Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Azad İran
TƏCİLİ 🚨 🇮🇱 İsrail daha bir 🇮🇷 SEPAH komandanın öldürüldüyünü açıqladı 👮‍♂🔥 Bu gün “The Times of Israel” nəşri ölkə rəsmisinə istinadla xəbər verir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı, güneral Əlirza Təngsiri Bəndər-Abbasa edilən hava hücumu…
🇮🇱 İsrail 🇮🇷 SEPAH komandanının öldürülməsini təsdiqlədi

Bu gün İsrail ordusu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin əsas fiqurlarının öldürüldüyü əməliyyatın təfərrüatlarını açıqlayıb.

Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri (HHQ) İranın cənubundakı Bəndər Abbasdakı hədəflərə hücum həyata keçirib və nəticədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri və Kəşfiyyat İdarəsinin rəisi Behnam Rzayi öldürülüb.

Qeyd olunur ki, Təngsiri "Hörmüz boğazında neft tankerlərinə hücumlara və gəmiçiliyə təhdidlərə görə məsuliyyət daşıyırdı". Rzayi isə öz növbəsində bölgədəki kəşfiyyat əməliyyatlarına nəzarət edib.

#İsrail #İran #SEPAH #komandan #ölüm

Kanala abunə olun
👍82😢2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇮🇷 İranın lideri olmaqla bağlı zarafat edib

Bu dəfə ABŞ prezidenti Donald Tramp İranın ali rəhbəri vəzifəsi ilə bağlı zarafat səsləndirib.

Tramp iddia edib ki, İran ona “ali lider” olmağı təklif edib. Onun sözlərinə görə, bu təklifi qəbul etməyib:

“İran mənə ali rəhbər olmağı təklif etdi. Mən isə “yox təşəkkür edirəm, bunu istəmirəm” dedim”.

#ABŞ #Tramp #İran #alirəhbər #zarafat

Kanala abunə olun
😁20🤔21👎1
NATO 🇮🇶 İraqdan öz əsgərlərini geri çəkib

🇹🇷 Türkiyə Müdafiə Nazirliyi NATO rəhbərliyinin İraqdakı missiyasını geri çəkmək qərarına gəldiyini açıqlayıb.

Bu qərarın bir hissəsi olaraq, Bağdadda yerləşən türk hərbçiləri ölkələrinə geri təxliyə ediliblər. Qərar Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi fonunda verilib.

NATO tərəfindən hazırlanmış geri çəkilmə planının bir hissəsi olaraq, Türkiyə, habelə, İraqdakı NATO müttəfiqlərindən hərbi qulluqçuların geri çəkilməsini dəstəkləyib. (TRT Haber)

#NATO #İraq #Türkiyə #əsgərlər

Kanala abunə olun
👍5😁2🔥1
🇮🇷 İran raketi 🇦🇪 Əbu-Dabidə iki nəfərin ölümünə, üç nəfərin yaralanmasına səbəb olub 🚀😱😢

Ölənlər Pakistan və Hindistan vətəndaşları olub. Yaralanan üç nəfər BƏƏ, İordaniya və Hindistan vətəndaşlarıdır.

Eskalasiya başlayandan bəri ümumilikdə 169 nəfər müxtəlif dərəcələrdə xəsarət alıb.

Yaralananlar arasında BƏƏ, 🇪🇬 Misir, 🇸🇩 Sudan, 🇪🇹 Efiopiya, 🇵🇭Filippin, 🇵🇰 Pakistan, 🇮🇷 İran, 🇮🇳Hindistan, 🇧🇩 Banqladeş, 🇱🇰 Şri-Lanka, 🇦🇿 Azərbaycan, 🇾🇪Yəmən və 🇺🇬 Uqanda da daxil olmaqla 20-dən çox ölkənin vətəndaşları var.

حمله موشکی ایران به ابوظبی دو کشته و سه زخمی برجای گذاشت

#ƏbuDabi #İran #raket #hücum #ölü #yaralı

Kanala abunə olun
👎8🔥1
Financial Times: "🇷🇺 Rusiya 🇮🇷 İrana dronlar göndərir və çatdırılmanı başa çatdırmaq üzrədir" 🚀✈️💊

Nəşrin mənbəyinə görə, Rusiya artıq Tehrana dronlar, dərman və ərzaq göndərir.
Daşınmalar martın əvvəlində başlayıb və ayın sonuna qədər tamamlana bilər.

#Rusiya #İran #dron

Kanala abunə olun
👎91👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇮🇷 İranın hərbi infrastrukturuna zərbələrdən danışıb 🚀

"ABŞ raket buraxılış qurğularının təxminən 90%-ni sıradan çıxarıb və çox güman ki, raketlərin 90%-dən çoxunu məhv edib", - ABŞ prezidenti Donald Tramp deyib.

#ABŞ #Tramp #İran

Kanala abunə olun
2🤔2🔥1
🇮🇷 İran və 🇹🇷 Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub 📞

Abbas ƏraqçıTürkiyəyə və digər regional ölkələrə "təcavüzün" qarşısını almaq səylərinə görə minnətdarlığını bildirib və İranın bu müharibənin təhrikçisi olmadığını, əksinə öz suverenliyini və milli təhlükəsizliyini qoruduğunu vurğulayıb.

O, bir tərəfdən danışıqlar təklif edən, digər tərəfdən isə bölgəyə qoşun və hərbi texnika göndərməyə davam edən və "İrana qarşı yeni cinayətlərə" səbəb olan 🇺🇸 ABŞ-nin davranışındakı ziddiyyətləri qeyd edib.

Hakan Fidan Türkiyənin münaqişənin sona çatmasına kömək etmək səylərinə sadiq olduğunu bir daha vurğulayaraq, ölkənin sülhə nail olmaq üçün bir sıra regional dövlətlərlə məsləhətləşmələri davam etdirdiyini qeyd edib.

#İran #Türkiyə #XİN

Kanala abunə olun
🤮4👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qəzvində 🇮🇱 İsrail raketləri vurulub 🚀

İsrail ordusunun atdığı iki Kruiz raketi Qəzvin əyalətinin Avəc şəhərində 🇮🇷 SEPAH tərəfindən ələ keçirilib.

انهدام دو فروند موشک کروز اسرائیل در منطقه آوج

#İsrail #İran #raket

Kanala abunə olun
😁5👍1🔥1
🇮🇷 İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İraninin də  🇺🇸 ABŞ-🇮🇱 İsrail hücumunda öldürüldüyü iddia edilir

Admiral Şəhram İrani 2021-ci ilin avqust ayında Ayətullah Əli Xameneyi tərəfindən Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

Kürdəsilli Şəhram İrani İran ordusunda qüvvələr komandanlığı vəzifəsinə təyin edilən ilk sünni əsgər olub və həm SEPAH, həm də ordunun dəniz qüvvələrinin komandanları Hörmüz boğazının bağlanmasında əsas məsul şəxslər idi.

#İran #SEPAH #Şəhramİrani

Kanala abunə olun
👍11😢2
🇺🇸 CENTCOM 🇮🇷 SEPAH generalının öldürüldüyünü təsdiqlədi 🔥

ABŞ Mərkəzi Komandanlığının açıqlamasında deyilir: "İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Aüvvələrinin komandanı general Təngsirinin İsrailin hava hücumunda öldürülməsi bölgəni daha təhlükəsiz edir.

İndi isə uzun müddətdir liderliyini itirən SEPAH geri dönməz tənəzzülə uğrayır
".

#CENTCOM #SEPAH #general #ƏlirzaTəngsiri

Kanala abunə olun
10👍4😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇲 CENTCOM: "🇮🇷 İranda 10 mindən çox hədəfə zərbə endirib" 🚀🔥

ABŞ Mərkəzi Komandanlıq Qərargahı (CENTCOM)
açıqlayıb ki, İrana qarşı hərbi əməliyyatlar başlayandan bəri 10 mindən çox hədəfə zərbə endirilib.

ستاد فرماندهی مرکزی آمریکا می‌گوید از زمان آغاز عملیات، بیش از ۱۰ هزار هدف در ایران را مورد حمله قرار داده است.

#ABŞ #CENTCOM #hücum #İran

Kanala abunə olun
👍72👎2
🇱🇧 Hizbullah 🇮🇱 İsrailin şimalına raket hücumu həyata keçirib 🚀🔥

Hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

#Hizbullah #İsrail #hücum

Kanala abunə olun
👎6👍5🔥1
🇮🇷 Pezeşkian 🇷🇺 Rusiyaya təşəkkür edib

Bu gün İran prezidenti Məsud Pezeşkian "X" hesabındakı paylaşımında Rusiya dövlətinə və xalqına "bu tarixi günlərdə Rusiyanın mesajlarının İrana gətirdiyi dəstək və ruhlandırmaya görə" təşəkkürünü bildirib.

Pezeşkian açıqlamasında qeyd edib ki, İran xalqının müqaviməti sayəsində bölgədə əhəmiyyətli dəyişikliklər baş verir və ölkələr arasında yeni əlaqələr qurulur.

O, Şərqi Asiyada təhlükəsizliyin artıq region ölkələrinin öz səyləri ilə təmin ediləcəyini vurğulayıb.
İran prezidenti bildirib ki, bu, dünyanın bu önəmli bölgəsində sabitliyin və sülhün möhkəmləndirilməsində önəmli addımdır.

#İran #Pezeşkian #Rusiya #təşəkkür

Kanala abunə olun
🤮82👎2😁1
🇺🇸 Tramp: "🇮🇷 İran ABŞ-yə neft tankerləri təklif etməklə "xoşməramlı jest" etdi"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran danışıqlarda ciddiliyini nümayiş etdirmək üçün Vaşinqtona "xoşməramlı jest" olaraq Hörmüz boğazından keçən səkkiz (sonradan on) neft tankeri təklif edib.

Tramp bunu "hədiyyə" adlandırıb və davam edən münaqişəyə baxmayaraq diplomatik yanaşmanın mümkünlüyünü bir daha təsdiqləmək üçün ritorikasında bundan istifadə edib.

#ABŞ #Tramp  #Hörmüzboğazı #nefttankeri

Kanala abunə olun
😁8🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Martın 11-də 🇮🇶 İraqda qəzaya uğrayan və 6 ekipaj üzvünün hamısının həlak olduğu 🇺🇸 ABŞ-yə məxsus KC-135 yanacaqdaşıyan təyyarəsinin dağıntıları ✈️

لاشه هواپیمای سوخت‌رسان KC-135 آمریکایی که در 11 مارس در عراق سقوط کرد و هر شش خدمه آن کشته شدند.

#ABŞ #təyyarə #İraq

Kanala abunə olun
🔥41
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺 Putindən 🇮🇷 İran haqqında açıqlama 🗣

Rusiya prezidenti Vladimir Putin deyib: "Yaxın Şərqdə gedən münaqişənin nəticələrini dəqiq proqnozlaşdırmaq hələ də çətindir.

Mənə elə gəlir ki, hətta bu münaqişədə iştirak edən tərəflər belə nə baş verəcəyini proqnozlaşdıra bilmirlər".


#Rusiya #Putin #İran #YaxınŞərq

Kanala abunə olun
🤮51👍1😁1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran sosial mediasında yeni animasiya filmi 🎦

Video 🇺🇸 ABŞ prezidenti Donald Tramp və 🇮🇱 İsrailin Baş naziri Benyamin Netanyahunun Bəəl (Ba'al) adlı iblis fiquru qarşısında diz çökməsini əks etdirən süni intellekt tərəfindən yaradılmış səhnələrlə başlayır.

Bəəl Tövratda və Quranda tez-tez adı çəkilən, "yalançı tanrı" və ya büt kimi xarakterizə edilən qədim bir "ilahdır".
Bu liderlərin həmin fiqura "168 məktəblini" qurban verməsi kimi təsvir edilməsi, onların siyasətini qəddar və qeyri-insani kimi qələmə vermək üçün istifadə edilən kəskin bir metaforadır.
Videoda raketin Bəəl heykəlinin ağzına girərək onu partlatdığı göstərilir.
Quranın Saffat surəsinin 125-ci və Nisa surəsinin 76-cı ayələri nümayiş etdirilir. Bu ayələrdə Bəələ sitayiş sorğulanır və "şeytanın dostlarına" qarşı mübarizəyə çağırış edilir.
Video İranın raket atışları və dini rəhbərə (yaxud İmam Mehdini simvolizə edən bir təsvirə) salam verilməsi ilə başa çatır. Bu, İranı "şeytani" liderlərə qarşı duran "müqəddəs" qüvvə kimi təqdim edir.
😁162👍2🤮1
🇺🇸 Tramp: "🇮🇷 İran razılaşma üçün yalvarır, biz yox" 🗣

ABŞ Prezidenti Tramp Nazirlər Kabinetinin iclasında ABŞ-nin son üç həftə ərzində İrana "misli görünməmiş və təsirli bir zərbə" endirdiyini bəyan edib.

O, ABŞ qüvvələrinin İranın raket arsenalının təxminən 90%-ni və demək olar ki, bütün buraxılış qurğularını məhv etdiyini və bununla da İranın müdafiəsini əhəmiyyətli dərəcədə zəiflətdiyini iddia edib.
Tramp İrana qarşı kampaniyanın gözləniləndən daha sürətlə irəlilədiyini qeyd edib və bunun daha dörd-altı həftə davam edə biləcəyini bildirib.

Tramp deyib: "İran razılaşma üçün yalvarır, amma onlar necə danışıqlar aparacaqlarını bilmirlər".

O, əlavə edib ki, ABŞ müdaxiləsi olmasaydı, İran bütün Yaxın Şərqi ələ keçirməyi planlaşdıra bilərdi.

"İndi onların bir şansı var - nüvə ambisiyalarından əbədi olaraq imtina etmək və irəliyə doğru yeni bir yol çəkmək şansı",- Tramp əlavə edib.
😁125🤔1