru yola düşüb.

Hörmüz boğazı dost ölkələrin keçidi və hərəkəti üçün açıqdır. Məhdudiyyətlər yalnız düşmən ölkələrə şamil olunur”,
- deyə, paylaşımda vurğulanıb.

عبور دومین کشتی ترکیه از تنگه هرمز

#İran #Hörmüzboğazı #Türkiyə #gəmi #keçid

Kanala abunə olun
🤮3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇲 "ABŞ qüvvələrinin 🇮🇷 İran daxilindəki hərbi hədəflərə davamlı zərbələr endirməsi nəticəsində İranın hərbi imkanları zəifləməyə davam edir" 🚀🔥

- Amerika Mərkəzi Komandanlığı

#ABŞ #CENTCOM #İran

Kanala abunə olun
👍122
🇹🇷 Türkiyə və 🇮🇷 İran bölgədəki vəziyyəti müzakirə edib 📞

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı aparıb.

Məlumata görə, danışıqlar zamanı tərəflər bölgədəki son vəziyyət və müharibənin son durumunu müzakirə ediblər. (TRT Haber)

#Türkiyə #İran #XİN

Kanala abunə olun
🤮4
📌TƏCİLİ

🇮🇷 İran 🇺🇸 Trampın təklifinə cavab verdi


ABŞ-nin müharibəyə son qoymaq təklifinə İran 10 bəndlik cavab tərtib edib.

Tehran müvəqqəti atəşkəsi mahiyyət etibarilə rədd edib və bunun əvəzinə öz şərtləri ilə müharibəyə birdəfəlik son qoyulmasını tələb edib.

İran təkcə atəşkəsin kifayət etmədiyini bildirir və davamlı həll yolunda israr edir.

Tələblərə daxildir:

🔹Regional döyüşlərin sonlandırılması;

🔹Sanksiyaların ləğvi;

🔹Ölkənin bərpasına dəstək;

🔹Hörmüz boğazında təhlükəsiz tranzit qaydaları


#İran #ABŞ #Hörmüzboğazı #şərtlər
🤮11
🇮🇷 İranın Şərif Texnologiya Universiteti 🇺🇸 ABŞ və 🇮🇱 İsrailin hava zərbələrinə məruz qalıb 🚀🔥

İran mediasının verdiyi xəbərə görə, hücumda bunker dələn bombadan istifadə olunub.

#İran #Tehran #ŞərifUniversiteti #ABŞ #İsrail #hücum

Kanala abunə olun
3👍1