Azad İran
5.94K subscribers
34.7K photos
21.5K videos
15 files
9.39K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İran dronu 🇰🇼 Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib 🚀💥🔥✈️

Nəticədə radar sisteminə ciddi ziyan dəyib və hava limanının yanacaq çənlərində böyük yanğın baş verib.

Məlumata görə, hücum zamanı xəsarət alan olmayıb.

#İran #aviazərbə #Küveyt #havalimanı

Kanala abunə olun
👎8😱2👍1
🇺🇸 ABŞ və 🇮🇱 İsrail qüvvələri 🇮🇷 Tehrana aviazərbələr endirib 🚀🔥

Görüntülərdə şənbə günü gecə saatlarında Tehranın qərb və şərqini hədəfə alan hava zərbələrinin yaratdığı partlayışlar əks olunub.

#ABŞ #İsrail #havazərbələri #İran #Tehran

Kanala abunə olun
🔥82👍2👎1
🇮🇷 İranın ən böyük poladəritmə zavodları hücuma məruz qalıb 🏭🚀💥🔥

İranın İsfahan və Əhvazdakı ən böyük poladəritmə zavodlarından üçü zərər görüb.

Polad ixracı İranın neftdən sonra ikinci ən böyük valyuta mənbəyidir.

Tehran təkcə 🇮🇱 İsrailə qarşı deyil, həm də qonşu ərəb ölkələrinə qarşı cavab tədbirləri görəcəyinə söz verib.

#İran #İsfahan #Əhvaz #poladəritməzavodları #havahücumları #İsrail

Kanala abunə olun
🔥113🤮2
🇵🇰 Pakistan Yaxın Şərq münaqişəsi fonunda 🇮🇷 İrana ərzaq ixracına icazə verdi

Pakistan Yaxın Şərqdə davam edən müharibəyə cavab olaraq İrana üç ay müddətinə ərzaq ixracına icazə verəcəyini açıqlayıb. Bu qərar İslamabadın Fars körfəzi ölkələrinə ərzaq tədarükünə icazə verməsindən qısa müddət sonra verilib.

Pakistanın ticarət naziri Kamal Xan İrandan əlavə, İran vasitəsilə Azərbaycan və Orta Asiya ölkələri ilə ticarətin də aparılmasına icazə verildiyini açıqladı. Ticarətin asanlaşdırılması üçün bank zəmanətləri və kredit məktubları kimi bir sıra şərtlər ləğv edilib. (Anadolu Agency)

#Pakistan #ərzaq #ixrac #İran #müharibə

Kanala abunə olun
🤯3👏2👎1
🇮🇷 İranın nüvə və hərbi bazasına hücum edilib 🏭☢️🚀💥

Ötən gecə Tehranın şərqindəki Parçin hərbi və nüvə bazasına ABŞ-İsrail qüvvələri tərəfindən zərbələr endirilib.

Məlumata görə, hücumlardan sonra bir neçə partlayış baş verib.

صحنه‌‌های ویدیویی شامگاه شنبه هشتم فروردین حملات مکرر آمریکا و اسرائیل به زیرساخت‌های نظامی و هسته‌ای ایران در پارچین در اطراف تهران را نشان می‌دهد.

#İran #Tehran #Parçin #hərbibaza #ABŞ #İsrail

Kanala abunə olun
9🔥2
🇮🇷 Tehrana hücumlar davam edir 🚀

Bu gün 🇺🇸 ABŞ-🇮🇱 İsrail qüvvələri yenidən Tehrana hava zərbələri endirib.

#ABŞ #İsrail #İran #Tehran #hücum

Kanala abunə olun
👍10🔥32
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranla bağlı sual 🇹🇷 Türkiyə XİN rəhbərində gülüş doğurdu

Türkiyə televiziyasında jurnalist Türkiyənin xarici işlər naziri Hakan Fidandan İrandan atılan raketlərlə bağlı sual soruşub.

Müxbir: "Bir müddətdir ki, İrandan Türkiyəyə raketlər göndərilmir. Arxa planda necə bir siyasət yürüdüldü ki, bu hal artıq baş vermir?"

Türkiyə XİN rəhbəri Hakan Fidan gülərək: “Buna cavab verməliyəm?"

#Türkiyə #XİN #İran #hücum #gülüş

Kanala abunə olun
👍8😁51🔥1
🇮🇷 İranda böyük su anbarı vurulub 🚀🌊

İsrail və ABŞ İranın Xuzistan əyalətində yerləşən Həftgel qəsəbəsindəki 10 min kubmetrlik su anbarını vurub.

Zehinlərdə təsəvvür üçün 10 min kubmetrlik su anbarı təxminən 4 ədəd standart olimpiya hovuzuna (2.500 kubmetr) bərabərdir.

Belə bir anbar 100 min nəfərin bir günlük ehtiyacını doldurmağa kifayət qədər bəs edə bilər.

Həftgel bölgəsində həmçinin İranın ən qədim neft yataqlarından bəziləri də yerləşir.

#ABŞ #İsrail #İran #suanbarı #hücum

Kanala abunə olun
👍6👎5
🇺🇸 Pentaqon 🇮🇷 İrana qarşı quru əməliyyatı planlaşdırır 🔥

"The Washington Post" qəzeti ABŞ rəsmilərinə istinadən bildirir ki, Pentaqon bir neçə həftə və ya bir neçə ay davam edə biləcək İrana qarşı quru əməliyyatına hazırlaşır.

Hər hansı potensial kampaniya tammiqyaslı işğal olmayacaq.

Nəşrin mənbələri izah edib ki, buraya xüsusi təyinatlı qüvvələrin və adi piyadaların basqınları daxil ola bilər.

#Pentaqon #İran #hərbiəməliyyatlar #xüsusiqüvvələr #basqınlar

Kanala abunə olun
👍11👎4🔥1
Azad İran
🇮🇷 İran humanitar yardıma görə 🇦🇿 Azərbaycana təşəkkür edib İranın xarici işlər naziri Abbas Əraqçı çətin anlarda göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib. İranlı nazir qeyd edib ki, Azərbaycanın göstərdiyi…
🇦🇿 Azərbaycan XİN 🇮🇷 İranın təşəkkür mesajına cavab verdi

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “X” hesabında paylaşım edərək, iranlı həmkarı Abbas Əraqçının təşəkkürünə münasibət bildirib.

“‎Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir.

‎Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır. Bu, eləcə də İki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir.

‎İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!”, -
deyə, XİN başçısı paylaşımında vurğulayıb.

#Azərbaycan #XİN #İran

Kanala abunə olun
👏4🤔2🤮2
🇮🇷 İran Yaxın Şərqdəki 🇺🇸 Amerika universitetlərinə hücumlarla hədələyir

SEPAH Tehran Elm və Texnologiya Universitetinə hücumdan sonra Yaxın Şərqdəki İsrail və ABŞ universitetlərinə hücum edə biləcəyini bildirib. Qeyd olunub ki, "İran universitetlərinə hücumlara cavab olaraq onların iki universiteti hücuma məruz qalanadək" bölgədəki bütün təhsil ocaqları qanuni hədəf sayılır.

Bəyanatda vurğulanır: "Bölgədəki Amerika universitetlərinin bütün işçilərinə, müəllim heyətinə və tələbələrinə, eləcə də yaxınlıqda yaşayan hər kəsə təhlükəsizliyini təmin etmək üçün bu universitetlərdən 1 kilometr məsafə saxlamağı tövsiyə edirik".

SEPAH əlavə edib ki, "Əgər ABŞ hökuməti qisas tədbirlərində hədəf alınan iki universitetdən başqa, ölkənin regiondakı universitetlərinə bu mərhələdə zərər dəyməməsini təmin etmək istəyirsə, Tehran vaxtı ilə martın 30-da günorta saatlarına qədər universitetlərin bombalanmasını rəsmi olaraq pisləməlidir". (Tasnim News)

#İran #SEPAH #YaxınŞərq #ABŞ #universitetlər

Kanala abunə olun
👎6👍2
🇺🇸 ABŞ-də minlərlə insan Trampa qarşı etiraz aksiyası keçirib 🗣

Bir gündə ABŞ-də və bir neçə Avropa ölkəsində 3300-dən çox "Kral Yoxdur" etiraz aksiyası keçirilib. İştirakçılar Trampın siyasətinə etiraz ediblər. Nümayişlərdə təxminən 8 milyon insanın iştirak etdiyi bildirilir.

İştirakçılar Trampı demokratik institutları sarsıtmaqda və hakimiyyəti həddindən artıq cəmləşdirməkdə günahlandırırlar. Nümayişçilər həmçinin ABŞ-İsrail müharibəsindən və İrana qarşı immiqrasiya siyasətinin sərtləşdirilməsindən narazılıqlarını bildiriblər, "Kral Yoxdur", "Trampı dayandırın, Demokratiyanı xilas edin", "Tramp dəli olub" və "İstədiyiniz kimi müharibələrə son qoyun" kimi şüarlar səsləndiriblər. Nümayişlərdə aktyor Robert De Niro və müğənni Brus Sprinqstin də daxil olmaqla ictimai xadimlər iştirak ediblər.

#ABŞ #Tramp #etirazaksiyası

Kanala abunə olun
👎65👏4🔥1