This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda 🇺🇸 pilotun axtarışı zamanı tıxaclar yarandı👨✈️🚨
Dünən gecə saatlarında İranda təhlükəsizlik qüvvələrinin amerikalı pilotun ələ keçirilməsi üçün apardığı əməliyyat zamanı mülki şəxslərin bölgəyə axın etməsi nəticəsində yollarda tıxaclar yaranıb.
Yerli mənbələrin məlumatına görə, bir sıra sakinlər təhlükəsizlik qüvvələrinə kömək etmək məqsədilə əməliyyat bölgəsinə yaxınlaşmağa çalışıb. Bu isə nəqliyyatın hərəkətini çətinləşdirib və bəzi əsas yollarda sıxlıq yaradıb.
İranın hərbi və təhlükəsizlik qüvvələri vəziyyətlə bağlı xəbərdarlıq edərək, mülki şəxsləri əməliyyat aparılan ərazilərdən uzaq durmağa çağırıb.
#İran #təhlükəsizlikqüvvələri #ABŞ #pilot #axtarış #izdiham #tıxac
Kanala abunə olun

😁2🔥1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın ballistik raketi 🇮🇱 İsrailin hava müdafiə sistemini yardı 🚀💥
Dünən İran ordusu İsrailə raket zərbələri endirib.
Görüntülərdə İran tərəfindən atılan ballistik raketin İsrailin hava hücumundan müdafiə (HHM) sistemini yararaq irəlilədiyi anlar əks olunub.
#İran #İsrail #hücum

🤮7🔥2❤1👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Son 24 saat ərzində 🇮🇱 İsrail 🇮🇷 İrana güclü zərbə endirib 🚀
Son 24 saat ərzində İsrail ordusu ölkənin mərkəzi və qərb hissələrində 120-dən çox İran hədəfini vurub.
Hücuma məruz qalan hədəflər arasında SEPAH-ın ballistik raket sistemi, dronların saxlanması və buraxılış məntəqələri və hava hücumundan müdafiə obyektləri də olub.
"Məhv edilmiş hava hücumundan müdafiə sistemləri İsrail hərbi təyyarələri üçün təhlükə yaradırdı və onların məhv edilməsi İHK-nın İran hava məkanı üzərindəki hava üstünlüyünü qoruyur", - deyə İsrail ordusunun mətbuat xidməti bildirib.
#İsrail #İran #hücum

❤8🔥5
🇮🇱 İsrailin zərbələri 🇮🇷 İranın ən böyük neft-kimya kompleksini dayandırdı 🛢️🏭❌
“The New York Times” qəzeti İran Neft Nazirliyinin yüksək vəzifəli rəsmilərinə istinadən xəbər verir ki, İsrailin Mahşəhrdəki İranın ən böyük neft-kimya kompleksinə hücumları zavodda istehsalı faktiki olaraq dayandırıb.
Məlumata görə, hücumlar 50-dən çox müəssisəni qaz, elektrik enerjisi və sənaye suyu ilə təmin edən iki əsas xidmət stansiyasına - Fəcr 1 və Fəcr 2-yə zərər vurub. Bu, onların fəaliyyətini ciddi şəkildə pozub.
Neft Nazirliyinin mənbələri qeyd edirlər ki, bu obyektlərin bağlanması ölkənin onsuz da zəif iqtisadiyyatına ciddi zərbədir. Onların hesablamalarına görə, infrastrukturun bərpası və istehsal gücünün tam işə qaytarılması iki ilə qədər vaxt apara bilər.
#İsrail #İran #neftkompleksi #hücum

👍5👎2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranda SEPAH mövqeləri bombalanıb 💥
Dünən gün ərzində 🇮🇱 İsrail və 🇺🇸 ABŞ-yə məxsus qırıcı təyyarələrin İranın bir sıra şəhərlərində SEPAH-a aid mövqelərə zərbələr endirdiyini bildirilib.
Yayılan məlumatlara görə, hücumlar müxtəlif bölgələrdə yerləşən hərbi obyektləri və SEPAH-a məxsus infrastrukturun müəyyən hissələrini hədəf alıb.
#ABŞ #İsrail #İran #SEPAH #hücum

👍7👏5❤1🔥1
🇮🇷 İranda 100-dən çox jurnalistin hesabları dondurulub 👨⚖️
Fars News agentliyi İran Məhkəmə-Ədliyyə Sisteminin qərarı ilə “düşmən və düşməni dəstəkləyən” media qurumları ilə əlaqəli şəxslərə qarşı genişmiqyaslı tədbirlərin başladıldığını bildirib.
Agentliyin məlumatına görə, məhkəmə qərarı əsasında bəzi media menecerləri, jurnalistlər, media fəalları, aktyorlar və idmançılar da daxil olmaqla, 100-dən çox şəxsin müəyyən edilməsi, onların aktivlərinin müsadirə edilməsi və bank hesablarının dondurulması nəzərdə tutulur.
Qeyd olunur ki, bu addım “düşmən dövlətlərə casusluq və əməkdaşlığa qarşı mübarizə” məqsədi ilə cəzaların sərtləşdirilməsi haqqında qanunun tətbiqi çərçivəsində həyata keçirilir və milli təhlükəsizliyin qorunması ilə əsaslandırılır.
Məlumata əsasən, İranın Mərkəzi Bankı və digər aidiyyəti qurumlara sözügedən şəxslərin əmlak və maliyyə resurslarını müəyyən etmək, müsadirə etmək və hesablarını dondurmaq barədə göstəriş verilib.
#İran #jurnalist #xaricimedia #əməkdaşlıq

🤬3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇺🇸 ABŞ helikopterlərini və C-130 təyyarəsini vurduğunu açıqlayıb ✈️🚁🔥
İran dövlət mediası vurulduğu iddia edilən iki ABŞ Black Hawk helikopterinin görüntülərini yayımlayıb.
Tasnim News agentliyinin məlumatına görə, İran tərəfi daha əvvəl İran üzərində vurulduğu bildirilən F-15 qırıcı təyyarəsinin ikinci pilotunu xilas etmək məqsədilə ABŞ tərəfindən həyata keçirilən əməliyyatı pozduğunu iddia edib.
Agentliyin yazdığına görə, İran hərbçiləri əməliyyat zamanı iki Black Hawk helikopterini və bir C-130 hərbi nəqliyyat təyyarəsini vurublar.
#İran #ABŞ #təyyarə #helikopter

😁6🤮5❤1🔥1
🇹🇷 Türkiyə 🇮🇷 İrana silah satışı iddialarını təkzib etdi ❌
Türkiyə hakimiyyəti Ankaranın İrana silah satması ilə bağlı sosial mediada yayılan iddiaları təkzib edib.
Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinə bağlı Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bildirib ki, Türkiyənin İrana qabaqcıl hava hücumundan müdafiə sistemləri və dron raketləri verdiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Qurum açıqlamasında bu tip iddiaların ictimai düşüncəni manipulyasiya etmək və regionda mövcud olan həssas tarazlığı pozmaq məqsədi daşıdığını vurğulayıb. Mərkəz vətəndaşları “zərərli dezinformasiya kampaniyalarına” inanmaqdan çəkinməyə çağırıb.
#Türkiyə #İran #silahsatışı #iddia #təkzib

🤮3👍1😁1
🇮🇷 İranda Bəsic qüvvələri və 🇺🇸 ABŞ xüsusi təyinatlıları arasında toqquşma olub 🔥
İran mediasında yayılan məlumatlara görə, yarıhərbi radikal “Bəsic” qüvvələri və ABŞ xüsusi təyinatlı qüvvələri arasında Kohgiluyə və Boyer-Əhməd əyalətində toqquşmalar baş verib.
Məlumata əsasən, qarşıdurmalar sözügedən ərazidə davam edir.
Kohgiluyə-Boyer Əhməd əyalətinin valisinin açıqlamasına görə, İran tərəfdən toqquşmalar nəticəsində bir neçə itki qeydə alınıb.
#İran #Bəsic #ABŞ #xüsusitəyinatlılar #toqquşma

👍4🔥2
🇮🇷🇺🇸 İranda gərgin axtarış: könüllü dəstələr silahlanaraq əməliyyata qatılıb 👨✈️
İran mediası ABŞ pilotlarının axtarış əməliyyatında könüllü silahlı qrupların da iştirak etdiyini bildirir.
Məlumata görə, bəzi bölgələrdə yerli könüllülər tüfəng və avtomatlarla silahlanaraq təhlükəsizlik qüvvələrinin apardığı axtarış tədbirlərinə qoşulub. Bildirilir ki, bu qruplar əsasən dağlıq və çətin keçilən ərazilərdə axtarışın genişləndirilməsinə cəlb olunub.
#İran #yerliqəbilələr #ABŞ #pilot #axtarış

😁6🤮6🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 İranın neft-kimya zonasına zərbə endirib 🏭🚀🔥
Bu gün İsrail HHQ-nin İranın Xuzistan əyalətində yerləşən Mahşəhr xüsusi neft-kimya zonasını hədəfə alıb.
#İsrail #İran #Xuzistan #neftkimyazonası #hücum

👍9🔥1
🇮🇷 İranda 🇺🇸 ABŞ-nin xüsusi əməliyyat təyyarəsi müşahidə olunub ✈️
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus modernləşdirilmiş C-295W təyyarəsinin İran ərazisi üzərində çox aşağı hündürlükdə uçarkən müşahidə olunduğu bildirilir.
Yayılan məlumatlara görə, sözügedən təyyarə ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığına (AFSOC) tabe olan 427-ci xüsusi əməliyyat eskadrilyasının (427th SOS) silahlanmasında yer alır.
Mənbələr qeyd edir ki, 427-ci eskadrilya açıq mənbələrdə geniş tanınmır və əsasən düşmən ərazisinə gizli daxil olma, xüsusi əməliyyatların icrası və riskli missiyalarda ixtisaslaşır.
#İran #ABŞ #təyyarə

❤7👍2🔥2
🇮🇷 İranda daha iki etirazçı edam edildi 👨⚖️😢😭
Bu gün İranda yanvar etirazları zamanı saxlanılan Məhəmmədəmin Bigleri və Şahin Vahedpərəst dar ağacından asılıb.
Bununla bağlı, İran Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan “Mizan Online” saytı xəbər verib.
Məlumata görə, onlar yarıhərbi radikal “Bəsic” qüvvələrinin bazasını yandırmaqda günahlandırılıblar.
Xatırladaq ki, daha öncə Beynəlxalq Əfv Təşkilatı adları çəkilən məhbusların ölüm hökmü riski ilə üzləşdiləri barədə xəbərdarlıq edib.
#İran #etirazçı #edam

🤬8👎2👍1😢1
🇮🇷 İran 🇧🇭 Bəhreyndə neft anbarını vurdu 🛢️🏭🚀💥
İran Bəhreynin dövlətə bağlı Bapco Energies neft şirkətinə məxsus neft anbarına hücum həyata keçirib.
Məlumata görə, hücum nəticəsində anbarın zədələndiyi və obyektin fəaliyyətində problemlər yarandığı bildirilir. İran mənbələri hücumu “uğurlu əməliyyat” kimi təqdim edib.
#İran #Bəhreyn #neftanbarı #hücum

👎4❤2🤬2