Azad İran
5.92K subscribers
35.2K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İranda ermənilər Pasxa bayramını qeyd etdilər ✝️⛪️

Bu gün İranda yaşayan erməni icması Pasxa bayramını qeyd edib.

Tehranın Müqəddəs Qriqori və Müqəddəs Tarqamant kilsələrində Müqəddəs Həftə və Pasxa bayramına həsr olunmuş təntənəli mərasimlər keçirilib.

Mərasimlərdə İran paytaxtında yaşayan erməni icmasının nümayəndələri iştirak ediblər.
Kilsələrdə dini ayinlər icra olunub, Pasxa münasibətilə dualar oxunub və bayram mərasimi ənənəvi qaydada təşkil edilib. (IRNA)

Qeyd edək ki, bundan əvvəl İsfahan əyalətinin Yeni Culfa yaşayış məntəqəsində də ermənilər Pasxa bayramını qeyd edərək dini mərasimlər keçiriblər.

#İran #Tehran #ermənilər #Pasxabayramı

Kanala abunə olun
😁5🤮51
🇺🇸🇮🇱 ABŞ-İsrail hücumları 🇮🇷 İranda faciə törətdi: ölənlər var 🚀🔥

İranın Baharestan əyalətindəki bir kənddə iki yaşayış binasına edilən hücum nəticəsində ən azı 13 nəfər həlak olub.

Bununla bağlı, “Fars News” agentliyi məlumat yayıb. Hücumların ABŞ və İsrail qüvvələri tərəfindən həyata keçirildiyi açıqlanıb.

#ABŞ #İsrail #İran #hücum #faciə

Kanala abunə olun
🔥6😢2
🇮🇷 İranda daha bir etirazçı edam edildi 👨‍⚖️😱😰

Bu gün yanvar etirazları zamanı saxlanılan Əli Fəhim dar ağacından asılıb. Bununla bağlı, İranın Məhkəmə-Ədliyyə Sistemi xəbər verib.

Məlumata görə, o, “ölkənin daxili təhlükəsizliyinə qarşı fəaliyyətlərdə iştirak etmək”də ittiham olunub.

Fəhimin yanvar ayında üç nəfərlə birlikdə həbs olunduğu bildirilib. Məhkəmə Sistemi ölüm hökmündən əlavə, onun əmlakının müsadirə edilməsini də qərar verib. (Independent Persian)

#İran #etirazçı #edam

Kanala abunə olun
🤬7👎2😢1
🚨 TƏCİLİ

🇮🇷 SEPAH-ın kəşfiyyat rəisi öldürüldü 👮‍♂🔥


Bu gün SEPAH-ın Kəşfiyyat Təşkilatının rəisi general Seyid Məcid Xademi öldürülüb.

Bununla bağlı, “Tasnim News” agentliyi məlumat yayıb. Bildirilib ki, o, səhər saatlarında َABŞ və İsrailin hava hücumları nəticəsində həlak olub.

SEPAH generalın ölümü ilə bağlı bəyanat yayaraq qeyd edib ki, “o, uzun illər kəşfiyyat və təhlükəsizlik sahələrində geniş fəaliyyət göstərib”.

#İran #SEPAH #kəşfiyyatrəisi #ölüm

Kanala abunə olun
👍5👏5
🇧🇭 Bəhreyn və 🇦🇪 BƏƏ 🇺🇳 BMT-ni Hörmüz boğazını açmağa çağırır

Bəhreyn və BƏƏ Hörmüz boğazını açmaq və humanitar və iqtisadi böhranın qarşısını almaq üçün güc tətbiqinə icazə verən BMT Təhlükəsizlik Şurasının qətnaməsini tələb edib.

Bununla bağlı, “The Wall Street Journal” qəzeti xəbər verib.

Körfəz ölkələri və ABŞ tərəfindən dəstəklənən əvvəlki qətnamə layihəsində hərbi güc tətbiqinə icazə verən daha güclü ifadələr istifadə edilib.

#Bəhreyn #BƏƏ #Hörmüzboğazı #BMT #qətnamə

Kanala abunə olun
🔥1
Azad İran
🇺🇸 ABŞ 🇮🇷 Tehranda Şərif Texnologiya Universitetinə aviazərbə endirib 🎓🚀💥 دقایقی قبل، حمله هوایی آمریکا به دانشگاه صنعتی شریف در تهران #İran #TexnologiyaUniversiteti #ABŞ #hücum Kanala abunə oıun
🇮🇷 Arif: “🇺🇸 ABŞ Şərif Universitetini bunker deşən bombalarla vurub”

Bu gün İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif ABŞ-nin Tehrandakı Şərif Texnologiya Universitetinə bunker deşən bombalarla hücum etdiyini açıqlayıb.

Arif “X” hesabında paylaşım edərək hücumu ABŞ prezidenti Donald Trampın “dəlilik və cəhalətinin simvolu” adlandırıb.

Arif paylaşımında qeyd edib: “Şərif Universitetinə bunker partladıcı bomba ilə hücum Trampın dəlilik və cəhalətinin simvoludur. O, başa düşmür ki, İran biliyi bombalarla məhv ediləcək betonda deyil; əsl bunker professorlarımızın və elitalarımızın iradəsidir. Tarixdə heç bir barbarlıq elmi iranlılardan ala bilməyib. Elm bizim ruhumuzda kök salıb və bu bunker dağıdıla bilməz”.

#İran #vitseprezident #ŞərifUniversiteti #ABŞ #hücum

Kanala abunə olun
😁4🤮41
🚨TƏCİLİ

🇮🇱 İsrail 🇮🇷 SEPAH-ın daha bir yüksək rütbəli rəsmisini öldürüb 👮‍♂🔥

SEPAH-ın Neft Qərargahında yüksək vəzifə tutan və qurumun kommersiya işlərinə cavabdeh olan Məhəmmədrza Əşrəfi Qehinin İsrail əməliyyatı zamanı öldürüldüyü bildirilir.

Məlumata görə, Əşrəfi Qehinin ölümü İranın maliyyə və enerji şəbəkəsinə birbaşa zərbə kimi dəyərləndirilir. Onun Feşam bölgəsindəki mənzilinin hədəfə alındığı açıqlanıb. SEPAH zabitinin ailəsinin də onunla birlikdə həlak olduğu vurğulanıb.

Bildirilib, Məhəmmədrza Əşrəfi Qehi SEPAH-ın Neft Qərargahının Kommersiya İşləri üzrə rəhbəri olub və o, SEPAH-ın ballistik raket və pilotsuz uçuş aparatları (PUA) proqramlarının maliyyələşdirilməsində mühüm rol oynayıb.

Mənbələr qeyd edir ki, Əşrəfi Qehinin biznes şəbəkəsi SEPAH-ın hərbi imkanlarının genişləndirilməsinə və terror fəaliyyətlərinin maliyyələşdirilməsinə şərait yaradıb.

#İsrail #Sepah #zabit #hücum

Kanala abunə olun
👏51🔥1
🚨SON DƏQİQƏ

🇷🇺 Rusiya 🇮🇷 İranı qorumaq üçün nüvə sualtı qayığı ilə missiyaya başladı

Hörmüz boğazı yaxınlığında Rusiya nüvə sualtı qayığının yerləşdirildiyi təsdiqlənib.

Sosial mediada yayılan məlumatlara görə, Moskva İrana dəstək məqsədilə altı sualtı qayığı, o cümlədən iki nüvə enerjisi ilə işləyən sualtı qayığı, Hörmüz boğazına göndərib.

Məlumata görə, bu sualtı qayıqların əsas missiyası ABŞ və İsrailin blokadanı pozmasının və ya İran sahillərinə yaxınlaşmasının qarşısını almaqdır.

Ekspertlər bildirirlər ki, bu hərbi yerləşdirmə Qərbə güclü siyasi mesajdır və İrana qarşı hər hansı böyük eskalasiyanın Rusiyanı da birbaşa əhatə edə biləcəyini göstərir.

#Rusiya #İran #sualtıqayıq #Hörmüzboğazı #missiya

Kanala abunə olun
😁4🤬3
🇮🇷 İrandan 🇺🇸 Trampın Hörmüz tələbinə ironik cavab: “Açarları itirdik” 🔐

İran ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını açmaq tələbinə ironik cavab verib.

İslam Respublikasının Zimbabvedəki səfirliyi “X” hesabında paylaşdığı mesajda yazıb: “Biz açarları itirdik”.

Bu paylaşımın məqsədi, Trampın İranı boğazı açmamaqda davam edəcəyi təqdirdə infrastrukturunu vurmaqla hədələməsinə diplomatik, ancaq ironik cavab verməkdir.

Daha öncə Tramp İranı xəbərdar edərək, Hörmüz boğazını açmadığı halda “cəhənnəmi görəcəyi” ilə təhdid etmişdi.

#İran #səfirlik #Hörmüzboğazı #ABŞ #Tramp #ironikcavab

Kanala abunə olun
🤮82🔥1😁1