Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 Əraqçı: "Biz atəşkəsi qəbul etmirik" 🗣

İranın xarici işlər naziri Abbas Əraqçı Kyodo agentliyinə müsahibəsində bildirib:

"Biz atəşkəsi qəbul etmirik. Keçən ilin ssenarisinin təkrarlanmasını istəmirik.

Biz müharibənin tam, hərtərəfli və dayanıqlı şəkildə başa çatmasını istəyirik. Yeganə qəbul edilən həll yolu müharibənin tam dayandırılmasıdır.

Bu vəziyyətin bir daha təkrarlanmaması üçün təminatlar olmalıdır.
Dəymiş ziyanlar kompensasiya edilməlidir".


#İran #XİN #Əraqçı #atəşkəs #imtina #müharibə

Kanala abunə olun
🤮11😁31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Kərəc şəhərinin Fərdis bölgəsində buraxılan raket geri qayıdıb 🚀🔥

Görüntü bazar günü qeydə alınıb.

بازگشت موشک شلیک شده از دید فردیس
یکشنبه ۲ فرودین

#İran #Kərəc #raket

Kanala abunə olun
😁15
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran jurnalisti: “Əli Laricani heç bir terror təşkilatı ilə əlaqəsi olmayan mülki siyasətçi idi"

"İsrail bu hücumları süni intellekt əsaslı “ağıllı müharibə”lərin bir növü kimi təqdim edir.
Bildirmək istəyirəm ki, Laricaninin, bir gün sonra isə İsmayıl Xətibin (İranın kəşfiyyat və milli təhlükəsizlik naziri) öldürülmə üsulunun “ağıllı müharibə” ilə heç bir əlaqəsi yoxdur.

Onun yerini müəyyən etmək üçün altı və ya yeddi yer seçilib və onların hamısı kor-koranə şəkildə bombardman edilib. Nəhayət, Laricani qızının evində, Tehranın kifayət qədər kasıb bir rayonunda qətlə yetirilib. Onunla birlikdə həmin ərazidə daha 105 nəfər öldürülüb.

Bombardman edilən digər yerlərin hər birində də təxminən eyni sayda adam öldürülüb
",- İranlı jurnalist Əli Əlizadə “Jedaal” tok-şousunda söyləyib.

#İran #Laricani #İsrail

Kanala abunə olun
😁9🤔32🤮1
🇮🇷 Pezeşkian: “İranı xəritədən silmək xülyası ümidsizliyin əlamətidir” ❗️

Dünən İran prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin təhdidlərinə cavab olaraq “X” hesabında yazıb:

“İranı xəritədən silmək illüziyası tarix yaradan xalqın iradəsi qarşısında ümidsizliyin əlamətidir.

Təhdidlər və terror yalnız birliyimizi gücləndirir. Hörmüz boğazı torpaqlarımıza təcavüz edənlər istisna olmaqla, hamı üçün açıqdır. Biz bu ciddi qəbul olunmayan təhdidlərə döyüş meydanında qətiyyətlə cavab veririk”, -
deyə, prezident vurğulayıb.

#İran #Pezeşkian #prezident #ABŞ #İsrail #təhdid

Kanala abunə olun
😁5👏2🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨Ötən gecə 🇮🇷 Tehran 🚀💥🔥

Gecə saatlarında Tehran şəhəri və ətrafı 🇺🇸 ABŞ və 🇮🇱 İsrail qüvvələrinin hücumlarına məruz qalıb.

#ABŞ #İsrail #İran #Tehran #hücum

Kanala abunə olun
6👍3😢2🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Xatəmül-Ənbiya sözçüsü: “🇺🇸 Tramp, sən qovuldun” ❗️

Dünən SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari ABŞ prezidenti Donald Trampa ingilis dilində ismarıc ünvanlayıb:

“Hey Tramp, SƏN QOVULDUN! Sən bu cümləyə bələdsən. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik. Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı”.

Qeyd edək ki, Trampın vaxtilə apardığı “The Apprentice” şousundakı məşhur frazasını ona qarşı istifadə etmək İranın ABŞ rəhbərliyini ciddiyə almadığını və onun hədələrindən (elektrik stansiyalarını vurmaq barədə) qorxmadığını nümayiş etdirmək məqsədi daşıyır.

#İran #SEPAH #XatəmülƏnbiya #sözçü #ABŞ #Tramp

Kanala abunə olun
😁6🤮4👍2👏1
🇺🇸 ABŞ-dən sərt açıqlama: “🇮🇷 İran öz vətəndaşlarını riskə atır”

Pentaqon İranı mülki ərazilərdən raket və pilotsuz uçuş aparatları buraxmaqda ittiham edib.

ABŞ Mərkəzi Komandanlığının komandanı Bred Kuper bildirib ki, İran hücumları dayandırarsa, hərbi əməliyyatlar da dərhal dayandırıla bilər.

Kuper İran hakimiyyətini mülki əhalini təhlükə altına atmaqda günahlandıraraq qeyd edib ki, raket və dron buraxılışları yaşayış məntəqələrindən həyata keçirilir və o, bu halları şəxsən müşahidə etdiyini açıqlayıb.

O, yüksək vəzifəli şəxslərin möhkəmləndirilmiş sığınacaqlarda yerləşdiyini, mülki əhalinin isə müdafiəsiz qaldığını bildirib. (Iran International)

#ABŞ #İran #vətəndaş #risk

Kanala abunə olun
🔥72🤔2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran raketi belə vuruldu 🚀🔥

Dünən İranın ballistik raketi İsrail tərəfindən atmosferdən kənarda zərərsizləşdirilib.

#İran #raket #İsrail

Kanala abunə olun
👍113👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrailin 🇮🇷 İrana zərbələrindən yeni görüntülər 🚀🔥

Ötən gecə İsrail ordusu Yəzd şəhərinə güclü hava zərbələri endirib.

Məlumata görə, hücumlar nəticəsində şəhərdə partlayışlar baş verib.

#İsrail #İran #Yəzd #hücum

Kanala abunə olun
🔥43👍2👎1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇺🇸 ABŞ-yə cavab olaraq satirik animasiya yaydı 📹🔥

İran Hörmüz boğazı ətrafında baş verən gərginlik fonunda ABŞ-yə qarşı satirik animasiya videosu yayımlayıb.

Videoda Hörmüz boğazında hərəkət edən gəmilər təsvir olunur. Daha sonra animasiyada ABŞ və İsrail qüvvələrinin İrana ardıcıl hücumları əks etdirilir.

Növbəti səhnələrdə isə İranın pilotsuz uçuş aparatlarının ABŞ və İsrail mövqelərinə zərbə endirdiyi göstərilir.

#ABŞ #İsrail #İran #Hörmüzboğazı #animasiya

Kanala abunə olun
🤮7😁4👏3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın hücumlarından sonra 🇮🇱 İsrail 🚀🔥

Dünən İran İsrailə yaşayış binalarından birinə hava zərbəsi endirib.

حمله ایران به مناطق مسکونی در اسرائیل

#İran #İsrail #hücum #havazərbəsi

Kanala abunə olun
👎7👍3🔥3
🇮🇷 İrandan xəbərdarlıq: “Fars körfəzi minalana bilər” 💣

Bu gün İranın Müdafiə Şurası Trampın Hörmüz boğazı ilə bağlı verdiyi son tarixdən əvvəl sərt xəbərdarlıq yayıb.

Açıqlamada bildirilib ki, İranın Fars körfəzi və sahil zolağındakı adalarına hücum ediləcəyi təqdirdə bütün Fars körfəzi minalana bilər.

Şura qeyd edib ki, belə bir ssenaridə Fars körfəzi faktiki olaraq uzun müddət bloklanacaq və məsuliyyət hücumu həyata keçirən tərəfin üzərinə düşəcək.

Açıqlamada İranın “qisas üçün qisas” prinsipinə sadiq olduğu vurğulanaraq, enerji infrastrukturu və digər strateji obyektlərə ediləcək hücumlara “qəti və dağıdıcı cavab” veriləcəyi bildirilib.

Bundan əlavə, SEPAH və digər orqanların mövqeyinə istinad edilərək qeyd olunub ki, müharibədə iştirak etməyən ölkələrin belə Hörmüz boğazından keçidi yalnız İranla koordinasiya əsasında mümkün olacaq. (ISNA)

#İran #Farskörfəzi #xəbərdarlıq

Kanala abunə olun
🤮51
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 CENTCOM görüntüləri yaydı: 🇮🇷 Qum zavodu zərbədən sonra 🚀📹

ABŞ Mərkəzi Komandanlığı İranın şimalında, Tehran yaxınlığında yerləşən Qum Turbin Mühərrikləri İstehsalı Zavodunun hücumdan əvvəl və sonrakı vəziyyətini əks etdirən peyk görüntülərini yayımlayıb.

Məlumata görə, sözügedən obyekt SEPAH tərəfindən istifadə edilən hücum dronları üçün qaz turbin mühərrikləri və digər aviasiya komponentlərinin istehsalı ilə məşğul olub.

#ABŞ #İran #Qum #hücum

Kanala abunə olun
🔥8👍21
🇺🇸🇮🇱 ABŞ-İsrail hücumları nəticəsində Təbrizdə 10-a yaxın insan ölüb 🚀😢

Bu gün ABŞ və İsrailin hücumundan sonra Təbrizdə altı nəfər həlak olub.

Bununla bağlı, “Fars News” agentliyi xəbər verib.

Məlumata görə, Təbrizin Mərzdaran bölgəsinə edilən hücum zamanı daha 6 nəfər yaralanıb.

#ABŞ #İsrail #Təbriz #hücum #tələfat

Kanala abunə olun
🤬7😢53🔥2
📰 WP: “🇮🇷 Xameneyi yaralı və təcrid olunmuş vəziyyətdədir”

The Washington Post qəzeti ABŞ və İsrailin təhlükəsizlik rəsmilərinə istinadən Müctəba Xameneyinin vəziyyəti ilə bağlı məlumat yayıb.

Məlumata görə, İranın ali rəhbəri ağır yaralı vəziyyətdədir, təcrid olunub və ona göndərilən mesajlara cavab vermir.

İsrail rəsmilərinin bildirdiyinə görə, bu vəziyyət fonunda SEPAH və bəzi din xadimləri ölkədə nəzarəti daha da gücləndiriblər.

#İran #MüctəbaXameneyi #alirəhbər

Kanala abunə olun
👍6😁5🤮2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇺🇸 ABŞ-yə məxsus iki dronu zərərsizləşdirib ✈️💥🔥

İran Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi ABŞ-yə məxsus iki kamikaze pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.

Məlumata görə, insident Bəndər Abbas şəhərində baş verib. İran Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə sistemləri həmin PUA-ları vaxtında aşkar edərək məhv edib.

#İran #ABŞ #dron

Kanala abunə olun
😁7👍2🔥1
🇺🇸 Tramp: ABŞ və 🇮🇷 İran son iki gündə uğurlu danışıqlar aparıb🤔

“Məmnuniyyətlə bildirirəm ki, ABŞ və İran son iki gün ərzində Yaxın Şərqdə aramızdakı qarşıdurmanın tam və yekun həlli ilə bağlı çox yaxşı və məhsuldar danışıqlar aparıblar”.

Bu sözlıri bu gün ABŞ prezidenti Donald Tramp “Truthsocial” platformasında deyib.

“Mən həftə ərzində davam edəcək bu dərin, ətraflı və konstruktiv müzakirələrin ümumi ruhu və məzmununu nəzərə alaraq, Müharibə Nazirliyinə İrana məxsus elektrik stansiyaları və enerji infrastrukturuna qarşı bütün hərbi zərbələrin beş gün müddətinə təxirə salınması barədə göstəriş vermişəm. Bu qərar davam edən görüş və müzakirələrin uğurundan asılıdır”, - ABŞ prezidenti vurğulayıb.

#ABŞ #Tramp #İran #müharibə #danışıqlar

Kanala abunə olun
😁62🔥1
🇮🇷 İran və 🇹🇷 Türkiyə regional qeyri-sabitliyin nəticələrini müzakirə edib

Bu gün İran və Türkiyənin xarici işlər nazirləri Abbas Əraqçı və Hakan Fidan regional prosesləri və münaqişənin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə etmək üçün telefon danışığı aparıblar.

Əraqçı vurğulayıb ki, "İran xalqının məktəblərinə, xəstəxanalarına və yaşayış məntəqələrinə hücumlar təcavüzkarlar tərəfindən törədilən cinayətlərdir və İranın təcavüzkarların hərbi bazalarına və obyektlərinə zərbə endirməkdəki hərəkətləri özünümüdafiə hüququnun həyata keçirilməsidir".

O, Hörmüz boğazında gəmiçiliyə təhdid olduğunu qeyd edərək, bunu ABŞ və İsrailin "hərbi təcavüzü"nün nəticəsi adlandırıb.

Fidan öz növbəsində bölgədə gərginliyin azaldılmasının və İranla qonşu ölkələr arasında münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb. (Əraqçının “Telegram” kanalı)

#İran #Türkiyə #XİN

Kanala abunə olun
🤮3🤬2
Reuters: “🇧🇭 Bəhreyndəki partlayışa Patriot raketi səbəb olub” 🚀💥

“Reuters”in məlumatına görə, Bəhreyndə martın 9-da baş verən partlayışa 🇺🇸 ABŞ-yə məxsus Patriot hava hücumundan müdafiə sisteminin raket tutucusu səbəb olmuş ola bilər.

Məlumata əsasən, Middlebury Beynəlxalq Araşdırmalar İnstitutu analitikləri hadisə ilə bağlı foto və videoları, eləcə də kommersiya peyk görüntülərini təhlil edərək raketin Sitra adasının Mahazza bölgəsindən təxminən 7 kilometr cənub-qərbdə yerləşən Patriot batareyasından buraxıldığını orta və yüksək ehtimalla müəyyən ediblər.

Bəhreyn rəsmiləri isə açıqlamalarında raketin 🇮🇷 İran pilotsuz uçuş aparatını zərərsizləşdirmək məqsədilə atıldığını və mümkün itkilərin qarşısını aldığını bildiriblər.

#Bəhreyn #partlayış #ABŞ #İran #dron #hücum

Kanala abunə olun
👎42