Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail və 🇺🇸 ABŞ qüvvələri 🇮🇷 Tehran Təbii Sərvətlər və Su Hövzələrinin İdarə Edilməsi Təşkilatına zərbə endirib

Obyekt tamamilə dağıdılıb.
Bir neçə beynəlxalq humanitar təşkilatın məlumatına görə, Təbii Sərvətlər və Su Hövzələrinin İdarə Edilməsi Təşkilatı Tehran əyalətindəki təbii mühitin və su infrastrukurunun idarə olunmasına rəhbərlik edən mülki təşkilatdır.

Martın 11-də İsrail Müdafiə Qüvvələrinin mənbələri İsrail mediasına bildiriblər ki, onlar artıq rejim dəyişikliyinin mümkün olduğuna inanmırlar, buna görə də plan İranın mülki və hərbi infrastrukturunun mümkün qədər çox hissəsini məhv etməyə keçib.

#İsrail #ABŞ #İran

Kanala abunə olun
5🔥4👍2👎2
🇮🇷 İran 🇧🇭 Bəhreynin və regionun ən böyük aluminium zavodlarından olan ALBA (Aluminium Bahrain) zərbələr endirib 🚀

ایران به شرکت آلبا (آلومینیوم بحرین)، یکی از بزرگترین کارخانه‌های آلومینیوم در بحرین و منطقه، حمله کرد.

#İran #Bəhreyn #hücum

Kanala abunə olun
👎62🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Qasım Süleymaninin qızı 🇸🇦 Səudiyyə Ərəbistanı və 🇦🇪 BƏƏ rəhbərliyinə xəbərdarlıq etdi

SEPAH-ın ABŞ tərəfindən öldürülən generalı Qasım Süleymaninin qızı Zeynəb Süleymani videonu paylaşdıqdan sonra yazıb: "Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla bəzi Körfəz ölkələrinin ABŞ-Sionist təzyiqlərini pərdəarxası şəkildə təhrik etdiyi və dəstəklədiyi bildirilir.

Biz onları xəbərdar edirik ki, "müqavimət oxu"ndakı Hacı Qasım məktəbinin davamçıları xainlər üçün geniş planlar hazırlayıblar.

Hacı Qasimin gözlərindəki qəzəbi xatırlayırsınızmı? İndi o gözləri döyüş meydanındakı İslam Ordusu əsgərlərində görmək mümkündür".


Videoda deyilir: "İstər Amerika olsun, istər Səudiyyə (Ərəbistanı), istərsə də hər hansı başqa bir ulaq — nəsə etmək istəsələr də, bacarmazlar. Bu, ilahi iradədir.
Bunlar heç nəyə dəyməz (heç bir əhəmiyyət kəsb etmirlər".


#QasımSüleymani #ABŞ #BƏƏ #xəbərdarlıq

Kanala abunə olun
🤮182
🇦🇲 Mirzoyan 🇮🇷 İran ətrafındakı vəziyyət və TRIPP layihəsi barədə açıqlama verib 🛣

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə bildirib ki, TRIPP layihəsi ilə bağlı müzakirələr davam edir və sənədin təsdiq mərhələsindədir.

"Hesab edirəm ki, növbəti mərhələ hökumətlərarası saziş kimi bir sənədin imzalanmasını əhatə etməlidir və bundan sonra müvafiq qurum yaradılacaq", - deyə o, qeyd edib.

Eyni zamanda, nazir ilin sonuna qədər lazımi infrastrukturun tikintisinə başlamağın mümkünlüyünü şübhə altına alıb.

İran ətrafındakı vəziyyətlə bağlı Mirzoyan İrəvanın Yaxın Şərqdə vəziyyətin yumşaldılmasını və hərbi əməliyyatların tezliklə dayandırılmasını istədiyini bildirib və Ermənistanın lazım gələrsə, buna kömək etməyə hazır olduğunu qeyd edib.

Ermənistanla İran arasında strateji tərəfdaşlıq müqaviləsinə gəldikdə isə, xarici işlər naziri qeyd edib ki, bu barədə müzakirələr müvəqqəti olaraq dayandırılıb.👇👇👇
3👍2🤔1
Azad İran
🇦🇲 Mirzoyan 🇮🇷 İran ətrafındakı vəziyyət və TRIPP layihəsi barədə açıqlama verib 🛣 Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə bildirib ki, TRIPP layihəsi ilə bağlı müzakirələr davam edir və sənədin təsdiq mərhələsindədir. "Hesab edirəm…
İran ətrafındakı vəziyyətlə bağlı Mirzoyan bildirib ki, Yerevan Yaxın Şərqdə vəziyyətin yumşaldılmasını və hərbi əməliyyatlara tezliklə son qoyulmasını istəyir və Ermənistanın lazım gələrsə, buna kömək etməyə hazır olduğunu qeyd edib.

Ermənistan və İran arasında strateji tərəfdaşlıq müqaviləsinə gəldikdə, xarici işlər naziri izah edib ki, bu barədə müzakirələr məlum səbəblərdən müvəqqəti olaraq dayandırılıb.

#Ermənistan #XİN #Mirzoyan #İran #TRIPP

Kanala abunə olun
🤔1
🇮🇷 İranın raket infrastrukturu həftələrlə davam edən hücumlardan sonra ciddi təzyiq altında qalıb 🚀

Peyk görüntülərinin təhlili İranın ballistik raket istehsalı və buraxılış məntəqələrindəki dağıntıların miqyasını göstərir.

Ekspertlərin araşdırmalarına görə, bir ay davam edən hücumlar nəticəsində İranın dörd əsas ballistik raket istehsalı müəssisəsi və ən azı 29 buraxılış qurğusu zədələnib.

Hücumlar eləcə də yeraltında saxlanılan raketlərə girişi müvəqqəti olaraq bloklayıb və İranın dərhal yeni raketlər istehsal etmək qabiliyyətini dayandırıb. (🇺🇸The Washington Post)

#ABŞ #zərbə #İran #raket #infrastruktur

Kanala abunə olun
👍106
🇮🇱 İsrailin hava hücumlarında 🇮🇷 SEPAH-ın yüksək rütbəli komandanı öldürülüb 👮‍♀🚨

Ərəb mediasının məlumatına görə, İsrailin hücumları nəticəsində SEPAH-ın Tehranda yerləşən bölməsinin komandiri Həsən Həsənzadə həyatını itirib.

#İran #SEPAH #komandan #İsrail #havahücumu

Kanala abunə olun
👏125😢2👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran raketi 🇦🇪 Dubayda alüminium zavodunu vurub 🚀🏭💥🔥

#İran #Dubay #raket #zərbə

Kanala abunə olun
👎9👍4🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Zahedan şəhəri bu dəqiqələrdə 🚀💥🔥

İranın Zahedan şəhərində hava hücumundan müdafiə sistemləri 🇺🇸 ABŞ və 🇮🇱 İsrail raketlərinin qarşısını almaq üçün atəş açır.

ویدئوی دیگری از فعال شدن پدافند هوایی در زاهدان

#İran #Zahedan #ABŞ #İsrail #havahücumları

Kanala abunə olun
😁6👍21🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇱🇸🇾 "Suriyanın hazirki lideri Əhməd Əl Şaraa öldürülməlidir.
İsrail ordusunu onu öldürməyə çağırıram.
O ilanın başıdır".


Bu sözləri İsrailin daxili təhlükəsizlik naziri, radikal mövqeli İtamar Ben Gvir deyib.

#İsrail #BenQvir #Suriya #ƏhmədŞəraa

Kanala abunə olun
👍6🤔4🤬31👎1
🇮🇷 Tehrana aviazərbələr endirilir 🚀

🇺🇸 ABŞ və 🇮🇱 İsrail qüvvələri Tehran şəhərinin müxtəlif bölgələrinə hücumlar həyata keçirib.

تهران - حملات گسترده
انفجارهای گسترده در سمت نوبنیاد

یکشنبه ۹ فروردین ۱۴۰۵

#İran #Tehran #ABŞ #İsrail

Kanala abunə olun
👍112🔥1
🇮🇷 İran quru işğalı təhlükəsi fonunda könüllülər cəlb edir və nəzarət məntəqələrini genişləndirir

"The Wall Street Journal" qəzetinin məlumatına görə, İran "Cənfəda" yəni "canımız qurban" adlı kampaniyaya başlayıb.

Ölkədəki mobil abunəçilərin aldığı SMS-də deyilir: "Düşmən 🇺🇸 Amerika- 🇮🇱 sionistin İranın adalarına və sərhədlərinə qarşı təhdidləri ilə yanaşı, ölkə ərazisini müdafiə etməyə hazır olduğunu bəyan etmək üçün nəzərdə tutulmuş milli Cənfəda kampaniyası başlayıb".

Ən böyük şəhərlərdən biri olan İsfahanın sakinləri də bildiriblər ki, təhlükəsizlik qüvvələri girişlərdə və yaxınlıqdakı kəndlərdə yeni yoxlama məntəqələri qurur.

#İran #könüllülər #təhlükəsizlik

Kanala abunə olun
😁6👍1🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-🇮🇱 İsrail qırıcılarının 🇮🇷 Tehrana zərbələrindən görüntülər ✈️

حمله هوایی جتهای آمریکا و اسرائیل به تهران

#İran #Tehran #ABŞ #İsrail

Kanala abhnə olun
👍14👎41🔥1
Bloomberg: "🇺🇸 ABŞ və 🇮🇱 İsrailin 🇮🇷 İrana hücumları yeni nüvə müharibəsi təhlükəsi yarada bilər"

Mənbənin sözlərinə görə, bu fonda getdikcə daha çox ölkə öz nüvə silahlarını nəzərdən keçirir və ABŞ onilliklər ərzində ilk dəfə olaraq nüvə sınaqlarının bərpasına icazə verir.

#ABŞ #İsrail #İran #nüvəmüharibəsi #təhlükə

Kanala abunə olun
🔥4
🇮🇷 Pezeşkian 🇺🇸 ABŞ-dəki etirazlar barədə: "Amerika xalqı "🇮🇱 İsrail birincidir" şüarından qəzəblənib"

İran prezidenti Məsud Pezeşkian özünün "X" hesabında ABŞ-də Trampın siyasətinə qarşı keçirilən genişmiqyaslı etirazları şərh edərək yazıb: "Amerikalı süni intellekt mütəxəssisləri prezident Trampa reallığı izah etməlidirlər: ölkəsində 'Kral yoxdur' etirazları keçirilir.
Amerika xalqı 'İsrail birincidir' şüarından qəzəblənib.
Onlar İsrail krallarının Amerika demokratiyasını idarə etməsindən beziblər".


#ABŞ #İsrail #İran #prezident

Kanala abunə olun
🤮43