Azad İran
5.91K subscribers
35.2K photos
21.7K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İranda 🇺🇸 ABŞ-nin xüsusi əməliyyat təyyarəsi müşahidə olunub ✈️

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus modernləşdirilmiş C-295W təyyarəsinin İran ərazisi üzərində çox aşağı hündürlükdə uçarkən müşahidə olunduğu bildirilir.

Yayılan məlumatlara görə, sözügedən təyyarə ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığına (AFSOC) tabe olan 427-ci xüsusi əməliyyat eskadrilyasının (427th SOS) silahlanmasında yer alır.

Mənbələr qeyd edir ki, 427-ci eskadrilya açıq mənbələrdə geniş tanınmır və əsasən düşmən ərazisinə gizli daxil olma, xüsusi əməliyyatların icrası və riskli missiyalarda ixtisaslaşır.

#İran #ABŞ #təyyarə

Kanala abunə olun
7👍2🔥2
🇮🇷 İranda daha iki etirazçı edam edildi 👨‍⚖️😢😭

Bu gün İranda yanvar etirazları zamanı saxlanılan Məhəmmədəmin Bigleri və Şahin Vahedpərəst dar ağacından asılıb.

Bununla bağlı, İran Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan “Mizan Online” saytı xəbər verib.

Məlumata görə, onlar yarıhərbi radikal “Bəsic” qüvvələrinin bazasını yandırmaqda günahlandırılıblar.

Xatırladaq ki, daha öncə Beynəlxalq Əfv Təşkilatı adları çəkilən məhbusların ölüm hökmü riski ilə üzləşdiləri barədə xəbərdarlıq edib.

#İran #etirazçı #edam

Kanala abunə olun
🤬8👎2👍1😢1
🇮🇷 İran 🇧🇭 Bəhreyndə neft anbarını vurdu 🛢️🏭🚀💥

İran Bəhreynin dövlətə bağlı Bapco Energies neft şirkətinə məxsus neft anbarına hücum həyata keçirib.

Məlumata görə, hücum nəticəsində anbarın zədələndiyi və obyektin fəaliyyətində problemlər yarandığı bildirilir. İran mənbələri hücumu “uğurlu əməliyyat” kimi təqdim edib.

#İran #Bəhreyn #neftanbarı #hücum

Kanala abunə olun
👎42🤬2
🇺🇸 Tramp 🇮🇷 İrandan Hörmüz boğazını açmasını tələb etdi 🌊🚢🛢

Bu gün ABŞ prezidenti Donald Tramp İrandan Hörmüz boğazını aprelin 7-ə qədər açmasını tələb edib.

Bununla bağlı, Tramp özünün “Truth Social” platformasında paylaşım edərək yazıb:

"Çərşənbə axşamı İranda Elektrik Stansiyaları Günü və Körpü Günü olacaq. Belə bir şey heç vaxt olmayıb!!! Lənətə gəlmiş Hörmüz boğazını açın, dəli alçaqlar, yoxsa cəhənnəmdə yaşayacaqsınız - SADƏCƏ İZLƏYİN! Allaha həmd olsun".

#ABŞ #Tramp #İran #Hörmüzboğazı

Kanala abunə olun
😁9👏62🔥2🤔1
🇮🇶 İraqın xarici işlər naziri Fuad Hüseyn 🇮🇷 İranın Bağdaddakı səfiri Kazem Al Sadeqi qəbul edib

O, İraq neftini daşıyan tankerlərin Hörmüz boğazından keçməsinə icazə verdiyinə görə Tehrana minnətdarlığını bildirib və bu əməkdaşlığın yaxın gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd edib.

Tərəflər eləcə də hər iki tərəfin maraqları naminə bu öhdəliyin yerinə yetirilməsini təmin etmək üçün iki tərəf arasında birgə əməkdaşlıq mexanizmlərini müzakirə ediblər. (İraq Xarici İşlər Nazirliyi)

#İran #İraq #səfir #XİN #Hörmüzboğazı

Kanala abunə olun
🤮6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇮🇷 İrana endirilən zərbələrin görüntülərini paylaşdı 🚀📹

ABŞ prezidenti Donald Tramp paylaşımında yazıb: “Tehranın bombalanması zamanı bir çox hərbi lider zərərsizləşdirildi”.

#ABŞ #Tramp #İran

Kanala abunə olun
👍9👎1🔥1
🇮🇷 İran 🇮🇶 İraqın cənubunda yerləşən Əl-Bəzrəkan neft yatağına dronlarla hücum edib 🚀🔥

Aprelin 4-də Misan əyalətində baş verən hücum zamanı təxminən 6 dron istifadə olunub.
Zərbələr xarici şirkətlərin idarə etdiyi obyektləri hədəf alıb, yanğın və maddi ziyan yaranıb.
Ölən və yaralananlar barədə məlumat yoxdur.

#İran #İraq #hücum

Kanala abunə olun
🔥2🤮1
🇮🇷 İranın 🇮🇱 Hayfaya hücumunun nəticələri 🚀🔥

İranın atdığı 450 kq döyüş başlığı olan raket beşmərtəbəli binaya dəyib.

#İran #İsrail #Hayfa #raket

Kanala abunə olun
🤬2👍1🔥1