Azad İran
5.91K subscribers
35.3K photos
21.7K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇱 İsrail XİN: “🇮🇷 İran rejimi dünya sülhü üçün ən böyük təhdiddir”

Bu gün İsrail Xarici İşlər Nazirliyi İranla bağlı sərt bəyanat yayıb.

Açıqlamada İran rejiminin “qlobal terror şəbəkəsinin əsas təşkilatçısı” olduğu vurğulanıb və onun fəaliyyətlərinin Yaxın Şərqdən kənarda da qeyri-sabitliyə səbəb olduğu bildirilib.

Bəyanatda açıqlanıb ki, İran uzaqmənzilli raketlər, eləcə də SEPAH və onunla əlaqəli qruplar – Hizbullah, Həmas və Husilər vasitəsilə bölgədə və daha geniş coğrafiyada təsir göstərir.

İsrail tərəfi qeyd edib ki, bu fəaliyyətlər nəticəsində müxtəlif bölgələrdə gərginlik, zorakılıq və qeyri-sabitlik artır.

#İsrail #XİN #İran

Kanala abunə olun
🔥7👍3😁32🤔1
🇱🇧 Livan 🇮🇷 İran səfirini ölkədən çıxarır

Bu gün Livan İranın yeni təyin olunmuş səfirini “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib.

Livan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, Məhəmmədrza Rauf Şebani ölkəni tərk etməlidir və bunun üçün son tarix kimi martın 29-u müəyyən edilib.

Qərarın səbəbi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

#Livan #XİN #İran #səfir #personanonqrata

Kanala abunə olun
👏122👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇮🇷 İrana hücumları davam etdirir 🚀💥🔥

Bu gün İsfahanın Nəcəfabad bölgəsində yerləşən hərbi obyektlər dəfələrlə İsrail tərəfindən hədəfə alınıb.

İsrail ordusu bir neçə saat öncə verdiyi açıqlamada İsfahan əyalətində genişmiqyaslı hücumlar həyata keçirdiyini açıqlayıb.

حملات هوایی پیاپی اسرائیل به مواضع جمهوری اسلامی در نجف‌آباد

#İsrail #hücum #İran #İsfahan
#hərbihədəflər

Kanala abunə olun
6👍6👎1👏1
🇮🇷 SEPAH 🇧🇭 Bəhreyndə 🇺🇸 ABŞ radar sistemlərini vurdu 🚀💥

Bu gün İran İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ-yə məxsus iki mühüm radar sisteminin vurulduğunu açıqlayıb.

Məlumata görə, zərbə Patriot AN/MPQ-65 atəş-idarəetmə radarı və TPS-75 erkən xəbərdarlıq radarını hədəfə alıb.

SEPAH bu sistemlərin bölgədəki hava hücumundan müdafiə infrastrukturunun əsas elementləri olduğunu bildirib.

#İran #SEPAH #zərbə #Bəhreyn #ABŞ #radarsistemləri

Kanala abunə olun
👎7👏2
🇷🇺 Kreml 🇺🇸 Vaşinqton–🇮🇷 Tehran gərginliyini izləyir

Kremlin sözçüsü Dmitri Peskov ABŞ və İran arasında mümkün danışıqlarla bağlı açıqlamalara münasibət bildirib.

Peskov qeyd edib ki, Moskva son 24 saat ərzində tərəflərdən çoxsaylı və bir-biri ilə ziddiyyət təşkil edən bəyanatlar müşahidə edir. Onun sözlərinə görə, bu məlumatların hansı dərəcədə doğru olduğunu müəyyənləşdirmək çətindir.

Kreml sözçüsü əlavə edib ki, İran tərəfi hərbi əməliyyatlar başlayana qədər danışıqları davam etdirməyə hazır olduğunu nümayiş etdirib və proses müəyyən irəliləyiş mərhələsinə çatmışdı. (Independent Persian)

#Rusiya #Kreml #İran #ABŞ #danışıqlar

Kanala abunə olun
😁81👍1🤮1
🇮🇷 İran Qalibafın təhlükəsizliyindən narahatdır

The Wall Street Journal nəşri İran və ərəb rəsmilərinə istinadla yazır ki, Tehran atəşkəs razılaşması cəhdlərinə ehtiyatla yanaşır.

Məlumata görə, İran hakimiyyəti bu təşəbbüslərin potensial “tələ”yə çevrilə biləcəyindən narahatdır.

Xüsusilə qeyd olunur ki, ABŞ ilə mümkün üzbəüz danışıqlar zamanı Məhəmməd Bağır Qalibafın təhlükəsizliyi ilə bağlı ciddi risklərdən ehtiyat edilir. Tehran belə görüşlərin onun hədəfə alınmasına səbəb ola biləcəyindən çəkinir.

#İran #Qalibaf #parlamentsədri #suiqəsd

Kanala abunə olun
😁7👎1
"🇮🇷 İrandakı müharibə 🇷🇺 Rusiyanın beynəlxalq dəstək şəbəkəsini sarsıda bilər"

"The National Interest" nəşri yazır ki, 🇺🇸 ABŞ və 🇮🇱 İsrailin İrandakı hərbi əməliyyatlarının şiddətlənməsi Rusiyanın Qərbin təzyiqinə müqavimət göstərməsinə kömək edən beynəlxalq şəbəkəni təhdid edir.
Ekspertlər xəbərdarlıq edirlər ki, İslam Respublikasının zəifləməsi Ukraynadakı müharibənin başlanğıcından bəri Rusiyanı dəstəkləyən "geostrateji ekosistem"i məhv edə bilər.

Məqalə müəlliflərinə görə, Rusiyanın Qərb sanksiyalarından yayınmaq və çoxqütblü dünya nizamı ideyasını gücləndirmək qabiliyyəti əsasən İran, 🇨🇳 Çin və 🇰🇵 Şimali Koreya kimi müttəfiqlərdən asılıdır.👇👇👇
4🔥1
Azad İran
"🇮🇷 İrandakı müharibə 🇷🇺 Rusiyanın beynəlxalq dəstək şəbəkəsini sarsıda bilər" "The National Interest" nəşri yazır ki, 🇺🇸 ABŞ və 🇮🇱 İsrailin İrandakı hərbi əməliyyatlarının şiddətlənməsi Rusiyanın Qərbin təzyiqinə müqavimət göstərməsinə kömək edən beynəlxalq…
Məqalədə deyilir: "Əgər ABŞ İranın hərbi potensialını əhəmiyyətli dərəcədə zəiflətməyə müvəffəq olarsa, bu, Moskvanın tərəfdaşlıqlarını tədricən sarsıda və müharibəni əhatə edən strateji mühiti dəyişə bilər".

Qeyd olunur ki, Rusiya çoxqütblü dünyada tarazlığı qorumağa çalışaraq ticarət, hərbi dəstək təmin etmək və regionda təsirini gücləndirmək üçün İran və Qlobal Cənubun digər ölkələri ilə münasibətlərindən fəal şəkildə istifadə edir.

#Rusiya #müharibə #İran #Qərb

Kanala abunə olun
👍32
🇸🇦 Səudiyyə şahzadəsi Məhəmməd bin Salman 🇺🇲 Donald Trampı 🇮🇷 İranla müharibəni davam etdirməyə sövq edir

ABŞ rəsmilərinin verdiyi məlumata görə, o, mövcud vəziyyəti regionu yenidən formalaşdırmaq üçün "tarixi fürsət" kimi qiymətləndirir.

Qeyd olunur ki, İran rejimi məhv edilməlidir və bunun üçün tarixi şans yaranıb.
Bundan sonra bölgə üçün yeni imkanlar açılacaq.

#SəudiyyəƏrəbistanı #binSalman #Tramp #İran #müharibə

Kanala abunə olun
👍114😁1🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail Ordusu Cənubi 🇱🇧 Livanda "Hizbullah"-a aid tunel kompleksini məhv etdiyini bildirib 🚀💥

حمله اسرائیل به حزب الله

#İsrail #hücum #Livan #Hizbullah

Kanala abunə olun
👍111
🇮🇷 İranın 🇿🇦 Cənubi Afrikadakı səfirliyindən maraqlı paylaşım

İranın Cənubi Afrikadakı səfirliyi 🇺🇸 Trampın Hörmüz boğazının onun və İran ayətullahı ilə birgə idarə olunması ilə bağlı açıqlamasından sonra bir şəkil paylaşıb.

#İran #səfirlik #CənubiAfrika #Tramp #Hörmüzboğazı

Kanala abunə olun
😁72🔥1
Reuters: "🇮🇷 İran danışıqlarda mövqeyini sərtləşdirir" 🔥

İranın üç mənbəyi Reuters agentliyinə bildirib ki, danışıqlarda İran aşağıdakı tələbləri irəli sürəcək:

🔹Gələcək hücumların olmamasına dair təminatların verilməsi;

🔹 Dəymiş zərərlər üçün maliyyə kompensasiyası;

🔹 İranın Hörmüz boğazı üzərində rəsmi olaraq tanıdığı nəzarət;

🔹İranın ballistik raket proqramı ilə bağlı heç bir danışıqların və tələblərin olmaması.

#İran #danışıqlar #tələblər #ABŞ

Kanala abunə olun
😁10👍2🤮21🔥1
🇺🇸 ABŞ 🇮🇷 İranda 9000-dən çox hədəfə zərbə endirib 🚀💥🔥🚢

Hücumlar nəticəsində 140-dan çox İran gəmisi zədələnib və ya məhv edilib. (CENTCOM)

#ABŞ #CENTCOM #hücum #havazərbələri #İran #gəmi

Kanala abunə olun
8👏3👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇱🇧 Livanın cənubunda, Sur şəhərinin şərqindəki Maaquk bölgəsinə hava zərbəsi endirib 🚀

حمله هوایی اسرائیل به لبنان

#İsrail #Livan #zərbə

Kanala abunə olun
6🔥2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran raketinin qırıntıları 🇱🇧 Beyruta düşüb

سقوط ترکشهای موشک ایرانی به بیروت

#İran #raket #Beyrut

Kanala abunə olun
🔥1
🇸🇪 İsveç 🇮🇷 İran diplomatlarına viza verilməsini dayandırdı 🛂

İsveç rəsmilərinin sözlərinə görə, bu qərar İranda İsveç vətəndaşının edam edilməsinə cavab olaraq qəbul edilib.

Nəticədə, İslam Respublikası səfirliyinin işçilərinə yeni qısamüddətli vizalar verilməyəcək və mövcud vizaların müddəti uzadılmayacaq.

Bu qərar xüsusilə İran səfirliyinin iki işçisinə təsir göstərir və onların yaşayış icazələrinin may ayından etibarən yenilənməməsi deməkdir. (Iranintl)

#İsveç #İran #səfirlik #diplomat #viza #qadağa

Kanala abunə olun
👍92
🇮🇱 İsrail 🇮🇷 SEPAH-ın "Quds" xüsusi təyinatlı bölməsində Livan korpusunun üzvü Məhəmməd Əli Quraninin öldürüldüyünü açıqladı

İsrail Ordusunun məlumatına görə, o, "İran kəşfiyyatının rəhbərliyi altında terror hücumları" planlaşdırırdı.

#İsrail #SEPAH

Kanala abunə olun
👏4👍2😢1