Azad İran
5.9K subscribers
35.3K photos
21.7K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp yenidən 🇮🇷 İranda rejimin dəyişdiyini açıqladı 🗣

Dünən ABŞ prezidenti Donald Tramp yenidən İranda rejimin dəyişməsi ilə bağlı açıqlama verib.

“Görünür rejimi dəyişmişik, amma vəziyyət hər iki gündən bir yenə də qarışır. İran öz ali rəhbərini elan etməkdən qorxur”, - deyə, Tramp vurğulayıb.

#ABŞ #Tramp #İran #rejim #dəyişiklik

Kanala abunə olun
😁122👍2🤔2
🇹🇼 Tailand Hörmüz boğazından keçid üçün 🇮🇷 İranla razılığa gəlib 🌊🚢

Bu gün Tailandın baş naziri Anutin Çarnvirakul bildirib ki, ölkəsi İranla Hörmüz boğazından neft tankerlərinin təhlükəsiz keçidi ilə bağlı razılıq əldə edib.

Baş nazirin sözlərinə görə, bu razılaşma yanacaq idxalı ilə bağlı narahatlıqları azaltmağa və enerji təchizatının davamlılığına inamı artırmağa kömək edəcək. O qeyd edib ki, əldə olunan anlaşma mart ayının əvvəlində baş verən fasilələrin təkrarlanma ehtimalını da azalda bilər.

Məlumata görə, daha öncə Tailanda məxsus bir yük gəmisi Hörmüz boğazında SEPAH tərəfindən hücuma məruz qalıb və üç heyət üzvü itkin düşüb.

Anutin Çarnvirakul vurğulayıb ki, hökumət böhranın vətəndaşlara təsirini minimuma endirmək üçün siyasətini mövcud şəraitə uyğunlaşdırmağa davam edəcək. (Independent Persian)

#Tailand #İran #Hörmüzboğazı #razılıq

Kanala abunə olun
👎2
🇮🇷 İran 🇧🇭 Bəhreynə hücumları davam etdirir 🚀🔥

Bəhreyn ötən gecə ərzində İranın raket və dronlarının daha bir hücum dalğası ilə üzləşib.

Zərbə BAPCO (Bəhreyn Neft Şirkəti) ilə əlaqəli neft obyektinə dəyib və böyük yanğına səbəb olub.

#İran #Bəhreyn #hücum

Kanala abunə olun
🤬52
Körfəz ölkələri: "🇮🇷 İranın hücumlarını dəf etdik" 🤔

Körfəz ölkələri müharibənin dördüncü həftəsində İran tərəfindən həyata keçirildiyi iddia edilən dron və raket hücumlarının qarşısının alındığını açıqlayıb.

Bəhreyn Daxili İşlər Nazirliyi xilasedicilərin hədəf alınan obyektlərdən birində baş verən yanğını söndürdüyünü bildirib.

BƏƏ isə rəsmilər ələ keçirilmiş ballistik raketin qalıqlarının Xəlifə İqtisadi Zonası yaxınlığında iki yanğına səbəb olduğunu açıqlayıb. Hadisə nəticəsində beş Hindistan vətəndaşının yüngül xəsarət aldığı bildirilib.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Ər-Riyad istiqamətində atılan ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb. (Independent Persian)

#Körfəzölkələri #İran #hücumlar

Kanala abunə olun
👍63👎1
🇮🇷 İran sərt xəttə keçir: təhlükəsizlik fiquru ön plana çıxır 🤔

Məhəmməd Bağır Zülqədrin #İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilməsi İranın artan böhran şəraitində daha sərt təhlükəsizlik yanaşmasına üstünlük verdiyini göstərir.

Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun təhlilinə görə, bu addım İran hakimiyyətinin diplomatik çeviklikdən çox “intizam, nəzarət və sərt gücün koordinasiyası” vasitəsilə idarəetməni gücləndirmək niyyətini ortaya qoyur.

Ekspertlər bildirir ki, #SEPAH ilə bağlı fiqurun seçilməsi təsadüfi deyil. Zülqədrin karyerası asimmetrik əməliyyatlar, daxili təhlükəsizlik və etirazların yatırılması sahəsində təcrübəni əhatə edir. Onun fəaliyyəti həm İran-İraq #müharibəsi dövründə, həm də sonrakı illərdə təhlükəsizlik strukturlarında mühüm rollarla yadda qalıb.

Təhlildə qeyd olunur ki, Tehran “təzyiq altında hərbi, kəşfiyyat və məhkəmə mexanizmlərini koordinasiya edə bilən təhlükəsizlik memarı”na üstünlük verib.
🤮6😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın nüvə proqramı və silah istehsalı obyektlərinə hücum olub 🚀

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox qırıcı eyni vaxtda üç fərqli yerdə İran infrastrukturuna zərbə endirib. Hücumlar Ərakdakı ağır su zavoduna və Yəzddəki uranın zənginləşdirilməsində istifadə edilən partlayıcı maddələr istehsal edən bir obyektə edilən zərbələrlə həyata keçirilib.

Habelə İranın silah istehsalı ilə əlaqəli obyektlərə də zərbələr endirilib. Hədəflər arasında aşağıdakılar olub:

▪️ Müxtəlif növ silahların istehsalı üçün istifadə olunan hərbi sənaye;
▪️ Qabaqcıl partlayıcı qurğuların istehsalı və hazırlanması üçün istifadə edilən İran Müdafiə Nazirliyinin obyekti - Bu obyekt "rejimin terror qruplaşmaları, o cümlədən HƏMAS və Hizbullah təşkilatları" üçün silah mənbəyi idi;
▪️ Ballistik raket komponentləri və zenit raketləri istehsal edən bir obyekt.

#İsrail #İran #müharibə #hücum

Kanala abunə olun
👍82👎1
Guardian: “🇸🇦 Səudiyyə 🇺🇸 ABŞ-ni 🇮🇷 İrana hücumları gücləndirməyə çağırır”

Dünən “The Guardian” qəzeti Səudiyyə Ərəbistanı kəşfiyyat mənbəyinə istinadən bildirib ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ABŞ-İsrail müharibəsini Yaxın Şərqi yenidən qurmaq üçün “tarixi fürsət” hesab edir və ABŞ-ni İrana hücumlarını davam etdirməyə çağırıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı eyni zamanda İslam Respublikası ilə birbaşa münaqişəyə qoşulmağı da nəzərdən keçirir.

Daha öncə Məhəmməd bin Salmanın ABŞ prezidenti Donald Trampdan İslam Respublikasına qarşı müharibəni çox tez bitirməməsini istədiyini bildirib.

Qəzet Səudiyyə Ərəbistanı kəşfiyyat mənbəyinə istinadən əlavə edib ki, Ər-Riyad təkcə hərbi əməliyyatı davam etdirmək deyil, həm də onu gücləndirmək istəyir. (Iranintl)

#SəudiyyəƏrəbistanı #ABŞ #İran #müharibə

Kanala abunə olun
👍8👎52
🇮🇷 İran müharibə ilə bağlı 🇺🇳 BMT hesabatlarına çağırış etdi

Bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” hesabında ictimaiyyətə müraciət edərək BMT tərəfindən hazırlanmış hesabatları oxumağa çağırıb.

İran parlamentinin sədri bildirib ki, bu sənədlər ölkəsinin “insanlıq uğrunda mübarizə apardığını” və İsrailin “insan sivilizasiyası üçün ciddi təhlükə” olduğunu anlamaq baxımından əhəmiyyətlidir.

Qalibaf qeyd edib ki, maarifləndirmə müqavimətin mühüm hissəsidir və beynəlxalq ictimaiyyət hadisələrə obyektiv yanaşmaq üçün rəsmi mənbələrə diqqət yetirməlidir.

O, xüsusilə üç hesabatı önə çəkib:
• “Soyqırımın Anatomiyası”;
• “İşğal İqtisadiyyatından Soyqırım İqtisadiyyatına”;
• “Bir insanın dözə biləcəyindən daha çox: İsrailin Fələstinlilərə qarşı sistematik cinsi zorakılıqdan istifadəsi”.


Qalibafın sözlərinə görə, bu sənədlərdə yer alan məlumatlar müharibə cinayətlərinin miqyasını göstərir və “bir insanın dözə biləcəyindən daha artıq” vəziyyəti əks etdirir.

#İran #parlament #BMT #müharibə
🤮7👏21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇴🇲 Oman limanına hücum edilib ✈️💥

Bu gün Omanın Salalah limanı yenidən dron zərbəsinə məruz qalıb.

#Oman #liman #dron #hücum

Kanala abunə olun
👎61
🇮🇷 İran və 🇵🇰 Pakistan regional məsələləri müzakirə edib

Bu gün İran prezidenti Məsud Pezeşkian və Pakistanın baş naziri Şahbaz Şərif bir saatdan çox davam edən telefon danışığı aparıblar.

Şərif İran prezidentinə Pakistanın dialoqu təşviq etmək və münaqişənin gərginliyini azaltmaq üçün ABŞ və Körfəz ölkələri ilə davam edən diplomatik səyləri barədə məlumat verib.

O, İsrailin İrana hücumlarını pislədiyini bir daha təkrarlayıb və İran xalqı ilə həmrəyliyini bildirib. (IRNA)

#İran #Pakistan #danışıqlar

Kanala abunə olun
👎52
🇮🇷 Pezeşkian qonşu ölkələrə çağırış etdi 🗣️

Bu gün İran prezidenti Məsud Pezeşkian “X” hesabında paylaşım edərək region ölkələrinə müraciət edib.

O, bildirib ki, ölkəsi qabaqlayıcı hücumlar həyata keçirmir, ancaq infrastruktur və iqtisadi mərkəzlərə qarşı edilən hücumlara “güclü cavab” verəcək.

“Biz dəfələrlə bildirmişik ki, İran qabaqlayıcı hücumlar həyata keçirmir, lakin infrastruktur və iqtisadi mərkəzlərimizə hücumlara cavab olaraq düşmənə güclü cavab verəcəyik. Region ölkələrinə səslənirəm ki, inkişaf və təhlükəsizlik axtarırsınızsa, düşmənlərimizin müharibəni sizin ölkələrinizdən idarə etməsinə imkan verməyin”, - deyə, Pezeşkian vurğulayıb.

#İran #Pezeşkian #qonşuölkələr #müharibə #çağırış

Kanala abunə olun
👍43😁2🤮2👎1
🇮🇷 SEPAH 🇦🇪 Dubayda 🇺🇦 Ukrayna bazasını vurduğunu açıqlayıb 🚀💥🔥

Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari Dubayda Ukraynaya məxsus dron əleyhinə sistem anbarını vurduqlarını iddia edib.

Onun sözlərinə görə, obyekt SEPAH-ın Aerokosmik və Dəniz qüvvələrinin birgə əməliyyatı nəticəsində hədəfə alınıb.

Zülfüqari bildirib ki, eyni vaxtda Dubayda ABŞ hərbi qüvvələrinin istifadə etdiyi sığınacaqlara da zərbələr endirilib və bunun “ağır itkilərlə” nəticələndiyi iddia olunur.

Açıqlamada qeyd olunub ki, vurulan anbar ABŞ ordusuna dəstək məqsədilə Dubayda yerləşdirilmiş Ukraynaya məxsus dronlara qarşı sistemləri saxlayırdı və orada 21 ukraynalının olduğu bildirilib.

Bununla yanaşı, sözçü həmin şəxslərin taleyi ilə bağlı dəqiq məlumatın olmadığını da əlavə edib. (IRNA)

#İran #SEPAH #Dubay #Ukrayna #dronbazası #hücum

Kanala abunə olun
👎8👍2😁2
🇹🇷 Türkiyə və 🇮🇷 İran müharibənin həlli yollarını müzakirə ediblər

Bu gün Türkiyə və İran xarici işlər nazirləri Hakan Fidan və Abbas Əraqçı arasında telefon danışığı aparılıb.

Onlar bölgədəki prosesləri və eskalasiyanın nəticələrini müzakirə ediblər.

Əraqçı münaqişənin sona çatması üçün göstərdikləri səylərə görə Türkiyəyə və bir sıra regional ölkələrə minnətdarlığını bildirib. O, əsas problemin "Amerika tərəfinin ziddiyyətli davranışı və məntiqsiz tələbləri, ABŞ-nin ziddiyyətli addımları və bəyanatlarının isə ciddi şübhələr doğurduğunu və onların aldatmalarına qarşı inamsızlığı artırdığını" vurğulayıb.

Fidan Türkiyənin mövcud böhranın həllində konstruktiv rol oynamağa hazır olduğunu bir daha açıqlayıb. Nazirlər ikitərəfli məsləhətləşmələri davam etdirmək və regiondakı digər ölkələrlə əlaqələri qorumaq barədə razılığa gəliblər. (Əraqçının “Telegram” kanalı)

#Türkiyə #İran #XİN #müharibə

Kanala abunə olun
🤮3👏21👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail qırıcıları 🇸🇾 Suriya üzərindən 🇮🇷 İrana yönəlir ✈️

İsrailə məxsus qırıcı təyyarələrin yanacaq dolduran təyyarələrin müşayiəti ilə Suriya hava məkanında uçuşlar həyata keçirdiyi bildirilir.

Məlumata görə, bu uçuşlar İran ərazisindəki hədəflərə yönəlmiş əməliyyatların davamı kimi dəyərləndirilir.

#İsrail #qırıcılar #Suriya #İran

Kanala abunə olun
🔥7👍52👎2🤮1
Azad İran
🇮🇷 SEPAH 🇦🇪 Dubayda 🇺🇦 Ukrayna bazasını vurduğunu açıqlayıb 🚀💥🔥 Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari Dubayda Ukraynaya məxsus dron əleyhinə sistem anbarını vurduqlarını iddia edib. Onun sözlərinə görə, obyekt SEPAH-ın Aerokosmik…
🇺🇦 Ukrayna 🇦🇪 Dubaydakı bazasına 🇮🇷 İranın hücum xəbərini təkzib etdi

Bu gün Ukrayna Xarici İşlər Nazirliyi Dubayda ölkənin anti-dron sistemlərinin məhv edilməsi xəbərlərinin həqiqətə uyğun olmadığını bildirib.

"Bu, yalandır. Biz bu məlumatı rəsmi olaraq pisləyirik. İran rejimi tez-tez bu cür dezinformasiya əməliyyatları keçirir və ruslardan heç nə ilə fərqlənmir", - deyə , Ukrayna XİN-nin sözçüsü Heorhiy Tixi bildirib. (Independent Persian)

#Ukrayna #İran #SEPAH #təkzib

Kanala abunə olun
🔥3🤔21👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın hücumları nəticəsində 🇮🇱 Təl-Əvivdə dağıntılar qeydə alındı 🚀

İran tərəfindən həyata keçirildiyi bildirilən raket hücumundan sonra İsrailin bir neçə bölgəsində dağıntılar qeydə alınıb.

Məlumata görə, zərbələrdən ən çox təsirlənən ərazilər arasında paytaxt Təl-Əviv də yer alır. Şəhərdə və digər bölgələrdə müxtəlif obyektlərə ziyan dəydiyi bildirilir.

#İran #İsrail #hücum

Kanala abunə olun
👎62🔥2👏2
🇹🇷 Türkiyə və 🇮🇷 İran təhlükəsizlik məsələlərini müzakirə edib

Bu gün Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​iranlı həmkarının müavini Seyid Məcid bin ər-Rza ilə telefon danışığı aparıb.

Tərəflər ikitərəfli müdafiə və təhlükəsizlik münasibətlərini, eləcə də regiondakı mövcud hadisələri müzakirə ediblər. Habelə, müdafiə sahəsində əməkdaşlıq və təhlükəsizliyin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. (Türkiyə Müdafiə Nazirliyi)

#İran #Türkiyə #təhlükəsizlikməsələri

Kanala abunə olun
🤮3👎21👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-nin vitse-prezidenti 🇮🇷 İranla müharibənin müddəti ilə bağlı danışıb

J.D Vens deyib: "Onları çox uzun müddət ərzində zərərsizləşdirməyimiz lazımdır və məqsəd budur. Yaxın Şərqdə baş verənlərə görə yanacağın qiymətləri mütləq artıb, amma yenidən enəcək.
Bu, sonda qısa müddətli olacaq bir münaqişəyə verilən olduqca müvəqqəti bir reaksiyadır.
Hesab edirəm ki, prezident Tramp bu məsələdə çox aydın danışıb: Biz bir il, yaxud iki il sonra İranda qalmaqda maraqlı deyilik. Biz işimizi görüb oradan tezliklə çıxacağıq və qazın qiyməti...
".

#ABŞ #İran #müharibə

Kanala abunə olun
👍4🤔2
🇮🇷 İran və 🇦🇲 Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub ☎️

Abbas Əraqçı və Ararat Mirzoyan Yaxın Şərqdəki son hadisələri və mövcud böhranların mümkün həll yollarını müzakirə ediblər.

Nazirlər eləcə də çoxtərəfli forumlarda müzakirə olunan humanitar məsələlər və problemlər barədə fikir mübadiləsi aparıblar.

#İran #XİN #Əraqçı #Ermənistan #Mirzoyan

Kanala abunə olun
🤮91😁1
🇮🇷 İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağı düşünür

«Iran International» kanalı SEPAH mənbələrinə istinadən xəbər verir ki, parlament və SEPAH da daxil olmaqla, İranın rəsmi qurumları Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq imkanını təcili olaraq müzakirə edir.

Tehrandan olan millət vəkili Şəriəti bildirib ki, müqavilədən çıxmaqla bağlı üç əsas maddədən ibarət qanun layihəsi hazırlanır.

#İran #NPT #nüvəsilahları #müqavilə #imtina

Kanala abunə olun
🤮9👍4👏1😁1