Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇷🇺 Rusiya 🇮🇷 Buşehr hücumuna reaksiya verdi: “Odla oynayırsınız”

Bu gün Rusiyanın beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov Buşehr Atom Elektrik Stansiyası hücumla bağlı açıqlama verib.

O, “X” hesabındakı paylaşımında 🇺🇸 ABŞ və 🇮🇱 İsrailə xəbərdarlıq edib.

“Amerika və İsrail odla oynayırlar”, - deyə, Ulyanov vurğulayıb. (Mehr News)

#Rusiya #İran #Buşehr #hücum #ABŞ #İsrail

Kanala abunə olun
🤔21👎1👏1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail HHM sistemləri 🇮🇷 İran raketini zərərsizləşdirə bilmədi 🚀

İsrailin şimalında yerləşən Safed şəhəri yaxınlığında raket insidenti qeydə alınıb.

Məlumata görə, İran tərəfindən atıldığı iddia edilən orta mənzilli ballistik raketə qarşı bir neçə hava hücumundan müdafiə cəhdi həyata keçirilib, lakin bu cəhdlərin uğursuz olduğu bildirilir.

Hadisə zamanı raketin taleyi və mümkün zərər barədə hələlik dəqiq məlumat verilməyib.

#İsrail #İran #raket #hücum

Kanala abunə olun
3👎3🤔2👍1
🇦🇪 BƏƏ: "🇮🇷 İranın ilk hədəfi biz olacağımızı bilirdik" 🗣

BƏƏ-nin ABŞ-dakı səfiri Üteybə, “The Wall Street Journal” qəzetində çıxan məqalədə, ölkəsinin müharibə vəziyyətində İranın onları ilk hədəf kimi seçməsinə hazır olduğunu bildirib.

O, bunun yalnız coğrafi yaxınlığa görə deyil, həm də BƏƏ-nin İrandan əhəmiyyətli fərqlərinə görə qaçılmaz olduğunu vurğulayıb.

“İranın bizi seçəcəyini bilirdik. Yalnız çox yaxın olduğumuz üçün deyil, həm də çox fərqli olduğumuz üçün. BƏƏ öz xalqına qayğı göstərən, qadınları gücləndirən və bütün dinləri alqışlayan müasir, mütərəqqi bir müsəlman cəmiyyətidir. İran üçün bu fikir qəbuledilməzdir”, - deyə, səfir qeyd edib.

#BƏƏ #ABŞ #səfir #İran

Kanala abunə olun
👍65🤔1
🇮🇷 İran Hörmüz boğazını beş "dost" ölkəyə açdı 🌊🚢

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı müharibə şəraitində Hörmüz boğazı ilə bağlı açıqlama verib.

"Biz Hörmüz boğazından dost hesab etdiyimiz bir neçə ölkəyə - Rusiya, Hindistan, İraq, Çin və Pakistana keçidə icazə vermişik. Düşmənlərimizin boğazdan istifadə etməsinə icazə vermək üçün heç bir səbəb görmürük", - deyə, Əraqçı bildirib. (Tasnim News)

#İran #Əraqçı #XİN #Hörmüzboğazı #dostölkələr #keçid #icazə

Kanala abunə olun
🤮6👏3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇮🇱 İsrailə zərbə endirib 🚀💥🚙🔥

Bu gün İsrailin Kəfr Qasim bölgəsində partlayış baş verdiyi bildirilir.

Məlumata görə, partlayışın İrana aid olan kaset sursatı ilə bağlı olduğu qeyd olunur.

Hadisə nəticəsində bir avtomobilin aşdığı açıqlanıb.

#İran #İsrail #hücum

Kanala abunə olun
👎5👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇸🇦 Səudiyyədə maraqlı trend: “🇮🇷 İran dronlarının səsi zarafat mövzusuna çevrildi”

Səudiyyə Ərəbistanında sosial mediada maraqlı bir trend yayılıb.

Paylaşılan görüntülərdə insanların İranın “Shahed” dronlarına xas səsi telefon vasitəsilə səsləndirərək bir-birini zarafatla qorxutduğu görülür.

Videolarda bu səsin real təhlükə ilə əlaqələndirilməsi səbəbindən insanların ilk anda reaksiya verdiyi, daha sonra isə bunun zarafat olduğu ortaya çıxdıqda gülüşlə qarşılandığı müşahidə olunur.

Trend qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müxtəlif reaksiyalara səbəb olub.

#SəudiyyəƏrəbistanı #İran #Shahed #dron #zarafat

Kanala abunə olun
😁13
TƏCİLİ 🚨

🇮🇱 İsrail daha bir 🇮🇷 SEPAH komandanın öldürüldüyünü açıqladı
👮‍♂🔥

Bu gün “The Times of Israel” nəşri ölkə rəsmisinə istinadla xəbər verir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı, güneral Əlirza Təngsiri Bəndər-Abbasa edilən hava hücumu zamanı həyatını itirib.

Məlumata görə, o, Hörmüz boğazı ilə bağlı əməliyyatlarda mühüm rol oynayıb.

İran tərəfi isə hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib. (Independent Persian)

‎مقام رسمی اسرائیل: علیرضا تنگسیری، فرمانده نیروی دریایی سپاه در حمله به بندرعباس کشته شد

#İsrail #hücum #İran #SEPAH #komandan #general

Kanala abunə olun
9👍5👏2🔥1😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇩🇪 Almaniya: “🇮🇷 İran müharibəsi fəlakətdir” ❗️

Bu gün Almaniyanın müdafiə naziri Boris Pistorius İran müharibəsi ilə bağlı açıqlama verib.

“Bu müharibə dünya iqtisadiyyatı üçün fəlakətdir. Təsiri iki həftədən bir az çox müddət sonra artıq tamamilə göz qabağındadır”, - deyə, nazir vurğulayıb.

#Almaniya #İran #müharibə #fəlakət

Kanala abunə olun
🤔5🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Bolton: “Körfəz ölkələri 🇮🇷 İranda rejim dəyişikliyi istəyir” 🗣

ABŞ-nin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton CNN telekanalına müsahibəsində İran müharibəsini şərh edib.

Bolton bildirib ki, Körfəz ölkələri mövcud müharibənin başlanmasını istəməsələr də, uzun müddətdir İranda rejim dəyişikliyinin tərəfdarıdırlar.

Onun sözlərinə görə, bu mövqe dəyişməyib və həmin ölkələr hələ də İranda siyasi dəyişikliklərin baş verməsini istəyir.

#ABŞ #ConBolton #İran #Körfəzölkələri

Kanala abunə olun
👍52😁1
🇮🇷 İran XİN 🇦🇿 Azərbaycana təşəkkür edib

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı dövlət televiziyasına müsahibəsində xaricdə qalan İran vətəndaşlarına göstərilən yardımlardan danışıb.

O, bildirib ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəlikləri sərhədlərdən kənarda qalan vətəndaşlara yardım göstərmək üçün geniş iş aparıb. Nazir qeyd edib ki, bu proses həm maliyyə, həm də təşkilati baxımdan çətin olsa da, səfirlik və konsulluqların səyləri nəticəsində həyata keçirilib.

Əraqçı marşrut üzərində yerləşən və əməkdaşlıq göstərən ölkələrə təşəkkür edib. O, xüsusilə Əfqanıstan, Türkmənistan, Azərbaycan, Ermənistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan dövlətlərinin göstərdiyi dəstəyi xüsusi vurğulayıb. (Əraqçının “Telegram” kanalı)

#İran #XİN #Azərbaycan #təşəkkür

Kanala abunə olun
👍3🤮31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇮🇱 İsraili hədəfə almağa davam edir 🚀

Bu gün SEPAH İsrailin Beyt Şemeş şəhərinə birbaşa raket zərbəsi endirildiyini bildirib.

İtkilər və dəyən ziyanın miqyası ilə bağlı hələlik məlumat verilməyib.

#İran #SEPAH #İsrail #hücum

Kanala abunə olun
👍4👎3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Bəndər-Abbasda zərbəyə məruz qalan bina 🚀💥🏢

Bəndər-Abbas şəhərində 🇮🇱 İsrailin hücumu zamanı səkkiz mərtəbəli bina tamamilə dağıdılıb.

#İsrail #İran #BəndərAbbas #hücum

Kanala abunə olun
3🔥2👎1😢1
CNN: 🇮🇷İran Xarq adasında müdafiəni gücləndirir

İran ABŞ-nin mümkün quru əməliyyatına hazırlıq məqsədilə Xarq adasına əlavə hərbi personal və hava hücumundan müdafiə sistemləri yerləşdirir.

Bununla bağlı, CNN telekanalı ABŞ kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İran adanın ətrafında və sahil xətti boyunca ABŞ qoşunlarının potensial olaraq düşə biləcəyi ərazilərdə piyada əleyhinə və tank əleyhinə minalar yerləşdirib.

#İran #Xarqadası #müharibə #ABŞ

Kanala abunə olun
👎41👍1
🇵🇰 Pakistan 🇺🇸 ABŞ və 🇮🇷 İran arasında dolayı danışıqların aparıldığını təsdiqlədi

Pakistanın xarici işlər naziri İshaq Dar bildirib ki, ABŞ və İran arasında dolayı danışıqlar Pakistan tərəfindən ötürülən mesajlar vasitəsilə aparılır.

"Bu kontekstdə ABŞ hazırda İran tərəfindən nəzərdən keçirilən 15 məsələ təqdim edib. Qardaş ölkələr Türkiyə və Misir, digər dövlətlərlə yanaşı, bu təşəbbüsü dəstəkləyir", - deyə, nazir qeyd edib.

#Pakistan #ABŞ #İran #dolayıdanışıqlar

Kanala abunə olun
👍51🔥1
Azad İran
TƏCİLİ 🚨 🇮🇱 İsrail daha bir 🇮🇷 SEPAH komandanın öldürüldüyünü açıqladı 👮‍♂🔥 Bu gün “The Times of Israel” nəşri ölkə rəsmisinə istinadla xəbər verir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı, güneral Əlirza Təngsiri Bəndər-Abbasa edilən hava hücumu…
🇮🇱 İsrail 🇮🇷 SEPAH komandanının öldürülməsini təsdiqlədi

Bu gün İsrail ordusu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin əsas fiqurlarının öldürüldüyü əməliyyatın təfərrüatlarını açıqlayıb.

Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri (HHQ) İranın cənubundakı Bəndər Abbasdakı hədəflərə hücum həyata keçirib və nəticədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri və Kəşfiyyat İdarəsinin rəisi Behnam Rzayi öldürülüb.

Qeyd olunur ki, Təngsiri "Hörmüz boğazında neft tankerlərinə hücumlara və gəmiçiliyə təhdidlərə görə məsuliyyət daşıyırdı". Rzayi isə öz növbəsində bölgədəki kəşfiyyat əməliyyatlarına nəzarət edib.

#İsrail #İran #SEPAH #komandan #ölüm

Kanala abunə olun
👍82😢2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇮🇷 İranın lideri olmaqla bağlı zarafat edib

Bu dəfə ABŞ prezidenti Donald Tramp İranın ali rəhbəri vəzifəsi ilə bağlı zarafat səsləndirib.

Tramp iddia edib ki, İran ona “ali lider” olmağı təklif edib. Onun sözlərinə görə, bu təklifi qəbul etməyib:

“İran mənə ali rəhbər olmağı təklif etdi. Mən isə “yox təşəkkür edirəm, bunu istəmirəm” dedim”.

#ABŞ #Tramp #İran #alirəhbər #zarafat

Kanala abunə olun
😁20🤔21👎1
NATO 🇮🇶 İraqdan öz əsgərlərini geri çəkib

🇹🇷 Türkiyə Müdafiə Nazirliyi NATO rəhbərliyinin İraqdakı missiyasını geri çəkmək qərarına gəldiyini açıqlayıb.

Bu qərarın bir hissəsi olaraq, Bağdadda yerləşən türk hərbçiləri ölkələrinə geri təxliyə ediliblər. Qərar Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi fonunda verilib.

NATO tərəfindən hazırlanmış geri çəkilmə planının bir hissəsi olaraq, Türkiyə, habelə, İraqdakı NATO müttəfiqlərindən hərbi qulluqçuların geri çəkilməsini dəstəkləyib. (TRT Haber)

#NATO #İraq #Türkiyə #əsgərlər

Kanala abunə olun
👍5😁2🔥1
🇮🇷 İran raketi 🇦🇪 Əbu-Dabidə iki nəfərin ölümünə, üç nəfərin yaralanmasına səbəb olub 🚀😱😢

Ölənlər Pakistan və Hindistan vətəndaşları olub. Yaralanan üç nəfər BƏƏ, İordaniya və Hindistan vətəndaşlarıdır.

Eskalasiya başlayandan bəri ümumilikdə 169 nəfər müxtəlif dərəcələrdə xəsarət alıb.

Yaralananlar arasında BƏƏ, 🇪🇬 Misir, 🇸🇩 Sudan, 🇪🇹 Efiopiya, 🇵🇭Filippin, 🇵🇰 Pakistan, 🇮🇷 İran, 🇮🇳Hindistan, 🇧🇩 Banqladeş, 🇱🇰 Şri-Lanka, 🇦🇿 Azərbaycan, 🇾🇪Yəmən və 🇺🇬 Uqanda da daxil olmaqla 20-dən çox ölkənin vətəndaşları var.

حمله موشکی ایران به ابوظبی دو کشته و سه زخمی برجای گذاشت

#ƏbuDabi #İran #raket #hücum #ölü #yaralı

Kanala abunə olun
👎8🔥1
Financial Times: "🇷🇺 Rusiya 🇮🇷 İrana dronlar göndərir və çatdırılmanı başa çatdırmaq üzrədir" 🚀✈️💊

Nəşrin mənbəyinə görə, Rusiya artıq Tehrana dronlar, dərman və ərzaq göndərir.
Daşınmalar martın əvvəlində başlayıb və ayın sonuna qədər tamamlana bilər.

#Rusiya #İran #dron

Kanala abunə olun
👎91👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇮🇷 İranın hərbi infrastrukturuna zərbələrdən danışıb 🚀

"ABŞ raket buraxılış qurğularının təxminən 90%-ni sıradan çıxarıb və çox güman ki, raketlərin 90%-dən çoxunu məhv edib", - ABŞ prezidenti Donald Tramp deyib.

#ABŞ #Tramp #İran

Kanala abunə olun
2🤔2🔥1
🇮🇷 İran və 🇹🇷 Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub 📞

Abbas ƏraqçıTürkiyəyə və digər regional ölkələrə "təcavüzün" qarşısını almaq səylərinə görə minnətdarlığını bildirib və İranın bu müharibənin təhrikçisi olmadığını, əksinə öz suverenliyini və milli təhlükəsizliyini qoruduğunu vurğulayıb.

O, bir tərəfdən danışıqlar təklif edən, digər tərəfdən isə bölgəyə qoşun və hərbi texnika göndərməyə davam edən və "İrana qarşı yeni cinayətlərə" səbəb olan 🇺🇸 ABŞ-nin davranışındakı ziddiyyətləri qeyd edib.

Hakan Fidan Türkiyənin münaqişənin sona çatmasına kömək etmək səylərinə sadiq olduğunu bir daha vurğulayaraq, ölkənin sülhə nail olmaq üçün bir sıra regional dövlətlərlə məsləhətləşmələri davam etdirdiyini qeyd edib.

#İran #Türkiyə #XİN

Kanala abunə olun
🤮4👏1