Azad İran
5.92K subscribers
35.2K photos
21.7K videos
15 files
9.4K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
AEBA: 🇮🇷 İranın uran ehtiyatının əsas hissəsi İsfahandadır ☢️

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi “Frontline PBS” proqramına müsahibəsində İranın uran zənginləşdirmə fəaliyyətləri və mövcud ehtiyatları ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Qrossi bildirib ki, İranın zənginləşdirilmiş uran ehtiyatı o qədər böyükdür ki, hətta onun bir hissəsi başqa yerə köçürülsə belə, yenə də bir neçə nüvə döyüş başlığı hazırlamaq üçün kifayət edə bilər.

AEBA rəhbərinin sözlərinə görə, İranın zənginləşdirilmiş uran ehtiyatının böyük hissəsi İsfahan şəhərində saxlanılır. O əlavə edib ki, bu ehtiyatın bir hissəsi isə Natənz nüvə obyektində yerləşir.

Qrossi uranın zənginləşdirmə səviyyəsinə toxunaraq bildirib ki, İranın ehtiyatının “70 faizdən çox olması mümkündür, ancaq bəlkə də bir qədər azdır”. O, vurğulayıb ki, İranın çox böyük miqdarda zənginləşdirilmiş uran ehtiyatı var və bu ehtiyat “hərbi dərəcəyə çox yaxın” səviyyədə dəyərləndirilir.

#AEBA #Qrossi #İran #uran #nüvə
🤬21🔥1
Taczadə: “🇮🇷 İranı Daş dövrünə qaytarmaq 🇺🇸 ABŞ-nin uğuru sayılmır” ❗️

İranın keçmiş daxili işlər nazirinin müavini və hazırda siyasi məhbus olan islahatçı Mustafa Taczadə ABŞ prezidenti Donald Trampa məktub ünvanlayaraq, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarını tənqid edib.

Evin həbsxanasında saxlanılan Taczadə məktubunda ABŞ-nin İranla danışıqların davam etdiyi bir vaxtda hücum əmri verməsini sual altına qoyub və bu addımı “müharibəni alovlandıran qərar” kimi dəyərləndirib.

Taczadə bildirib ki, İran xalqı istənilən şəraitdə ölkənin suverenliyini müdafiə edəcək. Onun sözlərinə görə, İranı “Daş dövrünə” qaytarmaq cəhdi Amerikanın müharibədə uğur qazandığını göstərmir.

Siyasi məhbus məktubunda İran hakimiyyətinə də çağırış edib. Taczadə əlavə edib ki, İran xalqının əksəriyyətinin demokratik tələblərinin qəbul edilməsi və nüvə fəaliyyəti ilə bağlı beynəlxalq narahatlıqların aradan qaldırılması “şərəfli razılaşma” üçün yol aça bilər. (Asr Iran)

#İran #siyasiməhbus #ABŞ #müharibə #tənqid
🤮3
🇺🇸 ABŞ-🇮🇱 İsrail hücumları nəticəsində 🇮🇷 SEPAH ağır itkilər verdi

ABŞ-İsrail qüvvələrinin Ərdəbil əyalətinə hücumları nəticəsində SEPAH-ın 5 zabiti öldürülüb, daha bir nəfər isə yaralanıb.

Bununla bağlı, SEPAH-ın Ərdəbil əyaləti üzrə ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb. Açıqlamada bildirilir ki, hücumlar Muğan düzündə yerləşən Germi və Parsabad bölgələrində qeydə alınıb.

Məlumata əsasən, ölənlərin adları belə açıqlanıb: SEPAH zabitləri Abbas Əşrəfi, Əli Məliki, Hadi Babayi və Omid Şahinfər, habelə, çağırışçı əsgər Seyid Mehdi Fatehi. (Snn.ir)

#ABŞ #İsrail #İran #SEPAH #zabitlər

Kanala abunə olun
🔥82
🇮🇷 İranda ermənilər Pasxa bayramını qeyd etdilər ✝️⛪️

Bu gün İranda yaşayan erməni icması Pasxa bayramını qeyd edib.

Tehranın Müqəddəs Qriqori və Müqəddəs Tarqamant kilsələrində Müqəddəs Həftə və Pasxa bayramına həsr olunmuş təntənəli mərasimlər keçirilib.

Mərasimlərdə İran paytaxtında yaşayan erməni icmasının nümayəndələri iştirak ediblər.
Kilsələrdə dini ayinlər icra olunub, Pasxa münasibətilə dualar oxunub və bayram mərasimi ənənəvi qaydada təşkil edilib. (IRNA)

Qeyd edək ki, bundan əvvəl İsfahan əyalətinin Yeni Culfa yaşayış məntəqəsində də ermənilər Pasxa bayramını qeyd edərək dini mərasimlər keçiriblər.

#İran #Tehran #ermənilər #Pasxabayramı

Kanala abunə olun
😁5🤮51
🇺🇸🇮🇱 ABŞ-İsrail hücumları 🇮🇷 İranda faciə törətdi: ölənlər var 🚀🔥

İranın Baharestan əyalətindəki bir kənddə iki yaşayış binasına edilən hücum nəticəsində ən azı 13 nəfər həlak olub.

Bununla bağlı, “Fars News” agentliyi məlumat yayıb. Hücumların ABŞ və İsrail qüvvələri tərəfindən həyata keçirildiyi açıqlanıb.

#ABŞ #İsrail #İran #hücum #faciə

Kanala abunə olun
🔥6😢2
🇮🇷 İranda daha bir etirazçı edam edildi 👨‍⚖️😱😰

Bu gün yanvar etirazları zamanı saxlanılan Əli Fəhim dar ağacından asılıb. Bununla bağlı, İranın Məhkəmə-Ədliyyə Sistemi xəbər verib.

Məlumata görə, o, “ölkənin daxili təhlükəsizliyinə qarşı fəaliyyətlərdə iştirak etmək”də ittiham olunub.

Fəhimin yanvar ayında üç nəfərlə birlikdə həbs olunduğu bildirilib. Məhkəmə Sistemi ölüm hökmündən əlavə, onun əmlakının müsadirə edilməsini də qərar verib. (Independent Persian)

#İran #etirazçı #edam

Kanala abunə olun
🤬7👎2😢1
🚨 TƏCİLİ

🇮🇷 SEPAH-ın kəşfiyyat rəisi öldürüldü 👮‍♂🔥


Bu gün SEPAH-ın Kəşfiyyat Təşkilatının rəisi general Seyid Məcid Xademi öldürülüb.

Bununla bağlı, “Tasnim News” agentliyi məlumat yayıb. Bildirilib ki, o, səhər saatlarında َABŞ və İsrailin hava hücumları nəticəsində həlak olub.

SEPAH generalın ölümü ilə bağlı bəyanat yayaraq qeyd edib ki, “o, uzun illər kəşfiyyat və təhlükəsizlik sahələrində geniş fəaliyyət göstərib”.

#İran #SEPAH #kəşfiyyatrəisi #ölüm

Kanala abunə olun
👍5👏5
🇧🇭 Bəhreyn və 🇦🇪 BƏƏ 🇺🇳 BMT-ni Hörmüz boğazını açmağa çağırır

Bəhreyn və BƏƏ Hörmüz boğazını açmaq və humanitar və iqtisadi böhranın qarşısını almaq üçün güc tətbiqinə icazə verən BMT Təhlükəsizlik Şurasının qətnaməsini tələb edib.

Bununla bağlı, “The Wall Street Journal” qəzeti xəbər verib.

Körfəz ölkələri və ABŞ tərəfindən dəstəklənən əvvəlki qətnamə layihəsində hərbi güc tətbiqinə icazə verən daha güclü ifadələr istifadə edilib.

#Bəhreyn #BƏƏ #Hörmüzboğazı #BMT #qətnamə

Kanala abunə olun
🔥1
Azad İran
🇺🇸 ABŞ 🇮🇷 Tehranda Şərif Texnologiya Universitetinə aviazərbə endirib 🎓🚀💥 دقایقی قبل، حمله هوایی آمریکا به دانشگاه صنعتی شریف در تهران #İran #TexnologiyaUniversiteti #ABŞ #hücum Kanala abunə oıun
🇮🇷 Arif: “🇺🇸 ABŞ Şərif Universitetini bunker deşən bombalarla vurub”

Bu gün İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif ABŞ-nin Tehrandakı Şərif Texnologiya Universitetinə bunker deşən bombalarla hücum etdiyini açıqlayıb.

Arif “X” hesabında paylaşım edərək hücumu ABŞ prezidenti Donald Trampın “dəlilik və cəhalətinin simvolu” adlandırıb.

Arif paylaşımında qeyd edib: “Şərif Universitetinə bunker partladıcı bomba ilə hücum Trampın dəlilik və cəhalətinin simvoludur. O, başa düşmür ki, İran biliyi bombalarla məhv ediləcək betonda deyil; əsl bunker professorlarımızın və elitalarımızın iradəsidir. Tarixdə heç bir barbarlıq elmi iranlılardan ala bilməyib. Elm bizim ruhumuzda kök salıb və bu bunker dağıdıla bilməz”.

#İran #vitseprezident #ŞərifUniversiteti #ABŞ #hücum

Kanala abunə olun
😁4🤮41
🚨TƏCİLİ

🇮🇱 İsrail 🇮🇷 SEPAH-ın daha bir yüksək rütbəli rəsmisini öldürüb 👮‍♂🔥

SEPAH-ın Neft Qərargahında yüksək vəzifə tutan və qurumun kommersiya işlərinə cavabdeh olan Məhəmmədrza Əşrəfi Qehinin İsrail əməliyyatı zamanı öldürüldüyü bildirilir.

Məlumata görə, Əşrəfi Qehinin ölümü İranın maliyyə və enerji şəbəkəsinə birbaşa zərbə kimi dəyərləndirilir. Onun Feşam bölgəsindəki mənzilinin hədəfə alındığı açıqlanıb. SEPAH zabitinin ailəsinin də onunla birlikdə həlak olduğu vurğulanıb.

Bildirilib, Məhəmmədrza Əşrəfi Qehi SEPAH-ın Neft Qərargahının Kommersiya İşləri üzrə rəhbəri olub və o, SEPAH-ın ballistik raket və pilotsuz uçuş aparatları (PUA) proqramlarının maliyyələşdirilməsində mühüm rol oynayıb.

Mənbələr qeyd edir ki, Əşrəfi Qehinin biznes şəbəkəsi SEPAH-ın hərbi imkanlarının genişləndirilməsinə və terror fəaliyyətlərinin maliyyələşdirilməsinə şərait yaradıb.

#İsrail #Sepah #zabit #hücum

Kanala abunə olun
👏51🔥1