Azad İran
5.91K subscribers
35.2K photos
21.7K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🚨 TƏCİLİ

🇮🇷 İrandan atılan ballistik raket 🇹🇷 Türkiyə səmasında vuruldu 🚀💥

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında deyilir: "İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib".

#Türkiyə #raket #İran #NATO #HHM

Kanala abunə olun
😁4👏21🔥1🤔1
Azad İran pinned a photo
🛑 Vurulan 🇺🇸 ABŞ təyyarəsinin qiyməti açıqlandı ✈️💵

Məlumata görə, 500 milyon dollar dəyərində təyyarə 🇸🇦 Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hərbi hava bazasında 🇮🇷 İran tərəfindən məhv edilib.

Bu, ABŞ Hərbi Hava Qüvvələrinin ən bahalı sistemlərindən biri olan AWACS erkən hava xəbərdarlıq sisteminə malik Boeing E-3 Sentry idi.

Gördüyünüz kimi, zərbə birbaşa gövdənin üstündəki radar zonasına dəyib.

#ABŞ #AWACS #təyyarə #İran #havazərbəsi

Kanala abunə olun
👏43👎3🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇸🇾 Əş-Şəra 🇮🇷 İranın region ölkələrimə hücumlarını pisləyib 🗣

Suriya prezidenti Əhməd əş-Şəra İranla münaqişənin gərginləşməsinin qlobal enerji təchizatı və qiymətləri üçün ciddi risklər yaratdığını bildirib.
O, razılaşma olmasa müharibənin daha da şiddətlənməsinin gələcəkdə əlavə təhdidlərə səbəb ola biləcəyini vurğulayıb.

Eləcə də Körfəz ölkələrinə edilən hücumları pisləyən Əş-Şəra, onların münaqişəyə könüllü olaraq girmədiklərini, İranın hücumuna məruz qaldıqlarını qeyd edib.

O, Suriyanın region ölkələrini tam dəstəklədiyini vurğulayıb və əlavə edib ki, Qırmızı dənizdə və ya Hörmüz boğazında baş verən hər hansı bir iğtişaş Suriyanı strateji mövqeyinə görə təchizat zənciri təhlükəsizliyi üçün etibarlı sığınacaq halına gətirir.

Suriya lideri həm də 🇪🇺 Avropa ölkələrinin Fars körfəzindən enerji təchizatında fasilələrdən əziyyət çəkəcəyi barədə xəbərdarlıq edib.
👍12🤮21🤬1
🚨 TƏCİLİ

🇺🇸 ABŞ və 🇮🇱 İsrail 🇮🇷 İran təyyarəsini raketlə vurdu
✈️🚀💥

Təyyarə 🇮🇳 Hindistandan İrana bağışlanan dərman və tibbi avadanlıqları çatdırmaq üçün Məşhəddən Dehliyə uçmağa hazırlaşırdı.

Tehran beynəlxalq təşkilatları hadisəni araşdırmağa çağırıb.

#ABŞ #İsrail #təyyarə #hücum #İran

Kanala abunə olun
👍11👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨SON DƏQİQƏ

🇮🇷 İran 🇧🇭 Bəhreyndəki 🇺🇸 ABŞ hərbi bazasına zərbə endirdi 🛰🚀💥🔥

İran mediası peyk görüntülərini yayımlayıb.

#İran #havazərbəsi #Bəhreyn #ABŞ #hərbibaza

Kanala abunə olun
4👎3
🇺🇸 Tramp 🇮🇷 Müctəba Xameneyi haqqında: “O, yəqin ki, çox ağır vəziyyətdədir” 🗣👳‍♂

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın yeni ali lideri Müctəba Xameneyi böyük ehtimalla çox ağır vəziyyətdədir.

Trampın sözlərinə görə, İrana endirilən son zərbələrdən sonra onun vəziyyəti “son dərəcə pis ola bilər” və hazırda dəqiq məlumat yoxdur.

Tramp daha əvvəl də demişdi ki, Xameneyi “sağ ola bilər, lakin ciddi yaralanıb”.
Bu açıqlama onun səhhəti və ölkə üzərində faktiki nəzarəti ilə bağlı şayiələri daha da gücləndirib.

2026-cı ilin martında İranın ali lideri təyin edildikdən sonra Müctəba Xameneyi demək olar ki, ictimaiyyət qarşısına çıxmayıb və yalnız yazılı bəyanatlar yayımlayıb.
Bu isə onun səhhəti ilə bağlı müzakirələri artırır.


#ABŞ #Tramp #İran #MüctəbaXameneyi

Kanala abunə olun
👍10
🇮🇱 İsrail Xəzərin yaxınlığında 🇮🇷 İranın HHM sistemlərinə zərbə endirdi 🚀💥🔥

Dünən baş tutan hücum dalğasının bir hissəsi olaraq, İsrail Hərbi Hava Qüvvələri İranın şimalında, Xəzər dənizi yaxınlığında, İran hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi əraziyə zərbə endirib.
Ərazi İsrail ərazisindən 1600 kilometrdən çox məsafədə, meşəlik ərazidə kamuflyaj edilib.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında deyilir: "İranın vurulan hava hücumundan müdafiə sistemləri İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri üçün təhlükə yaradırdı və onların məhv edilməsi ilə İran hava məkanında İsrail Hərbi Hava Qüvvələri hava üstünlüyünü qoruyub saxlayır və hətta genişləndirir".

#İsrail #İran #aviazərbə #Xəzərdənizi #HHM
👍122
🇮🇷 İran 🇺🇦 Ukraynanı "🇺🇸 ABŞ və 🇮🇱 İsrailin Tehrana qarşı təcavüzünün" iştirakçısı hesab edir

İran Ukraynanın ərəb ölkələrinə dronlara qarşı mübarizə üzrə mütəxəssislərinin yerləşdirilməsi məsələsini nəzərə alaraq, Ukraynanı "ABŞ və İsrailin Tehrana qarşı təcavüzünün iştirakçısı" sayır.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bunu BMT-nin Baş katibi Quterreşə və BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubda bildirib.

O qeyd edib: "Bölgəyə yüzlərlə mütəxəssisin göndərilməsinin etirafı, əslində, İrana qarşı davam edən qanunsuz hərbi təcavüzə maddi və əməliyyat dəstəyi kimi qəbul edilir".

#İran #Ukrayna #BMT #şikayət

Kanala abunə olun
🤮8😁21
🇦🇿 Azərbaycan və 🇮🇷 İran XİN rəhbərləri arasında telefon danışığı olub 📞

Söhbət zamanı regional vəziyyətin pisləşməsi ilə bağlı dərin narahatlıq ifadə edilib.

Ceyhun Bayramov və Abbas Əraqçı regionda hərbi toqquşmalara tez bir zamanda son qoymaq üçün diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

#Azərbaycan #İran #XİN

Kanala abunə olun
🤮31👎1🔥1
Son 24 saat ərzində 🇮🇱 İsrail ordusu təxminən 400 sursatdan istifadə edərək 🇮🇷 İrandakı 170 hədəfə hücum edib 🚀🔥

Martın 30-da İsrail Hərbi Hava Qüvvələri Tehran boyunca İran infrastrukturuna daha bir hava hücumu həyata keçirib.
Hücum zamanı İsrail ordusu silah istehsalı müəssisələrinə, o cümlədən aşağıdakılara zərbələri artırmağa davam edib:

- İranda müxtəlif növ silahlar üçün vacib komponentlər istehsal etmək üçün istifadə edilən mərkəzi bir müəssisə;

- Pilotsuz uçuş aparatları üçün mühərrik istehsalı müəssisələri;

- Silah komponentlərinin hazırlandığı sənaye kompleksi, eləcə də tədqiqat və inkişaf mərkəzi.

#İsrail #İran #hücum

Kanala abunə olun
👍94
Tramp: "🇺🇸 ABŞ tezliklə 🇮🇷 İran parlamentinin sədrinin amerikalılarla əməkdaşlığa hazır olub-olmadığını biləcək"

ABŞ prezidenti Donald Tramp "The New York Post" qəzetinə Məhəmmədbaqer Qalibaf haqqında verilən suala cavab olaraq bildirib: "Biz bunu həll edəcəyik. Təxminən bir həftəyə sizə xəbər verəcəyəm".

Müctaba Xameneyinin hələ də sağ olub-olmadığı soruşulduqda, Tramp belə cavab verib: "Onun haqqında heç kim heç nə eşitməyib. O, çox ağır yaralanıb. Sağ olub-olmadığını bilmirik. Düşünürük ki, yəqin ki, sağdır, amma çox pis vəziyyətdədir."

#ABŞ #Tramp #Qalibaf

Kanala abunə olun
🔥4👍2
Media is too big
VIEW IN TELEGRAM
🚨Prezident-SEPAH qarşıdurması: 🇮🇷 İranda gərginlik artır 🤔

İran prezidenti Məsud Pezeşkian və SEPAH-ın baş komandanı Əhməd Vəhidi arasında müharibənin idarə olunması və onun mülki əhali üzərində yaratdığı təsirlərlə bağlı ciddi fikir ayrılığı yaranıb.

Pezeşkian mövcud vəziyyətin davam etməsinin ölkə üçün ağır nəticələr doğuracağını vurğulayıb.

O, Vəhidiyə açıq şəkildə xəbərdarlıq edərək qeyd edib ki, əgər yaxın zamanda atəşkəs əldə olunmasa, İran iqtisadiyyatı cəmi üç həftə – bir ay ərzində tamamilə çökə bilər.

Tərəflər arasında yaranan bu gərginlik ölkə daxilində həm siyasi, həm də iqtisadi sabitlik baxımından ciddi risklər yaradır.

Xüsusilə müharibənin mülki əhali üzərində artan təsirləri və iqtisadi təzyiqlər rəsmi dairələrdə narahatlığı daha da gücləndirib.

#İran #Pezeşkian #SEPAH

Kanala abunə olun
7👍5
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 1987-ci ildəki müsahibəsini sosial mediada paylaşıb

Müsahibədə o, ABŞ-ni 🇮🇷 İranın neft obyektlərini ələ keçirməyə çağırır.

Tramp ABŞ-nin digər ölkələr tərəfindən "soyulmasından" şəxsən yorulduğunu ifadə edir.
İranı əsas "günahkar" kimi təqdim edir və onlarla mübarizədə birbaşa, aqressiv yanaşma təklif edir.
O, açıq şəkildə İranın neft obyektlərini ələ keçirməyi müdafiə edir.

Jurnalistin müharibə riski ilə bağlı sualına cavab olaraq isə "zəif olmaqla onsuz da müharibəyə səbəb olacaqsınız" deyə arqument gətirir.

ABŞ-nin İrana qarşı bu cür addımlar atacağı təqdirdə Sovet İttifaqının müdaxilə edə biləcəyi ilə bağlı narahatlıqları rədd edərək, onların buna cürət etməyəcəyini bildirir.

#ABŞ #Tramp #İran #neft

Kanala abunə olun
5🤮2🔥1
🇮🇷 İran 🇰🇼 Küveytdə 🇺🇸 ABŞ bazasını vurdu 🚀

Küveytdəki ABŞ ordusuna məxsus “Bühring” (Camp Buehring) hərbi düşərgəsinin İran tərəfindən həyata keçirilən zərbələr nəticəsində ciddi ziyan gördüyü bildirilir.

Məlumata görə, hücum zamanı bazanın bir neçə əsas infrastrukturu hədəfə alınıb. Vurulduğu iddia edilən obyektlər arasında aviasiya anqarları, hərbçilər üçün kazarmalar, idman zalı, anbar sahələri, elektrik stansiyası və digər hərbi-logistik binalar yer alır.

#İran #Küveyt #ABŞ #hərbibaza #hücum

Kanala abunə olun
👎3