Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
6-17 mart tarixlərində 🇮🇷 İranın Şokuhiyye sənaye şəhərində səkkiz hədəfə endirilmiş hava zərbələrinin peyk görüntüləri 🚀🛰

#İsrail #ABŞ #havazərbələri #İran

Kanala abunə olun
🔥51
HuffPost: "🇺🇸 ABŞ qoşunları arasında Trampın İran strategiyasından narazılıq artır"

ABŞ-nin 🇮🇷 İranda quru əməliyyatı ehtimalı artır, lakin bölgədəki vəziyyətlə tanış olan bir hərbi rəsmi HuffPost-a belə bir perspektivin "tam bir fəlakət" ola biləcəyini söyləyib.

Aktiv xidmətdə olan şəxsi heyət, ehtiyatda olanlar və insan haqları qrupları ilə müsahibələr göstərir ki, bir çox hərbçi stress, məyusluq və həssaslıq hissi keçirir və bu da bəzən onları xidmətdən imtina etməyi düşünməyə vadar edir.

Vicdan və Müharibə Mərkəzinin icraçı direktoru Prisner müraciətlərdə kəskin artım olduğunu qeyd edib: əvvəllər ildə 50-80 müraciət olurdusa, mart ayında yeni müraciətlərin sayı 1000% arıb və indi gündə ən azı bir müraciət daxil olur.

1,3 milyon nəfərlik ABŞ ordusundan qoşunların kütləvi şəkildə ölkədən çıxması baş verməsə də, İranla potensial müharibə üçün aydın bir səbəbin olmaması ehtiyatda olanlar və aktiv xidmətdə olan əsgərlər arasında əsas narazılıq mənbəyi olaraq qalır.

#ABŞ.#ordu #hərbçilər #narazılıq #İran
👎2
Merts: "🇩🇪 Almaniya 🇮🇷 İran rəhbərliyi ilə əlaqə kanalları qurub" 🗣

Almaniya kansleri Fridrix Merts "Əl-Cəzirə" kanalına verdiyi müsahibədə bildirib ki, Almaniya İran rəhbərliyi ilə ünsiyyət kanalları qurub və regiondakı vəziyyətin gərginliyini azaltmaq üçün öz dəstəyini təklif etməyə hazırdır.

"Bölgədə güclü münasibətlərimiz var... Vəziyyətin mürəkkəbliyinə baxmayaraq, hərbi əməliyyatlara son qoyulacağına ümid var və biz sülh yolu ilə həll yoluna nail olmaq üçün bütün səylərimizi göstəririk", - deyə Almaniya kansleri vurğulayıb.

#Almaniya #İran

Kanala abunə olun
👎5
🇮🇷 İran prezidenti və 🇵🇰 Pakistanın Baş naziri arasında telefon danışığı baş tutub 📞

Məsud Pezeşkian və Şahbaz Şərif Fars körfəzində gərginləşən vəziyyəti müzakirə edib və regiondakı "ağır vəziyyət"lə bağlı dərin narahatlıqlarını bildiriblər.

Liderlər dialoq və diplomatiya yolu ilə "gərginliyin təcili şəkildə azaldılması" zərurəti barədə razılığa gəliblər.

Şahbaz Şərif Pakistanın Yaxın Şərqdə sülh və sabitliyin təşviqində konstruktiv rol oynamağa hazır olduğunu bir daha vurğulayıb və mövcud böhranda müsəlman ümməti arasında birliyin xüsusi əhəmiyyətini qeyd edib.

#İran #Pakistan #Şərif #Pezeşkian #sülh

Kanala abunə olun
👎3😁2
🇮🇱 İsrail ordusu 🇮🇷 Tehranın mərkəzində yerləşən SEPAH-ın mərkəzi komandanlığına zərbə endirdi 🚀💥🔥

İsrail Hərbi Hava Qüvvələri mülki binada yerləşən SEPAH-ın Mərkəzi Təhlükəsizlik Komandanlığına hava hücumu həyata keçirib.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, bu qərargah SEPAH tərəfindən bölmə fəaliyyətlərini əlaqələndirmək və vəziyyətin qiymətləndirilməsini aparmaq üçün istifadə olunurdu.

Zərbədən əvvəl mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün tədbirlərin görüldüyü, o cümlədən dəqiq idarə olunan sursatların, hava kəşfiyyatının və əlavə kəşfiyyat məlumatlarının istifadə edildiyi vurğulanır.

#İran #İsrail #zərbə
👍101👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ hərbi aktivliyi artırır: “Epik Qəzəb” əməliyyatı genişlənir ✈️🔥

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin 🇮🇷 İranla müharibə fonunda “Epik Qəzəb” əməliyyatına dəstək məqsədilə uçuşları davam etdirdiyini açıqlayıb.

Qurum tərəfindən yayımlanan videoda gəminin göyərtəsindən qırıcı təyyarələrin havaya qalxması və region sularında uçuş fəaliyyəti əks olunub.

#ABŞ #EpikQəzəb #hərbiəməliyyat #İran

Kanala abunə olun
👍72👎1😁1
🇮🇷 İran və 🇪🇬 Misir regional gərginliyi müzakirə edib

Bu gün İran və Misir xarici işlər nazirləri Abbas Əraqçı və Bədr Əbdülati arasında telefon danışığı baş tutub.

Məlumata görə, Əraqçı və Əbdülati söhbət zamanı bölgədə yaranmış gərgin vəziyyəti və onun beynəlxalq nəticələrini müzakirə ediblər.

İran tərəfi ölkənin ABŞ və İsrail tərəfindən hücuma məruz qaldığını iddia edərək, bunun qarşısında “qanuni müdafiə hüququndan istifadə etdiyini” vurğulayıb.

Misir tərəfi isə bölgədə gərginliyin azaldılması üçün regional və beynəlxalq tərəfdaşlarla apardığı məsləhətləşmələr barədə məlumat verib. (Əraqçının “Telegram” kanalı)

تماس تلفنی وزرای امور خارجه ایران و مصر

#İran #Misir #XİN

Kanala abunə olun
🤮3👍1👏1
🇮🇷 İran 🇺🇸 ABŞ ilə danışıqları rədd etdi

Dünən İran ABŞ ilə müharibənin dayandırılması ilə bağlı danışıqları rədd etdiyini açıqlayıb.

İran XİN-nin sözçüsü İsmayıl Bəqayi bildirib ki, son günlərdə ABŞ tərəfindən bəzi dost ölkələr vasitəsilə Tehrana mesajlar çatdırılıb və bu mesajlara “prinsipial cavab verilib”.

Onun sözlərinə görə, İran tərəfi enerji infrastrukturuna ediləcək hər hansı hücumun “ciddi nəticələrə” səbəb olacağı barədə xəbərdarlıq edib və belə hallarda Silahlı Qüvvələrin “müvafiq cavab tədbirləri” görəcəyini vurğulayıb.

Bəqayi əlavə edib ki, hərbi əməliyyatların başladığı son 24 gün ərzində ABŞ ilə aparılan hər hansı danışıqlar qəbul edilməyib. O, Hörmüz boğazı ilə bağlı İranın mövqeyinin və müharibənin başa çatması şərtlərinin dəyişmədiyini qeyd edib. (IRNA)

#İran #XİN #ABŞ #danışıqlar

Kanala abunə olun
😁4👍2🔥21👏1
🇮🇷 İran 🇮🇱 İsrailin mərkəzini hədəfə alındı: yaralananlar var 🚀💥🔥

İranın İsrailin mərkəzinə endirdiyi hücumdan sonra Təl-Əvivdə dağıntılar qeydə alınıb.

MADA tibb xidmətinin məlumatına görə, şəhərin dörd fərqli hissəsində baş verən hadisələr nəticəsində altı nəfər yüngül xəsarət alıb.

Hadisə yerlərində xilasedici və tibbi qruplar fəaliyyət göstərir, vəziyyət nəzarət altına alınmağa çalışılır.

#İran #İsrail #hücum

Kanala abunə olun
👎54👍2🔥1
🇮🇷 İran parlament sədri 🇵🇰 Pakistanda: 🇺🇸 ABŞ ilə danışıqlar iddiası

“Əl-Cədid” agentliyi İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın İslamabada səfər etdiyini açıqlayıb.

Ərəb mediasının məlumatına görə, Qalibafın təyyarəsi Tehrandan uçuş üçün əvvəlcədən ABŞ və İsraillə koordinasiya əldə etdikdən sonra Pakistana enib.

Pakistan mediası isə bildirir ki, Qalibaf İslamabadda ABŞ rəsmiləri ilə məsləhətləşmələr aparıb. Müzakirələrin əsas mövzusu Hörmüz boğazında naviqasiya təhlükəsizliyi olub.

Bundan əvvəl Donald Tramp ABŞ-nin İranla danışıqlar apardığını açıqlamışdı. Daha sonra isə ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşnerin yaxın günlərdə Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti ilə görüş planlaşdırdığı bildirilib.

#İran #Qalibaf #parlamentsədri #Pakistan #ABŞ #danışıqlar

Kanala abunə olun
👍3🤮2🔥1
🇮🇷 SEPAH: 🇺🇸 ABŞ və 🇮🇱 İsrail enerji obyektlərini vurdu 🚀⚡️

Bu gün SEPAH mediası ABŞ və İsrailin İranın enerji obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

Məlumata görə, hücumlar İsfahan və Xorrəmşəhr şəhərlərində yerləşən obyektləri hədəf alıb. Xüsusilə Xorrəmşəhrdə elektrik stansiyasına dəyən zərbə nəticəsində qaz boru kəmərləri zədələnib və şəhərdə elektrik verilişi tamamilə kəsilib.

SEPAH bəyanatında bildirib ki, bu hücumlara cavab olaraq İran İsraildə və Fars körfəzi regionunda yerləşən elektrik stansiyalarını hədəf almağı planlaşdırır.

Qisas tədbirlərinin vaxtı və detalları açıqlanmayıb.

#İran #SEPAH #ABŞ #İsrail

Kanala abunə olun
🤔4👎32
🇺🇸 ABŞ 🇮🇷 İranla əlaqəli haker saytlarını bağladı 👨‍💻

Bu gün ABŞ İran kəşfiyyat strukturları ilə əlaqəli olduğu iddia edilən bir neçə veb saytı bloklayıb.

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi ilə əlaqəli dörd internet domeni məhkəmə qərarı əsasında müsadirə olunub.

Bəyanatda bildirilir ki, bu saytlar İran hökumətinin müxaliflərinə qarşı kiber və informasiya əməliyyatlarında istifadə edilib. Müsadirə edilən domenlərdən ikisinin Hanzala haker qrupu ilə əlaqəli olduğu iddia olunur.

ABŞ tərəfi qeyd edir ki, həmin platformalar kiberhücumlara görə məsuliyyətin üzərinə götürülməsi, əldə edilən məxfi məlumatların yayılması və jurnalistlərə, müxalif şəxslərə, eləcə də İsrail vətəndaşlarına qarşı təhdid xarakterli çağırışların paylaşılması üçün istifadə olunub. (Iranintl)

#ABŞ #İran #hakerlər #vebsaytlar

Kanala abunə olun
👍7
🇱🇧 Livandan 🇮🇱 İsrailə raket hücumu: onlarla raket atıldı 🚀💥

Livan ərazisindən İsrailin şimalına ən azı 20 raket atıldığı bildirilib.

İsrail mediasının məlumatına görə, raketlərin böyük hissəsi Hayfa və Krayot bölgəsi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib.

Hadisədən sonra xilasetmə xidmətləri ehtimal olunan zərbə nöqtələrinə göndərilib və ərazilərdə axtarış aparılır.

Məlumata əsasən, insident nəticəsində insan itkisi qeydə alınmayıb.

#Livan #İsrail #hücum

Kanala abunə olun
🤔2👎1
🇮🇷 İranda 🇮🇱 İsraillə əməkdaşlıqda ittiham edilən onlarla şəxs saxlanıldı

İran ETTELAAT Nazirliyi ölkədə ABŞ və İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinən 30 nəfərin saxlandığını açıqlayıb.

Nazirliyin məlumatına görə, həbslər Həmədan, Lorestan və Kerman əyalətlərində həyata keçirilib.

Həmədan əyalətində 24 nəfərin hərbi, polis və təhlükəsizlik obyektlərinin koordinatlarını, həmçinin hərbi texnikanın yerini düşmənə ötürdüyü iddia olunur. Bu obyektlərin bəzilərinin sonradan hava zərbələrinə məruz qaldığı qeyd edilib. Saxlanılanların üzərindən 11 ədəd Starlink peyk rabitə terminalı, odlu silahlar və iti bıçaqlar tapılıb.

Lorestan əyalətində dörd nəfər saxlanılıb. Onlar terrorçu qruplaşmalarla əlaqədə olmaq, ABŞ və İsrail üçün məlumat toplamaq və küçə iğtişaşlarını planlaşdırmaqda ittiham olunurlar.

Kerman əyalətində isə silah daşıyan iki nəfər saxlanılıb. Onlardan 7 silah və 10 daraq götürülüb. (IRNA)

#İran #İsrail #ABŞ #ittiham #həbs
🤬5👍1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 ŞƏRHSİZ

🇺🇸🇮🇱🇮🇷 Hazırda Hörmüz boğazı 🚢

#Hörmüzboğazı #İran #ABŞ #İsrail #müharibə #gəmilər

Kanala abunə olun
👍5🔥1
🇮🇷 İran xalqı 576 saatdır qlobal internetdən təcrid olunub 🛜⁉️

NetBlocks qlobal internet monitorinq təşkilatı bildirib ki, İranda internet kəsintisi 25 gündür davam edir və əhali artıq 576 saatdan çoxdur dünya ilə təcrid olunub.

Təşkilatın məlumatına görə, ölkədə yalnız “ağ siyahıya salınmış” hesablar fəaliyyət göstərir və bu hesablar vasitəsilə informasiya məkanı İranda hakimiyyət tərəfindən idarə olunur.

NetBlocks vurğulayıb ki, bu blokada vətəndaşların müstəqil xəbər və məlumat mənbələrinə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırır və sosial-mədəni fəaliyyətlərə ciddi təsir göstərir.

#NetBlocks #İran #internet

Kanala abunə olun
🤬10👎2