Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Hücumların kölgəsində səmimi səfər: 🇮🇷 Pezeşkian ticarət mərkəzində göründü 🛍️📹

Bu gün İran prezidenti Məsud Pezeşkian Tehranda yerləşən ticarət mərkəzlərindən birinə baş çəkib.

Məlumata görə, prezidentin bu səfəri davam edən gərginlik və ABŞ–İsrail hücumları fonunda baş tutub.

Görüntülərdə Pezeşkianın ticarət mərkəzində səmimi hərəkət etdiyi və satıcılarla ünsiyyət qurduğu əks olunub.

Paylaşılan kadrlar istifadəçilər tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. (IRIB News)

#İran #Pezeşkian #prezident #ticarətmərkəzi

Kanala abunə olun
👍74🤮3👏1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 Bir tərəfdə hücumun izi, digər tərəfdə həyat davam edir 💥🔥

🇮🇷 İranın Bəndər-Abbas şəhərində çəkildiyi bildirilən görüntü sosial mediada geniş yayılıb.

Kadrlarda çimərlikdə yelləncəkdə oynayan bir qızcığaz görünür. Onun arxa fonunda isə hücum nəticəsində zərər çəkdiyi bildirilən hərbi dəniz bazası istiqamətindən tüstünün qalxdığı müşahidə olunur.

Görüntü sosial mediada müharibə fonunda gündəlik həyatın davam etməsini əks etdirən simvolik kadr kimi dəyərləndirilir.

#İran #BəndərAbbas #müharibə

Kanala abunə olun
6👍4🔥1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 Tehrana kütləvi zərbələr endirdi – onlarla hədəf vuruldu 🚀

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, ötən gecə Tehranda genişmiqyaslı hava hücumları həyata keçirilib.

Ordunun açıqlamasına görə, əməliyyat zamanı onlarla hədəf, o cümlədən raket buraxılış qurğuları və hərbi personalın yerləşdiyi məntəqələr vurulub.

Bildirilib ki, hədəflər arasında İran ordusunun əsgərlərin təlimi və raket sistemlərinin saxlanması üçün istifadə etdiyi baza, eləcə də SEPAH-a məxsus silah istehsalı müəssisəsi də olub.

#İsrail #İran #SEPAH #hücum

Kanala abunə olun
12👎1🤮1
🛑 Güney Azərbaycanda uşaqlarda daxil olmaqla ailənin dörd üzvü öldürülüb 😱😢

Bu gün Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərində ABŞ-İsrail hücumları nəticəsində mülki əhali arasında itkilər qeydə alınıb.

Məlumata görə, Yamçı yaşayış məntəqəsinə edilən zərbə zamanı bir ailənin dörd üzvü, o cümlədən iki məktəbli həyatını itirib. (Rokna)

#GüneyAzərbaycan #Mərənd #ABŞ #İsrail #hücum #məktəbli #ölüm

Kanala abunə olun
😢102🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇪🇺 Avropa Parlamentinin 🇧🇪 Belçikalı üzvü 🇮🇷 İrana dəstək verdi

Mark Botenqa deyib: “🇺🇦 Ukraynaya hücum etdiyinə görə 🇷🇺 Rusiyaya qarşı sanksiyalar tətbiq edirsiniz, amma İranı bombaladığına görə 🇺🇸 ABŞ-ni dəstəkləyirsiniz.
Siz Rusiyanı Ukraynanı işğal etdiyinə görə qınayırsınız, ancaq 🇮🇱 İsrailin 🇵🇸 Fələstin və 🇱🇧 Livanı işğal etməsini dəstəkləyirsiniz.
Bu gün Avropa yaxşılıq üçün güc deyil, cinayətə şərikdir.
Bu kifayətdir”.


#Avropa #deputat #İran #ABŞ #İsrail

Kanala abunə olun
👍213👎2😁2👏1
🇮🇷 İran 🇸🇾 Dəməşqdəki prezident sarayına və Suriyadakı digər hədəflərə hücum edə bilər 🚀

SEPAH-a bağlı Fars xəbər agentliyinin məlumatına görə, İran ordusu Dəməşqdəki prezident sarayı da daxil olmaqla, Suriyadakı bir neçə mühüm hədəfə zərbə endirə bilər.
Tehran bu yerlərin "🇮🇱 İsrail, 🇺🇸 Amerika və 🇬🇧 Britaniya məsləhətçiləri üçün toplanma məntəqələri" kimi xidmət etdiyini iddia edərək, "Four Seasons" və "Sheraton" otellərini potensial hədəflər kimi nəzərdən keçirir.

Tehran artıq otel sahiblərinə xarici hərbi qulluqçuların yerləşdiyi hər hansı müəssisənin hücum üçün qanuni hədəf hesab ediləcəyi barədə xəbərdarlıq edib. Digər potensial İran hədəflərinə, mənbələrə görə, ABŞ-nin logistika bazası kimi xidmət edən 🇱🇧 Livandakı köhnə Beyrut Hava Limanı da daxildir.

#İran #Suriya #Dəməşq #hədəf #hücum

Kanala abunə olun
👎41👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ 🇮🇷 İranın raket buraxılış sistemlərinə zərbələr endirib 🚀💥🔥

"ABŞ qüvvələri İran rejiminin öz sərhədlərindən kənarda hərbi güc tətbiq etmək imkanlarını məhv etməyə davam edir".

- ABŞ Mərkəzi Komandanlığı

#ABŞ #İran #raketsistemləri

Kanala abunə olun
12👍1👎1
🇵🇰 Pakistan və 🇦🇫 Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb

Pakistan Ramazan bayramı zamanı elan edilmiş müvəqqəti atəşkəsin başa çatmasından sonra Əfqanıstana qarşı hərbi əməliyyatları bərpa edib.

Xarici İşlər Nazirliyi əməliyyatların bərpa olunduğunu təsdiqləyərək, təhlükəsizlik məqsədlərinə çatana qədər əməliyyatları davam etdirəcəyinə söz verib.
Nazirlik bildirib ki, hərbi əməliyyatlarda fasilə 23-24 mart tarixlərində gecə yarısı başa çatıb.

Əfqanıstanın şərqindəki döyüşlərdə ən azı iki mülki şəxs və bir neçə nəfərin yaralandığı bildirilir. (Pakistanın SanaaTV xəbər agentliyi)

#Pakistan #Əfqanıstan #atəşkəs #döyüş

Kanala abunə olun
👎61
🇮🇷 İranlı haker qrupu 🇺🇸 FTB rəhbərinin şəxsi elektron poçt hesabını sındırdı ⁉️

"Handala" haker qrupu ABŞ Federal Təhlükəsizlik Bürosununun sisteminə haker hücumu həyata keçirərək, təşkilatın direktoru Patelin şəxsi məlumatlarını ələ keçirdiyini açıqlayıb.

Hakerlər açıqlamalarında haker hücumunun bir neçə saat ərzində həyata keçirildiyini və Patelin bütün məxfi məlumatlarını, o cümlədən elektron poçtları, yazışmaları və məxfi sənədləri artıq ictimaiyyətə açıq şəkildə yükləmək mümkün olduğunu bildirdilər.

Qrup həm də FTB-nin haker hücumunda iştirak edənlərin tutulması üçün 10 milyon dollar mükafat elan etməsinə cavab olaraq bunu "gülünc bir fırıldaq" adlandırıb. Hakerlər bildiriblər ki, əgər FTB direktoru bu qədər asanlıqla hədəfə alınıbsa, agentliyin təhlükəsizliyi gülüncdür.

Onlar vurğulayıblar ki, bu, agentliyin məlumatlarının və sıravi işçilərinin təhlükəsizliyini şübhə altına alır.

#İran #hakerqrupu #Handala #FTB

Kanala abunə olun
2👎2😁2
Media is too big
VIEW IN TELEGRAM
🇦🇪 BƏƏ-də güclü qasırğa baş verib, yolları və yaşayış məntəqələrini su basıb 🌧💦

Şiddətli fırtına BƏƏ-yə leysan yağışlar gətirib və yolların və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olub.
Medianın məlumatına görə, Şarja hava limanı sərnişinləri mümkün uçuş gecikmələri barədə xəbərdar edib və Əbu Dabinin mərkəzindəki bir neçə yaşayış məntəqəsi su altında qalıb.
Şəhər xidmətləri ölkə daxilində fırtınadan sonra təmizləmə işlərini davam etdirir.

"Gulf News"-un məlumatına görə, fırtınalı hava 25 martdan bəri davam edir. Hakimiyyət orqanları tədbirlərini gücləndirib: Milli Meteorologiya Mərkəzi 27 martda dağlıq ərazilərdə daşqın riski barədə xəbərdarlıq edib və Şarja polisi sakinlərə mümkün qədər evdə qalmağı tövsiyə edib.

#BƏƏ #AbuDhabi #Şarja #qasırğa
👍2👎21
🇮🇷 İran 🇺🇸 Trampın sülh planına raketlə cavab verdi 🕊🚀

SEPAH ABŞ prezidentinə ünvanlanan raketin üzərinə "Qollarınızı açın və hədiyyəmizi qəbul edin" yazıb.

#SEPAH #ABŞ #Tramp #raket

Kanala abunə olun
👍3🔥2🤬2
🇮🇷 İran və 🇷🇺 Rusiya XİN başçıları arasında telefon danışığı olub 📞

Abbas Əraqçı və Sergey Lavrov regional hadisələri müzakirə ediblər.
Əraqçı qeyd edib ki, 🇺🇸 ABŞ və 🇮🇱 İsrailin "aqressiv hərəkətlərinə" baxmayaraq, İran öz milli maraqlarını və hüquqlarını qorumaqda aydın mövqe tutur.

O əlavə edib ki, Hörmüz boğazındakı qeyri-sabitlik bu hərəkətlərin birbaşa nəticəsidir.
Əraqçı İranın milli təhlükəsizliyini qorumaq üçün boğazdan "təcavüzkar" ölkənin gəmilərinin keçidini məhdudlaşdırmaq üçün qanuni haqqı olduğunu iddia edib.

Lavrov da öz növbəsində Rusiyanın bölgədə gərginliyin azaldılması və təhlükəsizliyin bərpası üçün məsləhətləşmələri davam etdirməyə hazır olduğunu vurğulayıb.

#İran #Rusiya #XİN

Kanala abunə olun
🤮5
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 Marko Rubio 🇮🇷 İrana quru qoşunların göndərilməsi haqda danışıb 🗣

ABŞ dövlət katibi Mark Rubio deyib: "Mən xəbərlərdə 'Birləşmiş Ştatlar hədəflərinin nə olduğunu dəqiq bilmir' kimi məlumatlar görürəm.
Biz bu missiyanın hədəflərinin nədən ibarət olduğu barədə ilk gecədən etibarən mümkün qədər aydın olmuşuq.
Biz onların raket, mərmi və dron istehsal edən zavodlarını məhv edəcəyik. Biz onların hərbi dəniz donanmasını məhv edəcəyik.
Biz onların hərbi hava qüvvələrini məhv edəcəyik və raket qurğularını əhəmiyyətli dərəcədə sıradan çıxaracağıq ki, onlar nüvə silahı əldə etmək üçün bu vasitələrin arxasında gizlənə bilməsinlər.
Biz bütün bu hədəflərə nail ola bilərik və nail oluruq; bir çoxu üzrə isə qrafiki qabaqlayırıq.
Biz bunlara heç bir quru qoşunu olmadan nail ola bilərik.
Qoşunların yerləşdirilməsinə gəldikdə
:👇👇👇
2🔥1
Azad İran
🇺🇸 Marko Rubio 🇮🇷 İrana quru qoşunların göndərilməsi haqda danışıb 🗣 ABŞ dövlət katibi Mark Rubio deyib: "Mən xəbərlərdə 'Birləşmiş Ştatlar hədəflərinin nə olduğunu dəqiq bilmir' kimi məlumatlar görürəm. Biz bu missiyanın hədəflərinin nədən ibarət olduğu…
Birincisi, prezident müxtəlif ehtimallara hazır olmalıdır (hansı ki, mən bunları mediada müzakirə etməyəcəyəm). Yenə də sizi Müharibə Departamentinə (Pentaqona) yönləndirirəm, onlar da yəqin ki, eyni şeyi deyəcəklər.
Lakin biz bütün hədəflərimizə quru qoşunları olmadan da nail ola bilərik. Bununla belə, biz hər zaman prezidentə maksimum seçim imkanı və müxtəlif gözlənilməz hallara uyğunlaşmaq şansı verməyə hazır olacağıq."


#ABŞ #İran #quruqoşunları #Rubio

Kanala abunə olun
3🔥1
🇮🇱 İsrail ordusu 🇮🇷 İranın yeganə uran hasilatı zavoduna zərbə endirib 🚀

İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzindəki Yəzd bölgəsində yerləşən uran hasilatı zavoduna hücum edib.

Bu zavod İranda yeraltından çıxarılan xammalın uranı zənginləşdirmək üçün istifadə edilməsi məqsədilə mexaniki və kimyəvi emaldan keçirildiyi yeganə zavoddur. (İsrail ordusunun mətbuat xidməti)

#İsrail #İran #uran #zavod #hücum

Kanala abunə olun
👍81👎1
Media is too big
VIEW IN TELEGRAM
"🇮🇱 İsrail regionun İslam ölkələrini bir-biri ilə uzunmüddətli qarşıdurmaya çəkmək istəyir" 🗣

Bunu 🇹🇷 Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

Nazir deyib: "Həm 🇮🇷 İrana, həm də digər ölkələrə məsləhətimiz İsrailin başlatdığı bu oyuna aldanmasınlar".

#Türkiyə #XİN #xəbərdarlıq #İsrail #İran #müharibə #təxribat

Kanala abunə olun
😁4🤮2
🇮🇷 İranda 12 yaşdan yuxarı uşaqlara səfərbərlik çağırışı 

SEPAH 12 yaşdan yuxarıların səfərbərliyi barədə çağırış edib.

Belə bir çağırışı SEPAH rəsmisi Rəhim Nadiəli dövlət televiziyasında çıxışı zamanı edib.  
O, SEPAH-ın rəhbərliyi altında başladılan "İran üçün Vətən Müdafiəçiləri" kampaniyası 12 yaşdan yuxarı könüllüləri müdafiə və logistika dəstək vəzifələrini yerinə yetirməyə çağırıb.
Nadiəli bütün bacarıq səviyyələrinə malik şəxslərin "İran üçün Vətən Müdafiəçiləri" kampaniyasında iştirak edə biləcəyini bildirərək deyib: "Biz bütün şəxslərin öz təcrübə və bacarıqlarına uyğun olaraq vətənin müdafiəsində rol oynaya biləcəyi bir platforma yaratmaq qərarına gəldik".

Nadiəli əlavə edib ki, qeydiyyatdan keçmək istəyənlərin Tehranda Bəsic ofislərinə müraciət etsinlər.
"Qeydiyyatdan keçmək istəyənlər müvafiq formanı doldurub siyahıya əlavə oluna bilərlər. Bu kampaniya 12 yaşdan yuxarı könüllülər üçün açıqdır", - o vurğualyıb.
😁6👎4🤬31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail Hərbi Hava Qüvvələrinin hücumundan sonra Təbriz şəhəri 😱🔥

تبریز بعد از حمله اسرائیل

#Təbriz #İsrailhücumu

Kanala abunə olun
😢6🔥3🤬1