Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑 HƏSSAS GÖRÜNTÜLƏR

Müharibənin ağır üzü: 🇮🇷 İranlı qadının son anları kameraya düşdü 😢📹

İranda ABŞ-İsrail qüvvələri tərəfindən mülki əraziyə endirilən hava zərbələri ilə bağlı sosial mediada həssas görüntülər yayılıb.

Kadrlarda bir qadının hücum anlarında öz telefonu ilə video çəkdiyi görünür. Məlumata görə, zərbələr ardıcıl şəkildə yaşayış məntəqəsinə endirilib.

Görüntülərdə isə qadın şəhadət gətirərək, çarəsiz bir şəkildə öz ölümünü gözləməyə məcbur olub.

#İran #qadın #ölüm #ABŞ #İsrail #hücum

Kanala abunə olun
😢3🔥2😱1
🛑 Həmədanda zəlzələ olub 🚨

Bu gün səhər saatlarında Həmədan əyalətinin Nəhavənd bölgəsində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, 03:23-də meydana gələn yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik hadisə nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmadığı bəlli deyil. (Fararu)

#Həmədan #zəlzələ

Kanala abunə olun
🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsraildə 🇮🇷 İranın raket qalıqları avtomobilə düşdü 🚀🚙

İsrailin mərkəzi hissəsində İran mənşəli olduğu bildirilən ballistik raketin qalıqları bir avtomobilə dəyib.

Hadisə nəticəsində nəqliyyat vasitəsinə ziyan dəyib. Məlumata görə, insident zamanı insan itkisi qeydə alınmayıb.

Məlumata əsasən, sözügedən fraqmentlər hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketin hissələri ola bilər.

#İsrail #İran #raket

Kanala abunə olun
👎1
🇷🇺 Putin 🇮🇷 İran xalqına Novruz mesajı göndərdi: “Sadiq tərəfdaş olaraq qalırıq”

Bu gün Rusiya prezidenti Vladimir Putin İran xalqına Novruz bayramı münasibətilə təbrik mesajı ünvanlayıb.

Kremlin açıqlamasına görə, mesaj İranın ali rəhbəri Müctəba Xameneyi və ölkə prezidenti Məsud Pezeşkiana göndərilib.

Putin təbrikində Rusiyanın İran üçün dost və tərəfdaş olaraq qaldığını vurğulayıb. O, İran xalqına mövcud çətinliklərin öhdəsindən ləyaqətlə gəlməyi arzulayıb.

Mesajda Moskvanın bu çətin dövrdə Tehranın “sadiq dostu və etibarlı tərəfdaşı” olaraq qalacağı xüsusi qeyd olunub. (Mehr News)

#Rusiya #Putin #İran #Novruzbayramı #təbrik

Kanala abunə olun
😁7🤮3🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 CENTCOM-dan görüntülər: Hörmüz yaxınlığındakı yeraltı baza hədəfə alındı

ABŞ Mərkəzi Komandanlığı 🇮🇷 İranın Hörmüz boğazı yaxınlığında yerləşən Həccəabad hərbi bazasına endirilən zərbələrin görüntülərini yayıb.

Məlumata görə, hücum zamanı yeraltı tunel girişləri və raket buraxılış mövqeləri hədəf alınıb. Zərbələrdə böyük ehtimalla GBU-72 bunker əleyhinə bombalardan istifadə edildiyi bildirilir.

Həccəabad, “Eagle 44” kimi tanınan, möhkəmləndirilmiş yeraltı hərbi kompleksdir. Bu baza qırıcı təyyarələr, pilotsuz uçuş aparatları və raket sistemlərinin qorunması məqsədilə inşa edilib.

#ABŞ #CENTCOM #İran #Hörmüzboğazı #hücum

Kanala abunə olun
👍6🔥1
🇺🇸 ABŞ səfiri: 🇮🇷 İranla qarşıdurmada qoşun göndərilməsi istisna edilmir

ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts CNN telekanalına müsahibəsində İranla bağlı siyasətdə bütün variantların nəzərdən keçirildiyini açıqlayıb.

O bildirib ki, Donald Tramp administrasiyası üçün hərbi qüvvələrin göndərilməsi də mümkün seçimlər sırasındadır. Bununla yanaşı, Vaşinqtonun hələlik İranın nüvə obyektlərini hava və ya dəniz zərbələri ilə zəiflətməyə üstünlük verdiyi qeyd olunub.

Uolts əlavə edib ki, Tramp qərarlarını İranın nüvə silahı əldə etmə ehtimalı ilə hərbi münaqişənin risklərini müqayisə edərək verir. O, ABŞ prezidentinin qlobal münaqişələri azaltmaq istədiyini bildirsə də, İranla qarşıdurmanı uzunmüddətli və davam edən proses kimi qiymətləndirib.

Səfir vurğulayıb ki, ABŞ administrasiyası indiyədək diplomatik həll yollarına üstünlük verib, lakin hazırda bütün variantlar siyasət çərçivəsində nəzərdən keçirilir. (Independent Persian)

#ABŞ #BMT #səfir #İran #qarşıdurma #qoşun
👍3
🇮🇱 İsrail daha bir 🇮🇷 “Bəsic” komandanını öldürüb

Martın 17-də yarıhərbi radikal “Bəsic” qüvvələri rəhbərinin köməkçisi Əzim İsmaili İsrailin Tehrana hücumları zamanı öldürülüb.

Ərəb mediasının məlumatına görə, o, Bəsic qüvvələrinin rəhbəri və kəşfiyyat rəisi İsmayıl Əhmədi ilə birlikdə həlak olub.

#İsrail #İran #Bəsic #komandan

Kanala abunə olun
👏14
🇮🇷 İran 🇺🇸 ABŞ bazalarına 800 milyon dollardan çox ziyan vurub 🚀💸

BBC Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) hesabatına istinadən xəbər verir ki, Yaxın Şərqdə gərginlik zamanı İran qüvvələri ABŞ hərbi bazalarına 800 milyon dollardan çox ziyan vurub.

Hesabatda bildirilir ki, hücumlar əsasən hava hücumundan müdafiə sistemlərinə və peyk rabitə qurğularına yönəlib. Ən ciddi ziyan THAAD sistemi, AN/TPY-2 radarı, eləcə də ABŞ bazalarındakı binalar və digər infrastruktura dəyib.

Qeyd olunur ki, ümumi zərərin əhəmiyyətli hissəsi İranın gərginliyin başlanmasından bir həftə sonra həyata keçirdiyi ilkin cavab zərbələri nəticəsində yaranıb.

#İran #ABŞ #hərbibazalar #hücum

Kanala abunə olun
🤔2👍1👎1
🇮🇷🇮🇱 Təl-Əviv raket hücumundan sonra 🚀🔥

Təl-Əviv şəhəri İranın raket hücumundan sonra zərər görüb.

İsrail KİV-in məlumatına görə, raketlər şəhərin ən azı 8 müxtəlif nöqtəsinə düşüb. Hücum nəticəsində bir sıra binalarda dağıntılar qeydə alınıb.

Hadisə ilə bağlı insan itkiləri və yaralılar barədə rəsmi məlumat hələlik açıqlanmayıb.

#İran #İsrail #hücum

Kanala abunə olun
🔥32👎1
🇮🇷 Pezeşkian xalqı birliyə çağırdı: “Novruzda kin-küdurəti kənara qoyaq” 🗣️

Bu gün İran prezidenti Məsud Pezeşkian Novruz bayramı münasibəti ilə xalqa müraciət edib.

Prezident “X” hesabında paylaşım edərək vətəndaşları birlik və həmrəyliyə çağırıb.

Pezeşkian bildirib ki, Novruz yaxınlaşdıqca kin-küdurət, kədər və fikir ayrılıqları kənara qoyulmalıdır. O, vurğulayıb ki, bu il ölkənin daha çox birlik, milli harmoniya və qarşılıqlı dəstəyə ehtiyacı var.

“Gəlin İranımızı yaşadığımız fırtınalardan təhlükəsiz şəkildə çıxarmaq üçün əl-ələ verək”, - deyə, Pezeşkian qeyd edib.

#İran #Pezeşkian #prezident #xalq #müraciət

Kanala abunə olun
😁85🤮3
AEBA: “🇮🇷 Nətənz nüvə obyekti hədəfə alınıb” ☢️🏭🚀

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın Nətənz nüvə obyekti ilə bağlı yayılan məlumatları nəzərdən keçirdiyini açıqlayıb.

Agentliyin rəhbəri Rafael Qrossi bildirib ki, qurum hərbi gərginlik fonunda nüvə qəzası riskinin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırır.

AEBA-nın açıqlamasına görə, İran tərəfi agentliyə Nətənz obyektinin hədəfə alındığını bildirib. Bununla belə, obyektin ətrafında radiasiya səviyyəsində artım qeydə alınmayıb.

#AEBA #İran #Nətənz #nüvəobyekti

Kanala abunə olun
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 CENTCOM: “🇮🇷 İranın hərbi infrastrukturu hədəfə alındı” 🚀🔥

Bu gün ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper İranla bağlı açıqlama verib.

Onun sözlərinə görə, iki gün əvvəl ABŞ ordusu dəqiq zərbə raketlərindən istifadə edərək hərbi tarixdə ən uzun sahə artilleriya hücumlarından birini həyata keçirib.

Kuper bildirib ki, hücum nəticəsində İranın hərbi infrastrukturu hədəfə alınıb və ciddi zərər vurulub. O, əlavə edib ki, bu əməliyyat ABŞ ordusunun geniş əməliyyat imkanlarını və yüksək zərbə gücünü nümayiş etdirib.

#ABŞ #CENTCOM #İran #müharibə

Kanala abunə olun
4👍1
🇮🇷 İran 🇦🇪 Ras əl-Xayma sakinlərinə xəbərdarlıq etdi: “Şəhəri tərk edin”

İran BƏƏ-nin Ras əl-Xayma şəhərinin sakinlərinə təcili xəbərdarlıq edib.

Məlumata görə, Tehran şəhər əhalisini əvvəlcədən müəyyən edilmiş marşrutlardan istifadə edərək ərazini tərk etməyə çağırıb. Bildirilib ki, Ras əl-Xayma İran adalarına qarşı fəaliyyətlərdə iştirak etdiyi iddiası ilə potensial hədəf ola bilər.

Açıqlamada qeyd olunub ki, yerli hakimiyyət orqanları əvvəlcədən məlumatlandırılıb və mümkün nəticələrə görə məsuliyyət onların üzərinə düşəcək.

#İran #BƏƏ #RasalXeymə #sakinlər #xəbərdarlıq #təxliyə

Kanala abunə olun
🤬2
🇮🇳 Hindistan 🇮🇷 İrana hücumları pislədi

Bu gün Hindistanın baş naziri Narendra Modi Yaxın Şərqdə naviqasiya azadlığının qorunmasının vacibliyini vurğulayıb.

Məlumata görə, o bu açıqlamanı İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı səsləndirib. Modi bölgədə sabitliyi təhdid edən və qlobal təchizat zəncirlərinə mənfi təsir göstərən kritik infrastruktura qarşı hücumları pisləyib.

Baş nazir daha sonra “X” hesabında paylaşım edərək İrana Hindistan vətəndaşlarının təhlükəsizliyinə göstərilən dəstəyə görə təşəkkür edib. (President.ir)

#Hindistan #İran #YaxınŞərq #hücumlar

Kanala abunə olun
🤮6👍1
🇮🇷 İran Dieqo Qarsiyaya raket atdı – hədəfə çatmadı 🚀💥🔥

İranın gecə saatlarında Dieqo Qarsiya adasında yerləşən ABŞ - Britaniya hərbi bazasına raket hücumu həyata keçirdiyi bildirilib.

Məlumata görə, təxminən 4000 km mənzilli iki orta mənzilli ballistik raket buraxılıb. Ancaq hər iki raketin hədəfə çatmadığı qeyd olunub.

#İran #DieqoQarsiya #ABŞ #Britaniya #raket #hücum

Kanala abunə olun
😁3👎1
🇺🇸 ABŞ 🇮🇷 İranın Cask şəhərində hərbi dəniz bazasına raket zərbəsi endirib

Peyk görüntüləri hücumun nəticələrini göstərir.

Videoda fevralın 28-də limana təxminən 12 kater/patrul gəmisinin yanaşdığı görünür. martın 4-də endirilən zərbə nəticəsində limandakı bütün gəmilər məhv edilib.

Yaxınlıqda yerləşən meydança sistemli dəqiq zərbələrə məruz qalıb. Bir neçə binanın damında sursatların nüfuz izləri aydın görünür. Əlavə olaraq, uçuş-eniş zolağı boyunca və yaxın meşəlik ərazidə bir çox kraterlər müşahidə olunur.
Meşəlik ərazidə yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərinin və raket buraxılış qurğularının məhv edildiyini görünür.

#İran #Caskşəhəri #HHM #ABŞ #zərbə

Kanala abunə olun
👍7🔥1