Azad İran
5.91K subscribers
35.2K photos
21.7K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Marko Rubio 🇮🇷 İrana quru qoşunların göndərilməsi haqda danışıb 🗣

ABŞ dövlət katibi Mark Rubio deyib: "Mən xəbərlərdə 'Birləşmiş Ştatlar hədəflərinin nə olduğunu dəqiq bilmir' kimi məlumatlar görürəm.
Biz bu missiyanın hədəflərinin nədən ibarət olduğu barədə ilk gecədən etibarən mümkün qədər aydın olmuşuq.
Biz onların raket, mərmi və dron istehsal edən zavodlarını məhv edəcəyik. Biz onların hərbi dəniz donanmasını məhv edəcəyik.
Biz onların hərbi hava qüvvələrini məhv edəcəyik və raket qurğularını əhəmiyyətli dərəcədə sıradan çıxaracağıq ki, onlar nüvə silahı əldə etmək üçün bu vasitələrin arxasında gizlənə bilməsinlər.
Biz bütün bu hədəflərə nail ola bilərik və nail oluruq; bir çoxu üzrə isə qrafiki qabaqlayırıq.
Biz bunlara heç bir quru qoşunu olmadan nail ola bilərik.
Qoşunların yerləşdirilməsinə gəldikdə
:👇👇👇
2🔥1
Azad İran
🇺🇸 Marko Rubio 🇮🇷 İrana quru qoşunların göndərilməsi haqda danışıb 🗣 ABŞ dövlət katibi Mark Rubio deyib: "Mən xəbərlərdə 'Birləşmiş Ştatlar hədəflərinin nə olduğunu dəqiq bilmir' kimi məlumatlar görürəm. Biz bu missiyanın hədəflərinin nədən ibarət olduğu…
Birincisi, prezident müxtəlif ehtimallara hazır olmalıdır (hansı ki, mən bunları mediada müzakirə etməyəcəyəm). Yenə də sizi Müharibə Departamentinə (Pentaqona) yönləndirirəm, onlar da yəqin ki, eyni şeyi deyəcəklər.
Lakin biz bütün hədəflərimizə quru qoşunları olmadan da nail ola bilərik. Bununla belə, biz hər zaman prezidentə maksimum seçim imkanı və müxtəlif gözlənilməz hallara uyğunlaşmaq şansı verməyə hazır olacağıq."


#ABŞ #İran #quruqoşunları #Rubio

Kanala abunə olun
3🔥1
🇮🇱 İsrail ordusu 🇮🇷 İranın yeganə uran hasilatı zavoduna zərbə endirib 🚀

İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzindəki Yəzd bölgəsində yerləşən uran hasilatı zavoduna hücum edib.

Bu zavod İranda yeraltından çıxarılan xammalın uranı zənginləşdirmək üçün istifadə edilməsi məqsədilə mexaniki və kimyəvi emaldan keçirildiyi yeganə zavoddur. (İsrail ordusunun mətbuat xidməti)

#İsrail #İran #uran #zavod #hücum

Kanala abunə olun
👍81👎1
Media is too big
VIEW IN TELEGRAM
"🇮🇱 İsrail regionun İslam ölkələrini bir-biri ilə uzunmüddətli qarşıdurmaya çəkmək istəyir" 🗣

Bunu 🇹🇷 Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

Nazir deyib: "Həm 🇮🇷 İrana, həm də digər ölkələrə məsləhətimiz İsrailin başlatdığı bu oyuna aldanmasınlar".

#Türkiyə #XİN #xəbərdarlıq #İsrail #İran #müharibə #təxribat

Kanala abunə olun
😁4🤮2
🇮🇷 İranda 12 yaşdan yuxarı uşaqlara səfərbərlik çağırışı 

SEPAH 12 yaşdan yuxarıların səfərbərliyi barədə çağırış edib.

Belə bir çağırışı SEPAH rəsmisi Rəhim Nadiəli dövlət televiziyasında çıxışı zamanı edib.  
O, SEPAH-ın rəhbərliyi altında başladılan "İran üçün Vətən Müdafiəçiləri" kampaniyası 12 yaşdan yuxarı könüllüləri müdafiə və logistika dəstək vəzifələrini yerinə yetirməyə çağırıb.
Nadiəli bütün bacarıq səviyyələrinə malik şəxslərin "İran üçün Vətən Müdafiəçiləri" kampaniyasında iştirak edə biləcəyini bildirərək deyib: "Biz bütün şəxslərin öz təcrübə və bacarıqlarına uyğun olaraq vətənin müdafiəsində rol oynaya biləcəyi bir platforma yaratmaq qərarına gəldik".

Nadiəli əlavə edib ki, qeydiyyatdan keçmək istəyənlərin Tehranda Bəsic ofislərinə müraciət etsinlər.
"Qeydiyyatdan keçmək istəyənlər müvafiq formanı doldurub siyahıya əlavə oluna bilərlər. Bu kampaniya 12 yaşdan yuxarı könüllülər üçün açıqdır", - o vurğualyıb.
😁6👎4🤬31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail Hərbi Hava Qüvvələrinin hücumundan sonra Təbriz şəhəri 😱🔥

تبریز بعد از حمله اسرائیل

#Təbriz #İsrailhücumu

Kanala abunə olun
😢6🔥3🤬1
Media is too big
VIEW IN TELEGRAM
🇱🇧 Hizbullah 🇮🇱 İsrail hərbçilərinin olduğu evi hədəfə alıb 🚀

حمله حزب الله به خانه مسکونی نظامیان اسرائیلی

#Hizbullah #hücum #İsrail

Kanala abunə olun
👎4👍3🔥1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda təhlükəsizlik əməkdaşlarına qarşı pusqular davam edir 🚓🚨

ادامه حمله به نیروهای امنیتی در ایران

#İran #təhlükəsizlik #hücum

Kanala abunə olun
👍12🔥31
🇮🇷 İran 🇸🇦 Səudiyyə Ərəbistanında 🇺🇸 ABŞ təyyarəsini vurub ✈️💥

Peyk görüntüləri göstərir ki İranın aviazərbəsi nəticəsində Səudiyyə Ərəbistanındakı Prince Sultan Hərbi Hava Bazasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ən azı iki ədəd KC-135R Stratotanker yanacaq doldurma təyyarəsi məhv edilib.

İran mənbələri üç təyyarənin vurulduğunu iddia etsə də, aşağı keyfiyyət və davam edən buludlu hava şəraiti digər təyyarələrin zədələnmə səviyyəsi və itki sayını dəqiq müəyyən etməyə imkan vermir.

#İran #SəudiyyəƏrəbistanı #ABŞ #təyyarə #aviazərbə

Kanala abunə olun
👎5👍1
🇪🇺 Avropa kəşfiyyatı: "🇷🇺 Rusiya 🇮🇷 İrana hücum dronlarının təhvil verilməsinin son mərhələsindədir"

"The Guardian" qəzetinin yüksək vəzifəli Avropa rəsmisinə istinadən verdiyi məlumata görə, Avropa kəşfiyyat agentlikləri Rusiyanın 🇺🇸 ABŞ və 🇮🇱 İsrail ilə münaqişədə istifadə üçün İrana hücum dronları təhvil verməyə hazırlaşmasının son mərhələsində olduğunu düşünür.

Onun sözlərinə görə, Moskva artıq Tehranla kəşfiyyat məlumatlarını paylaşır və regiondakı Amerika qüvvələrinə qarşı zərbələr endirməyə kömək edir, lakin qarşıdan gələn "partlayıcı yüklü dronlar"ın çatdırılması müharibənin başlanğıcından bəri birbaşa ölümcül dəstəyin ilk nümunəsi olacaq.
Rəsmi şəxs təsdiqləyib ki, bu, təkcə dronların deyil, həm də dərman və qida da daxil olmaqla digər yardımların mərhələli şəkildə köçürülməsini nəzərdə tutur.👇👇👇
👎7
Azad İran
🇪🇺 Avropa kəşfiyyatı: "🇷🇺 Rusiya 🇮🇷 İrana hücum dronlarının təhvil verilməsinin son mərhələsindədir" "The Guardian" qəzetinin yüksək vəzifəli Avropa rəsmisinə istinadən verdiyi məlumata görə, Avropa kəşfiyyat agentlikləri Rusiyanın 🇺🇸 ABŞ və 🇮🇱 İsrail ilə…
Ekspertlər potensial tədarüklərin münaqişəni kəskin şəkildə qızışdıra biləcəyi barədə xəbərdarlıq edirlər. İran artıq Fars körfəzindəki hədəflərə qarşı hücum dronlarından fəal şəkildə istifadə edir və onların geniş yayılması ABŞ və müttəfiqlərinin hava hücumundan müdafiə sistemləri üçün ciddi problemlər yarada bilər.

#Avropa #İran #Rusiya
👍1👎1
🇺🇸 ABŞ kəşfiyyatı 🇮🇷 İranın raket arsenalının təxminən üçdə birinin məhv edildiyini təsdiqlədi 🚀

Reuters agentliyi ABŞ kəşfiyyatının qiymətləndirmələri ilə tanış mənbələrə istinadən bildirib ki, ABŞ İranın raket arsenalının təxminən üçdə birinin ABŞ və 🇮🇱 İsrailin zərbələri nəticəsində məhv edildiyini etibarlı şəkildə təsdiqləyə bilər.

Bu mənbələrə görə, raketlərin təxminən üçdə birinin zədələndiyi, yerinin dəyişdirildiyi və ya yeraltı saxlama anbarlarında gizlədildiyi ehtimal olunur ki, bu da onların vəziyyətini dəqiq qiymətləndirməyi çətinləşdirir. Qalan arsenalın taleyi hələ də məlum deyil.

Qeyd olunur ki, əhəmiyyətli ziyana baxmayaraq, İran raket potensialının bir hissəsini saxlayır və gələcəkdə onu bərpa edə bilər.

#ABŞ #İran #raket

Kanala abunə olun
4👍1
🇺🇸 ABŞ və 🇮🇱 İsrail 🇮🇷 İranda iki poladəritmə zavoduna zərbə endirib

Bu haqda Fars xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Xuzistan və İsfahandakı Mobareke poladəritmə zavodları hücuma məruz qalıb.

#İran #poladəritməzavodu #ABŞ #İsrail #hücum
8🔥2
🇮🇷 İran XİN: “Enerji və sənaye obyektlərinə zərbələrə cavab verəcəyik”

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı “X” hesabında açıqlama verərək 🇮🇱 İsrail və 🇺🇸 ABŞ-yə xəbərdarlıq edib.

Nazirin sözlərinə görə, hücumlar nəticəsində ölkənin iki böyük polad zavodu, bir elektrik stansiyası, mülki nüvə obyektləri və digər infrastruktur hədəfə alınıb.

Əraqçı bildirib ki, İsrail bu əməliyyatları ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirib.

O, hücumların ABŞ prezidentinin diplomatik proses üçün müəyyən etdiyi müddətlə ziddiyyət təşkil etdiyini vurğulayıb.

İran XİN başçısı əlavə edib ki, Tehran bu hücumlara görə İsraili “ağır şəkildə cəzalandıracaq”.

#İran #Əraqçı #XİN #ABŞ #İsrail #xəbərdarlıq

Kanala abunə olun
🤮62😁1
🛑 Husilər müharibəyə qoşuldu: 🇾🇪 Yəməndən 🇮🇱 İsrailə ilk zərbə 🚀💥🔥

Yəməndə İran tərəfindən dəstəklənən husilər İsrail istiqamətində ballistik raket ataraq müharibəyə qoşulduqlarını faktiki olaraq nümayiş etdiriblər.

Məlumata görə, buraxılan raket İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. İsrail ordusu hücumun qarşısının uğurla alındığını və itkilərin olmadığını açıqlayıb.

Bu, hazırkı münaqişə dövründə Yəmən ərazisindən İsrailə edilən ilk hücum kimi dəyərləndirilir.

Husilər daha öncə İrana qarşı hücumların davam edəcəyi təqdirdə əməliyyatlarının coğrafiyasını genişləndirəcəkləri ilə bağlı xəbərdarlıq etmişdilər. (Independent Persian)

#Yəmən #husilər #İran #İsrail #müharibə

Kanala abunə olun
👎112👍1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp yenidən 🇮🇷 İranda rejimin dəyişdiyini açıqladı 🗣

Dünən ABŞ prezidenti Donald Tramp yenidən İranda rejimin dəyişməsi ilə bağlı açıqlama verib.

“Görünür rejimi dəyişmişik, amma vəziyyət hər iki gündən bir yenə də qarışır. İran öz ali rəhbərini elan etməkdən qorxur”, - deyə, Tramp vurğulayıb.

#ABŞ #Tramp #İran #rejim #dəyişiklik

Kanala abunə olun
😁122👍2🤔2
🇹🇼 Tailand Hörmüz boğazından keçid üçün 🇮🇷 İranla razılığa gəlib 🌊🚢

Bu gün Tailandın baş naziri Anutin Çarnvirakul bildirib ki, ölkəsi İranla Hörmüz boğazından neft tankerlərinin təhlükəsiz keçidi ilə bağlı razılıq əldə edib.

Baş nazirin sözlərinə görə, bu razılaşma yanacaq idxalı ilə bağlı narahatlıqları azaltmağa və enerji təchizatının davamlılığına inamı artırmağa kömək edəcək. O qeyd edib ki, əldə olunan anlaşma mart ayının əvvəlində baş verən fasilələrin təkrarlanma ehtimalını da azalda bilər.

Məlumata görə, daha öncə Tailanda məxsus bir yük gəmisi Hörmüz boğazında SEPAH tərəfindən hücuma məruz qalıb və üç heyət üzvü itkin düşüb.

Anutin Çarnvirakul vurğulayıb ki, hökumət böhranın vətəndaşlara təsirini minimuma endirmək üçün siyasətini mövcud şəraitə uyğunlaşdırmağa davam edəcək. (Independent Persian)

#Tailand #İran #Hörmüzboğazı #razılıq

Kanala abunə olun
👎2
🇮🇷 İran 🇧🇭 Bəhreynə hücumları davam etdirir 🚀🔥

Bəhreyn ötən gecə ərzində İranın raket və dronlarının daha bir hücum dalğası ilə üzləşib.

Zərbə BAPCO (Bəhreyn Neft Şirkəti) ilə əlaqəli neft obyektinə dəyib və böyük yanğına səbəb olub.

#İran #Bəhreyn #hücum

Kanala abunə olun
🤬52