Azad İran
5.89K subscribers
35.4K photos
21.8K videos
15 files
9.41K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Olbrayt: “Buşehr hadisəsində 🇮🇷 İran da şübhəlilər sırasındadır” 🏭☢️🚀🤔

Bu gün Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun direktoru Devid Olbrayt Buşehr nüvə elektrik stansiyası ilə bağlı diqqətçəkən açıqlama verib.

Olbrayt “X” hesabında paylaşım edərək hücumda İranın iştirak ehtimalının da nəzərdən keçirildiyini bildirib.

O, “Good ISIS” kimi tanınan açıq mənbə araşdırma qrupunun hesabatına istinad edərək qeyd edib ki, dağıntıların səpələnmə modeli onların cənuba doğru yayıldığını göstərir. Bu isə mərmilərin Fars körfəzi istiqamətindən deyil, şimaldan daxil olduğunu ehtimal etdirir.

Analitik əlavə edib ki, bu nəticələrə əsasən hadisədə İsrail və ABŞ ilə yanaşı İranın da mümkün iştirak ehtimalı araşdırılan versiyalar arasındadır.

Qeyd edək ki, “Good ISIS” qrupu peyk görüntüləri və açıq mənbəli məlumatlar əsasında hərbi və təhlükəsizlik hadisələrini təhlil edən müstəqil platformadır.

#İran #Buşehr #ABŞ #İsrail #şübhə
🔥42
🇮🇱 İsrail 🇮🇷 “Bəsic” qüvvələrinin kəşfiyyat rəisini öldürüb 🚀🔥

Bu gün İsrail Ordusunun Mətbuat Xidməti martın 16-da Tehranda həyata keçirilən hava hücumları ilə bağlı yeni məlumat açıqlayıb.

Bildirilib ki, hücum nəticəsində “Bəsic” qüvvələrinin kəşfiyyat xidmətinin rəisi İsmayıl Əhmədi öldürülüb. O, daha öncə eyni hücumda həlak olduğu bildirilən Qulamrza Süleymani ilə birlikdə zərərsizləşdirilib.

Onun son illərdə İranda baş verən etirazların yatırılması zamanı mülki şəxslərə qarşı sərt tədbirlərin, o cümlədən kütləvi həbslərin və güc tətbiqinin təşkilində əsas fiqurlardan biri olduğu qeyd edilir.

#İsrail #İran #Bəsic #kəşfiyyatrəisi #ölüm

Kanala abunə olun
👍115👏3🔥1
🇮🇷 Bəndər Abbasa zərbə endirilib 🚀💥🔥

🇮🇱 İsrail ordusu İranın Bəndər Abbas şəhərində yerləşən Hərbi Hava Qüvvələrinin qərargahına hücum edib.

#بندرعباس پایگاه هوایی ارتش
جمعه ۲۹ اسفند

#İsrail #havazərbəsi #İran #BəndərAbbas

Kanala abunə olun
👍132🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Semnan şəhərində Bəsic qüvvələrinə məxsus binaya raket düşüb 🚀💥🔥

ساختمان بسیج تروریستی سمنان مورد اصابت موشک قرار گرفت

#İran #Bəsic #raket

Kanala abunə olun
7👍3🔥2
🇮🇷 İranın ali rəhbəri Novruz bayramı münasibətilə müraciət edib 🗣

İranın yeni ali lideri Müctəba Xameneyi Novruz (İranın əsas milli bayramı olan və Günəş təqviminə görə Yeni ilin gəlişinin qeyd olunduğu bayram) münasibətilə xalqa müraciət edib.

Yerli media tərəfindən dərc edilən məlumatda o, 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibəyə, bu ilin yanvar ayında ölkədə baş verən etirazlara və 🇺🇸 ABŞ və 🇮🇱 İsrailin hazırkı əməliyyatlarına istinad edərək "İranın yaşadığı üçtərəfli müharibə"dən danışıb.
Xameneyi Yaxın Şərqdə gərginliyin artması fonunda qonşu ölkələrə hücumlara da münasibət bildirib: "...bizimlə yaxşı münasibətlər saxlayan Türkiyə və Omanda törədilən hücumlar İslam Respublikasının silahlı qüvvələri və ya Müqavimət Oxunun digər qüvvələri tərəfindən həyata keçirilməyib.👇👇👇
😁8🤮5
Azad İran
🇮🇷 İranın ali rəhbəri Novruz bayramı münasibətilə müraciət edib 🗣 İranın yeni ali lideri Müctəba Xameneyi Novruz (İranın əsas milli bayramı olan və Günəş təqviminə görə Yeni ilin gəlişinin qeyd olunduğu bayram) münasibətilə xalqa müraciət edib. Yerli media…
Bu, İranla qonşuları arasında uçurum yaratmaq üçün təxribatçı taktikalardan istifadə edən sionist düşmənin bir hiyləsidir və bu, digər ölkələrdə də baş verə bilər."

Bundan əlavə, o Pakistan və Əfqanıstan arasında "müsəlman icmasının parçalanmasının qarşısını almaq üçün" barışığa çağırış edib və bunun üçün lazımi addımları atmağa hazır olduğunu bildirib.

#İran #Xameneyi #Novruzbayramı #ABŞ #İsrail
🤮7😁4👍1
🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 Şotlandiyada nüvə sualtı qayığına sızmağa cəhd edən 🇮🇷 İran vətəndaşı saxlanılıb

Şotlandiya polisi Britaniya nüvə sualtı qayıqlarının yerləşdiyi Klayd Hərbi Dəniz Bazasına (Faslane) girməyə cəhd edən 34 yaşlı İran vətəndaşını və 31 yaşlı qadını həbs edib.
Hadisə martın 19-da baş verib və hazırda istintaq aparılır. (CBS News)

🇬🇧 Britaniyada daha əvvəl İrana casusluq etməkdə şübhəli bilinən dörd nəfər həbs olunmuşdu.

#İranvətəndaşı #həbs #Şotlandiya

Kanala abunə olun
4👍1🤔1
🇮🇷 İranda məhbuslarla zindan nəzarətçiləri arasında kütləvi dava olub 😱

Çabahar şəhər həbsxanasında ərzaq payının azaldılmasına qarşı etirazlarda 10 nəfərdən çox məhbus yaralanıb.

"Haalvsh" Xəbər Mərkəzinin məlumatıba görə, toqquşmalar zamanı bir sıra məhbusun həyatını itirdiyini bildirilir. Lakin ölənlərin şəxsiyyəti və dəqiq sayı da daxil olmaqla əlavə məlumat verilməyib. (HRANA)

#İran #zindan #münaqişə #ərzaqpayı #nəzarətçilər #zorakılıq #məhbuslar

Kanala abunə olun
😱6🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda raket istehsalı və saxlama müəssisələri məhv edilib 🚀🔥

🇮🇱 İsrail Hərbi Hava Qüvvələri Tehranda silah istehsalı üçün istifadə olunan zavodlara, eləcə də uzun mənzilli ballistik raketlər üçün komponentlərin hazırlandığı obyektlərə hava zərbələri endirib.

Bundan əlavə, ölkənin mərkəzi hissəsində, İran əsgərləri içəridə olarkən ballistik raket buraxılış qurğularının saxlanıldığı obyektlərə hücum edilib. (İsrail ordusunun mətbuat xidməti)

#İsrail #İran #raket

Kanala abunə olun
👍104
🇮🇷 Qaani: "Müqavimət oxu" 🇺🇸 ABŞ və 🇮🇱 İsrailə qarşı müstəqil fəaliyyət göstərir

İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı Qüds qanadının komandanı İsmail Qaani deyib ki, "Müqavimət Oxu" getdikcə güclənir, ABŞ ilə İsrailə qarşı müstəqil şəkildə hərəkət edir və gələcəkdə daha çox əməliyyat gözlənilir.

O, bütün cəbhələrdə birliyi İslam dünyası üçün əsas güc və "qlobal imperializm və sionizm üçün kabus" adlandıraraq, İranın son əməliyyatlarını düşmənləri şoka saldığını və qarşıda "daha böyük sürprizlərin" olduğunu əlavə edib.

"Müqavimət oxu" İranın bölgədəki proksi qüvvələrinə istinad etmək üçün istifadə etdiyi bir termindir.

#İran #Sepah #Qüds #Müqavimətoxu #proksiqüvvələr #ABŞ #İsrail

Kanala abunə olun
😁9🤮43
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇮🇱 İsrailə qarşı 69-cu zərbə dalğasını başlatdı 🚀

SEPAH öz raketlərini İsrailin Hayfa, Təl-Əviv və Akka şəhərlərinə istiqamətləndirib.

موج ۶۹ عملیات وعده صادق ۴ علیه اسرائیل
#İran #SEPAH #raket #İsrail

Kanala abunə olun
😁7👎1
🇷🇺 Rusiya 🇺🇸 ABŞ-yə bildirib ki, ABŞ 🇺🇦 Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırarsa, o da 🇮🇷 İrana belə məlumatları ötürməyi dayandıracaq

Tramp "MS Now"-a verdiyi müsahibədə İrandakı əməliyyatın "əsas məqsədinin rejim dəyişikliyi olmadığını" bildirib.

O, habelə qeyd edib ki, İslam Respublikasının ABŞ-🇮🇱 İsrail hərbi əməliyyatından sonra özünə gəlməsi 10 ilə qədər vaxt apara bilər.

#Rusiya #ABŞ #İran

Kanala abunə olun
😁81🤮1
🇮🇷 Pezeşkian İranın qonşularına müraciət etdi 🗣

İran prezidenti Məsud Pezeşkian deyib: "Əziz qonşularımız! Siz bizim qardaşlarımızsınız; aramızdakı fikir ayrılıqlarının aradan qalxması üçün dua edirik.
Əzizlərim, bütün problemləri sizinlə birlikdə həll etməyə hazırıq.

Bizim bir-birimizlə vuruşmağa, düşmənlərimizin tələsinə düşməyə haqqımız yoxdur.

Biz heç bir şəkildə digər ölkələrin işlərinə müdaxilə etməyi düşünmürük.

Qonşu ölkələr bölgədəki müharibənin və xaosun səbəbkarının İran deyil, 🇮🇱 İsrail olduğuna inanmalıdırlar".


#İran #Pezeşkian #müraciət #qonşular

Kanala abunə olun
🤮5👍3😁3
🇮🇷 Əraqçı: "🇬🇧Britaniya bazalarından İrana hücum etmək üçün istifadə etmək Britaniya vətəndaşlarının həyatını təhlükəyə atır"

İranın xarici işlər naziri Abbas Əraqçı deyib: "Britaniya xalqının böyük əksəriyyəti 🇮🇱 İsrail və 🇺🇸 ABŞ-nin seçdiyi İrana qarşı müharibə ilə heç bir əlaqəsi yoxdur.
Öz xalqını görməzdən gələn cənab Starmer, Britaniya hərbi bazalarının İrana qarşı təcavüz üçün istifadəsinə icazə verməklə Britaniya vətəndaşlarının həyatını təhlükəyə atır.
İran özünümüdafiə hüququndan istifadə edəcək".


Bəyanat, Britaniya hökumətinin ABŞ-nin Hörmüz boğazındakı gəmilərə və qonşu dövlətlərdəki infrastrukturun atəşə tutulduğu İrandakı hədəflərə zərbə endirmək üçün Britaniya hava bazalarından istifadə etməsinə icazə vermək qərarına cavab olaraq verilib.

#İran #XİN #BöyükBritaniya #ABŞ
😁52🤮1
🇮🇷 İran 🇯🇵 Yaponiyaya yaşıl işıq yandırdı: Hörmüzdən keçidə icazə verilə bilər 🛳️

Bloomberg nəşri “Kyodo” agentliyinə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı Yaponiyaya məxsus gəmilərin Hörmüz boğazından keçməsinə icazə verilə biləcəyini açıqlayıb.

Məlumata görə, Əraqçı bu bəyanatı Yaponiya rəsmiləri ilə keçirdiyi danışıqlardan sonra yerli mediaya müsahibəsində səsləndirib.

Bildirilir ki, Yaponiya enerji təchizatında Yaxın Şərq neftindən ciddi şəkildə asılıdır və bölgədə artan gərginlik fonunda artıq neft ehtiyatlarının bir hissəsini istifadəyə buraxıb.

Eyni zamanda, Donald Tramp Tokionu Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına töhfə verməyə çağırıb. (Independent Persian)

#İran #Yaponiya #Hörmüzboğazı

Kanala abunə olun
4🔥1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 CENTCOM: “🇮🇷 İranın raket infrastrukturu hədəf alındı” 🏭🚀🔥

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın şimalında yerləşən Kərəc şəhərindəki raket zavoduna dair görüntülər yayıb.

Açıqlamada bildirilib ki, həyata keçirilən zərbələr nəticəsində obyekt tamamilə məhv edilib və fəaliyyət qabiliyyətini itirib.

Yayılan görüntülərdə zavod ərazisində ciddi dağıntıların olduğu müşahidə olunur.

#ABŞ #CENTCOM #İran #Kərəc #raketinfrastrukturu #hücum

Kanala abunə olun
6👍1
🇮🇷 Qeşm adasına 🇺🇸 ABŞ zərbələri: Aerodrom və dəniz bazası zədələndi 🚀

ABŞ Hərbi Hava Qüvvələrinin Hörmüz boğazındakı Qeşm adası üzərində həyata keçirdiyi zərbələrin nəticələrini əks etdirən peyk görüntüləri yayılıb.

Məlumata görə, aerodrom ərazisində dronlar üçün bazalar və buraxılış meydançaları məhv edilib. Uçuş-enmə zolağı və perronlarda da əlavə zərbə izləri qeydə alınıb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə aid bazada isə yerüstü infrastruktur və pirsələr qismən dağıdılıb. Ancaq mövcud izlər zərbələrin yeraltı əsas kompleksə ciddi təsir göstərmədiyini göstərir.

Qeyd olunur ki, baza sahil batareyası və sürətli katerlər üçün istifadə olunur. Adada gəmiqayırma zavodu yerləşir, ancaq onun zərbələrdən təsirlənib-təsirlənmədiyi hələlik məlum deyil.

#ABŞ #İran #Qeşmadası #hücum

Kanala abunə olun
4👍1