Azad İran
5.91K subscribers
35.3K photos
21.7K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇺🇸 ABŞ 🇮🇷 İranın Cask şəhərində hərbi dəniz bazasına raket zərbəsi endirib

Peyk görüntüləri hücumun nəticələrini göstərir.

Videoda fevralın 28-də limana təxminən 12 kater/patrul gəmisinin yanaşdığı görünür. martın 4-də endirilən zərbə nəticəsində limandakı bütün gəmilər məhv edilib.

Yaxınlıqda yerləşən meydança sistemli dəqiq zərbələrə məruz qalıb. Bir neçə binanın damında sursatların nüfuz izləri aydın görünür. Əlavə olaraq, uçuş-eniş zolağı boyunca və yaxın meşəlik ərazidə bir çox kraterlər müşahidə olunur.
Meşəlik ərazidə yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərinin və raket buraxılış qurğularının məhv edildiyini görünür.

#İran #Caskşəhəri #HHM #ABŞ #zərbə

Kanala abunə olun
👍7🔥1
🇰🇿 Astanada Qazaxıstan-🇮🇷 İran münasibətlərinin inkişafı müzakirə olunub

Qazaxıstan Parlamentinin Beynəlxalq Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Kuspan İran səfiri Əliəkbər Coukar ilə görüşüb.
Kuspan qeyd edib ki, İran Xəzər regionunda Qazaxıstanın yaxşı qonşusu və mühüm ticarət-iqtisadi tərəfdaşıdır. Görüşdə parlamentlərarası dialoqun inkişafı da müzakirə olunub.

Qazaxıstan İranda baş verən faciəli hadisələrlə bağlı başsağlığı verib.
Tərəflər gələcək əməkdaşlığa sadiq olduqlarını bir daha təsdiqləyiblər.

#Qazaxıstan #İran #parlament #səfir

Kanala abunə olun
👎31👍1
🇮🇶 İraq 🇮🇷 İrandan qaz tədarükünün bərpa olunduğunu bildirdi

İraq Elektrik Enerjisi Nazirliyinin məlumatına görə, İran 2025-ci ilin dekabr ayında dayandırılmış İraqa təbii qaz ixracını bərpa edib.
Nazirliyin sözçüsü Əhməd Musa bu haqda deyib: "İraqa 5 milyon kubmetr İran qazının nəqli bu gün bərpa olunub".
O, əlavə edib ki, İraq elektrik şəbəkəsini və elektrik stansiyalarının fəaliyyətini bərpa üçün bu həcm tədricən artacaq.

Musa qeyd edib ki, İraq elektrik stansiyaları müvəqqəti təchizatın kəsilməsindən ciddi şəkildə təsirlənib və bu, qismən İranın Cənubi Pars yatağının atəşə tutulması ilə əlaqədardır. Kəsintilər zamanı Bağdad alternativ yanacaqlardan istifadə etmək məcburiyyətində qalıb, Neft Nazirliyi ilə qaz nefti təchizatını əlaqələndirib.

Nazirlik nümayəndəsi əlavə edib ki, İrandan idxalın qismən bərpasından sonra İraqın elektrik enerjisi istehsalı 14.000 MVt səviyyəsində sabitləşib.

#İraq #İranqazı

Kanala abunə olun
2👎1🤔1
🇮🇷 İran ən yüksək nominallı əskinasları dövriyyəyə buraxıb 💸

"Financial Times" qəzetinin məlumatına görə, 🇺🇸 ABŞ və 🇮🇱 İsrail ilə münaqişə fonunda nağd pula tələbatın artmasına görə İran indiyə qədər ən böyük əskinas olan 10 milyon rial (7,60 dollar) nominalını tədavülə buraxıb.
Qeyd olunur ki, iranlılar son vaxtlar sistem nasazlığından ehtiyat edərək bankomatlarda uzun növbələr yaradıblar.

"Yeni çəhrayı əskinasda 9-cu əsrdə Yəzd şəhərində tikilmiş Came məscidi və arxa tərəfində 2500 illik Bəm qalası təsvir olunub. Hazırda bu, fevralın əvvəlində buraxılmış 5 milyon rial (3,80 dollar) əskinası əvəz edən dövriyyədə olan ən böyük əskinasdır", - məlumatda bildirilir.

#İran #əskinas #dövriyyə

Kanala abunə olun
😁21🔥1
🇮🇱 İsrail ordusu Tehranda 🇮🇷 İranın strateji obyektinə hücum edib 🚀💥🔥

Tehranda baş verən son hücumlar seriyasının bir hissəsi olaraq, İsrail Hərbi Hava Qüvvələri İranın hərbi sənayesi və ballistik raket sistemi üçün daha bir strateji tədqiqat və inkişaf obyektinə dəqiq zərbə endirib.

Malek Əştər Universitetinin tədqiqat müəssisəsi İranın hərbi sənayesi və ballistik raket sistemi tərəfindən nüvə silahı komponentləri və müharibə sistemləri hazırlamaq üçün istifadə olunub.
Universitet İran Müdafiə Nazirliyinə tabedir və ölkənin nüvə proqramını təşviq etmək və ballistik raketlər hazırlamaq sahəsində uzunmüddətli fəaliyyətinə görə beynəlxalq sanksiyalar altındadır.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib ki, "bu hücum rejimin nüvə silahlarına doğru irəliləmək qabiliyyətini sarsıtmaq üçün davam edən səylərin son mərhələsidir və rejimin bütün sütunlarının genişmiqyaslı və daimi məğlubiyyətinə yönəlib.
7👍4👎1
🇺🇸 Trampın komandası 🇮🇷 İranla sülh danışıqlarının mümkünlüyünü müzakirə etməyə başlayıb

Üç həftəlik müharibədən sonra Tramp administrasiyası növbəti mərhələ və İranla sülh danışıqlarının necə ola biləcəyi ilə bağlı ilkin müzakirələrə başlayıb.

Axios mənbələrinə görə, Ağ Ev "döyüşlərin daha iki-üç həftə davam edəcəyini gözləyir, lakin bu vaxt ərzində məsləhətçilər diplomatik işə hazırlaşmağa başlamaq istəyirlər". (Axios)

#ABŞ #Tramp #İran #sülhdanışıqları

Kanala abunə olun
4🤮3😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Dimonadakı 🇮🇱 İsrail nüvə mərkəzinə hücumundan sonra şəhərdə fövqəladə vəziyyət elan edilib 🔥

İsrailin Dimona nüvə obyektindəki işlənmiş yanacaq saxlama məntəqələrində və inzibati binalarda yanğınlar qeydə alınıb.

İsrail ordusunun helikopterləri Mərkəzin 21 yaralı işçisini təxliyə edib.

Fox News Russia-nın məlumatına görə, mərkəzin ərazisində yanğın baş verib, anbarlara və inzibati binalara ziyan dəyib.

Onlarla insanın öldüyü bildirilir.

Hakimiyyət orqanları şəhərə giriş-çıxışı bağlayıb, məktəblərdə dərsləri ləğv edib və fövqəladə vəziyyət elan edib.

İran bildirib ki, hücum Nətənzdəki bir obyektə edilən hücuma cavab olaraq həyata keçirilib.

#İran #raketzərbəsi #İsrail #Dimona

Kanala abunə olun
14👎4
🇮🇷 İran 🇮🇱 İsrailin Arad şəhərinə 2 raket zərbəzi endirib 🚀🔥

İsrail Ordusunun sözçüsünün bildirdiyinə görə, bu, 450 kiloqram partlayıcı maddə ilə birbaşa zərbə olub ki, bu da şəhərdəki yaşayış məntəqələrinin birbaşa zərbə aldığı ilk haldır.
Birbaşa raket zərbəsində 9 binaya ziyan dəyib.
İndiyə qədər müxtəlif dərəcəli xəsarətlərlə 70-dən çox yaralı var.
4 nəfər huşsuz vəziyyətdədir.
Çox sayda itkin düşmüş və ilişib qalmış insanla bağlı narahatlıqlar var.

Arrad şəhərində baş verən hadisə yerinə xilasetmə və yanğınsöndürmə qüvvələri cəlb olunub.

Yaralıların təxliyəsinə kömək etmək üçün helikopterlər göndərilib.

امشب برای بار دوم حمله موشکی ایران به شهر عراد در جنوب اسرائیل

#İran #İsrail #Arad #raket

Kanala abunə olun
9👎4👏2