Azad İran
5.91K subscribers
35.2K photos
21.7K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇺🇸 ABŞ zərbələrinin yeni görüntüləri: 🇮🇷 SEPAH katerləri hədəfdə 🚀💥🚤

ABŞ Hərbi Hava Qüvvələrinin İrana məxsus hərbi dəniz hədəflərinə endirdiyi zərbələrin əlavə görüntüləri yayılıb.

Kadrlarda SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə aid olduğu bildirilən sürətli katerlərin hədəfə alındığı görünür.

Məlumata görə, zərbələr nəticəsində bir neçə katerə ziyan dəyib, lakin itkilərin miqyası ilə bağlı dəqiq məlumat verilməyib.

#ABŞ #İran #SEPAH #katerlər #hücum

Kanala abunə olun
4👍2
🇸🇦 Səudiyyə Ərəbistanı 🇮🇷 İran diplomatlarını ölkədən qovur

Səudiyyə Ərəbistanı Ər-Riyaddakı İran səfirliyinin hərbi attaşesini, onun müavinini və digər üç diplomatı "persona-non-qrata" (arzuolunmaz şəxs) elan edib və onlardan 24 saat ərzində ölkəni tərk etmələrini tələb edib.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, bu qərar "İranın Səudiyyə Ərəbistanına, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrinə, bir sıra ərəb və İslam dövlətlərinə qarşı açıq hücumlarına" cavab olaraq verilib.

Ər-Riyad bu cür addımların davam etdirilməsinin daha da gərginləşməsinə səbəb olacağını və iki ölkə arasında mövcud və gələcək münasibətlərə ciddi təsir göstərəcəyini vurğulayıb.

#SəudiyyəƏrəbistanı #İran #diplomatlar
#personanongrata

Kanala abunə olun
👍74🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran generaldan 🇪🇺 AB-yə çağırış: “Qrelandiya üçün bizə müraciət edin” 🤔

İran Polis Komandanlığının rəisi, general Əhmədrza Radan Avropa Birliyinə ünvanladığı açıqlama ilə diqqət çəkib.

General istehza ilə AB-yə çağırış edərək bildirib ki, “əgər Qrenlandiyanı qoruya bilmirsə, rəsmi müraciət edin biz gələrik”.

#İran #general #AvropaBirliyi #Qrelandiya #istehza

Kanala abunə olun
😁12🤮6👍2👎21🔥1
🇮🇷 İran 🇶🇦 Dohaya təxliyə xəbərdarlığı etdi 🗣️

İran Qətərin paytaxtı Doha şəhərinin bəzi hissələri üçün təxliyə xəbərdarlığı yayıb.

Açıqlamada bildirilib ki, sözügedən ərazilər ABŞ qüvvələrinin və maraqlarının yerləşdirilməsi üçün istifadə olunur və bu səbəbdən “qanuni hədəf” hesab edilə bilər.

Buna görə də şəhər sakinlərinə və vətəndaşlara həmin əraziləri ən qısa zamanda tərk etmələri çağırışı edilib.

#İran #Qətər #Doha #xəbərdarlıq

Kanala abunə olun
👎92👏1😁1
🇮🇷 İran 🇺🇸 Trampın Hörmüz boğazını açmaq ultimatumuna cavab verdi ❗️

İran ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı ultimatumuna sərt cavab verib.

SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının açıqlamasında bildirilib ki, ABŞ İranın enerji infrastrukturunu hədəf alarsa, Tehran Yaxın Şərqdə ABŞ-yə məxsus enerji və informasiya obyektlərinə, eləcə də texnologiya mərkəzləri və duzsuzlaşdırma zavodlarına zərbələr endirəcək. (Mehr News)

#İran #SEPAH #ABŞ #Hörmüzboğazı #təhdid

Kanala abunə olun
😁73👎1
🇮🇷 İran ərəb ölkələrini hədələyir: “Elektriklə vidalaşın”

“Mehr News” agentliyi Yaxın Şərqdə gərginlik fonunda diqqətçəkən poster yayımlayıb.

“Elektriklə vidalaşın” başlığı ilə paylaşılan materialda 🇸🇦 Səudiyyə Ərəbistanı, 🇦🇪 Birləşmiş Ərəb Əmirlikləri, 🇶🇦 Qətər və 🇰🇼 Küveytdəki elektrik stansiyaları potensial qisas hədəfləri kimi göstərilib.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp İrana 48 saatlıq ultimatum vermişdi.

#İran #ərəbölkələri #təhdid

Kanala abunə olun
🤮6👍2🥰1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran raketləri 🇮🇱 İsrail şəhərlərinə düşdü: Onlarla yaralı var 🚀🔥

İsrailin cənubunda yerləşən Arad və Dimona şəhərləri İranın raket hücumuna məruz qalıb.

Məlumata görə, hücum nəticəsində hər iki şəhərdə çoxsaylı yaralı var. Xilasetmə qüvvələri Aradda 84 nəfərin yaralandığını, onlardan 10-nun vəziyyətinin ağır olduğunu açıqlayıb. Dimonada isə daha 33 nəfərin yaralandığı bildirilir.

Hadisə yerindən yayılan görüntülərdə zədələnmiş binalar və dağıntılar altında qalan insanların axtarışının davam etdiyi görünür. Xilasetmə əməliyyatları hazırda da davam edir.

#İran #İsrail #hücum

Kanala abunə olun
👎4👍31🔥1
🇮🇷 İran və 🇴🇲 Oman Yaxın Şərqdəki gərginliyi müzakirə edib

Bu gün İran və Omanın xarici işlər nazirləri - Əbbas Əraqçı və Bədir əl-Busaidi arasında telefon danışığı baş tutub.

Söhbət zamanı Yaxın Şərqdəki gərginlik müzakirə olunub.

Əl-Busaidi İranın ABŞ və İsrail tərəfindən edilən hücumlarla bağlı mövqeyini aydınlaşdırıb. Hər iki nazir bölgədə sabitliyin qorunması və dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. (Əraqçının “Telegram” kanalı)

#İran #Oman #XİN #YaxınŞərq

Kanala abunə olun
🤮72
🇮🇷 İran: “Hörmüz boğazından bütün gəmilər keçə bilər” 🛳️

Bu gün İran Beynəlxalq Dəniz Təşkilatına göndərdiyi rəsmi məktubda Hörmüz boğazından keçidlə bağlı mövqeyini açıqlayıb.

Bəyanatda bildirilir ki, düşmənə məxsus gəmilər istisna olmaqla, bütün gəmilər boğazdan keçmək hüququna malikdir. (Mehr News)

#İran #Hörmüzboğazı #gəmilər #keçid

Kanala abunə olun
😁114👍3👏1
NetBlocks: 🇮🇷 İran dünyadan təcrid olunub 🛜⁉️

NetBlocks bildirib ki, İranda internet kəsintisi artıq 23-cü gündür davam edir və ölkə 528 saatdan çoxdur qlobal şəbəkədən təcrid olunub.

Təşkilat qeyd edib ki, internetin bağlanması artıq dördüncü həftəyə daxil olub və bu vəziyyət müharibə şəraitində müstəqil informasiya və xəbərdarlıq mənbələrinə çıxışı məhdudlaşdıraraq milyonlarla mülki şəxsin narahatlığını artırır.

NetBlocks daha əvvəl bu halı indiyədək qeydə alınan ən ciddi ölkə miqyaslı internet kəsintilərindən biri kimi qiymətləndirmişdi.

Məlumata görə, internetə çıxışın məhdudlaşdırılması ABŞ və İsrailin İrana hücumları fonunda həyata keçirilib və beynəlxalq informasiya axınına çıxışın qarşısını alıb. (Independent Persian)

#İran #internet #kəsinti

Kanala abunə olun
🤬6😁1
🇮🇷 İran bir 🇯🇵 Yaponiya vətəndaşını azad etdi: Digərinin taleyi gözlənilir

İran həbsdə olan iki Yaponiya vətəndaşından birini azad edib.

Bu barədə açıqlama verən Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib ki, azadlığa buraxılan şəxs yaxın vaxtlarda vətənə qayıda biləcək. Onun sözlərinə görə, həmin vətəndaş hazırda Azərbaycan ərazisindədir.

Nazir əlavə edib ki, digər saxlanılan Yaponiya vətəndaşının azad edilməsi üçün səylər davam etdirilir.

Məlumata görə, Yaponiya vətəndaşlarından biri 2025-ci ilin yayında İranda saxlanılıb, lakin ona qarşı irəli sürülən ittihamlar açıqlanmayıb. Digər şəxsin isə NHK-nın Tehran bürosunun rəhbəri olduğu və yanvar ayında saxlanıldığı bildirilir.

#İran #Yaponiya #vətəndaş #həbs #azadlıq

Kanala abunə olun
👍51🔥1
🇮🇷 İran rəsmiləri bir il öncə - bir il sonra

Sosial mediada İran hakimiyyətinin yüksək rütbəli rəsmilərinə aid görüntü yayılıb.

Paylaşımda “bir il öncə – bir il sonra” müqayisəsi aparılaraq, əvvəlki görüntüdə yer alan rəsmilərin sonrakı təsvirdə artıq həyatda olmadığı göstərilir.

Həmin şəxslərin ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlar zamanı həlak olduqları bildirilir.

#İran #ABŞ #İsrail #müharibə

Kanala abunə olun
😁12👍114😢3
🇪🇺 Kallas 🇮🇷 Əraqçı ilə telefon əlaqəsi saxlayıb

Bu gün AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla İran xarici işlər naziri Abbas Əraqçı arasında telefon danışığı baş tutub.

Bununla bağlı, Əraqçının “Telegram” kanalı məlumat verib.

“Tərəflər bölgədə artan gərginliyi müzakirə ediblər və bu proseslərin regional sabitliyə və beynəlxalq təhlükəsizliyə təsiri barədə fikir mübadiləsi apardılar”, - məlumatda qeyd olunub.

#AB #İran

Kanala abunə olun
🤮4
🇺🇸🇮🇷 ABŞ zərbələrinin nəticəsi: Raket zavodu ağır zərər görüb 🚀

Pentaqon Tehranın şərqində yerləşən ballistik raket istehsalı zavodunun hücumdan əvvəl və sonrakı görüntülərini yayımlayıb.

Yayımlanan peyk fotolarında obyektin zərbədən əvvəlki vəziyyəti ilə sonrakı dağıntılar müqayisəli şəkildə təqdim olunub.

#ABŞ #Pentaqon #İran #Tehran #raketzavodu

Kanala abunə olun
👍71
🇺🇸 ABŞ-nin 🇮🇷 İran müharibəsinə xərci 27 milyardı keçdi 🚀💸

ABŞ-nin İranla müharibəyə çəkdiyi xərclər 27 milyard dolları ötüb.

Məlumata görə, bu rəqəm İran Müharibəsi Xərcləri İzləyicisi layihəsinin hesabatına əsaslanır.

Bildirilir ki, Vaşinqton münaqişənin ilk altı günündə təxminən 11,3 milyard dollar xərcləyib. Daha sonra isə gündəlik hərbi xərclər orta hesabla 1 milyard dollar səviyyəsinə yüksəlib.

Eyni zamanda qeyd olunur ki, açıqlanan rəqəmlərə qoşunların yerləşdirilməsi, texnikanın bərpası və digər əlavə xərclər tam daxil edilməyib. Bu səbəbdən ümumi xərclərin daha yüksək ola biləcəyi ehtimal edilir.

#ABŞ #İran #müharibə #xərc

Kanala abunə olun
🔥31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ və 🇮🇱 İsrail 🇮🇷 İrana hücum edib 🚀

Bu gün ABŞ və İsrail qüvvələri İrana hava zərbələri endirib.

Hücumlar nəticəsində güclü partlayışların olduğu bildirilib.

#ABŞ #İsrail #İran #hücum

Kanala abunə olun
👍75👎3🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail 🇱🇧 Livana aviazərbə endirib 🚀

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundan Beyruta gedən əsas magistral yolda yerləşən Əl-Qəsmiyyə körpüsünü dağıdıb.

حمله موشکی اسرائیل به لبنان

#İsrail #Livan #aviazərbə

Kanala abunə olun
👍7👎1😱1
🇮🇷 Qalibaf İran SQ Baş Qərargahını dəstəklədi: 🇺🇸 ABŞ-nin zərbəsinə cavab "bölgə üçün dağıdıcı" olacaq 🔥

İran Parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib ki, ABŞ İran obyektlərinə hücum edərsə, Tehran regionun enerji infrastrukturuna zərbə endirməklə cavab verəcək.

O deyib: "Əgər İranın elektrik stansiyaları və digər infrastrukturları hədəfə alınarsa, regiondakı vacib enerji və neft infrastrukturu qanuni hədəfə çevriləcək və məhv ediləcək".

Tramp bir müddət öncə Tehrandan Hörmüz boğazında 48 saat ərzində "tam və maneəsiz" gəmiçiliyin təmin edilməsini tələb edib, əks halda İran elektrik stansiyalarına hücumların mümkünlüyünü bildirib.

#İran #Qlibaf #ABŞ
😁5🤮32👍1👎1