Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🚨 SON DƏQİQƏ

Çeçen qüvvələri 🇮🇷 İranı dəstəkləmək üçün səfərbər ola bilər 🤔🔥

İranın “Press TV” telekanalı xəbər verib ki, Çeçenistanın rəhbəri Ramzan Kadırova sadiq hərbi bölmələr ABŞ və İsrailin İrana qarşı mümkün quru əməliyyatı həyata keçirməsi halında İran Silahlı Qüvvələrinə dəstək vermək üçün bu ölkəyə yerləşməyə hazır olduqlarını bəyan ediblər.

Məlumatda qeyd olunur ki, çeçen bölmələri hazırkı ABŞ-İsrail-İran qarşıdurmasını “dini müharibə” və “İslam dünyasını sabitsizləşdirməyə yönəlmiş təcavüzə qarşı mübarizə” kimi dəyərləndirirlər.

Bildirilir ki, mümkün müdaxilə İranın suverenliyinin müdafiəsi üçün “cihad” – xeyirlə şər arasında mübarizə kimi təqdim olunur.

Press TV-nin açıqlamasına görə, çeçen hərbi birləşmələri ABŞ quru qoşunları hücum edəcəyi təqdirdə İran ərazisinə göndərilməyə və döyüş əməliyyatlarında iştirak etməyə hazır olduqlarını açıqlayıblar.

#Çeçenistan #İran #ABŞ #İsrail #müharibə #cihad

Kanala abunə olun
😁15🤮42👍2
Əraqçı: “🇮🇷 İran 🇹🇷 Türkiyəyə qarşı raket hücumlarını araşdırmağa hazırdır” 🚀🕵️‍♂️

Bu gün Türkiyə və İran xarici işlər nazirləri Hakan Fidan və Abbas Əraqçı telefon danışığı zamanı bölgədəki son prosesləri müzakirə ediblər.

Əraqçı İrandan Türkiyəyə doğru raket hücumları ilə bağlı xəbərləri "tamamilə əsassız" adlandırıb.

"İran Türkiyənin mehriban qonşuluq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqdir. Tehran Türkiyəyə doğru raket atışları ilə bağlı Ankara ilə birgə araşdırma aparmağa hazırdır",
- deyə, nazir vurğulayaraq, bu cür "bölgədə düşmən bayraq əməliyyatlarının" təkrarlanması ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Fidan Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin iştirak etdiyi son dördtərəfli sammitə toxunaraq, region ölkələrinin müharibənin dayandırılması və sülh və sabitliyin bərqərar olması üçün dəstəyini dilə gətirib. (Əraqçının “Telegram” kanalı)

گفتگوی تلفنی وزرای امور خارجه جمهوری اسلامی ایران و ترکی

#İran #Türkiyə #XİN #rakethücumları #araşdırma
🤮10
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-dən 🇮🇷 İrana xəbərdarlıq: “Razılaşma olmazsa, zərbələr daha da güclənəcək”

Bu gün ABŞ-nin müharibə naziri Pit Heqset İranla bağlı sərt açıqlama verib. O, bildirib ki, Tehran “müdrik davranarsa” razılaşma placaq. Heqsetin sözlərinə görə, Tramp İranla bağlı “blöf etmir” və geri addım atmaq niyyətində deyil.

Nazir əlavə edib ki, İranda artıq “rejim dəyişikliyi baş verib” və yeni hakimiyyət əvvəlkindən daha ağıllı davranmalıdır.

Pit Heqsetin sözlərinə görə, Tramp razılaşma bağlamağa hazırdır və ABŞ-nin şərtləri İran tərəfinə məlumdur.

O, xəbərdarlıq edib ki, Tehran razılaşmadan boyun qaçırarsa, ABŞ Müharibə Nazirliyi əməliyyatları daha böyük intensivliklə sürdürəcək.

#ABŞ #İran #xəbərdarlıq #razılaşma #müharibə

Kanala abunə olun
8😁4👍3👎1🤔1
🇮🇷 İranın 🇦🇲 Ermənistandakı səfiri: “Müharibə səbəbindən Tehran-İrəvan əməkdaşlığı ləngiyib”

Bu gün İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Yaxın Şərqdə davam edən müharibənin İranın xarici əməkdaşlıqlarına mənfi təsir göstərdiyini bildirib.

“Şübhəsiz ki, Yaxın Şərqdə davam edən müharibə səbəbindən İranın Ermənistan da daxil olmaqla bir çox ölkə ilə əməkdaşlığı ləngiyib və plana uyğun irəliləmir. Ancaq bu vəziyyət müvəqqətidir,” – deyə, Şirqulami vurğulayıb.

O, bildirib ki, İran və Ermənistanın gündəliyində çoxsaylı məsələlər var və yaxın dövrdə qarşılıqlı səfərlər planlaşdırılır. Səfirin dediklərinə görə, iqtisadiyyat, təhsil, infrastruktur və digər sahələrdə mühüm görüşlərin keçirilməsi nəzərdə tutulsa da, hazırkı hərbi vəziyyət bu prosesləri gecikdirib. (“Ermənistanda yaşayan iranlılar” Teleqram kanalı)

#İran #səfir #Ermənistan #müharibə #əməkdaşlıq #ləngimə

Kanala abunə olun
😁6🔥3🤮2🤔1
TƏCİLİ 🚨

🇮🇷 İran 🇦🇪 BƏƏ-dən 🇦🇲 Ermənistana gedən yük maşınını vurdu 🚛🚀🔥

BƏƏ-dən Ermənistana hidravlik platforma daşıyan ağır tonnajlı konteyner maşını İranda atəşə tutulub. Bununla bağlı, “Sputnik Armenia” agentliyi xəbər verib.

Bildirilir ki, hadisə bir neçə gün əvvəl Ermənistan-İran sərhədində yerləşən Nurduz sərhəd-keçid məntəqəsindən təxminən 500 kilometr aralıda baş verib.

Məlumata görə, mərmi düşən zaman sürücü hadisə yerində olmayıb. Yük maşınının dayanacaqda saxlanılması itkilərin qarşısını alıb.

Qeyd olunub ki, zədələnmiş və yanmış konteyner bir gün əvvəl İrəvana aparılıb və hazırda dəymiş ziyanın dəyərləndirilməsi aparılır.

#İran #BƏƏ #Ermənistan #yükmaşını #hücum #müharibə

Kanala abunə olun
👎3🔥2
🇮🇷 Müctəba Xameneyinin səhhəti ilə bağlı yayılan xəbərlər təkzib edildi 👳‍♂

İran parlamentinin üzvü Mohsen Zəngənə ali rəhbər Ayətullah Müctəba Xameneyinin səhhəti ilə bağlı yayılan şayiələri təkzib edərək, bunu ümidsizlik atmosferi yaratmaq üçün düşmən planı adlandırıb.

O, İranın ali rəhbərinin tam sağlam olduğunu və ölkənin işlərini idarə etdiyini vurğulayıb.

#İran #Xameneyi #səhhət #xəbərlər #təkzib

Kanala abunə olun
😁4🤬3🔥1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ Yaxın Şərqə əlavə A-10 hücum təyyarələri göndərir ✈️

Dünən 12 təyyarə Lakenheath bazasına çatıb, daha 6-sı yoldadır.

A-10-lar piyada və zirehli hədəflərə qarşı effektivdir və quru əməliyyatlarından əvvəl ərazinin atəşlə təmizlənməsi üçün istifadə olunur. (OSINT mənbələri)

#ABŞ #İran #müharibə

Kanala abunə olun
13👍4👎4
🇮🇷 İranın yeraltı raket anbarlarının peyk görüntüləri 🚀🛰

Hərbi analitiklər və OSINT ekspertləri İsfahan şəhəri üzərində kosmosdan belə görünən kütləvi partlayışların dəqiq koordinatlarını müəyyən ediblər.

Bu koordinatlar İranın ən gizli və möhkəmləndirilmiş yeraltı hərbi komplekslərindən birinə işarə edir.

Geolokasiya Analizi: Hədəf haradır?

Müşahidəçilərin verdiyi koordinatlar İsfahanın cənub-qərbindəki dağlıq zonanı göstərir:

• Sursat Bunkerləri və Anbarları: 32.58898, 51.60330

• Yeraltı Tunel Girişi: 32°31'38.6"N 51°36'47.7"E

Bu nöqtə İsfahan şəhərinin cənub-qərb kənarında, Zayəndərud çayı yaxınlığındakı dağlıq silsilədə yerləşir.

Bu ərazi illərdir ki, SEPAH-ın strateji raket arsenalının saxlandığı və qabaqcıl kəşfiyyat peykləri tərəfindən izlənilən “qırmızı zona” hesab olunurdu.
7🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Son 24 saat ərzində 🇮🇱 İsrail ordusu 🇮🇷 İran infrastrukturuna 230-dan çox zərbə endirib 🚀

İsrail ordusu İran ərazisində atəş dəstəyi və hava hücumundan müdafiə sistemlərinə zərər vurmaq üçün sistemli səylərini davam etdirir.

İsrail Hərbi Hava Qüvvələri ölkənin Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatlarına əsasən İrandakı hədəflərə, o cümlədən buraxılışa hazır ballistik raket buraxılış qurğularına və silah istehsalı müəssisələrinə 230-dan çox zərbə endirib. (İDF sözçüsü)

#İsrail #İran #zərbə

Kanala abunə olun
👍94
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail ordusu 🇱🇧 Beyruta aviazərbələr endirib 🚀🏢💥🔥

حملات هوایی اسرائیل به بیروت

#İsrail #Livan #Beyrut #havazərbələri

Kanala abunə olun
👍12👎2
🇮🇷 Tehranda siyasi məhbuslar dar ağacından asılıb 😱😢

İranda insan haqlarını araşdıran "HAALVSH" kanalının yaydığı məlumata görə, Tehranda Babək Əlipur və Puya Qubadi adlı siyasi məhbuslar "dövlətə xəyanət" ittihamı ilə edam olunublar.

Fars News da hesabatında həmin şəxslərin həssas mərkəzlərə və ictimai yerlərə "atıcı qurğulardan istifadə edərək" hücum etdiyini iddia edib.

اعدام دو زندانی سیاسی دیگر در تهران به اتهام «بغی»

#İran #siyasiməhbuslar #edam #ittiham

Kanala abunə olun
👎8🤬43😢1
🚨TƏCİLİ

🇮🇷 Daha bir SEPAH zabiti silahlılar tərəfindən öldürüldü 👮‍♂🔥

İranın Mircave şəhərində SEPAH-ın Kəşfiyyat İdarəsinin binasına basqın edən silahlı şəxslər ən azı bir zabiti güllələyərək öldürüblər.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

İran rəsmiləri hadisə ilə bağlı açıqlama verməyib. (Haalvsh)

خبر فوری
کشته شدن دست‌کم یک نیروی نظامی امنیتی در پی حمله افراد مسلح به ساختمان اطلاعات سپاه در میرجاوه

#İran #SEPAH #zabit #güllələmə #ölüm

Kanala abunə olun
13👍3🔥3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-nin gecə 🇮🇷 İsfahana endirdiyi zərbələr geostasionar orbitdən (~36000km) belə görünüb 🛰🚀

Meteosat 12 hava proqnozu peykindən çəkilmiş böyük partlayış görüntüsü.

#ABŞ #zərbə #İran #peyk #görüntü

Kanala abunə olun
6🔥3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail ordusu 🇮🇷 Tehranda silah istehsalı müəssisələrinə növbəti zərbələr endirib 🚀🔥

Dünən gecə İsrail Hərbi Hava Qüvvələri İran rejiminin Tehrandakı silah istehsalı müəssisələrinə daha bir neçə hava hücumu həyata keçirib.
Hücuma məruz qalan hədəflər arasında aşağıdakılar da var:

- Ballistik raket döyüş başlıqlarını partlayıcı maddələrlə doldurmaq və tökmək üçün istifadə olunan zavod;

- Müasir silahlar üçün komponentlər üzrə tədqiqat və inkişaf kompleksi və ballistik raketlər üçün komponentlər istehsal müəssisəsi;

- Tank əleyhinə raketlər, kiçik zenit raketləri və digər silahlar üçün komponentlərin istehsal və tədqiqat mərkəzi.

Eyni zamanda, İsrail ordusu İran paytaxtındakı atəş mövqelərinə, o cümlədən buraxılış meydançalarına və yer-hava raketləri üçün meydançalara zərbələr endirməyə davam edir.

#İsrail #İran #hücum #silahistehsalı #raket
👍10🔥21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Zahedan şəhərindən 8 raket atılıb 🚀💥🔥

Bazar günü İranın Zahedan şəhərində yerləşən Şəfi Raket Bazasından bölgədəki 🇺🇸 ABŞ hərbi bazalarına istiqamətlənmiş ən azı 8 raketin buraxıldığı bildirilir.

شلیک دستکم ۸ فروند موشک از پایگاه  موشکی شفیع پور زاهدان

#İran #Zahedan #raket #ABŞ

Kanala abunə olun
👎6🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨TƏCİLİ

🇮🇷 Tehranda yenə partlayışlar baş verir
💥🔥

#فوری| انفجارها در #تهران

#İran #Tehran #partlayış #ABŞ #İsrail #hücum

Kanala abunə olun
9🔥3
🇮🇷 Pezeşkian və Əraqçı Tehranda keçirilən mitinqə qatılıblar

İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı "12 fərvərdin İslam Respublikası Günü" ilə bağlı tədbirdə iştirak edirlər.

(1 aprel 1979-cu ildə (12 Fərvərdin 1358-ci şəmsi ili) keçirilmiş referendumun və İranın siyasi sistemi olaraq İslam Respublikasının seçilməsinin ildönümüdür).

حضور پزشکیان در تجمعات مردمی امشب
حضور عراقچی در تجمعات مردم تهران در شب ۱۲ فروردین

#İran #Pezeşkian #Əraqçı #mitinq #12fərvərdin

Kanala abunə oıun
🤮8😁2