Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇰🇵 Şimali Koreya lideri: "🇮🇷 İrandakı müharibə nüvə silahına sahib olmağın vacibliyini təsdiqləyir"

Xalq Məclisindəki çıxışı zamanı Kim Çen In deyib: "Mövcud vəziyyət rəqiblərinin "şirin danışıqlarını" rədd etmək və nüvə arsenalının təhlükəsizliyini daimi olaraq təmin etmək üçün KXDR-in strateji seçiminin düzgünlüyünü açıq şəkildə nümayiş etdirir".

O, Şimali Koreyanın "artıq təhdid altında olan bir ölkə olmadığını", çünki "təhdid yaratmaq gücünə" malik olduğunu söyləyib.
"Hökumətimiz nüvə dövləti statusunu qətiyyətlə gücləndirməyə davam edəcək", - deyə o əlavə edib.

2003-cü ildə Şimali Koreya Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) rəsmi olaraq çıxdı və faktiki olaraq nüvə dövləti olduğunu bəyan etdi.
O vaxtdan bəri, onun nüvə proqramı aktiv beynəlxalq danışıqların mövzusu olub. 2006-cı ildə Şimali Koreya ilk nüvə sınağını keçirdi və bu, ölkənin həqiqətən nüvə silahına sahib olduğunu təsdiqləyən mühüm bir məqam oldu.

#ŞimaliKoreya #nüvədövləti #İran #müharibə

Kanala abunə olun
6😁5🤮1
🇮🇷 İran 🇺🇸 ABŞ prezidenti Donald Trampla bağlı təhdidlər kontekstində yeni bir addım atıb

Məlumata görə, İran hakimiyyəti "Trampa qarşı sui-qəsd üçün beynəlxalq mükafat təşəbbüsü" kimi tanınan kampaniyanın bir hissəsi olaraq ictimaiyyətə ianə çağırışı ilə SMS göndərib.

#İran #Tamp #suiqəsd #ianə #mükafat #çağırış

Kanala abunə olun
😁81
🇮🇷 İranın FPV dronları mümkün 🇺🇸 ABŞ desantını qarşılamaq üçün Xarq adasına ehtiyat kimi yerləşdirilib ✈️🔥

پهپادهای FPV ایرانی به عنوان مقابله در جزیره خارک مستقر شدند تا با فرود احتمالی نیروهای آمریکایی مقابله کنند.

#İran #Xarqadası #dron #ABŞ

Kanala abunə olun
😁7👍2🤔21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda 🇺🇸 ABŞ qırıcısı vuruldu ✈️🔥

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) iddia edir ki, Chabahar yaxınlığında bir F/A-18 döyüş təyyarəsi İran hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

SEPAH habelə bildirir ki, təyyarə Hind Okeanına düşüb.

یک جنگندهٔ اف ۱۸ مورد اصابت قرار گرفت

روابط‌عمومی سپاه:
یک فروند جنگندهٔ اف ۱۸ ارتش آمریکا با آتش پدافند تحت شبکهٔ هوایی مورد اصابت قرار گرفت.

#İran #ABŞ #qırıcı #təyyarə

Kanala abunə olun
😁7👎5👍1
🇮🇷 İran 🇺🇸 ABŞ-nin danışıqlar təklifini rədd edib

Tehran müharibəni dayandırmaq üçün 5 sərt şərt irəli sürüb.

İran ABŞ-nin vasitəçilər yolu ilə göndərdiyi təklifləri "aldadıcı" və "reallıqdan uzaq" hesab edir.

Rəsmi Tehran hesab edir ki, ABŞ əvvəlki danışıqlardan (2025-ci ilin yaz və 2026-cı ilin qışındakı görüşlərdən) sadəcə vaxt qazanmaq və hücum hazırlamaq üçün istifadə edib.

İran bəyan edir ki, yalnız 5 şərt yerinə yetirildiyi halda döyüşləri dayandıracaq:
1. Hücumların və sui-qəsdlərin dayandırılması: Düşmən tərəfindən hər növ hərbi təcavüzə son qoyulmalıdır.

2. Təhlükəsizlik təminatı: Müharibənin bir daha təkrarlanmayacağına dair real və obyektiv zəmanətlər verilməlidir.👇👇👇
🤮63😁2
Azad İran
🇮🇷 İran 🇺🇸 ABŞ-nin danışıqlar təklifini rədd edib Tehran müharibəni dayandırmaq üçün 5 sərt şərt irəli sürüb. İran ABŞ-nin vasitəçilər yolu ilə göndərdiyi təklifləri "aldadıcı" və "reallıqdan uzaq" hesab edir. Rəsmi Tehran hesab edir ki, ABŞ əvvəlki…
3. Müharibə təzminatı: Dəymiş ziyanın ödənilməsi və qəti şəkildə həlli təmin edilməlidir.

4. Regional atəşkəs: Müharibə yalnız İran üçün deyil, regiondakı bütün proksi qüvvələr üçün bütün cəbhələrdə eyni vaxtda bitməlidir.

5. Hörmüz boğazı üzərində suverenlik: İranın Hörmüz boğazı üzərindəki hüquqları tanınmalı və bu, qarşı tərəfin öhdəliklərinə əməl etməsi üçün bir təminat vasitəsi kimi qəbul edilməlidir.

İran vurğulayır ki, müharibənin nə vaxt bitəcəyinə Tramp deyil, İran özü qərar verəcək.
Tehran bu məsələdə tələsmədiyini və uzunmüddətli müdafiəyə hazır olduğunu nümayiş etdirir.

ایران پیشنهاد آمریکا را رد کرد و پنج شرط برای پایان دادن به جنگ تحمیلی مطرح نمود

#İran #şərtlər #danışıqlar #ABŞ

Kanala abunə olun
🤮74🔥1
📰 WSJ: “🇺🇸 Tramp 🇮🇷 İranla müharibəni yaxın həftələrdə bitirmək istəyir”

The Wall Street Journal qəzeti xəbər verir ki, Donald Tramp İranla uzunmüddətli hərbi münaqişə istəmir və əməliyyatların yaxın həftələrdə dayandırılmasını planlaşdırır.

Məlumata görə, Tramp müşavirlərinə münaqişənin artıq son mərhələyə daxil olduğunu düşündüyünü bildirib və onlardan 4–6 həftəlik plan çərçivəsində hərəkət etməyi istəyib.

Hesabatda qeyd olunur ki, Ağ Evin Çinlə may ayının ortalarında planlaşdırdığı sammit də bu zaman çərçivəsinə uyğunlaşdırılıb.

Eyni zamanda vurğulanır ki, ABŞ prezidenti əvvəllər mediada anonim mənbələrə istinadən yayılan məlumatları dəfələrlə təkzib edib və onları “yalan” və ya “saxta” adlandırıb. (Independent Persian)

#ABŞ #Tramp #İran #müharibə

Kanala abunə olun
😁3🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 IDF: “🇮🇷 İranın əsas hərbi-sənaye obyekti hədəfə alındı” 🚀

İsrail Müdafiə Qüvvələri (IDF) İranın İsfahan şəhərindəki hərbi-sənaye obyektlərinə qarşı zərbələr endirdiyini açıqlayıb.

Ordunun məlumatına görə, əməliyyat zamanı İsrail Hərbi Hava Qüvvələri və kəşfiyyat strukturlarının təqdim etdiyi dəqiq məlumatlardan istifadə olunub.

Bildirilib ki, zərbələr nəticəsində İranın partlayıcı materialların əsas istehsal mərkəzlərindən biri hədəfə alınaraq məhv edilib.

#İsrail #İran #İsfahan #hərbiobyekt #hücum

Kanala abunə olun
👍92👎1
🇷🇺 Rusiya 🇮🇷 Buşehr hücumuna reaksiya verdi: “Odla oynayırsınız”

Bu gün Rusiyanın beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov Buşehr Atom Elektrik Stansiyası hücumla bağlı açıqlama verib.

O, “X” hesabındakı paylaşımında 🇺🇸 ABŞ və 🇮🇱 İsrailə xəbərdarlıq edib.

“Amerika və İsrail odla oynayırlar”, - deyə, Ulyanov vurğulayıb. (Mehr News)

#Rusiya #İran #Buşehr #hücum #ABŞ #İsrail

Kanala abunə olun
🤔21👎1👏1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail HHM sistemləri 🇮🇷 İran raketini zərərsizləşdirə bilmədi 🚀

İsrailin şimalında yerləşən Safed şəhəri yaxınlığında raket insidenti qeydə alınıb.

Məlumata görə, İran tərəfindən atıldığı iddia edilən orta mənzilli ballistik raketə qarşı bir neçə hava hücumundan müdafiə cəhdi həyata keçirilib, lakin bu cəhdlərin uğursuz olduğu bildirilir.

Hadisə zamanı raketin taleyi və mümkün zərər barədə hələlik dəqiq məlumat verilməyib.

#İsrail #İran #raket #hücum

Kanala abunə olun
3👎3🤔2👍1
🇦🇪 BƏƏ: "🇮🇷 İranın ilk hədəfi biz olacağımızı bilirdik" 🗣

BƏƏ-nin ABŞ-dakı səfiri Üteybə, “The Wall Street Journal” qəzetində çıxan məqalədə, ölkəsinin müharibə vəziyyətində İranın onları ilk hədəf kimi seçməsinə hazır olduğunu bildirib.

O, bunun yalnız coğrafi yaxınlığa görə deyil, həm də BƏƏ-nin İrandan əhəmiyyətli fərqlərinə görə qaçılmaz olduğunu vurğulayıb.

“İranın bizi seçəcəyini bilirdik. Yalnız çox yaxın olduğumuz üçün deyil, həm də çox fərqli olduğumuz üçün. BƏƏ öz xalqına qayğı göstərən, qadınları gücləndirən və bütün dinləri alqışlayan müasir, mütərəqqi bir müsəlman cəmiyyətidir. İran üçün bu fikir qəbuledilməzdir”, - deyə, səfir qeyd edib.

#BƏƏ #ABŞ #səfir #İran

Kanala abunə olun
👍65🤔1
🇮🇷 İran Hörmüz boğazını beş "dost" ölkəyə açdı 🌊🚢

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı müharibə şəraitində Hörmüz boğazı ilə bağlı açıqlama verib.

"Biz Hörmüz boğazından dost hesab etdiyimiz bir neçə ölkəyə - Rusiya, Hindistan, İraq, Çin və Pakistana keçidə icazə vermişik. Düşmənlərimizin boğazdan istifadə etməsinə icazə vermək üçün heç bir səbəb görmürük", - deyə, Əraqçı bildirib. (Tasnim News)

#İran #Əraqçı #XİN #Hörmüzboğazı #dostölkələr #keçid #icazə

Kanala abunə olun
🤮6👏3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇮🇱 İsrailə zərbə endirib 🚀💥🚙🔥

Bu gün İsrailin Kəfr Qasim bölgəsində partlayış baş verdiyi bildirilir.

Məlumata görə, partlayışın İrana aid olan kaset sursatı ilə bağlı olduğu qeyd olunur.

Hadisə nəticəsində bir avtomobilin aşdığı açıqlanıb.

#İran #İsrail #hücum

Kanala abunə olun
👎5👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇸🇦 Səudiyyədə maraqlı trend: “🇮🇷 İran dronlarının səsi zarafat mövzusuna çevrildi”

Səudiyyə Ərəbistanında sosial mediada maraqlı bir trend yayılıb.

Paylaşılan görüntülərdə insanların İranın “Shahed” dronlarına xas səsi telefon vasitəsilə səsləndirərək bir-birini zarafatla qorxutduğu görülür.

Videolarda bu səsin real təhlükə ilə əlaqələndirilməsi səbəbindən insanların ilk anda reaksiya verdiyi, daha sonra isə bunun zarafat olduğu ortaya çıxdıqda gülüşlə qarşılandığı müşahidə olunur.

Trend qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müxtəlif reaksiyalara səbəb olub.

#SəudiyyəƏrəbistanı #İran #Shahed #dron #zarafat

Kanala abunə olun
😁13
TƏCİLİ 🚨

🇮🇱 İsrail daha bir 🇮🇷 SEPAH komandanın öldürüldüyünü açıqladı
👮‍♂🔥

Bu gün “The Times of Israel” nəşri ölkə rəsmisinə istinadla xəbər verir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı, güneral Əlirza Təngsiri Bəndər-Abbasa edilən hava hücumu zamanı həyatını itirib.

Məlumata görə, o, Hörmüz boğazı ilə bağlı əməliyyatlarda mühüm rol oynayıb.

İran tərəfi isə hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib. (Independent Persian)

‎مقام رسمی اسرائیل: علیرضا تنگسیری، فرمانده نیروی دریایی سپاه در حمله به بندرعباس کشته شد

#İsrail #hücum #İran #SEPAH #komandan #general

Kanala abunə olun
9👍5👏2🔥1😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇩🇪 Almaniya: “🇮🇷 İran müharibəsi fəlakətdir” ❗️

Bu gün Almaniyanın müdafiə naziri Boris Pistorius İran müharibəsi ilə bağlı açıqlama verib.

“Bu müharibə dünya iqtisadiyyatı üçün fəlakətdir. Təsiri iki həftədən bir az çox müddət sonra artıq tamamilə göz qabağındadır”, - deyə, nazir vurğulayıb.

#Almaniya #İran #müharibə #fəlakət

Kanala abunə olun
🤔5🔥1