Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
ABŞ İran sərhədlərindən geri çəkilməyə məcburdur - SEPAH komandiri

SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Seyid Məcid Musəvi bildirib ki, tezliklə əlavə prioritet hədəflərə zərbələr endiriləcək.
Radar şəbəkələrinin və logistikanın pozulması davam edir və ABŞ bölgədə itkilər verməkdədir.
Onun sözlərinə görə, AWACS təyyarələrinin qalıqları, yanacaq doldurma çənləri və məhv edilmiş anqarlar artıq ABŞ-nin məcburi geri çəkilməsini göstərir.
Tezliklə bu siyahıya yeni yüksək dəyərli hədəflər əlavə olunacaq.

#İran #ABŞ #İran #SEPAH

Kanala abunə olun
🤮92
🇮🇷 İran raketlərini "keçilməz" dağ bunkerlərində gizlədir 🚀

🇩🇪 BILD qəzetinin 🇺🇸 ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ İranın raket arsenalının yalnız üçdə birinin məhv edildiyini təsdiqləyə bilib.

Onların hesablamalarına görə, raketlərin və infrastrukturun əhəmiyyətli bir hissəsi işlək vəziyyətdə qala bilər.

Mütəxəssislər qranitdə oyulmuş dərin yeraltı bunkerlərə diqqət çəkirlər.
Məsələn, Yəzd şəhərindəki İmam-Hüseyn obyekti 500 metrdən çox dərinlikdə yerləşir, ən güclü Amerika bunker bombası isə yalnız bir neçə metr qayaya nüfuz edə bilir.

Buna görə də, ABŞ-nin mümkün taktikalarından biri bu cür komplekslərin istifadəsini müvəqqəti olaraq dayandırmaq üçün onların girişlərini bombalamaq ola bilər.

#İran #ABŞ #raketlər

Kanala abunə olun
4🔥3👎2
WSJ: “🇺🇸 Tramp 🇮🇷 İrandan uranın çıxarılması əməliyyatını nəzərdən keçirir” ☢️🤔

“The Wall Street Journal”qəzetinin məlumatına görə, ABŞ prezidenti Tramp İrandan zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması üçün hərbi əməliyyat keçirmək ehtimalını dəyərləndirir.

Əgər əməliyyat həyata keçirilərsə, ABŞ quru qüvvələrinin bir neçə gün davam edəcək işğalını əhatə edəcək. Nəşrin məlumatına görə, Tramp bu ideyaya açıqdır, lakin ABŞ qoşunlarının məruz qalacağı təhlükə səviyyəsini nəzərdən keçirir.

Bundan əlavə, məqalədə bildirilir ki, ABŞ prezidenti münaqişəyə son qoymaq üçün müşavirlərinə İrana təxminən 1000 funt (təxminən 450 kq) zənginləşdirilmiş uranı könüllü olaraq təhvil verməsi üçün təzyiq göstərməyi tapşırıb.

#ABŞ #Tramp #İran #uran

Kanala abunə olun
1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 İrana genişmiqyaslı hücum həyata keçirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcı Tehranda İran rejiminin infrastrukturuna qarşı növbəti hava hücumu dalğası təşkil edib.

Ümumilikdə, silah tədqiqatı, inkişafı və istehsalı üçün istifadə olunan obyektlərə 120-dən çox sursat atılıb.

Hücuma məruz qalan hədəflər arasında aşağıdakılardır:

▪️ballistik raketlər üçün vacib komponentlər hazırlayan obyekt;
▪️SEPAH-ın hərbi sənayesi tərəfindən ballistik raket sistemlərinin və müxtəlif növ peyk buraxılış qurğularının tədqiqatı və inkişafı üçün istifadə edilən obyekt;
▪️silah tədqiqatı, inkişafı və istehsalı üçün hərbi obyekt.

Bundan əlavə, son 24 saat ərzində Tehranda 150-dən çox qırıcı təyyarə silah istehsalı obyektlərinə zərbə endirib. İran paytaxtında rejimin hərbi sənayesinə qarşı zərbələr davam edir (İsrail Ordusunun Mətbuat Xidməti).

#İsrail #İran #müharibə #hücum

Kanala abunə olun
6👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran düşmən ölkələrin rəsmilərini hədəfə alacağını açıqladı ❗️

Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari müharibə ilə bağlı yeni açıqlama verərək qarşı tərəfin hərbi və siyasi rəhbərliyinin yaşayış yerlərinin də hədəf hesab edilə biləcəyini bildirib.

Rəsmi bəyanatda qeyd olunub ki, İran ilə müharibə aparan ölkələrin hərbi komandirlərinin və hökumət rəsmilərinin yaşayış ünvanları İran qüvvələrinin mümkün hücumları üçün “qanuni hədəf” sayılır. (Mehr News)

#İran #SEPAH #düşmənölkələr #rəsmilər #qanunihədəf #hücum

Kanala abunə olun
🤮11😁1
🚨 TƏCİLİ

Tehran Times: “🇦🇪 BƏƏ bütün 🇮🇷 İran vətəndaşları üçün yaşayış icazələrini ləğv etdi” 🛂

“Tehran Times” qəzetinin məlumatına görə, BƏƏ İran vətəndaşları üçün bütün növ yaşayış icazələrini ləğv edib.

Xüsusilə Əbu-Dabi ölkəyə investisiya qoyuluşu üçün verilən "qızıl" yaşayış icazələrini ləğv edib. Nəşr qeyd edir ki, BƏƏ bununla "təxminən 530 milyard dollar dəyərində İran aktivlərini mənimsəyib".

BƏƏ hələlik bu məlumatı rəsmi olaraq təsdiqləməyib.

#BƏƏ #İran #vətəndaş #yaşayışicazəsi

Kanala abunə olun
👍82
🇶🇦 Qətər 🇮🇷 İranın 🇰🇼 Küveytə hücumlarını pislədi 🔥

Bu gün Qətər Xarici İşlər Nazirliyi İranın Küveytə hücumları ilə bağlı bəyanat yayıb.

Məlumata görə, Qətər XİN bəyanatda İranın Küveytdəki hərbi bazaya, elektrik stansiyasına və duzsuzlaşdırma zavoduna etdiyi hücumları qətiyyətlə pisləyib.

Bir neçə saat öncə İran mediası Küveytə raket və pilotsuz təyyarə hücumları barədə məlumat yayıb. (Independent Persian)

#Qətər #İran #Küveyt #hücum

Kanala abunə olun
👍82
🇮🇷 İranda 11 yaşlı “uşaq əsgər” öldürülüb 🚀👦😢

11 yaşlı Əlirza Cəfəri Tehranda İran hərbi hədəflərinə ABŞ-İsrail qüvvələrinin hava hücumu zamanı nəzarət məntəqəsində xidmət edərkən öldürülüb.

Bununla bağlı, İranda İnsan Haqları Təşkilatı - HENGAW xəbər verir.

Məlumata görə, azyaşlı oğlan SEPAH-ın yetkinlik yaşına çatmayanların hərbi və təhlükəsizlik vəzifələrinə cəlb edilməsinə çağırışından bəri ölən ilk uşaq "əsgər"dir.

Daha öncə qeyd edildiyi kimi, bir neçə gün əvvəl SEPAH İranda uşaqları və yeniyetmələri hərbi xidmətə səfərbərliyə çağırmağa başlayıb.

علیرضا جعفری، کودک ۱۱ ساله اولین کودک سرباز قربانی فراخوان سپاه پاسداران

#İran #Tehran #uşaq #əsgər #müharibə

Kanala abunə olun
😱7👍2👎2😢2😁1🤬1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran Hörmüz boğazından keçid üçün rüsumları qanuniləşdirməyi planlaşdırır 🚢

Yeni gəmiçilik rejiminə əsasən, İran təhlükəsizliyi təmin edəcək və Hörmüz boğazından keçən gəmilər üçün rüsum yığacaq.

Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əlaəddin Borucerdi bildirib. (IRIB News)

Xatırladaq ki, daha öncə İran dost ölkələrdən - Rusiya, Çin, Hindistan, İraq və Pakistandan olan gəmilərin Hörmüz boğazından rüsumsuz keçməsinə icazə verib.

#İran #Hörmüzboğazı #keçid #rüsum

Kanala abunə olun
🤮9👍3
🇮🇷 İran SEPAH komandanının öldürülməsini təsdiqlədi 👮‍♂🔥

Bu gün SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı, general Əlirza Təngsirinin həlak olması xəbərini təsdiqləyib.

SEPAH bununla bağlı bəyanat yayaraq, Təngsirinin düşmənin mühüm hədəflərinə zərbələr endirildikdən və Amerika təyyarəsinin vurulmasından sonra adaların və sahil xəttinin müdafiəsini təşkil edərkən ağır yaralandığını açıqlayıb.

Bəyanatda Təngsirinin "Allah yolunda yorulmaz döyüşçü" və bütün İran xalqı üçün qəhrəmanlıq nümunəsi olduğu vurğulanıb. SEPAH düşmənə qarşı mübarizəni tam qələbəyə və Qüdsün azad edilməsinə qədər davam etdirəcəyinə söz verib. (Tasnim News)

#İran #SEPAH #general #Təngsiri #ölüm #təsdiq

Kanala abunə olun
👍94😁2🔥1😢1
🇮🇷 İran 🇮🇱 İsraildə neft emalı zavoduna hücum edib 🏭🚀

Bu gün İsrailin şimalında yerləşən Hayfa şəhəri İran tərəfindən atılan bir neçə kaset tipli raketin hədəfinə çevrilib.

Məlumata görə, İranın raket hücumu Hayfadakı neft emalı zavoduna ziyan vurub.

#İran #İsrail #Hayfa #hücum

Kanala abunə olun
6👎5🔥2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: "🇺🇸 ABŞ ilə birbaşa danışıqlar aparılmayıb" 🗣

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, mətbuat konfransında ABŞ ilə danışıqlar məsələsinə münasibət bildirib.

Bəqayi qeyd edib ki, danışıqların son mərhələsindən sonra Tehran və Vaşinqton arasında birbaşa danışıqlar aparılmayıb. Onun sözlərinə görə, ABŞ tərəfinin danışıqlara hazır olması ilə bağlı mesajlar əsasən vasitəçilər vasitəsilə, o cümlədən Pakistan kimi ölkələrdən çatdırılıb.

İran XİN sözçüsü bildirib ki, ABŞ tərəfindən irəli sürüldüyü iddia edilən “15 bəndlik” məsələlər çox iddialı və məntiqsiz görünür.

Bəqayi əlavə edib ki, Vaşinqtonun diplomatiya ilə bağlı iddialarının nə dərəcədə ciddi olduğunu beynəlxalq ictimaiyyət müşahidə edə bilər.

O həmçinin vurğulayıb ki, İran tərəfi mediada səslənən mövzularla bağlı əvvəldən mövqeyini açıqlayıb və danışıqlarda hansı çərçivəyə əsaslanacağını yaxşı bilir. (Snn.ir)

#İran #XİN #ABŞ #danışıqlar

Kanala abunə olun
😁4🤮42
🇮🇷 İranın hədələrindən sonra 🇺🇸 ABŞ- 🇦🇲 Ermənistan Universireti onlayn rejimə keçdi 🔥

Ermənistan-Amerika Universiteti təhlükəsizlik səbəbilə dərslərin müvəqqəti olaraq onlayn formatda keçiriləcəyini açıqlayıb.

Qərar İran tərəfindən regiondakı ABŞ ilə əlaqəli universitetlərin hədəf alına biləcəyi ilə bağlı səsləndirilən təhdidlərdən sonra ehtiyat tədbiri kimi qəbul edilib.

#İran #təhdid #ABŞ #Ermənistan #universitetlər

Kanala abunə olun
😁4🤮31
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ konqresmeni: “Hörmüz boğazında nəzarət 🇮🇷 İranın əlindədir”

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin yüksək səviyyəli demokrat üzvü, Donald Trampın İranla diplomatik danışıqlarla bağlı açıqlamalarını tənqid edib.

Himes bildirib ki, Tramp İranla danışıqların aparılması barədə “açıq şəkildə yalan danışır”. Onun sözlərinə görə, Tramp ötən bazar günü maliyyə bazarlarında mümkün çöküş riskini gördükdən sonra İranla danışıqlar haqqında hekayə uydurub.

ABŞ konqresmeni əlavə edib ki, mövcud vəziyyətdə İran özünü daha güclü tərəf kimi görür və regionda müəyyən üstünlük əldə etdiyini düşünür.

Himes həmçinin qeyd edib ki, İranın Hörmüz boğazı üzərində nəzarəti regionda strateji əhəmiyyət daşıyır və bu, enerji daşımaları baxımından qlobal iqtisadiyyat üçün mühüm amildir.

#ABŞ #konqresmen #Tramp #İran

Kanala abunə olun
🔥2👍1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran XİN: Danışıqlar masasını 🇺🇸 ABŞ dağıdıb 🗣

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bölgədə aparılan diplomatik təşəbbüslərlə bağlı açıqlama verib.

Bəqayi bildirib ki, Pakistanın qonşu ölkələrlə keçirdiyi görüşlər həmin ölkənin özü tərəfindən formalaşdırılmış bir çərçivədir və İran bu təşəbbüsdə iştirak etməyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət İranın danışıqlara “məsuliyyətli tərəf” kimi qatıldığını unutmamalıdır. Bəqayi iddia edib ki, danışıqlar prosesinin pozulmasına səbəb olan tərəf isə ABŞ olub.

XİN sözçüsü əlavə edib ki, qonşu ölkələrin sülh və sabitliklə bağlı narahatlığı müsbət haldır. Bununla yanaşı, o vurğulayıb ki, region ölkələri münaqişəni müzakirə edərkən müharibənin hansı tərəfin vasitəsilə başladıldığını da nəzərə almalıdır. (Snn.ir)

#İran #XİN #ABŞ #danışıqlar

Kanala abunə olun
🤮4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺 Medvedev: “🇮🇷 İran sonda nüvə silahına sahib olacaq” ☢️

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmirtri Medvedev İranla bağlı diqqətçəkən açıqlama verib.

Medvedev bildirib ki, İranın ali rəhbəri Əli Xameneiyə qarşı həyata keçirilən sui-qəsddən sonra İranın sonda nüvə silahına sahib olacağına şübhə qalmır.

#Rusiya #İran #nüvəsilahı

Kanala abunə olun
👎9🤮6
🇪🇸 İspaniya 🇮🇷 İrana qarşı hərbi əməliyyata qatılan təyyarələrə hava məkanını bağlayıb ✈️

İspaniya İrana hücumlarda iştirak edən qırıcı və ya tanker təyyarələrinin Rota və Moron de la Frontera hava bazalarından istifadəsini qadağan etməklə yanaşı, ölkə səmasını Britaniya və ya Fransa kimi üçüncü ölkələrdə yerləşən Amerika təyyarələrinə də bağlayır. Bununla bağlı, İspaniyanın “El Pais” qəzeti məlumat verib.

Təyyarələrin uçuşuna və ya enişinə yalnız fövqəladə hallarda icazə verilə bilər. Qəzet qeyd edir ki, əks halda İspaniya və ABŞ arasında ikitərəfli müqavilədə nəzərdə tutulan bütün tapşırıqlar yerinə yetirilməyə davam edir.

Madrid Avropada yerləşən təxminən 80.000 ABŞ əsgərinin lojistik dəstəyində müntəzəm olaraq iştirak edir. İspaniyanın cənubunda yerləşən Sevilya Hava Hərəkətinin İdarə Edilməsi Mərkəzi Missuridən qalxan, İranı bombalayan və sonra aerodromlarına qayıdan Amerika bombardmançı təyyarələrinə hava naviqasiyası dəstəyi verir.

#İspaniya #İran #hücum #təyyarə #uçuş #qadağa #havaməkanı
👎42👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇦🇮🇱 Kanada rəsmisi: “Sülhün düşməninin adı var” 🗣

Kanada Yaşıllar Partiyasının lideri Elizabet Mey regiondakı gərginliklə bağlı açıqlama verərək, İsrailin baş naziri Benyamin Netanyahunu tənqid edib.

Mey bildirib ki, mövcud vəziyyətdə sülhə mane olan tərəfin kim olduğu aydındır.

Onun sözlərinə görə, “sülhün düşməninin adı var və bu şəxs İsrailin baş naziri Benyamin Netanyahudur”.

#Kanada #İsrail #Netanyahu #ittiham

Kanala abunə olun
👍8😁4👎21